Surələrin Fəziləti

“Saffat” surəsinin fəziləti

Müəllif: Vüsal Əli 16.12.2024 54 baxış

Həsən ibn Übəyyil Əladan nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs cümə günləri Saffat surəsini oxusa, həmişə bütün xətalardan amanda qalar, bu dünyada hər cür giriftarçılıqdan və müsibətdən qorunmuş olar, Ruzinin bolluğundan tamamilə faydalanar. Allah onu qovulmuş Şeytanın və yaxud zülmkarın şərrindən giriftar etməz.
Əgər həmin gün və yaxud gecə vəfat etsə, Allah onu şəhidlərlə qaldırar, şəhid öldürər, onlarla birlikdə məqam və dərəcədə Behiştə daxil edər.
Übəyy ibn Kəb deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Saffat surəsini oxusa, Allah ona on həsənə əta edər, onu bütün cinlərdən şeytanlardan və şirkdən uzaq edər, və iki qoruyucu mələk Qiyamət günündə onun Peyğəmbərlərə iman gətidiyinə şəhadət verərlər.
Hər kəs bu surəni yazıb yusa, və o su ilə qüsl etsə, ağrıları sağalar.
Əgər gözdə çiçək xəstəliyi olsa, aşağıdakı ayəni bir qədər pak buğdaya yaxud duza oxusun və suya töksün, inşaallah çiçəyi (xəstəliyi) sağalar. “Fəinnəma hiyə zəcrətun vahidətun” (Saffat-19) “Fəkəşəfna ənkə citaəkə fəbəsərukəl yəvmə hədid.” (Qaf-22) “Əvla ləkə fəəvla əyəhsəbul insanu ən yutrəkə sudən. Ələm yəku nutfətən min məniyyin yumna.” (Qiyamət-35-37) sudan gözünə sürtsün, sonra oxusun. “Və yursilun-səmaiqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fillahi və huvə şədidul mihal.” (Rədd-13).

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...