Könül oxşayan Hədislər

Haqq müqabilində üç dəyərli xislət

Müəllif: Vüsal Əli 14.02.2025 52 baxış

İslam Peyğəmbəri (s) buyurur:

ثَلاَثٌ تَخْرُقُ الْحُجُبَ وَ تَنْتَهِي إِلَيٰ مَا بَيْنَ يَدَيِ اللهِ: صَرِيْرُ أَقْلَامِ الْعُلَمَاءِ وَ وَطْيُ أَقْدَامِ الْمُجَاهِدِينَ وَ صَوْتُ مَغَازِلِ الْمُحْصَنَاتِ

“Üç xislət maneələri aşaraq əzəmətli Allah dərgahına çatar: 1. Alimlərin yazı yazan vaxt qələmlərinin hərəkətindən yaranan səs; 2. Döyüş meydanlarında mübariz əsgərlərin addım səsi; 3. İffətli qadınların ip əyirən cəhrəsinin sədası!”[1]

Qısa izah

Necə də dolğun və təəccüblü izahdır! Üç səs var ki, varlığın dərinliyinə nüfuz edir və əks-sədası Allahın əzəmətli ərşinə qədər yüksələrək onun dərgahına çatır. Həmin səslər bunlardır: Asta və qısa olmasına baxmayaraq, qələmin səsi, mücahidlərin addım səsi və imanlı qadınların ip əyirən maşınlarının səsi.

Həqiqətdə də, şərəfli insan cəmiyyətinin təməl və bünövrəsini, məhz, elm, mübarizə və əmək adlı üç amil təşkil edir:.

[1] “Əş-şəhab fil-hökm vəl-adab,” səh. 22.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...