Surələrin Fəziləti

“Şuəra” surəsinin fəziləti

Müəllif: Vüsal Əli 15.12.2024 53 baxış

Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Bir kəs Şuəra surəsini oxusa, onun əcri on həsənə miqdarında olacaq, hər bir həsənə Həzrət Nuhu, Hudu, Şüeybi, Salehi, və İbrahimi təsdiq və təkzib edənlərin, və Həzrət İsanı təkzib edənlərin, və Həzrət Məhəmmədi (s.ə.v.v) təsdiq edənlərin sayı qədərdir.
Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq belə (ə) belə buyurdu: Hər kəs bu üç [ta-sin]-ni (Şuəra, Nəml, Qəsəs) cümə axşamı oxusa, Allahın dostlarından və övliyalarından olar. Dünyada heç vaxt çətinlik çəkməz. Beheşt nemətlərindən o qədər ona verərlər ki, çox razı qalar. Allah Beheşt hurilərindən yüz hurini onunla evləndirər.
İbn Abbas deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah mənə Tövratın əvəzinə yeddi böyük surəni nazil etdi. Onlar ibarətdir: Bəqərə-Ali İmran-Nisa-Maidə-ənam-Əraf Ənfaldan, Taha və Təvasin (Şuəra, Nəml, Qəsəs) sursini Zəburun əvəzinə mənə nazil etdi, və sair….
Dərdə olan ağ-qara ləkələri müalicə etmək üçün bu ayələri ləkələrin üzərinə yazın:
“Və in min şəyin illa indəna xəzinuhu vəma nunəzzinhu illa biqədərin məlum” (Hicr-21) “Qalə həl yəsməunəkum iz tədunə əv yənfəunəkum əv yəzurrun.” (Şuəra73).

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...