İmam Museyi-Kazim (ə)

Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?

Müəllif: Vüsal Əli 25.01.2025 67 baxış
“Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”.
Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi.
Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”.
İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı vardır (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”.
İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”.

Qaynaq: “Tuhəful-uqul”, İmam Kazimə (ə) aid olan bölmə.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...