Həzrət Muhəmməd (s)

Peyğəmbərin (s) dəvətinin cahanşümul olması

Müəllif: Vüsal Əli 05.01.2025 52 baxış

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
“Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir.” (Səba, 28).
İzah: İslam dininin zərurətlərindən biri İslam peyğəmbərinin (s) dəvətinin cahanşümul olması və həmçinin o həzrətin (s) sonuncu peyğəmbər olmasıdır. Tarixi dəlillərdən başqa – məsələn, İslam peyğəmbərinin (s) dünya ölkələrinin başçılarına məktublar yazması, – bir çox Quran ayələri də bu məsələyə dəlalət edir. “Ey insanlar!”, “Ey Adəm övladı!” kimi müraciətlər bunu təsdiq edir. Həmçinin, yəhudilik və xristianlıq kimi digər dinlərin ardıcıllarını dəvət etməsi o dinlərin qüvvədən düşməsini və hamının İslam dininə tapınması zərurətini göstərir. Bu dəlillərlə yanaşı bəzi ayələr də vardır ki, birbaşa o həzrətin (s) dəvətinin cahanşümul olmasını aydın ifadə edir. Bu ayələrdən biri yuxarıdakı ayədir ki, İslam peyğəmbərinin (s) nübuvvət məqsədinin bütün insanlara müjdə vermək və xəbərdarlıq etmək olduğunu bildirir. Qeyd edək ki, bu ayələr həm Peyğəmbərin (s) dəvətinin cahanşümul olmasına, həm də əbədi və bütün dövrlərə aid olmasına işarə edir.
Hədis: İslam peyğəmbəri (s): “Mən, mənimlə (eyni dövrdə) yaşayanların və məndən sonra dünyaya gələcək insanların peyğəmbəriyəm.” (Kənzül-ümmal, c. 11, səh. 404, hədis: 31885).

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...