Müsəlmanın həyat tərzi

İnsan necə rahat yaşaya bilər?

Müəllif: Vüsal Əli 20.02.2025 52 baxış

İnsan necə rahat yaşaya bilər?

Həqiqi rahatlıq, yəni “asudəlik”, yalnız bədənin deyil, ruhun və zehnin sakitliyidir.

Bədən rahatlığı düzgün qidalanma və idmanla əldə olunsa da, insanların əsl axtardığı dinclik – daxili aramlıqdır.

Bu rahatlıq isə yalnız ruhun və qəlbin hüzur tapması ilə mümkündür.

Bəs bu hüzur necə əldə olunur?

Cavab sadədir: Allah-Təalaya diqqət yetirməklə. İnsan unutmamalıdır ki, başı üzərində bir Rəbb var və Onun iradəsi ilə hər şey baş verir.

Hər an Rəbbinlə əlaqədə olduğunu hiss edən insan, həyatın çətinlikləri qarşısında qorxu və təşvişə qapılmaz.

Qurani-Kərimdə Allah belə buyurur:

ər-Rad surəsi, 28-ci ayə O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

“Kim Mənim zikrimdən üz çevirərsə, onun üçün dar bir həyat olacaqdır…” — (Taha surəsi, 124-cü ayə)

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...