#432

İstiğasə namazı

Məfatihül-Cinan (Cənnətlərin Açarları) • Şeyx Abbas Qummi

Paylaş

Oxunuşu / Transkripsiya və İzahı

“Məkarim” adlı kitabda nəql olunur ki, “İstağasə” namazını qılmaq üçün gecə yatmaq istədiyin vaxt təmiz bir qabı pak su ilə doldur və üzərinə təmiz bir parça çəkib, yatağının kənarına qoy. Gecə namazını qılmaq üçün gecənin axırında oyandığın vaxt o sudan üç qurtum iç və suyun qalanı ilə dəstəmaz al. Daha sonra üzü qibləyə dayanıb, azan və iqamə de və iki rükət namaz qıl. Namazda “Həmd” və istədiyin bir Quran surəsini oxu və sonra rükuya get. Rükuda iyirmi beş dəfə “Ya ğiyasəl mustəğisin” zikrini de. Rükudan qalxıb, ayaq üstə dayandığın halda yenə də iyirmi beş dəfə bu zikri de. Həmçinin birinci səcdədə və səcdədən qalxıb, yerində əyləşdiyin halda, habelə, ikinci səcdədə və ikinci səcdədən qalxıb yerində əyləşdiyin halda, iyirmi beş dəfə bu zikri de. İkinci rükəti də bu qayda ilə qıl. Beləliklə də bu iki rükət namazda bu zikri üç yüz dəfə deyirsən. Namazın təşəhhüd və salamlarını dedikdən sonra başını göyə qaldır və otuz dəfə “Minəl əbdiz zəlil iləl məvləl cəlil” sözlərini de. Sonra öz hacətini istə. İnşaallah, tezliklə hacətin rəva olar.
Əvvəlki: #431. Başqa bir hacət namazı Bütün Dualar ↑ Növbəti: #433. Həzrət Fatimə Zəhraya (s) istiğasə namazı

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...