Həzrət Muhəmməd (s)

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir

Müəllif: Vüsal Əli 04.01.2025 58 baxış

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir.
Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا
“Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?” (Nisa, 41).
İzah: Bu ayəyə görə İslam peyğəmbəri (s) başqa peyğəmbərlər kimi yalnız öz ümmətinə yox, həm də digər keçmiş peyğəmbərlərin əməllərinə şahiddir. (“هَٰؤُلَاءِ” (haulai) əvəzliyi rəvayətlərə görə keçmiş ümmətlərin şahidlərinə, yəni keçmiş peyğəmbərlərə aiddir.) Bu, o həzrət (s) üçün çox böyük bir fəzilətdir. Quranda əməllərə şahid olmaqda məqsəd əməllərin mahiyyətini və batinini bəyan etməkdir. Odur ki, ilahi peyğəmbərlər və övliyalar – hamısının başında isə kamil insan və ən üstün məxluq olaraq İslam peyğəmbəri (s) – elə bir məqama malikdirlər ki, bəndələrin həqiqətini və batinini müşahidə edə bilir, Qiyamətdə əməllərə şahidlik edənlər sırasında yer alır və onların yaxşı və ya pis insan olmasına şəhadət verirlər. Qiyamətdə əməllərin digər şahidləri yer, bədən üzvləri, mələklər və s.-dir. Qeyd edək ki, Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil.
Hədis: İmam Sadiq (ə): “Bəndələrin bütün əməlləri – istər yaxşılar olsun, istər pislər, – hər gün səhər Allah rəsuluna (s) məruzə edilir.” (Kafi, c. 1, səh. 219, hədis: 1).

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...