#19

NƏSR SURƏSİ

Məfatihül-Cinan (Cənnətlərin Açarları) • Şeyx Abbas Qummi

Paylaş

Orijinal Ərəbcə Mətni

Məfatihül-Cinan
بسم الله الرحمن الرحيم
إِذَا جَاء نَصْرُ اللَّهِ وَالْفَتْحُ (1) وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا (2) فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ اِنَّهُ كَانَ تَوَّابًا (3).

Oxunuşu / Transkripsiya və İzahı

Bağışlayan və mehriban Allahın adı ilə
1. Allahın köməyi və o (böyük) zəfər (Məkkənin fəthi və digər zə¬¬fər¬lər) gəldiyi zaman,
2. İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gör¬dü¬yün zaman
3. Rəbbinə həmd-səna etməklə bərabər Onu zikr et, etiqad və əməldə Onu pak və nöqsansız bil. Ondan bağışlanmaq dilə. O, həqiqə¬tən, daim nəzər yetirən və tövbələri qəbul edəndir.
Nəsr surəsinin fəziləti
Bu surəni vacib və nafilə namazlarda oxumaq insanın düşmənlərinə qalib gəlməyə kömək edər.

Azərbaycan Dili Tərcüməsi

Bismillahir rəhmanir rəhim
İza caə nəsrullahi vəl fəth 1. Vərəəytən nasə yədxulunə fi dinillahi əfvaca 2. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba 3.
Əvvəlki: #18. KAFİRUN SURƏSİ Bütün Dualar ↑ Növbəti: #20. İXLAS SURƏSİ

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...