Məqalə

Üsamə bin Zeyd deyir:

Müəllif: Vüsal Əli 22.02.2025 63 baxış

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının altında nə olduğunu bilmədiyim bir şeyi bürümüşdü (qucaqlamışdı). İşimi bitirdikdən sonra soruşdum: Ey Allahın Rəsulu, libasının altında bürüdüyün bu şey nədir? O, libasını açdı (əbasını qaldırdı); bir də gördüm ki, Həsən və Hüseyn (ə) onun qucağında oturublar. Peyğəmbər (s) buyurdu: “Bu ikisi mənim oğullarım və qızımın (Fatimənin) oğullarıdır. Allahım! Mən bu ikisini sevirəm, Sən də onları sev! Onları sevənləri də sev!”. طَرَقْتُ النَّبِيَّ (ص) ذَاتَ لَيْلَةٍ فِي بَعْضِ الْحَاجَةِ، فَخَرَجَ النَّبِيُّ (ص) وَ هُوَ مُشْتَمِلٌ عَلَى شَيْءٍ لَا أَدْرِي مَا هُوَ، فَلَمَّا فَرَغْتُ مِنْ حَاجَتِي قُلْتُ‌: مَا هَذَا الَّذِي أَنْتَ مُشْتَمِلٌ عَلَيْهِ؟ قَالَ‌: فَكَشَفَهُ، فَإِذَا حَسَنٌوَ حُسَيْنٌ(ع) عَلَى وَرِكَيْهِ‌. فَقَالَ (ص)‌: «هَذَانِ ابْنَايَ وَ ابْنَا ابْنَتِيَ، اللَّهُمَّ إِنِّي أُحِبُّهُمَا فَأَحِبَّهُمَا، وَ أَحِبَّ مَنْ يُحِبُّهُمَا». Məhəmməd ibn İsa Termizi, “Sunənu Termizi” (əs-Sunən/ Səhihul-Came), c.5, s. 473, babul-mənaqib, hədis: 3769 (darul-hədis çapı, 1419 hq). Bu hədis Əhli-sünnəyə görə səhihdir, çünki onu Buxari də öz Səhihinin “mənaqib” fəslində (hədis: 3753) nəql etmişdir. P.S: Cahiliyyə dövründə ərəblər qız uşaqlarından olan nəvələri öz nəsillərinin davamçısı saymırdılar. Peyğəmbərimiz (s) “bu ikisi mənim oğullarım və qızımın oğullarıdır” deyərək bu yanlış adəti sındırdı. O, bu kimi kəlamları ilə öz soyunun məhz qızı Həzrət Fatimə (s.ə) vasitəsilə, yəni Həsən və Hüseynlə (ə) davam edəcəyini hüquqi və mənəvi olaraq elan etdi. #imamhüseynəhlisünnəmənbələrində @mirmehemmed_beshir

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...