İmam Səccad (ə)

Axirət səfəri üçün azuqə

Müəllif: Vüsal Əli 22.01.2025 57 baxış
Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti…
İmam Səccadın (ə) dostlarından biri deyir: Soyuq və qaranlıq qış gecələrinin birində gördüm ki, həzrət Zeynül-Abidin (ə) çiyninə bir qədər odun götürüb yavaş-yavaş harasa gedir. Öz qulamımla irəli gedib, salam verdim və soruşdum:
– Ey Peyğəmbərin övladı! Bu ağır yüklə hara gedirsiniz?
İmam buyurdu: Səfərə gedirəm. Səfər azuqəsi hazırlamışam ki, onu bir yerə çatdırım.
– İcazə verin, bu yükü qulamım sizin üçün aparsın.
– Xeyr.
– Onda icazə verin, mən onu aparım.
– Mənim qurtuluşuma səbəb olacaq və səfərimi asanlaşdıracaq bir zəhməti başqasına tapşıra bilmərəm.
İmamdan ayrılıb getdim. Bir neçə gündən sonra həzrəti yenə gördüm.
Dedim: – Bəs, siz səfərə getməmişdinizmi?
Buyurdu: – O səfər, sənin güman etdiyin (dünya üçün) səfər deyildi. Mənim məqsədim axirət səfəri idi.
İmam Səccadın (ə) belə səfərləri çox olurdu və həzrət yoxsullar üçün lazım olan un, odun və s. kimi şeyləri öz ciyinlərində aparıb onlara çatdırırdı.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...