Könül oxşayan Hədislər

And içməmək və içdirməmək

Müəllif: Vüsal Əli 24.02.2025 59 baxış

And içməmək və içdirməmək
İmam Rza (ə):
Hər kim (borcunu ödəyə bilməyən) borclunu hakimin (dövlət məhkəməsi/şəriət qazisi) hüzuruna gətirərsə, onun (məcbur qalıb yalandan) and içəcəyini nəzərə alaraq, Allahın adına yalandan and içilməsinin qarşısını almaq və izzət və cəlal sahibi olan Allahın ehtiramını saxlayaraq bu işdən (borclunu məhkəməyə verməkdən) əl çəkərsə (and içdirməyib onu buraxarsa), Allah-taala Qiyamət günü onun üçün Həzrət İbrahim Xəlilullahın (a.s) məqamından başqa bir məqama razı olmaz.
مَنْ قَدَّمَ غَرِيماً لَهُ إِلَى السُّلْطَانِ، وَ هُوَ يَعْلَمُ أَنَّهُ يَحْلِفُ لَهُ، فَتَرَكَهُ تَعْظِيماً لِلَّهِ جَلَّ وَ عَزَّ، لَمْ يَرْضَ اللَّهُ لَهُ يَوْمَ الْقِيَامَةِ إِلَّا بِمَنْزِلَةِ إِبْرَاهِيمَ الْخَلِيلِ (ع).
📚Fiqhur-Rza (ə), s.257, bab.38.
✍Hədisdəki incə məqam odur ki, alacaqlı borclunun Allahın müqəddəs adına yalan and içəcəyini (və ya böyük bir günaha batacağını), yaxud adi bir dünyəvi iş və dünya malı üçün Allahın adının andda hallanacağını bildikdə, Allah adının əzəməti və böyük ehtiramını nəzərə alaraq öz haqqından keçir və onu and içməyə məcbur etmir. Bu alicənablıq insanı ilahi dərgahda Həzrət İbrahimin (ə) məqamına — “Xəlilullah” (Allahın dostu) dərəcəsinə ucaldan ali əxlaq kimi qiymətləndirilir.
P.S: Bu hədis bir nümunədir. İstənilən yerdə əgər bilirsənsə, qarşı tərəflə bir az da çənə vursan, Allahın adına and içəcək, hətta doğruya and içsə belə, bu işdən vaz keçmək, qarşı tərəfi and içməyə vadar etməmək, Allah adının dünya işinə alət olmasına bais olmamaq, insanın məqamını “Xəlilullah” dərəcəsinə qaldırır.
@mirmehemmed_beshir

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...