İmam Hüseyn (ə)

İmam Hüseynin (ə) qərib mübarizəsi

Müəllif: Vüsal Əli 19.01.2025 57 baxış

İmam Hüseynin (ə) qərib mübarizəsi

İmam Hüseynin (ə) qərib mübarizəsi

Ən çətin mübarizə qərib mübarizədir
İmam Hüseyn (ə) öz hərəkətinin fəlsəfəsi kimi zülmlə mübarizəni göstərir: “Allahın bəndələrinə qarşı günah və düşmənçilik edir”. Söhbət dünyanın bütün insaflı şəxslərinin qəbul etdiyi ən müqəddəs məqsədlərdən gedir. Belə bir insan belə bir məqsəd yolunda ən çətin mübarizəyə dözür. Ən çətin mübarizə qərib mübarizədir. Dostların həvəsləndirməsi və bütün xalqın təqdiri arasında öldürülmək çox da çətin deyil. Erkən İslam çağının döyüşlərinin birində haqq və batil cəbhəsi bir-birinin qarşısında dayandı. Peyğəmbər (s) və Əmirəlmöminin (ə) kimi şəxslər haqq cəbhəsinin başında durdular. Peyğəmbər (s) öz əsgərlərindən soruşdu ki, meydana çıxıb düşmən ordusunun filan məşhur döyüşçüsünü məğlub etmək istəyən varmı? İslam ordusundan bir gənc könüllü şəkildə önə çıxdı. Peyğəmbər (s) əlini onun başına çəkdi və onu yola saldı, müsəlmanlar da onun üçün dua etdilər. O, döyüş meydanına getdi, cihad etdi və öldürüldü. Bu bir növ öldürülmək və cihad etməkdir. Cihad etməyin başqa bir növü isə elə bir cihaddır ki, insan döyüş meydanına sarı gedəndə cəmiyyət ya onu inkar edir, ya qafildir, ya kənara çəkilir, yaxud qarşısında dayanır; ürəkdən təqdir edən və sayları az olan şəxslər də onu tərifləməyə cürət etmirlər.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...