Zilhiccə ayı

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Müəllif: Vüsal Əli 09.02.2025 68 baxış
Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur:
1. Oruc tutmaq;birinci günün orucu səksən ayın orucunun savabına bərabərdir.
2. Həzrət Fatimeyi-Zəhranın (ə) namazını qılmaq; bu namaz iki-iki dörd rükətdir və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsi və namazın salamından sonra isə xanım Fatimeyi-Zəhranın (ə) təsbihi deyilir və daha sonra bu duanın oxunması tövsiyə olunur:
سُبْحَانَ ذِي الْعِزِّ الشَّامِخِ الْمُنِيفِ سُبْحَانَ ذِي الْجَلالِ الْبَاذِخِ الْعَظِيمِ سُبْحَانَ ذِي الْمُلْكِ الْفَاخِرِ الْقَدِيمِ سُبْحَانَ مَنْ يَرَى أَثَرَ النَّمْلَةِ فِي الصَّفَا سُبْحَانَ مَنْ يَرَى وَقْعَ الطَّيْرِ فِي الْهَوَاءِ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا وَ لا هَكَذَا غَيْرُهُ
Duanın oxunuşu:
 
Subhanə zil izziş-şamixil munif, subhanə zil cəlalil bazixil əzim, subhanə zil mulkil faxiril qədim, subhanə mən yəra əsərən nəmləti fis-səfa, subhanə mən yəra vəq`ət-təyri fil-həva, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.
3. Günbatana az qalmış iki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsinin oxunması tövsiyə olunur.
4.Zülmkarın şərindən qoxan insan Zilhiccə ayının birinci günü bu duanı oxusa, Allah-Taala onu zülmkarın şərindən qoruyar:
حَسْبِي حَسْبِي حَسْبِي مِنْ سُؤَالِي عِلْمُكَ بِحَالِي
Duanın oxunuşu:
 
Həsbi, həsbi, həsbi min suali ilmukə bihali.
Qeyd etmək lazımdır ki, Zilhiccə ayının birinci günüİbrahim peyğəmbər dünyaya gəlmiş, eləcə də, imam Əli (ə) xanım Fatimeyi-Zəhra(ə) ilə evlənmişdir.
Vüsal Əli

Vüsal Əli

SonÜmid TV portalının dini araşdırmaçısı və müəllifi.

Oxşar Məqalələr

Şərhlər (0)

Məqaləyə şərh yazmaq üçün hesabınıza daxil olun və ya yeni qeydiyyatdan keçin. Giriş / Qeydiyyat

Hələ heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...