102

Ət-Təkasur Surəsi

8 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ التكاثر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 102 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ət-Təkasur Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Təkasur Surəsi, Ayə 1

أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Al haku mut takasur
Mişkini Tərcüməsi: (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.
2 Ət-Təkasur Surəsi, Ayə 2

حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Hatta zurtumul-maqabir
Mişkini Tərcüməsi: O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).
3 Ət-Təkasur Surəsi, Ayə 3

كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Kalla savfa ta'lamun
Mişkini Tərcüməsi: Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.
4 Ət-Təkasur Surəsi, Ayə 4

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Summa kalla savfa ta'lamun
Mişkini Tərcüməsi: Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.
5 Ət-Təkasur Surəsi, Ayə 5

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Kalla lav ta'lamuna 'ilmal yaqin
Mişkini Tərcüməsi: Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,
6 Ət-Təkasur Surəsi, Ayə 6

لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Latara-vun nal cahim
Mişkini Tərcüməsi: Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).
7 Ət-Təkasur Surəsi, Ayə 7

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Summa latara vunnaha 'ainal yaqin
Mişkini Tərcüməsi: Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.
8 Ət-Təkasur Surəsi, Ayə 8

ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Summa latus alunna yauma-izin 'anin na'im
Mişkini Tərcüməsi: Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.
Əvvəlki: 101. Əl-Qariə Bütün Surələr ↑ Növbəti: 103. Əl-Əsr

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...