Arşdırmalar

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində

Müəllif: Vüsal Əli 22.02.2025 61 baxış

İmam Hüseynə (ə) MƏRSİYƏ tarixi ƏHLİ-SÜNNƏ mənbələrində Qədim şiə mənbələrindən əlavə bir çox əhli-sünnə kitablarında İmam Hüseynin (ə) Kərbəla müsibətindən danışılmış, bu barədə yazılan və deyilən mərsiyə və şerlər barədə məlumat verilmişdir ki, aşağıda bunlardan birinə işarə edəcəyik: Hicri-Qəməri tarixi ilə 3-4-cü əsrlərdə yaşamış əhli-sünnə alimi, ravi və şair Əbulfərəc Əli ibn Hüseyn İsfahani (284-362 hq) özünün “əl-Əğani” (təranə, nəğmə, avazla oxunan hər şey) adlı əsərinin müxtəlif yerlərində İmam Hüseyn (ə) barədə yazılan mərsiyələrə və bu mərsiyələrin müsibət məclislərində oxunmasına və İmam Hüseynin (ə) qatillərinin lənətlənməsinə işarə etmişdir. Bax: c.1, 16, s.362; c.17, s.188, 302 və 446. Əbulfərəc İsfəhani “Həzrət İmam Hüseynin (ə) xəbərləri” adı ilə açdığı fəsldə (c.16, s.359) xanım Rübab İmruul-Qeys qızının Kərbəla şəhidlərinə mərsiyə deməsi barədə yazır: “… Əmim mənə xəbər verdi Əl-Kənanidən, o da Qənəb ibn Mühriz Bahilidən, o da Məhəmməd ibn Həkəmdən, o da Əvanədən ki, Səkinənin anası Rübab bint İmruul-Qeys əri şəhid edildikdən sonra belə mərsiyə deyərdi: إنَّ الَّذي كانَ نوراً يُستَضاءُ بِهِبِكَربَلاءَ قَتيلٌ غَيرُ مَدفونِ سِبطُ النَّبِيِّ جَزاكَ اللّهُ صالِحَةًعَنّا وَجُنِّبتَ خُسرانَ المَوازينِ قَد كُنتَ لي جَبَلاً صَعباً ألوذُ بِهِوكُنتَ تَصحَبُنا بِالرَّحمِ وَالدّينِ مَن لِليَتامى ومَن لِلسّائِلينَ ومَنيُغني ويَأوي إلَيهِ كُلُّ مِسكينِ وَاللّهِ لا أبتَغي صِهراً بِصِهرِكُمُحَتّى اُغيَّبَ بَينَ الرَّملِ وَالطّينِ Tərcüməsi: O şəxs ki, nur idi və insanlar onun nurundan faydalanırdılar Kərbəlada öldürüldü və dəfn edilmədi Ey Peyğəmbərin (s) nəvəsi, Allah bizim tərəfimizdən sənə yaxşı mükafat versin Və səni əməl tərəzisinin ziyanlarından uzaq etsin Sən həqiqətən də mənim üçün möhkəm bir dağ idin ki, sənə sığınırdım Sən bizimlə mehribanlıq və dindarlıqla rəftar və yoldaşlıq edərdin Bundan sonra yetimlərin dadına kim çatsın, yoxsulların harayına Bundan sonra kim ehtiyacsızlıq qapısı olsun və yoxsullar ona güvənsin And olsun Allah ki, səndən sonra özümə ər seçmərəm Qumlar və torpaqlar altında dəfn olunan günədək @mirmehemmed_beshir #imamhüseynəhlisünnəmənbələrində

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...