İmam Əli (ə)

İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi

Müəllif: Vüsal Əli 10.01.2025 54 baxış

İmam Əlinin (ə) dostlarından olan Zirar ibni Həmzə Zəbayi Şama getmişdi. Müaviyyənin (lən) xidmətinə gedir və Müaviyyə ondan İmam (ə) haqqında məlumat verməsini istəyir.

Zirar nəql edir: “Əlini (ə) o halda gördüm ki, gecə pərdələrini aşağı salmışdı. Mehrabında əyləşmişdi. Saqqalını əlini ilə tutub, zəhərli ilan vurmuş kimi bükülmüşdü. Qəmgin səslə ağlayır və deyirdi: “Ey dünya! Ey haram dünya! Məndən uzaqlaş. Mənim üçün özünü göstərirsən, ya mənə məftun olmusan ki, bir gün qəlbimdə yer alasan? Heç bir zaman, məbada.

Məndən qeyrisini aldat. Mənim sənə heç bir ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm ki, geri qayıtmayasan. Sənin yaşayış dövrün qısa,  dəyərin az və arzuların alçaqdır. Ah olsun azuqənin azlığından, yolun uzun olmasından, mənzilin uzaqlığından, Qiyamət gününün əzəmətindən!””. (Tebyan)/Deyerler.org/

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...