Xanım Fatimeyi-Zəhra (s.ə)

İki dünya Xanımının (s.ə) mövludu

Müəllif: Vüsal Əli 15.01.2025 59 baxış

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): “Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi”.
Xanım Fatimə öz fəziləti  ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir”. “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...