İmam Əliyyən Nəqi (ə)

İmam Hadinin (ə) təvəllüdü

Müəllif: Vüsal Əli 28.01.2025 58 baxış

Hicri təqvimi ilə 212-ci il, rəcəb ayının 2-ci günü, imamət və vilayətin parlaq ulduzu imam Hadi (ə) Mədinə şəhərinin yaxınlığında, “Sürəyya” kəndində dümyaya göz açdı. (Vəqayeül-əyyam, s. 311)
Onun əziz atası imam Cavad (ə), anası isə böyük şəxsiyyətli, dəyərli xanım, Səmanə idi. İmam Hadi (ə) anası haqqında belə deyir: “Anam, Haqq arifi və cənnət əhlidir. Azğın şeytan ona yaxın gəlmir, Allah onu qoruyur. O sədaqətli və saleh analar zümərsində sayılır.” (Dəlayilül-imamə, s. 216)
Onuncu imamın künyəsi, Əbülhəsən idi. Ona üçüncü Əbülhəsən də deyirdilər. O həzrətin ləqəbləri aşağıdakılardan ibarətdir: Nəqi, Hadi, Alim, Əmin, Təyyib, Mömin və Nasihdir. Onlardan ən məşhurlar Nəqi və Hadidir.
Unutmaq lazım deyil ki, imam Əli Ən-Nəqinin (ə) təvəllüdü daha məşhur rəvayətə əsasən hicri təqvimi ilə 212- il, zilhiccə ayının on beşinə təsadüf edir.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...