İmam Hüseyn (ə)

Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması

Müəllif: Vüsal Əli 17.01.2025 50 baxış
“Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər”
Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlamasıTəqlid mərcələrindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi Elmi Hövzənin tələbələri qarşısında çıxışında Əhli-Beytə (ə) sevginin təsiri haqqında gözəl bir məsələyə toxunub və özünün araşdırmalarından gəldiyi nəticəni açıqlayıb: “Neçə il idi ki, “Zümər” surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. “Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər”. (“Zümər” surəsi, ayə 73). Başqa sözlə, möminləri çənnətə tərəf çəkib apararlar. Özümdən soruşdum: nə üçün möminləri “cənnətə tərəf çəkərlər” ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”.
Bu, möminlərin ürəyində İmam Hüseyn (ə) sevgisinin gözəlliyinin əlamətidir.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...