XANIMLAR ÜÇÜN

Ailədaxili aqressiyaların mühüm səbəblərindən ikisi:

Müəllif: Vüsal Əli 02.02.2025 54 baxış

Ailədaxili aqressiyaların mühüm səbəblərindən ikisi:

a) Media ilə həddən artıq ünsiyyət (tv, virtual məkan və s.): Media mütəxəssislərinin fikrincə, mediadan və virtual məkandan gündə iki saatdan artıq istifadə etmək tövsiyə edilmir. Çünki bu, beynin əsas missiyası davranışa nəzarət etmək və planlaşdırmaq olan ön hissəsini zədələyir. Beynin bu mühüm hissəsi uşaqlarda hətta məhv ola bilər! Bəlkə də uşaqlarımızın aqressiyasının səbəblərindən biri mediadan və virtual məkandan həddən artıq istifadə etmələridir.

b) İnsanların bir-birindən gözləntilərinin artması: Təəssüf ki, bu gün həyat tərzinin dəyişməsi səbəbindən insanların bir-birindən gözləntiləri artıb və bu da öz növbəsində ailədə dava-dalaşlara səbəb olur. İnsanların gözləntilərini artıran amillərdən biri də müqayisə etməkdir. Günümüzdə ər-arvad öz həyat şəraitlərini və həyat yoldaşlarını başqaları ilə müqayisə edirlər və bu səbəbdən bir-birindən çox böyük gözləntiləri yaranır. Müştərək həyatda gözləntilərin bu şəkildə artması bir çox münaqişə və mübahisələrə səbəb olur. Əslində, gözləntiləri rasionallaşdırmaq, tarazlaşdırmaq və mövcud vəziyyətlə qane olmaq lazımdır. Real və ağlabatan olmayan gözləntiləri çoxalan insanlarda zaman keçdikcə dözümlülük səviyyəsi düşür, nəticədə, onlar aqressiv və əsəbi olmağa başlayırlar.

Cənnət kimi bir ev
@ Hacı Famil Burhanoğlu

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...