Assalamu aleykum və rəhmətullahi və bərəkatuh, ustad.
Bəzi ateistlər Qiyamət surəsinin 3–4-cü ayələrinə irad tutaraq iddia edirlər ki, guya dünyada çox sayda insanın barmaq izləri eyni ola bilər və buna görə ayədə barmaq uclarının xüsusi qeyd olunması elmi baxımdan düzgün deyil. Hətta FBI-nin də bunu təsdiqlədiyini deyirlər.
Halbuki FBI-nin materiallarında müxtəlif insanların barmaq izlərinin eyni olmadığı, INTERPOL-un məlumatlarında isə hətta eyni yumurta əkizlərinin belə barmaq izlərinin fərqli olduğu qeyd edilir.
Sualım budur: Doğrudanmı müxtəlif insanlarda tamamilə eyni barmaq izləri aşkar edilib və FBI bunu təsdiqləyib? Qiyamət surəsinin 75:3–4-cü ayələrində “barmaq ucları” ifadəsinə elmi və təfsiri baxımdan necə yanaşmaq daha doğrudur?
Əvvəlcədən təşəkkür edirəm.
İctimai Sorğu / Səsvermə
Cəmi Səs: 1
Qiyamət surəsinin 75:3–4-cü ayələrində “barmaq ucları” ifadəsinin insanın fərdi xüsusiyyətlərinə işarə etdiyini düşünürsünüzmü?