#215

On beşinci gecə

Məfatihül-Cinan (Cənnətlərin Açarları) • Şeyx Abbas Qummi

Paylaş

Oxunuşu / Transkripsiya və İzahı

Çox bərəkətli gecədir. Allah öz mömin bəndələrinə rəhmət gözü ilə baxar. Hər kəs bu gecə, Allahın itaətinə və ibadətinə məşğul olsa, onun üçün yüz nəfər saleh –oruc tutub daima məscidə gedən və bir an belə günah etməyən–şəxsin savabı yazılar. Peyğəmbər (s)-ən olan bir hədisdə deyilir ki, bu gecəni qənimət bilin, itaət, ibadət, namaz və Allahdan istəklərinizi diləməklə məşğul olun. Başqa rəvayətdə təkidlə deyilir ki, hər kəs hər nə istək diləsə, Allah taala ona verər.
Əvvəlki: #214. On birinci gecə Bütün Dualar ↑ Növbəti: #216. İyirmi üçüncü gün

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...