Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və itaətə dəvət edərək, Öz ehsan və bəxşiş süfrəsini onların üzünə açır. Bu günün bir neçə əməli vardır:
1. Qüsl etmək;
2. İmam Hüseyni (ə) ziyarət etmək: “Ərəfə” günü imam Hüseynin (ə) ziyarəti min həcc, min ümrə və min cihaddan üstün savaba malikdir. Həmin gün o həzrətin ziyarətinin fəziləti ilə bağlı çoxslu sayda hədislər nəql olunmuşdur. Hər kəs “Ərəfə” günü o həzrətin qəbrinin kənarında və türbəsində olarsa, savabı “Ərəfat”da olanın savabından heç də az deyil. Həmin gün o həzrətin qəbrini yaxından ziyarət edə bilməyən şəxs o həzrətin ziyarətnaməsini oxusun. (Həmin ziyarətnamə “Məfatihul-cinan” kitabında göstərilmişdir.)
3. “Ərəfə” günü “günorta” və “əsr” namazlarını açıq səma altında qılmaq və “əsr” namazından sonra iki rükət namaz qılmaq, belə ki, birinci rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra “Kafirun” surəsini oxumaq, eləcə də, namazdan sonra günahların bağışlanması üçün Allah dərgahında günahları etiraf etmək və daha sonra Peyğəmbərdən (s) nəql olunan bu təsbihatı oxumaq göstəriş verilir:
(Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər.)
Sonra on dəfə “əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyumu və ətubu iləyh!”, on dəfə “ya Əllahu”, on dəfə, “ya Rəhmanu”, on dəfə “ya Rəhimu”, on dəfə, “ya bədiəs-səmavati vəl ərzi ya zəl cəlali vəl ikram”, on dəfə “ya həyyu ya qəyyum”, on dəfə “ya hənnanu ya mənnan”, on dəfə “ya la ilahə illa ənt”, on dəfə “amin!” de və daha sonra bu duanı oxu:
(Əllahummə inni əs`əlukə ya mən huvə əqrəbu iləyyə min həblil vərid, ya mən yəhulu bəynəl mər`i və qəlbih, ya mən huvə bil mənzəril ə`la və bil ufuqil mubin, ya mən huvər-rəhmanu ələl ərşistəva, ya mən ləysə kəmislihi şəy`, və huvəs-səmiul bəsir, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.)
Bu əməlləri yerinə yetirdikdən sonra, Allahdan öz hacətlərini istə.
4. İmam Hüseynin (ə) “Ərəfə” dusını oxumaq; Qalib Əsədinin övladları Bişr və Bəşirdən nəql olunur ki, “Ərəfə” gününün axır saatlarında “Ərəfat” çölündə imam Hüseynin (ə) xidmətində idik. O həzrət xeyməsindən çıxıb əhli-əyalı, övladları və şiələri ilə birgə dağın sol tərəfində dayanıb, mübarək üzünü Kəbəyə tərəf tutdu. Əllərini göyə qaldırıb, ağlaya-ağlaya “Ərəfə” gününün duasını oxumağa başladı.
5. Şeyx Kəfəmi “Misbah” kitabında yazır: “Ərəfə” gününün orucu həmin günə xas duaları oxumaqda özündə zəiflik hiss etməyən şəxsə müstəhəbdir.
6. “Ərəfə” günü imam Sadiqdən (ə) nəql olunan bu salavatları oxumaq;
(Əllahummə ya əcvədə mən ə`ta, və ya xəyrə mən suil, və ya ərhəmə mənisturhim, Əllahummə səlli əla Muhəmmədin və alihi fil əvvəlin, və səlli əla Muhəmmədin və alihi fil axirin, və səlli əla Muhəmmədin və alihi fil mələil ə`la, və səlli əla Muhəmmədin və alihi fil mursəlin, Əllahummə ə`ti Muhəmmədən və aləhul vəsilətə vəl fəzilətə vəş-şərəf, vər rif`ətə vəd-dərəcətəl kəbirəh, Əllahummə inni aməntu bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəla təhrimni fil (fi yəvmil) qiyaməti ru`yətəh, vərzuqni suhbətəh, və təvəffəni əla millətih, vəsqini min həvzihi məşrəbən rəviyən saiğən həniyyən la əzməu bə`dəhu əbəda, innəkə əla kulli şəy`in qədir, Əllahummə inni aməntə bi Muhəmmədin səlləllahu ələyhi və alih, və ləm ərəhu fəərrifni fil cinani vəchəh, Əllahummə bəlliğ Muhəmmədən səlləllahu ələyhi və alihi minni təhiyətən kəsirətən və səlama.)
7. Ərəfə günü, qürub zaman aşağıdakı duaları oxumaq:
يَا رَبِّ اِنَّ ذُنُوبِي لا تَضُرُّكَ وَ اِنَّ مَغْفِرَتَكَ لِي لا تَنْقُصُكَ فَأَعْطِنِي مَا لا يَنْقُصُكَ وَ اغْفِرْ لِي مَا لا يَضُرُّكَ
(Ya rəbbi innə zunubi la təzurruk, və innə məğfirətəkə li la tənqusuk, fəə`tini ma la yənqusuk, vəğfir li ma la yəzurruk.)