25

Əl-Furqan Surəsi

77 Ayə 18-ci Cüz Məkkə
سُورَةُ الفرقان Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 25 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Furqan Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Furqan Surəsi, Ayə 1

تَبَارَكَ ٱلَّذِى نَزَّلَ ٱلْفُرْقَانَ عَلَىٰ عَبْدِهِۦ لِيَكُونَ لِلْعَٰلَمِينَ نَذِيرًا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Tabarakal lazi nazzalal Furqana 'ala 'abdihi li yakuna lil'alamina nazira
Mişkini Tərcüməsi: Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Quranı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir.
2 Əl-Furqan Surəsi, Ayə 2

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَخَلَقَ كُلَّ شَىْءٍۢ فَقَدَّرَهُۥ تَقْدِيرًۭا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allazi lahu mulkus samavati val ardi va lam yattaxiz valadanv va lam yakul lahu şarikun filmulki va xalaqa kulla şai'in faqaddarahu taqdira
Mişkini Tərcüməsi: O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr baxımından) öz halına münasib ölçü təyin etmişdir.
3 Əl-Furqan Surəsi, Ayə 3

وَٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةًۭ لَّا يَخْلُقُونَ شَيْـًۭٔا وَهُمْ يُخْلَقُونَ وَلَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ ضَرًّۭا وَلَا نَفْعًۭا وَلَا يَمْلِكُونَ مَوْتًۭا وَلَا حَيَوٰةًۭ وَلَا نُشُورًۭا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Vattaxazu min dunihi ahihatal la yaxluquna şai'anv va hum yuxlaquna va la yamlikuna li anfusihim darranv va la naf'anv va la yamlikuna mavtanv va la hayatanv va la nuşura
Mişkini Tərcüməsi: Allahın yerinə (nəinki) heç bir şey yaratmayan, (hətta) özləri yaradılan (yaradılmış olan), özləri üçün heç bir ziyan və xeyirə malik olmayan və öldürməyə, həyat bəxş etməyə və ölümdən sonra diriltməyə qadir olmayan məbudlar götürdülər.
4 Əl-Furqan Surəsi, Ayə 4

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ إِفْكٌ ٱفْتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيْهِ قَوْمٌ ءَاخَرُونَ ۖ فَقَدْ جَآءُو ظُلْمًۭا وَزُورًۭا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina kafaru in haza illa ifkunif tarahu va a'anahu 'alaihi qavmun axaruna faqad ca'u zulmanv va zura
Mişkini Tərcüməsi: Kafirlər dedilər: «Bu (Quran), onun (Muhəmmədin (s)) özündən uydurduğu və digər bir dəstənin (yəhudilərin) bunda ona kömək etdikləri yalandan başqa bir şey deyildir». Beləliklə onlar doğrudan da (Peyğəmbərə belə bir nisbət verməklə böyük) bir zülmə və yalana batdılar.
5 Əl-Furqan Surəsi, Ayə 5

وَقَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ٱكْتَتَبَهَا فَهِىَ تُمْلَىٰ عَلَيْهِ بُكْرَةًۭ وَأَصِيلًۭا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va qalu asatirul avvalinak tatabaha fahiya tumla 'alaihi bukratanv va asila
Mişkini Tərcüməsi: Və dedilər: «(Bu kitab) onun istəyi ilə (başqalarının) onun üçün yazdıqları keçmişlərin əfsanələridir; həmin yazı səhər-axşam ona oxunur (və o da eşitdiklərini əzbərləyərək camaata oxuyur)».
6 Əl-Furqan Surəsi, Ayə 6

قُلْ أَنزَلَهُ ٱلَّذِى يَعْلَمُ ٱلسِّرَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ غَفُورًۭا رَّحِيمًۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Qul anzalhul lazi ya'lamus sirra fis samavati val-ard; innahu kana Ğafurar Rahima
Mişkini Tərcüməsi: De: «Onu (Quranı) göylərdə və yerdə olan örtülü sirləri (məxluqatın elm və hisslərinin çərçivəsindən xaric olanları) bilən (Allah) nazil etmişdir». Həqiqətən, O, çox bağışlayan və mehribandır (və bu səbəbdən kafirlərə əzab göndərməkdə tələsmir).
7 Əl-Furqan Surəsi, Ayə 7

وَقَالُوا۟ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأْكُلُ ٱلطَّعَامَ وَيَمْشِى فِى ٱلْأَسْوَاقِ ۙ لَوْلَآ أُنزِلَ إِلَيْهِ مَلَكٌۭ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va qalu ma li hazar Rasuli yakulut ta'ama va yamşi fil asvaq; lav la unzila ilaihi malakun fa yakuna ma'ahu nazira
Mişkini Tərcüməsi: (Müşriklər) dedilər: «Bu necə peyğəmbərdir ki, yemək yeyir və bazarlarda gəzir?! (Halbuki peyğəmbər mələk olmalıdır.) Nə üçün ona (heç olmasa) bir mələk nazil olmur ki, onunla birlikdə (insanları) qorxutsun (və onun peyğəmbərliyini təsdiq etsin)?»
8 Əl-Furqan Surəsi, Ayə 8

أَوْ يُلْقَىٰٓ إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُۥ جَنَّةٌۭ يَأْكُلُ مِنْهَا ۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا ﴿8﴾

Oxunuşu (Transkripsiya): Av yulqa ilaihi kanzun av takunu lahu cannatuny yakulu minha; va qalaz zalimuna in tattabi'una illa raculam mas hura
Mişkini Tərcüməsi: Yaxud nə üçün (göydən) ona bir xəzinə göndərilmir və ya onun bir bağı yoxdur ki, ondan istifadə etsin?! Və bu zalımlar (camaata) dedilər: «Siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz».
9 Əl-Furqan Surəsi, Ayə 9

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَٰلَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Unzur kaifa darabu lakal amsala fadallu fala yastati'una sabila
Mişkini Tərcüməsi: Gör sənin üçün necə məsəllər çəkdilər və nə sifətlər dedilər, beləliklə də (Peyğəmbərin və peyğəmbərliyin tanınmasında) yollarını azdılar və onların (haqqa tərəf) bir yol tapmaq qüdrətləri yoxdur.
10 Əl-Furqan Surəsi, Ayə 10

تَبَارَكَ ٱلَّذِىٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيْرًۭا مِّن ذَٰلِكَ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَيَجْعَل لَّكَ قُصُورًۢا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Tabarakal lazi in şa'a ca'ala laka xairam min zalika cannatin tacri min tahtihal anharu va yac'al laka qusura
Mişkini Tərcüməsi: Uca, əbədi və bərəkətlidir O (Allah) ki, əgər istəsə, sənə ondan (xəzinə və bağdan) daha yaxşısını– (ağaclarının) altından çaylar axan bağlar verər və sənin üçün saraylar yaradar. (Lakin bu kimi şeylər peyğəmbərliyə dəlalət edən işlər deyil.)
11 Əl-Furqan Surəsi, Ayə 11

بَلْ كَذَّبُوا۟ بِٱلسَّاعَةِ ۖ وَأَعْتَدْنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Bal kazzabu bis Sa'ati va a'tadna liman kazzaba bis Sa'ati sa'ira
Mişkini Tərcüməsi: (Peyğəmbərin yemək yeməsinə və gəzməsinə görə peyğəmbərliyin inkar edilməsi bəhanədir.) Əksinə, (əslində) onlar Qiyaməti yalan hesab etdilər (və cəza günü olmayanda təbii ki, peyğəmbərlik və din də puç və əbəs bir iş olacaqdır). Biz Qiyaməti yalan sayan kəs üçün yandıran bir od hazırlamışıq.
12 Əl-Furqan Surəsi, Ayə 12

إِذَا رَأَتْهُم مِّن مَّكَانٍۭ بَعِيدٍۢ سَمِعُوا۟ لَهَا تَغَيُّظًۭا وَزَفِيرًۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Iza ra'at hum mim ma kanim ba'idin sami'u laha tağaiyuzanv va zafira
Mişkini Tərcüməsi: (Həmin yandıran od) uzaqdan onları görəndə, onlar (kafirlər) onun hiddət və qəzəb nərəsini və şölələrinin səsini eşidərlər.
13 Əl-Furqan Surəsi, Ayə 13

وَإِذَآ أُلْقُوا۟ مِنْهَا مَكَانًۭا ضَيِّقًۭا مُّقَرَّنِينَ دَعَوْا۟ هُنَالِكَ ثُبُورًۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va iza ulqu minha makanan daiyiqam muqar ranina da'av hunalika subura
Mişkini Tərcüməsi: Əl-ayaqları bağlı və bir-birinə zəncirlənmiş halda həmin odda dar bir yerə atılan zaman onlar orada ah-vay və ölüm diləmək fəryadı ucaldarlar.
14 Əl-Furqan Surəsi, Ayə 14

لَّا تَدْعُوا۟ ٱلْيَوْمَ ثُبُورًۭا وَٰحِدًۭا وَٱدْعُوا۟ ثُبُورًۭا كَثِيرًۭا ﴿14﴾

Oxunuşu (Transkripsiya): La tad'ul yavma suburanv vahidanv vad'u suburan kasira
Mişkini Tərcüməsi: (Onlara deyilər:) Bu gün ah-vay və ölüm fəryadını bir dəfə ucaltmayın, ah-vay və ölüm fəryadını çox (dəfələrlə) ucaldın. (Çünki etiqad və əməldə olan hər bir günah üçün əzab, hər bir əzab üçün isə ah-vay və ölüm fəryadı vardır.)
15 Əl-Furqan Surəsi, Ayə 15

قُلْ أَذَٰلِكَ خَيْرٌ أَمْ جَنَّةُ ٱلْخُلْدِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ ۚ كَانَتْ لَهُمْ جَزَآءًۭ وَمَصِيرًۭا ﴿15﴾

Oxunuşu (Transkripsiya): Qul azalika xairun am Cannatul xuldil lati vu'idal muttaqun; kanat lahum caza'anv va masira
Mişkini Tərcüməsi: De: «O yaxşıdır, yoxsa təqvalılara (Allahın əzəli elmi və Lövhi-Məhfuzda) mükafat və qayıdış yeri olaraq vəd edilmiş əbədi Cənnət?!»
16 Əl-Furqan Surəsi, Ayə 16

لَّهُمْ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَ ۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعْدًۭا مَّسْـُٔولًۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Lahum fiha ma yaşa'una xalidin; kana 'ala Rabbika va'dam mas'ula
Mişkini Tərcüməsi: Onlar üçün orada əbədi qalacaqları halda (Cənnət nemətlərindən) istədikləri şey vardır. Bu iş, sənin Rəbbinin öhdəsində olan (və möminlər tərəfindən həm dil, həm də əməl ilə) istənilmiş bir vəddir.
17 Əl-Furqan Surəsi, Ayə 17

وَيَوْمَ يَحْشُرُهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمْ أَضْلَلْتُمْ عِبَادِى هَٰٓؤُلَآءِ أَمْ هُمْ ضَلُّوا۟ ٱلسَّبِيلَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va Yavma yahşuruhum va ma ya'buduna min dunil lahi fa yaqulu 'a-antum adlaltum 'ibadi ha'ula'i am hum dallus sabil
Mişkini Tərcüməsi: Və (yada sal) o gün(ü) ki, (Allah) onları (müşrikləri) və Allahın yerinə ibadət etdiklərini (bütləri, ulduzları, Məsihi və mələkləri) bir yerə toplayacaq və (həmin məbudlara) deyəcək: «Mənim bu bəndələrimi siz azdırdınız (və sizə ibadət etməyə dəvət etdiniz) yoxsa yolu onlar özləri azdılar?»
18 Əl-Furqan Surəsi, Ayə 18

قَالُوا۟ سُبْحَٰنَكَ مَا كَانَ يَنۢبَغِى لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنْ أَوْلِيَآءَ وَلَٰكِن مَّتَّعْتَهُمْ وَءَابَآءَهُمْ حَتَّىٰ نَسُوا۟ ٱلذِّكْرَ وَكَانُوا۟ قَوْمًۢا بُورًۭا ﴿18﴾

Oxunuşu (Transkripsiya): Qalu Subhanaka ma kana yambaği lana an nattaxiza min dunika min avliya'a va lakim matta'tahum va aba'ahum hatta nasuz zikra va kanu qavmam bura
Mişkini Tərcüməsi: Onlar deyəcəklər: «Paksan Sən (ey Allah)! Bizə Səndən qeyrisini dost götürmək yaraşmazdı (və buna haqqımız da yox idi). Lakin Sən onları və atalarını (dünya nemətlərindən) bəhrələndirdin, nəhayət Səni (və Sənin peyğəmbərlər vasitəsi ilə göndərdiyin ayələrini) unutdular və məhv olmuş bir dəstə oldular».
19 Əl-Furqan Surəsi, Ayə 19

فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًۭا وَلَا نَصْرًۭا ۚ وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًۭا كَبِيرًۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Faqad kazzabukum bima taquluna fama tastati'una sarfanv va la nasra; va mai yazlim minkum nuziqhu 'azaban kabira
Mişkini Tərcüməsi: (İbadət edənlərə deyilər:) Həqiqətən, (məbudlarınız) sizin dediklərinizi təkzib etdilər. Buna görə də nə əzabı (özünüzdən) dəf etmək, nə də (özünüzə) bir kömək etmək qüdrətiniz var. Biz sizdən (bu dünyada) zülm edənə, (axirətdə) böyük bir əzab daddırarıq.
20 Əl-Furqan Surəsi, Ayə 20

وَمَآ أَرْسَلْنَا قَبْلَكَ مِنَ ٱلْمُرْسَلِينَ إِلَّآ إِنَّهُمْ لَيَأْكُلُونَ ٱلطَّعَامَ وَيَمْشُونَ فِى ٱلْأَسْوَاقِ ۗ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍۢ فِتْنَةً أَتَصْبِرُونَ ۗ وَكَانَ رَبُّكَ بَصِيرًۭا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va ma arsalna qablaka minal mursalina illa innahum la yakulunat ta'ama va yamşuna fil asvaq; va ca'alna ba'dakum liba'din fitnatan atasbirun; va kana Rabbuka Basira
Mişkini Tərcüməsi: Bizim səndən əvvəl göndərdiyimiz peyğəmbərlər istisnasız olaraq yemək yeyir və bazarlarda gəzirdilər. Biz sizin bir qisminizi digəriniz üçün (peyğəmbər və ümmət, ağıllı və nadan, varlı və yoxsul təbəqələrini) sınaq vasitəsi etmişik, ki, (görək öz vəzifələrinizi yerinə yetirməkdə) səbr edəcəksinizmi? Sənin Rəbbin (hamının halını) həmişə görəndir.
21 Əl-Furqan Surəsi, Ayə 21

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا لَوْلَآ أُنزِلَ عَلَيْنَا ٱلْمَلَٰٓئِكَةُ أَوْ نَرَىٰ رَبَّنَا ۗ لَقَدِ ٱسْتَكْبَرُوا۟ فِىٓ أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّۭا كَبِيرًۭا ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina la yarcuna liqa'ana lav la unzila 'alainal mala'ikatu avnara Rabbana; laqadistakbaru fi anfusihim va 'atav 'utuvvan kabira
Mişkini Tərcüməsi: Bizim görüşümüzə ümidi olmayan (axirəti inkar edən) kəslər dedilər: «Nə üçün bizə mələklər göndərilmədi və ya öz Rəbbimizi görmürük?» Doğrudan da onlar öz batinlərində təkəbbür göstərdilər və böyük bir itaətsizlik etdilər.
22 Əl-Furqan Surəsi, Ayə 22

يَوْمَ يَرَوْنَ ٱلْمَلَٰٓئِكَةَ لَا بُشْرَىٰ يَوْمَئِذٍۢ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًۭا مَّحْجُورًۭا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Yavma yaravnal mala 'ikata la buşra Yavma'izil lilmucrimina va yaquluna hicram mahcura
Mişkini Tərcüməsi: Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiymət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin». Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır».
23 Əl-Furqan Surəsi, Ayə 23

وَقَدِمْنَآ إِلَىٰ مَا عَمِلُوا۟ مِنْ عَمَلٍۢ فَجَعَلْنَٰهُ هَبَآءًۭ مَّنثُورًا ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va qadimna ila ma 'amilu min 'amalin faca'alnahu haba'am mansura
Mişkini Tərcüməsi: Biz (onların küfr halında) etdikləri (sədəqə, xalqa xidmət, xeyirli ixtiralar və bu kimi yaxşı) əməllərə üz tutacaq və onları (havada) dağınıq toz-torpaq edəcəyik. (Çünki Allah mükafatı kiminsə haqqı olduğu üçün deyil, Öz lütfü ilə verir. Bundan əlavə, elə dünya nemətlərinin özü mükafatdır. Axirət nemətlərindən bəhrələnmək isə imanın olması şərti ilə mümkündür.)
24 Əl-Furqan Surəsi, Ayə 24

أَصْحَٰبُ ٱلْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌۭ مُّسْتَقَرًّۭا وَأَحْسَنُ مَقِيلًۭا ﴿24﴾

Oxunuşu (Transkripsiya): As habul cannati yavma'izin xairum mustaqar ranv va ahsanu maqila
Mişkini Tərcüməsi: Həmin gün Cənnət əhli daha yaxşı yerə və daha gözəl istirahət məkanına malik olacaqdır.
25 Əl-Furqan Surəsi, Ayə 25

وَيَوْمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلْغَمَٰمِ وَنُزِّلَ ٱلْمَلَٰٓئِكَةُ تَنزِيلًا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va Yavma taşaqqaqus sama'u bilğamami va nuzzilal mala'ikatu tanzila
Mişkini Tərcüməsi: Və (yada sal) o gün(ü) ki, göy onda olan ağ buludla parçalanar (və ya dünyanın nadanlıq və maddiyyat buludu kənara çəkilər və uca aləmin həqiqətləri zahir olar) və mələklər xüsusi nizamla yerə endirilərlər.
26 Əl-Furqan Surəsi, Ayə 26

ٱلْمُلْكُ يَوْمَئِذٍ ٱلْحَقُّ لِلرَّحْمَٰنِ ۚ وَكَانَ يَوْمًا عَلَى ٱلْكَٰفِرِينَ عَسِيرًۭا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Almulku Yavma'izinil haqqu lir Rahman; va kana Yavman'alal kafirina 'asira
Mişkini Tərcüməsi: Həmin gün (bütün varlıq aləmi üzərində) həqiqi mülkiyyət və hakimiyyət Rəhman olan Allaha məxsus olar və o gün kafirlər üçün çox çətin bir gün olacaqdır.
27 Əl-Furqan Surəsi, Ayə 27

وَيَوْمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَٰلَيْتَنِى ٱتَّخَذْتُ مَعَ ٱلرَّسُولِ سَبِيلًۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va Yavma ya'adduz zalimu 'ala yadaihi yaqulu ya laitanit taxaztu ma'ar Rasuli sabila
Mişkini Tərcüməsi: Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım».
28 Əl-Furqan Surəsi, Ayə 28

يَٰوَيْلَتَىٰ لَيْتَنِى لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًۭا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Ya vailata laitani lam attaxiz fulanan xalila
Mişkini Tərcüməsi: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım».
29 Əl-Furqan Surəsi, Ayə 29

لَّقَدْ أَضَلَّنِى عَنِ ٱلذِّكْرِ بَعْدَ إِذْ جَآءَنِى ۗ وَكَانَ ٱلشَّيْطَٰنُ لِلْإِنسَٰنِ خَذُولًۭا ﴿29﴾

Oxunuşu (Transkripsiya): Laqad adallani 'aniz zikri ba'da iz ca'ani; va kanaş Şaitanu lil insani xazula
Mişkini Tərcüməsi: «Həqiqətən, o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) yayındırdı». Şeytan insanı həmişə xar edib və (indi də) edir.
30 Əl-Furqan Surəsi, Ayə 30

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوْمِى ٱتَّخَذُوا۟ هَٰذَا ٱلْقُرْءَانَ مَهْجُورًۭا ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va qalar Rasulu ya Rabbi inna qavmit taxazu hazal Qur-ana mahcura
Mişkini Tərcüməsi: (Həmin gün) Allahın peyğəmbəri deyəcəkdir: «Ey mənim Rəbbim! Həqiqətən, mənim qömüm (peyğəmbərliyin əvvəlindən dünyanın sonuna kimi) bu Quranı tərk etdi (və onun təlimlərini dərk etməkdən və ona əməl etməkdən üz döndərdi)».
31 Əl-Furqan Surəsi, Ayə 31

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا مِّنَ ٱلْمُجْرِمِينَ ۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيًۭا وَنَصِيرًۭا ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va kazalika ca'alna likulli Nabiyyin 'aduvvam minal mucrimin; va kafa bi Rabbika hadiyanv va nasira
Mişkini Tərcüməsi: Biz beləcə (insanda nəfsi istək yaratmaq, şeytanı insana vəsvəsə etməkdə azad buraxmaqla) hər bir peyğəmbər üçün günahkarlardan düşmənlər qoyduq. Sənə Rəbbinin doğru yol göstərən və yardımçı olması kifayətdir.
32 Əl-Furqan Surəsi, Ayə 32

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ٱلْقُرْءَانُ جُمْلَةًۭ وَٰحِدَةًۭ ۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَٰهُ تَرْتِيلًۭا ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina kafaru lav la nuzzila 'alaihil Quranu cumlatanv vahidah; kazalika linusabbita bihi fu'adaka va rattalnahu tartila
Mişkini Tərcüməsi: Küfr edənlər dedilər: «(Əgər Quranın mənbəyi Allahın elmidirsə onda) nə üçün Quran ona bir yerdə (bütöv halda) nazil olmayıb?» Onun vasitəsi ilə sənin qəlbinə sabitlik və möhkəmlik vermək üçün (onun nazil olması) belədir. Və (buna görə də) onu yavaş-yavaş, bir-birinin ardınca (iyirmi üç il ərzində müxtəlif həcmlərdə sənə) oxuduq.
33 Əl-Furqan Surəsi, Ayə 33

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَٰكَ بِٱلْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va la yatunaka bimasainn illa ci'naka bilhaqqi va ahsana tafsira
Mişkini Tərcüməsi: Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk.
34 Əl-Furqan Surəsi, Ayə 34

ٱلَّذِينَ يُحْشَرُونَ عَلَىٰ وُجُوهِهِمْ إِلَىٰ جَهَنَّمَ أُو۟لَٰٓئِكَ شَرٌّۭ مَّكَانًۭا وَأَضَلُّ سَبِيلًۭا ﴿34﴾

Oxunuşu (Transkripsiya): Allazina yuhşaruna 'ala vucuhim ila cahannama ula'ika şarrum makananv va adallu sabila )section 3)
Mişkini Tərcüməsi: (Qiyamət günü) üzü üstə düşüb Cəhənnəmə tərəf toplanılanlar ən pis yerdədirlər və onlar ən azğın insanlardır.
35 Əl-Furqan Surəsi, Ayə 35

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرًۭا ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va laqad ataina Musal Kitaba va ca'alna ma'ahu axahu Haruna vazira
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musaya (səma) kitab(ı olan Tövratı) verdik və qardaşı Harunu onun yanında (Tövrat elmi, onun qorunması, əməl edilməsi və çatdırılması işində, eləcə də düşmənlə mübarizədə ona) yardımçı etdik.
36 Əl-Furqan Surəsi, Ayə 36

فَقُلْنَا ٱذْهَبَآ إِلَى ٱلْقَوْمِ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَدَمَّرْنَٰهُمْ تَدْمِيرًۭا ﴿36﴾

Oxunuşu (Transkripsiya): Faqulnaz haba ilal qavmil lazina kazzabu bi Aayatina fadammarnahum tadmira
Mişkini Tərcüməsi: Beləliklə, (onlara) dedik: «Bizim ayə və nişanələrimizi təkzib etmiş dəstənin (Firon və onun tayfasının) yanına gedin». (Onlar deyilən yerə getdilər və həmin tayfa onları təkzib etdi.) Belə olduqda Biz onları ən ağır üsulla həlak etdik.
37 Əl-Furqan Surəsi, Ayə 37

وَقَوْمَ نُوحٍۢ لَّمَّا كَذَّبُوا۟ ٱلرُّسُلَ أَغْرَقْنَٰهُمْ وَجَعَلْنَٰهُمْ لِلنَّاسِ ءَايَةًۭ ۖ وَأَعْتَدْنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمًۭا ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va qavma Nuhil lamma kazzabur Rusula ağraqnahum va ca'alnahum linnasi Aayatanv va a'tadna lizzalimina 'azaban alima
Mişkini Tərcüməsi: Nuhun qövmünü Bizim elçilərimizi (bütün peyğəmbərlərin təkzibi ilə nəticələnən ilahi peyğəmbərliyin əsasını) təkzib etdikləri zaman suda batırdıq və onları(n hekayətini) insanlar üçün (Öz qüdrət və əzəmətimizi göstərən) bir nişanə etdik. Biz zalımlar üçün ağrılı bir əzab hazırlamışıq.
38 Əl-Furqan Surəsi, Ayə 38

وَعَادًۭا وَثَمُودَا۟ وَأَصْحَٰبَ ٱلرَّسِّ وَقُرُونًۢا بَيْنَ ذَٰلِكَ كَثِيرًۭا ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va 'Aadanv Samuda va As habar Rassi va qurunam baina zalika kasira
Mişkini Tərcüməsi: Və (Hudun qövmü) Adı, (Salehin qövmü) Səmudu, (Şüeybin qömü olan və ya şam ağacına ibadət edən) Rəss əhlini və bu fasilədə (onların arasında dünyaya gəlmiş) bir çox cəmiyyətləri (həlak etdik).
39 Əl-Furqan Surəsi, Ayə 39

وَكُلًّۭا ضَرَبْنَا لَهُ ٱلْأَمْثَٰلَ ۖ وَكُلًّۭا تَبَّرْنَا تَتْبِيرًۭا ﴿39﴾

Oxunuşu (Transkripsiya): Va kullandarabna lahul amsala va kullan tabbarna tatbira
Mişkini Tərcüməsi: (Həmin qövmlərin) hər birinə (ibrətamiz) məsəllər çəkdik və (qəbul etmədikləri üçün onların) hamısını pərən-pərən (saldıq) və məhv etdik.
40 Əl-Furqan Surəsi, Ayə 40

وَلَقَدْ أَتَوْا۟ عَلَى ٱلْقَرْيَةِ ٱلَّتِىٓ أُمْطِرَتْ مَطَرَ ٱلسَّوْءِ ۚ أَفَلَمْ يَكُونُوا۟ يَرَوْنَهَا ۚ بَلْ كَانُوا۟ لَا يَرْجُونَ نُشُورًۭا ﴿40﴾

Oxunuşu (Transkripsiya): Va laqad atav 'alal qaryatil lati umtirat mataras sav'; afalam yakunu yaravnaha; bal kanu la yarcuna nuşura
Mişkini Tərcüməsi: Onlar (Məkkə müşrikləri) yəqin ki, pis yağış yağdırılmış şəhərdən (Lutun qövmünün daş yağışı yağdırılmış məskənlərindən) keçiblər. Belə isə məgər oranı görməyiblər? (Görməyə bilməzlər,) lakin onların yenidən dirilməyə ümidləri (və etiqadları) yoxdur.
41 Əl-Furqan Surəsi, Ayə 41

وَإِذَا رَأَوْكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِى بَعَثَ ٱللَّهُ رَسُولًا ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va iza ra avka iny yattaxizunaka illa huzuvan ahazal lazi ba'asal lahu Rasula
Mişkini Tərcüməsi: Onlar səni görən zaman yalnız məsxərə edərlər (və deyərlər:) «Allahın peyğəmbərliyə göndərdiyi (şəxs) budur?!»
42 Əl-Furqan Surəsi, Ayə 42

إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا ۚ وَسَوْفَ يَعْلَمُونَ حِينَ يَرَوْنَ ٱلْعَذَابَ مَنْ أَضَلُّ سَبِيلًا ﴿42﴾

Oxunuşu (Transkripsiya): In kada la yudilluna 'an alihatina lav la an sabarna 'alaiha; va savfa ya'lamuna hina yaravnal 'azaba man adallu sabila
Mişkini Tərcüməsi: «Doğrudan da, əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın». Əzabı (qəbr, Qiyamət və yaxud da Bərzəx əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər.
43 Əl-Furqan Surəsi, Ayə 43

أَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيْهِ وَكِيلًا ﴿43﴾

Oxunuşu (Transkripsiya): Ara'aita manit taxaza ilahahu havahu afa anta takunu 'alaihi vakila
Mişkini Tərcüməsi: Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!
44 Əl-Furqan Surəsi, Ayə 44

أَمْ تَحْسَبُ أَنَّ أَكْثَرَهُمْ يَسْمَعُونَ أَوْ يَعْقِلُونَ ۚ إِنْ هُمْ إِلَّا كَٱلْأَنْعَٰمِ ۖ بَلْ هُمْ أَضَلُّ سَبِيلًا ﴿44﴾

Oxunuşu (Transkripsiya): Am tahsabu annna aksarahum yasma'una av ya''qilun; in hum illa kal an'ami bal hum adallu sabilan
Mişkini Tərcüməsi: Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)
45 Əl-Furqan Surəsi, Ayə 45

أَلَمْ تَرَ إِلَىٰ رَبِّكَ كَيْفَ مَدَّ ٱلظِّلَّ وَلَوْ شَآءَ لَجَعَلَهُۥ سَاكِنًۭا ثُمَّ جَعَلْنَا ٱلشَّمْسَ عَلَيْهِ دَلِيلًۭا ﴿45﴾

Oxunuşu (Transkripsiya): Alam tara ila Rabbika kaifa maddaz zilla va lav şa'a laca'alahu sakinan summa ca'alnaş şamsa 'alaihe dalila
Mişkini Tərcüməsi: Məgər Rəbbinin (səhərlər və axşamlar) kölgəni (bütün cismlərin kölgələrini) necə uzatdığını (Onun bu qüdrətini) görmədin? Əgər istəsəydi (yeri hərəkətdən saxlamaqla) onu dayandırardı. Sonra biz günəşi ona (kölgənin varlığına və ya hərəkətinə) dəlil etmişik.
46 Əl-Furqan Surəsi, Ayə 46

ثُمَّ قَبَضْنَٰهُ إِلَيْنَا قَبْضًۭا يَسِيرًۭا ﴿46﴾

Oxunuşu (Transkripsiya): Summa qabadnahu ilaina qabdany yasira
Mişkini Tərcüməsi: Sonra onu (kölgəni günəş cismlərin başı üzərinə çatana kimi) yavaş-yavaş Özümüzə tərəf çəkdik (qüdrətimizlə yox etdik).
47 Əl-Furqan Surəsi, Ayə 47

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِبَاسًۭا وَٱلنَّوْمَ سُبَاتًۭا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورًۭا ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi ca'ala lakumul laila libasanv vannavma subatanv va ca'alan nahara nuşura
Mişkini Tərcüməsi: Gecəni(n qaranlığını) sizin üçün örtük (kimi), yuxunu işlərdən ayrılmaq və rahatlıq vasitəsi və gündüzü (cəmiyyət arasına çıxaraq ruzi qazanmaq üçün) dağılışmaq vaxtı edən Odur.
48 Əl-Furqan Surəsi, Ayə 48

وَهُوَ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۚ وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۭ طَهُورًۭا ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi arsalar riyaha buşram baina yadai rahmatih; va anzalna minas sama'i ma'an tahura
Mişkini Tərcüməsi: Buludları Öz rəhmətinin önündə (yağışdan qabaq) müjdəçilər olaraq göndərən Odur. Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik
49 Əl-Furqan Surəsi, Ayə 49

لِّنُحْۦِىَ بِهِۦ بَلْدَةًۭ مَّيْتًۭا وَنُسْقِيَهُۥ مِمَّا خَلَقْنَآ أَنْعَٰمًۭا وَأَنَاسِىَّ كَثِيرًۭا ﴿49﴾

Oxunuşu (Transkripsiya): Linuhyiya bihi balda tam maitanv va nusqiyahu mimma xalaqna an'a manv va anasiyya kasira
Mişkini Tərcüməsi: ki, onun vasitəsi ilə ölmüş torpağı dirildək və onu yaratdıqlarımızdan heyvanların və çoxlu insanların içməsi üçün (onların) ixtiyarına verək.
50 Əl-Furqan Surəsi, Ayə 50

وَلَقَدْ صَرَّفْنَٰهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا۟ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا ﴿50﴾

Oxunuşu (Transkripsiya): Va laqad sarrafnahu bainahum li yazzakkaru fa aba aksarun nasi illa kufura
Mişkini Tərcüməsi: Doğrudan da, Biz yağış nemətini xatırlamağı (lap qədimdən) insanların arasında müxtəlif üsullarla bəyan etmişik və bunu (bu neməti) insanların arasında həmişə dolandırmışıq (dünyanın kamil quruluşuna əsasən hər bir mühitə və hər bir millətə ondan pay vermişik) ki, (Bizim qüdrət, hikmət və mərhəmətimizi) yada salsınlar. Lakin insanların çoxu haqqa kafir və nemətə nankor olmaqdan başqa (hər şeydən) boyun qaçırdı.
51 Əl-Furqan Surəsi, Ayə 51

وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِى كُلِّ قَرْيَةٍۢ نَّذِيرًۭا ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va lav şi'na laba'asna fi kulli qar yatin nazira
Mişkini Tərcüməsi: Əgər istəsəydik hər bir cəmiyyətə bir qorxudan (peyğəmbər) göndərərdik (lakin müəyyən səbəblərdən dünyanın sonuna kimi bütün cəmiyyətlər üçün səni seçdik).
52 Əl-Furqan Surəsi, Ayə 52

فَلَا تُطِعِ ٱلْكَٰفِرِينَ وَجَٰهِدْهُم بِهِۦ جِهَادًۭا كَبِيرًۭا ﴿52﴾

Oxunuşu (Transkripsiya): Fala tuti'il kafirina va cahizum bihi cihadan kabira
Mişkini Tərcüməsi: Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloci mübarizəsi apar.)
53 Əl-Furqan Surəsi, Ayə 53

۞ وَهُوَ ٱلَّذِى مَرَجَ ٱلْبَحْرَيْنِ هَٰذَا عَذْبٌۭ فُرَاتٌۭ وَهَٰذَا مِلْحٌ أُجَاجٌۭ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًۭا وَحِجْرًۭا مَّحْجُورًۭا ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi maracal bahraini haza 'azbun furatunv va haza milhun ucac; va ca'ala bainahuma barzaxanv va hicram mahcura
Mişkini Tərcüməsi: İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
54 Əl-Furqan Surəsi, Ayə 54

وَهُوَ ٱلَّذِى خَلَقَ مِنَ ٱلْمَآءِ بَشَرًۭا فَجَعَلَهُۥ نَسَبًۭا وَصِهْرًۭا ۗ وَكَانَ رَبُّكَ قَدِيرًۭا ﴿54﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi xalaqa minal ma'i başarran fa ca'alahu nasaban va sihra; va kana Rabbuka Qadira
Mişkini Tərcüməsi: Sudan (nütfədən) insan yaradan və onu nəsəb və səbəb əlaqələri (vasitəsi, hər bir insanın öz qan qohumları ilə olan nəsəb əlaqələri, eləcə də həyat yoldaşının qohumları ilə sonradan yaranan səbəb əlaqələri) sahibi edən Odur. Sənin Rəbbin həmişə hər şeyə qadirdir.
55 Əl-Furqan Surəsi, Ayə 55

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمْ وَلَا يَضُرُّهُمْ ۗ وَكَانَ ٱلْكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرًۭا ﴿55﴾

Oxunuşu (Transkripsiya): Va ya'buduna min dunil lahi ma la yanfa'uhum va la yadurruhum; va kanal kafiru 'ala Rabbihi zahira
Mişkini Tərcüməsi: (Müşriklər) Allahın yerinə onlara nə bir xeyir verən və nə də bir ziyan vuran şeyə (bütə) ibadət edirlər. Kafir həmişə öz Rəbbinə qarşı (Şeytana və Allahın düşmənlərinə köməkçi və) arxadır.
56 Əl-Furqan Surəsi, Ayə 56

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا ﴿56﴾

Oxunuşu (Transkripsiya): Va ma arsalnaka illa mubaşşiranv va nazira
Mişkini Tərcüməsi: (Ey Peyğəmbər!) Biz səni yalnız müjdə verən və qorxudan (bir peyğəmbər) olaraq göndərmişik (və cəmiyyətə hakim olaraq hökmlərin icrası imamətin, mükafatlandırmaq və cəza vermək isə rübubiyyətin vəzifələrindəndir).
57 Əl-Furqan Surəsi, Ayə 57

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًۭا ﴿57﴾

Oxunuşu (Transkripsiya): Qul ma as'alukum 'alaihi min acrin illa man şa'a ai yattaxiza ila Rabbihi sabila
Mişkini Tərcüməsi: De: «Mən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində– sizdən kiminsə öz Rəbbinə tərəf yol tutmaq istəməsi istisna olmaqla, bir muzd istəmirəm. (Peyğəmbərin dəvətindən sonra ümmətin ixtiyari şəkildə Allaha tərəf getməsi peyğəmbərliyin muzdudur.)»
58 Əl-Furqan Surəsi, Ayə 58

وَتَوَكَّلْ عَلَى ٱلْحَىِّ ٱلَّذِى لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِۦ ۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va tavakkal 'alal Haiyil lazi la yamutu va sabbih bihamdih; va kafa bihi bizunubi 'ibadihi xabira
Mişkini Tərcüməsi: Heç vaxt ölməyən O diriyə təvəkkül et və Onu həmd-səna ilə birgə pak sifətlərlə mədh et (və hər bir nöqsandan uzaq və pak bil). Bəndələrinin günahlarından Onun xəbərdar olması kifayətdir.
59 Əl-Furqan Surəsi, Ayə 59

ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۚ ٱلرَّحْمَٰنُ فَسْـَٔلْ بِهِۦ خَبِيرًۭا ﴿59﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqas samavati val arda va ma bainahuma fi sittati aiyamin summmmastava 'alal 'Arş; ar Rahmanu fas'al bihi xabira
Mişkini Tərcüməsi: Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır. Buna görə də (həqiqəti hər şeydən) xəbərdar olan Ondan (Allahdan) soruş.
60 Əl-Furqan Surəsi, Ayə 60

وَإِذَا قِيلَ لَهُمُ ٱسْجُدُوا۟ لِلرَّحْمَٰنِ قَالُوا۟ وَمَا ٱلرَّحْمَٰنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًۭا ۩ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va iza qila lahumus cudu lir Rahmani qalu va mar Rahmanu anascudu lima tamuruna va zadahum nufura
Mişkini Tərcüməsi: Onlara «Rəhman (olan Allah)a səcdə edin» deyilən zaman (məsxərə edərək) deyərlər: «Rəhman nədir? (Tanımadan) sənin əmr etdiyinə səcdə edək?!» Və (sənin sözün) onların nifrət və uzaqlığını artırır.
61 Əl-Furqan Surəsi, Ayə 61

تَبَارَكَ ٱلَّذِى جَعَلَ فِى ٱلسَّمَآءِ بُرُوجًۭا وَجَعَلَ فِيهَا سِرَٰجًۭا وَقَمَرًۭا مُّنِيرًۭا ﴿61﴾

Oxunuşu (Transkripsiya): Tabarakal lazi ca'ala fis sama'i burucanv va ca'ala fiha siracanv va qamaram munira
Mişkini Tərcüməsi: Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir.
62 Əl-Furqan Surəsi, Ayə 62

وَهُوَ ٱلَّذِى جَعَلَ ٱلَّيْلَ وَٱلنَّهَارَ خِلْفَةًۭ لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًۭا ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va huval lazi ca'alal laila vannahara xilfatal liman arada ai yazzakkara av arada şukura
Mişkini Tərcüməsi: (Allahı və Onun əzəmət və cəlalını) yada salan və ya (Onun nemətlərinə) şükr etmək istəyən şəxs üçün gecə və gündüzü bir birinin əvəzləyicisi edən Odur. (Belə edib ki, yada salmaq və şükr etmək birində yaddan çıxsa, onun əvəzi digərində çıxılsın.)
63 Əl-Furqan Surəsi, Ayə 63

وَعِبَادُ ٱلرَّحْمَٰنِ ٱلَّذِينَ يَمْشُونَ عَلَى ٱلْأَرْضِ هَوْنًۭا وَإِذَا خَاطَبَهُمُ ٱلْجَٰهِلُونَ قَالُوا۟ سَلَٰمًۭا ﴿63﴾

Oxunuşu (Transkripsiya): Va 'ibadur Rahmanil lazina yamşuna 'alal ardi havnanv va iza xata bahumul cahiluna qalu salama
Mişkini Tərcüməsi: Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir.
64 Əl-Furqan Surəsi, Ayə 64

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًۭا وَقِيَٰمًۭا ﴿64﴾

Oxunuşu (Transkripsiya): Vallazina yabituna li Rabbihim succadanv va qiyama
Mişkini Tərcüməsi: Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər.
65 Əl-Furqan Surəsi, Ayə 65

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ ۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ﴿65﴾

Oxunuşu (Transkripsiya): Vallazina yaquluna Rabbanas rif 'annna 'azaba Cahannama inn 'azabaha kana ğarama
Mişkini Tərcüməsi: Və o kəslər(dir) ki, «ey Rəbbimiz, Cəhənnəm əzabını bizdən dəf et, ki, həqiqətən, onun əzabı (Cəhənnəm əhli üçün) ayrılmaz və həmişəlikdir» deyərlər.
66 Əl-Furqan Surəsi, Ayə 66

إِنَّهَا سَآءَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ﴿66﴾

Oxunuşu (Transkripsiya): Innaha sa'at mustaqarranv va muqama
Mişkini Tərcüməsi: Şübhəsiz, Cəhənnəm pis yer və pis məskəndir.
67 Əl-Furqan Surəsi, Ayə 67

وَٱلَّذِينَ إِذَآ أَنفَقُوا۟ لَمْ يُسْرِفُوا۟ وَلَمْ يَقْتُرُوا۟ وَكَانَ بَيْنَ ذَٰلِكَ قَوَامًۭا ﴿67﴾

Oxunuşu (Transkripsiya): Vallazina iza anfaqu lam yusrifu va lam yaqturu va kana baina zalika qavama
Mişkini Tərcüməsi: Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar.
68 Əl-Furqan Surəsi, Ayə 68

وَٱلَّذِينَ لَا يَدْعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقْتُلُونَ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَلَا يَزْنُونَ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ يَلْقَ أَثَامًۭا ﴿68﴾

Oxunuşu (Transkripsiya): Vallazina la yad'una ma'al lahi ilahan axara va la yaqtulunan nafsal lati harramal lahu illa bilhaqqi va la yaznun; va mai yaf'al zalika yalqa asama
Mişkini Tərcüməsi: Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar.
69 Əl-Furqan Surəsi, Ayə 69

يُضَٰعَفْ لَهُ ٱلْعَذَابُ يَوْمَ ٱلْقِيَٰمَةِ وَيَخْلُدْ فِيهِۦ مُهَانًا ﴿69﴾

Oxunuşu (Transkripsiya): Yuda'af lahul 'azabu Yavmal Qiyamati va yaxlud fihi muhana
Mişkini Tərcüməsi: (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar.
70 Əl-Furqan Surəsi, Ayə 70

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلًۭا صَٰلِحًۭا فَأُو۟لَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمْ حَسَنَٰتٍۢ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا ﴿70﴾

Oxunuşu (Transkripsiya): Illa man taba va 'amana va 'amila 'amalan salihan fa ula'ika yubad dilul lahu saiyi atihim hasanat; va kanal lahu Ğafurar Rahima
Mişkini Tərcüməsi: (Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır.
71 Əl-Furqan Surəsi, Ayə 71

وَمَن تَابَ وَعَمِلَ صَٰلِحًۭا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابًۭا ﴿71﴾

Oxunuşu (Transkripsiya): Va man taba va 'amila salihan fa innnahu yatubu ilal lahi mataba
Mişkini Tərcüməsi: Kim tövbə etsə və yaxşı işlər görsə, o, gözəl və bəyənilən şəkildə Allaha tərəf qayıdar. (Buna görə də günahın savaba çevrilməsi təəccüblü deyil.)
72 Əl-Furqan Surəsi, Ayə 72

وَٱلَّذِينَ لَا يَشْهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّوا۟ بِٱللَّغْوِ مَرُّوا۟ كِرَامًۭا ﴿72﴾

Oxunuşu (Transkripsiya): Vallazina la yaş hadunaz zura va iza marru billağvi marru kirama
Mişkini Tərcüməsi: O kəslər ki, yalandan şahidlik etmir (yalan, qina, söyüş və sairə məclislərində iştirak etmir) və bihudə və boş şeyin yanından keçən zaman etinasız və alicənablıqla keçirlər;
73 Əl-Furqan Surəsi, Ayə 73

وَٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا۟ عَلَيْهَا صُمًّۭا وَعُمْيَانًۭا ﴿73﴾

Oxunuşu (Transkripsiya): Vallazina iza zukkiru bi Aayati Rabbihim lam yaxirru 'alaiha summanv va'umyana
Mişkini Tərcüməsi: Və o kəslər ki, Rəbblərinin (vəhy, Quran və moizə kimi) nişanələri ilə öyüd-nəsihət verildikdə onun müqabilində özlərini kar və kor (kimi) aparmırlar (əksinə, onu qəlb ilə dinləyir və batini gözlə görürlər);
74 Əl-Furqan Surəsi, Ayə 74

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَٰجِنَا وَذُرِّيَّٰتِنَا قُرَّةَ أَعْيُنٍۢ وَٱجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا ﴿74﴾

Oxunuşu (Transkripsiya): Vallazina yaquluna Rabbana hab lana min azvacina va zurriyatina qurrata a'yuninv vac 'alna lilmuttaqina Imama
Mişkini Tərcüməsi: Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər,
75 Əl-Furqan Surəsi, Ayə 75

أُو۟لَٰٓئِكَ يُجْزَوْنَ ٱلْغُرْفَةَ بِمَا صَبَرُوا۟ وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةًۭ وَسَلَٰمًا ﴿75﴾

Oxunuşu (Transkripsiya): Ula'ika yuczavnal ğurfata bima sabaru va yulaqqavna fiha tahiyyatanv va salama
Mişkini Tərcüməsi: səbrləri müqabilində (Cənnətin) yüksək talvar və dərəcələr(i i)lə mükafatlandırılanlar və orada (Allah və mələklər tərəfindən) xeyir-dua və salamla qarşılaşanlar məhz onlardır!
76 Əl-Furqan Surəsi, Ayə 76

خَٰلِدِينَ فِيهَا ۚ حَسُنَتْ مُسْتَقَرًّۭا وَمُقَامًۭا ﴿76﴾

Oxunuşu (Transkripsiya): Xalidina fiha; hasunat mustaqarranv va muqama
Mişkini Tərcüməsi: (Onlar) orada əbədi qalacaqlar (və ora) gözəl yer və gözəl məskəndir.
77 Əl-Furqan Surəsi, Ayə 77

قُلْ مَا يَعْبَؤُا۟ بِكُمْ رَبِّى لَوْلَا دُعَآؤُكُمْ ۖ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًۢا ﴿77﴾

Oxunuşu (Transkripsiya): Qul ma ya'ba'u bikum Rabbi lav la du'a'ukum faqad kazzabtum fasavfa yakunu lizama
Mişkini Tərcüməsi: (Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən, siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır».
Əvvəlki: 24. Ən-Nur Bütün Surələr ↑ Növbəti: 26. Əş-Şuəra

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...