Surələrin Fəziləti

“Əhzab” surəsinin fəziləti

Müəllif: Vüsal Əli 16.12.2024 55 baxış
1-Əbdullah ibn Sənandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Əhzab surəsini çox oxusa, Allahın Rəsulun (s.ə.v.v) və həyat yoldaşlarının pənahında olacaq. Sonra Həzrət buyurdu: Əhzab surəsi Qüreyş qəbiləsinin kişilərindən qadınlarının, və başqalırının rüsvayçılıqlarını aradan qaldırdı.
2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Əhzab surəsini oxusa, onu (Əhzab surəsi) ailəsinə və himayəsində olanlara öyrətsə, Allah onu qəbrin əzab-əziyyətindən əfv edər.
3-Əbdullah ibn Muğəyrə deyir: Həzrət Musa ibn Cəfər (ə)-dan eşitdim ki, belə buyurdu: Hər kəs sübh və şam namazınının təqibatında (ardınca) yerindən qalxmışdan və yaxud bir kəslə danışmamış qabaq bu ayəni “İnnəllahə və məlikətuhu yusəllunə ələnnəbiyyi ya əyyəhəlləzinə amənu səllu ələyhi və səllimu təslima.” (Əhzab-56) oxusun və sonra desi: “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyy və zurriyətih.” Allah onun yüz hacətini verər. Onun yetmişini dünyada otuzunu isə axirətdə ona əta edər və “Səlli əla Muhəmmədin və ali Muhəmməd fil mursəlin. Əllahummə əəti Muhəmmədən (və ali Muhəmməd ) əlvəsilə vəşşərəf, vəlfəzilə, vəddərəcətul kəbirə, Əllahumə inni aməntu bimuhəmmədin (s) Vələm ərah fəla tər həmni, yəvməl Qiyaməti röyətəhu. Vərzuqni söhbəthu və təvəfənni əla millətihi. Vəsqini min hovzihi muşribən rəviyyən, Saiğən Həkiən, laəəzənə bədəhu əbədən, İnnəkə əla kulli şəyin qədir. Əllahummə kəma aməntə bimuhəmmədin (s) Vələm ərahu fəərrifni filcinan vəchəhu. Əllahummə bəlliğ ruhu ənni təhiyyətən kəsirətən və səlamən.” Nəticədə bir kəs hər gün sübh və şam vaxtı Peyğəmbərə (s.ə.v.v.) üç dəfə salavat göndərsə, bütün xəta və günahları məhv olar, şadlığı davam edər, duaları müstəcab olub, arzularına çatar, ruzisi çoxalar, düşmənə qələbə çalmağa kömək edər, xeyir və yaxşılıq səbəbləri qaydasına düşər və bərin Behiştdə Peyğəmbərlə (s.ə.v.v.) birlikdə olar.
Əgər evdə qalmış subay bir qız üçün Əhzab surəsini yazıb balaca (qiymətli əşyalar) sandıqcasına qoyub onun ağzını bağlayıb, o qız yaşayan evdə gizlətsəniz , onun üçün ər tapılar.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...