Namaz

Namazın təsirli və səmərəli olması üçün aşağıdakılar önəmlidir

Müəllif: Vüsal Əli 21.02.2025 61 baxış

Namazın insana təsir etməsi – xüsusilə də dünya tamahını azaltması və Allahla bağ qurması – onun necə qılındığından asılıdır. Sadəcə zahiri hərəkətlərlə qılınan namaz bu dərin təsirləri yaratmaya bilər. Böyük  ariflər də məhz buna işarə edirlər: Namazın qılnması haqqında quran belə buyrur.

  • əl-Muminun surəsi, 2-ci ayə O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
  • الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ

Namazın təsirli və səmərəli olması üçün aşağıdakılar önəmlidir:

 

  1. Qəlb hüzuru (xuşu’) – Namaz zamanı qəlb dağınıq olmamalı, insan Allahla danışdığını hiss etməlidir.
  2. Diqqət və şüurla – Hər kəlmənin mənasını düşünərək qılınan namaz insana daha dərin təsir edir.
  3. Daimiyyət – Vaxtında və daimi qılınan namaz qəlbi təmizləyir.
  4. Haramlardan uzaq həyat – Günahlarla dolu həyat namazın təsirini azaldır.
  5. Təvazö və səmimiyyət – Özünü böyük görmədən, Allaha təslim olaraq namaz qılmaq.

Məsumların (ə)  buyurduğu kimi:

Namazı öz vaxtında elə qıl ki, sanki sonuncu namazındır.

Bu yanaşma namazı rituallardan çıxarıb, qəlbi dəyişdirən bir vasitəyə çevirir. Yəni, namaz sadəcə bir ibadət deyil, insanın Allaha qayıdış yoludur. Əgər belə qılınsa, o zaman “dərdin dərmanı” olduğu aydın şəkildə hiss edilər.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...