Əhli-Beyt (ə) dahilərin baxışında

Dahilərin nəzərində Aşura

Müəllif: Vüsal Əli 29.12.2024 58 baxış

Hindistanın dövlət xadimi Mahatma Qandi: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam… Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir”.

Məşhur siyasətçi Nelson Mandela: “Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım”.

Yazıçı Çarlz Dikkens: “Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi dünyəvi istəklərinə çatmaq idisə, bəs nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak ediblər? Deməli, o, yalnız İslam yolunda (əqidəsi uğrunda – red.) bu fədakarlığı edib”.

Filosof Tomas Karleyl: “Allaha sarsılmaz bir imanla bağlanan İmam Hüseyn və silahdaşları sübut etdilər ki, haqqla batil üz-üzə dayananda batilin say etibarilə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs budur. İmam Hüseynin bu azlıqla belə böyük mənəvi qələbəsi məni heyrətə gətirir”.

Şərqşünas Edvard Braun: “Hətta qeyri-müsəlmanlar İslam bayrağı altında aparılan bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar”.

 

Filosof Xristian Martini: “İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor: “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar. Necə ki, bunu İmam Hüseyn etdi”.

Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru: “İmam Hüseynin fədakarlığı dünyada bütün cəmiyyətlər üçün haqq yolunun ideal nümunəsidir”.

Macar yazıçısı İqnats Qoldtsier: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri-zorakılıqla mübarizəni simvolizə edir”. Və s. və i.a…

 

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...