#472

Bədəndə əmələ gələn yaralar, çibanlar və sızaqlar üçün dua

Məfatihül-Cinan (Cənnətlərin Açarları) • Şeyx Abbas Qummi

Paylaş

Orijinal Ərəbcə Mətni

Məfatihül-Cinan
بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، وَ مَثَلُ كَلِمَةٍ خَبيثَةٍ كَشَجَرَةٍ خَبيثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الاَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ
مِنْهَا خَلَقْنَاكُمْ وَ فيهَا نُعيدُكُمْ، وَ مِنْهَا نُخْرِجُكُمْ تَارَةً اُخْرَى، اَللهُ اَكْبَرُ وَ اَنْتَ لا تُكَبَّرُ اَللهُ يَبْقَى وَ اَنْتَ لاتَبْقَى، وَاللهُ عَلَى كُلِّ شَيْيٍ قَديرٌ

Oxunuşu / Transkripsiya və İzahı

Nəql olunmuşdur ki, aşağadakı ayələr onlara oxunsun, eləcə də yazılıb həmin şəxsin boynundan asılsın. Dua belədir:
Bağışlayan və mehriban Allahın adı ilə! Pis söz yerdən qopardılmış və kökü olmayan pis bir ağaca bənzəyir.
Ayəni (“İbahim” surəsi, 27) axıra qədər oxumalıdır.
Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq. Allah böyükdür, sən isə böyük deyilsən. Allah qalacaq, sən isə qalmayacaqsan. Allah hər bir şeyə qadirdir.

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim, və məsəlu kəlimətin xəbisətin kəşəcərətin xəbisəh, uctussət min fəvqil ərzi ma ləha min qərar...
Minha xələqnakum və fiha nuidukum, və minha nuxricu-kum tarətən uxra, Əllahu ək-bəru və əntə la tukəbbər, Əlla-hu yəbqa və əntə la təbqa, vəl-lahu əla kulli şəy`in qədir.
Əvvəlki: #471. Bərəs (bədən yaranan ləkələr) xəstəliyi üçün dua Bütün Dualar ↑ Növbəti: #473. Diz ağrısı üçün dua

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...