Müstəhəb namazlar

Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı

Müəllif: Vüsal Əli 12.02.2025 68 baxış

Zil-Hiccə ayının ilk 10 gecəsinin namazı

Bu namaz (Zil-Hiccə ayının namazı niyyəti ilə) eyni ilə Sübh namazı kimi 2 rəkət qılınır. Qılınma vaxtı hər gecə Məğrib (ŞAM) namazı ilə İşa (xüftən) namazının arasıdır.

Bu namazın Sübh namazı ilə təkcə fərqi budur ki, hər rəkətdə İxlas (Qul hu vəllah) surəsindən sonra Ə`raf surəsinin 142 ayəsi bir dəfə tilavət edilməlidir. (Ayəni əzbər bilməyənlər kağıza yazaraq üzündən və ya telefondan oxuya bilərlər).

«وَ واعَدْنا مُوسى ثَلاثينَ لَيْلَةً وَ أَتْمَمْناها بِعَشْرٍ فَتَمَّ ميقاتُ رَبِّهِ أَرْبَعينَ لَيْلَةً وَ قالَ مُوسى لِأَخيهِ هارُونَ اخْلُفْني في قَوْمي وَ أَصْلِحْ وَ لا تَتَّبِعْ سَبيلَ الْمُفْسِدين»

Ayənin oxunuşu:

“Və vaədna Musa səlasinə ləylətən və ətməmnaha bi əşrin, fətəmmə miqatu rəbbihi ərbəinə ləylətən və qalə Musa li əxihi Harunəxlufni fi qovmi və əslih və la təttəbi` səbiləl mufsidin”.

Ayənin tərcüməsi:

“Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».

Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...