Könül oxşayan Hədislər

Riyakarlıq və özünügöstərmə

Müəllif: Vüsal Əli 15.02.2025 58 baxış

Riyakarlıq və özünü nümayiş etdirməyi adət halına çevirən bir qrup insanın demək olar ki, bütün həyat devizi puç və mənasızdır. Belə insanlar mədəniyyət yerinə ruhsuz zahir, real həyat yerinə mövhumat və xəyallar, səadət və xoşbəxtlik əvəzinə yalnız quru bir ad, din və məzhəbdən isə təkcə bir növ silsiləvi mərasimlərlə kifayətlənirlər. Şübhəsiz, özlərini bu şəkildə nümayiş etdirən insanların mənfəəti riyakarlıq və ikiüzlülükdən başqa, heç bir şey deyildir.

İmam Sadiq (ə) buyurmuşdur:

لاَ تُرَاءِ بِعَمَلِكَ مَن لا يُحْيِي وَ لا يُمِيتُ وَ لا يُغْنِي عَنْكَ شَيْئًا

“Öz xeyirxah işlərini nə həyat və ölüm əllərində olmayan, nə də sənin çətinliklərini həll edə bilməyən kəslərə göstərmək (riya) məqsədi ilə yerinə yetirmə.”[1]

 

Bu səbəbdən, İslam dini belə iyrənc sifəti şiddətli şəkildə tənqid edir və bu barədə öz nəzərini bildirərək deyir: “Sənin müqəddərat və taleyin belə insanların ixtiyarında deyil! Belə isə, riyakarlıq etmək nəyə lazımdır?! ”

Əgər biz bütün nemətlər, o cümlədən, izzət və səadətə nail olmağın bağışlayan və mehriban Allah tərəfindən olması həqiqətinə diqqət yetirə bilsək, bu zaman şəxsiyyət və mənliyimizi digərləri müqabilində nümayiş etdirməyimizə ehtiyac qalmaz.

 

[1] “Biharul-ənvar”, c. 69, səh. 300.

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...