Xanım Fatimeyi-Zəhra (s.ə)

Alimlərin həzrət Zəhra (s) barədə sözləri

Müəllif: Vüsal Əli 14.01.2025 60 baxış

Alimlərin həzrət Zəhra (s) barədə sözləri

Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır
Zeynül-ərəb “Şərhül-Məsabeh”dən nəql edir: Fatimə (s) bətul (seçilmiş) adlanırdı. Çünki fəzilət, dəyanət və alicənablıq baxımından heç bir qadın ona tay ola bilmədi.”
Hərəvi “Mənaqib”dən nəql edir: “Fatimə (s) bətul (ayrılmış) adlandı. Çünki oxşarı yox idi.”
Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei deyir: “Onun yalnız özünəməxsus olan fəzilətləri vardı. Bu fəzilət Peyğəmbər (s) buyuruqlarında təsdiqlənmişdir. Onun yalnız bir şərafətli sifətinə çatmaq üçün ömür boyu rəqabət aparılar…”
Şəmsəddin ibn Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi: “Onun imtiyazları böyükdür. O səbirli, dindar, xeyirxah, qane və qədirbilən olmuşdur.”
Süleyman Kətani (məsihi yazıçısı) deyir: “Fatimə pak, peyğəmbər fəzilətlərinin daşıyıcısı idi. Onda üstün əxlaqi səciyyələr vardı.”
Ayişə: Atasından savayı Fatimədən üstününü görmədim.”
Misir alimi Bintuş-Şati: “O peyğəmbərin qızları arasında ən sevimlisi idi. Peyğəmbərə hər cəhətdən daha çox oxşayırdı… Peyğəmbər əhli-beytinin (ə) onun nəslindən olması Allahın təqdiridir…”
Ustad Əhməd Şəms Basi deyir: “Fatimə dünya qadınlarının ən üstünüdür. O axirətdə də qadınların xanımı olacaq.”
Doktor Əli İbrahim Həsən: “Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır. Biz dünyanı nuruna boyamış bir şəxsiyyətlə üzbəüzük. Onun fəziləti filosofların və alimlərin kitablarından qaynaqlanmır. Problemlərlə dolu təcrübələr onu ərsəyə gətirmişdir. Onun əzəməti məqam və ya var-dövlətindən yox, ruhunun dərinliyindən qaynaqlanır. Yalnız Fatimənin (s) əzəməti Ayişəni məcbur etdi ki, “Fatimədən üstününü görmədim” söyləsin.” (“Elamun-nisa”)
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...