Müsəlmanın həyat tərzi

Həqiqi müsəlmanın iki əlaməti

Müəllif: Vüsal Əli 12.02.2025 50 baxış

İslam Peyğəmbəri (s) buyurur:

لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ

“İnsanların namazları, orucları, həcc və yaxşılıqlarının çoxlu olması və gecələr oyaq qalmalarına (bunların öz növbəsində mühüm ibadətlər sayılmasına baxmayaraq) fikir verməyin, əksinə onların doğru danışıqları və əmanətdar olmalarına nəzər salın.”[1]

Qısa izah:

İslam dinində namaz, oruc və həcc kimi yüksək və ali tərbiyəvi ibadətlərin də xüsusi yer tutmasına baxmayaraq, islami hədisləri mütaliə etdikdə, həqiqi müsəlmanın iki əlamətlə – doğru danışmaq və əmanətdar olmaqla tanınması həqiqəti aşkara çıxır. Şübhəsiz, təkcə bunlar İslamın əsas simvolu sayılmır. Sadaladıqlarımız xüsusiyyətləri (doğru danışmaq) və (əmanətdarlıq) təkmilləşdirmək lazımdır.

Bəli, böyük şəxsiyyətləri sınaqdan keçirmək üçün ən yaxşı imtahan onların düzgün danışması və əmanətdar olmalarını təsdiq etmələridir. Belə kəslər hər zaman bu iki imtahanın öhdəsindən gələrlərsə, həqiqətdə düzgün insanlar sayılırlar.

 

[1] “Səfinətul-bihar”, c. 1, səh. 160.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...