Surələrin Fəziləti

“Qələm” surəsinin fəziləti

Müəllif: Vüsal Əli 19.12.2024 56 baxış

İmam Sadiq (ə) buyurdu: Hər kəs Nun vəl-qələm surəsini özünün vacibi və müstəhəbbi namazlarında oxusa, əzəmətli Allah onu həmişə çətinlik və yoxsulluğa düşməkdən qoruyar, dünyadan köçəndən sonra qəbr sıxıntısından və onun əzabından ona pənah verər.
Rəsulu-Əkrəm (s.ə.v.v) buyurdu: Nun vəl-qələm surəsini oxuyan ksə, Allah xoşəxlaq adamların savabını əta edər.
Günlərin birində Həzrət Məhəmməd Mustəfa (s.ə.v.v) Bəqi qəbiristanlığından ötüb keçəndə, belə buyurdu: Allaha and olsun, bu qəbiristan əhlinin çoxu göz yarasından ölmüşdür.
Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın və həmçinin evinizdə də asın.
“Və in yəkadulləzinə kəfəru ləyuziqunəkə biəbsarihim ləmma səmiuz-zikrə və yəqulunə innəhu ləməcnun. Vəma huvə illa zikrun lilaləmin.” (Qələm-52). Çox təsiri vardır. (qələmi götürün və indi bu ayəni yazıb, cibinizə qoyun). Həzrəti Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Göz ağrısı, dəvəni qazana, kişini isə (adamı) gora salar.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...