26

Əş-Şuəra Surəsi

227 Ayə 19-ci Cüz Məkkə
سُورَةُ الشعراء Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 26 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əş-Şuəra Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əş-Şuəra Surəsi, Ayə 1

طسٓمٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Ta-Sin-Mim
Mişkini Tərcüməsi: Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)
2 Əş-Şuəra Surəsi, Ayə 2

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Tilka Aayatul Kitabil Mubin
Mişkini Tərcüməsi: Bu surə aşkar və aydınlıq gətirən kitabın ayələridir.
3 Əş-Şuəra Surəsi, Ayə 3

لَعَلَّكَ بَٰخِعٌۭ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): La'allaka baxi'un nafsaka alla yakunu mu'minin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Bəlkə sən onlar iman gətirməyəcəklər deyə, özünü həlak etmək istəyirsən?!
4 Əş-Şuəra Surəsi, Ayə 4

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةًۭ فَظَلَّتْ أَعْنَٰقُهُمْ لَهَا خَٰضِعِينَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): In naşa nunazzil 'alaihim minas sama'i Aayatan fazallat a'naquhum laha xadi'in
Mişkini Tərcüməsi: Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
5 Əş-Şuəra Surəsi, Ayə 5

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍۢ مِّنَ ٱلرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va ma yatihim min zikrim minar Rahmani muhdasin illa kanu 'anhu mu'ridin
Mişkini Tərcüməsi: Onlara Rəhman (olan Allah)dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.
6 Əş-Şuəra Surəsi, Ayə 6

فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Faqad kazzabu fasa yatihim amba'u ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi: Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
7 Əş-Şuəra Surəsi, Ayə 7

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۢ كَرِيمٍ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ava lam yarav ilal ardi kam ambatna fiha min kulli zavcin karim
Mişkini Tərcüməsi: (Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
8 Əş-Şuəra Surəsi, Ayə 8

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Inn fi zalika la Aayah; va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
9 Əş-Şuəra Surəsi, Ayə 9

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la Huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
10 Əş-Şuəra Surəsi, Ayə 10

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va iz nada Rabbuka Musa ani'-til qavmaz zalimin
Mişkini Tərcüməsi: Və (Ya Peyğəmbər! Yada sal), bir zaman Rəbbin Musanı səslədi ki: «Get o, zalım tayfanın sorağına;
11 Əş-Şuəra Surəsi, Ayə 11

قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Qavma Fir'avn; ala yattaqun
Mişkini Tərcüməsi: Firon qövmünün sorağına (çox təəccüblüdür), məgər qorxmurlar?!»
12 Əş-Şuəra Surəsi, Ayə 12

قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi inni axafu ai yukazzibun
Mişkini Tərcüməsi: (Musa) dedi: «Ey Rəbbim, doğrusu qorxuram ki, məni təkzib etsinlər».
13 Əş-Şuəra Surəsi, Ayə 13

وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَٰرُونَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va yadiqu sadri va la yantaliqu lisani fa arsil ila Harun
Mişkini Tərcüməsi: «Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
14 Əş-Şuəra Surəsi, Ayə 14

وَلَهُمْ عَلَىَّ ذَنۢبٌۭ فَأَخَافُ أَن يَقْتُلُونِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va lahum 'alaiya zambun fa axafu ai yaqtulun
Mişkini Tərcüməsi: «Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
15 Əş-Şuəra Surəsi, Ayə 15

قَالَ كَلَّا ۖ فَٱذْهَبَا بِـَٔايَٰتِنَآ ۖ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Qala kalla fajaba bi Aayatina inna ma'akum mustami'un
Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
16 Əş-Şuəra Surəsi, Ayə 16

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Fatiya Fir'avna faqula inna Rasulu Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Fironun yanına gedərək deyin: «Həqiqətən, biz aləmlərin Rəbbinin göndərdiyi peyğəmbərlərik».
17 Əş-Şuəra Surəsi, Ayə 17

أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): An arsil ma'ana Bani Isra'il
Mişkini Tərcüməsi: «(Belə deyin) İsrail övladlarını bizimlə (Şama – öz ana vətənimizə) göndər».
18 Əş-Şuəra Surəsi, Ayə 18

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًۭا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Qala alam nurabbika fina validanv va labista fina min 'umurika sinin
Mişkini Tərcüməsi: Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
19 Əş-Şuəra Surəsi, Ayə 19

وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَٰفِرِينَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va fa'alta fa'latakal lati fa'alta va anta minal kafirin
Mişkini Tərcüməsi: «(Axırda) elədiyini də elədin (bir kişini öldürdün), sən (bizim nemətlərimizə) nankor olanlardansan!»
20 Əş-Şuəra Surəsi, Ayə 20

قَالَ فَعَلْتُهَآ إِذًۭا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Qala fa'altuha izanv va ana minad dalin
Mişkini Tərcüməsi: (Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».
21 Əş-Şuəra Surəsi, Ayə 21

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًۭا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Fafarartu minkum lam ma xiftukum favahaba li Rabbi hukmanv va ca'alani minal mursalin
Mişkini Tərcüməsi: «Buna görə də, sizdən qorxub qaçdım, sonra Rəbbim mənə peyğəmbərlik, hikmət və şəriət elmi əta etdi, məni Öz peyğəmbərlərindən etdi».
22 Əş-Şuəra Surəsi, Ayə 22

وَتِلْكَ نِعْمَةٌۭ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va tilka ni'matun tamun nuha 'alaiya an 'abbatta Bani Isra'il
Mişkini Tərcüməsi: «Məgər İsrail övladlarını kölə etməyin bir nemətdirmi ki, onu mənə minnət qoyursan (halbuki, mən də onlardan biri kimi sənin əsarətində idim)?!»
23 Əş-Şuəra Surəsi, Ayə 23

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَٰلَمِينَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Qala Fir'avnu va ma Rabbul 'alamin
Mişkini Tərcüməsi: Firon dedi: «Aləmlərin Rəbbi nədir?»
24 Əş-Şuəra Surəsi, Ayə 24

قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbus samavati val ardi va ma bainahuma in kuntum muqinin
Mişkini Tərcüməsi: (Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
25 Əş-Şuəra Surəsi, Ayə 25

قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Qala liman havlahu ala tastami'un
Mişkini Tərcüməsi: Firon öz ətrafındakılara dedi: «(Onun sözlərinə) qulaq asırsınızmı?! (O, necə də mənim sualımı olduğu kimi təkrarlayır. Mən ondan Rəbbin mahiyyətini soruşuram, Musa isə mənə Onun işləri haqqında cavab verir)?!»
26 Əş-Şuəra Surəsi, Ayə 26

قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbukum va Rabbu aba'ikumul avvalin
Mişkini Tərcüməsi: (Musa) dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir».
27 Əş-Şuəra Surəsi, Ayə 27

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌۭ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Qala inna Rasulakumul lazi ursila ilaikum lamacnun
Mişkini Tərcüməsi: Firon dedi: «Həqiqətən, sizə göndərilmiş olan bu peyğəmbər, şübhəsiz, divanədir (mən bir şey soruşuram, o isə başqa şeydən danışır)!»
28 Əş-Şuəra Surəsi, Ayə 28

قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbul maşriqi val mağribi va ma baina huma in kuntum ta'qilun
Mişkini Tərcüməsi: Musa dedi: (O,) «Şərqin və qərbin (günəşin doğduğu və qürub etdiyi bütün planetlərin çıxma və batma yerinin) və bu ikisinin arasında olan hər bir şeyin Rəbbidir, əgər düşünsəniz?»
29 Əş-Şuəra Surəsi, Ayə 29

قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Qala la'init taxazta ilahan ğairi la ac'alannaka minal mascunin
Mişkini Tərcüməsi: Firon dedi: «Şübhəsiz, əgər məndən savayı bir tanrı qəbul etsən, mütləq səni həbs etdirəcəyəm».
30 Əş-Şuəra Surəsi, Ayə 30

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍۢ مُّبِينٍۢ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Qala avalv ci'tuka bişai'im mubin
Mişkini Tərcüməsi: Musa dedi: «Hətta sənə açıq-aydın bir şey (iddianın doğruluğunu sübut edəcək aydın və aşkar bir möcüzə) gətirsəm də?!»
31 Əş-Şuəra Surəsi, Ayə 31

قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Qala fati bihi in kunta minas sadiqin
Mişkini Tərcüməsi: Dedi: «Əgər düz danışanlardansansa onu gətir (görüm)».
32 Əş-Şuəra Surəsi, Ayə 32

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌۭ مُّبِينٌۭ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Fa alqa 'asahu fa iza hiya su'banum mubin
Mişkini Tərcüməsi: Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əcdaha oldu. (Onun əcdaha olduğu tam aydın görünürdü).
33 Əş-Şuəra Surəsi, Ayə 33

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va naza'a yadahu faiza hiya baida'u linna zirin
Mişkini Tərcüməsi: Və əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
34 Əş-Şuəra Surəsi, Ayə 34

قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌۭ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Qala lilmala-i havlahu inna haza lasahirun 'alim
Mişkini Tərcüməsi: Firon ətrafındakı əyanlara dedi: «Həqiqətən, bu, çox bilikli bir sehrbazdır!»
35 Əş-Şuəra Surəsi, Ayə 35

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Yuridu ai yuxricakum min ardikum bisihrihi famaza tamurun
Mişkini Tərcüməsi: «Sizi öz sehri ilə torpağınızdan çıxarmaq istəyir. Fikriniz nədir?»
36 Əş-Şuəra Surəsi, Ayə 36

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Qalu arcih va axahu vab'as filmada'ini haşirin
Mişkini Tərcüməsi: Dedilər: «Onun və qardaşının işini təxirə sal və şəhərlərə toplayıcı məmurlar göndər.
37 Əş-Şuəra Surəsi, Ayə 37

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍۢ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Yatuka bikulli sah harin 'alim
Mişkini Tərcüməsi: Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər».
38 Əş-Şuəra Surəsi, Ayə 38

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Fa cumi'as saharatu limiqati Yavmim ma'lum
Mişkini Tərcüməsi: Beləliklə, bütün sehrbazlar məlum bir günün müəyyən olunmuş vaxtında (bayram günündə) toplandılar.
39 Əş-Şuəra Surəsi, Ayə 39

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Va qila linnasi hal antum muctami'un
Mişkini Tərcüməsi: Camaata (onları dəvət edib sehrbazlara tabe etmək məqsədilə) deyildi: «Siz də yığışacaqsınızmı?»
40 Əş-Şuəra Surəsi, Ayə 40

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): La'allana nattabi'us saharata in kanu humul ğalibin
Mişkini Tərcüməsi: «Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».
41 Əş-Şuəra Surəsi, Ayə 41

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Falamma ca'as saharatu qalu li Fir'avna a'inna lana la accran in kunna nahnul ğalibin
Mişkini Tərcüməsi: Sehrbazlar gəldikdə Firona dedilər: «Əgər qalib gəlsək, bizim üçün bir mükafat olacaqmı?!»
42 Əş-Şuəra Surəsi, Ayə 42

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًۭا لَّمِنَ ٱلْمُقَرَّبِينَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Qala na'am va innakum izal laminal muqarrabin
Mişkini Tərcüməsi: (Firon) dedi: «Bəli! Və belə olan surətdə mütləq (bizim dərgahımıza) yaxın adamlardan olacaqsınız».
43 Əş-Şuəra Surəsi, Ayə 43

قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Qala lahum Musa alqu ma antum mulqun
Mişkini Tərcüməsi: Musa onlara dedi: «Nə atacaqsınızsa atın».
44 Əş-Şuəra Surəsi, Ayə 44

فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَٰلِبُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Fa alqav hibalahum va 'isiyyahum va qalu bi'izzati Fir'avna inna lanahnul ğalibun
Mişkini Tərcüməsi: Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
45 Əş-Şuəra Surəsi, Ayə 45

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Fa alqa Musa 'asahu fa iza hiya talqafu ma yafikun
Mişkini Tərcüməsi: Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.
46 Əş-Şuəra Surəsi, Ayə 46

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Fa ulqiyas saharatu sacidin
Mişkini Tərcüməsi: Sehrbazlar (işin əzəmətindən və Haqqın qüdrətindən, naçar) səcdə halında torpağa qapandılar.
47 Əş-Şuəra Surəsi, Ayə 47

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Qalu amanna bi Rabbil 'alamin
Mişkini Tərcüməsi: Dedilər: «İman gətirdik aləmlərin Rəbbinə.
48 Əş-Şuəra Surəsi, Ayə 48

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Rabbi Musa va Harun
Mişkini Tərcüməsi: Musanın və Harunun Rəbbinə».
49 Əş-Şuəra Surəsi, Ayə 49

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ ۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍۢ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Qala amantum lahu qabla an azana lakum innahu lakabirukumul lazi 'alla makumus sihra falasavfa ta'lamun; la uqatti'anna aidiyakum va arculakum min xilafinv va la usallibanna kum acma'in
Mişkini Tərcüməsi: Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
50 Əş-Şuəra Surəsi, Ayə 50

قَالُوا۟ لَا ضَيْرَ ۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Qalu la daira inna ila Rabbina munqallibun
Mişkini Tərcüməsi: Dedilər: «(Bizə) heç bir zərəri yoxdur, çünki biz öz Rəbbimizə doğru dönəcəyik (və O hər şeyi yoluna qoyar)».
51 Əş-Şuəra Surəsi, Ayə 51

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Inna natma'u ai yağfira lana Rabbunna xata yana an kunna avvalal mu'minin
Mişkini Tərcüməsi: «Həqiqətən, biz umuruq ki, Rəbbimiz – ilk iman gətirənlər olduğumuza görə günahlarımızı bağışlasın».
52 Əş-Şuəra Surəsi, Ayə 52

۞ وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Va avhaina ila Musa an asri bi'ibadi innakum muttaba'un
Mişkini Tərcüməsi: Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
53 Əş-Şuəra Surəsi, Ayə 53

فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Fa arsala Fir'avnu filmada'ini haşirin
Mişkini Tərcüməsi: Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).
54 Əş-Şuəra Surəsi, Ayə 54

إِنَّ هَٰٓؤُلَآءِ لَشِرْذِمَةٌۭ قَلِيلُونَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Inna ha'ula'i laşir zimatun qalilun
Mişkini Tərcüməsi: (O belə deyirdi): «Həqiqətən, bunlar kiçik bir dəstədir».
55 Əş-Şuəra Surəsi, Ayə 55

وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Va innahum lana lağa'izun
Mişkini Tərcüməsi: Və əlbəttə, bunlar bizi (dəfələrlə itaətsizliklərinə görə) qəzəbləndirmişlər.
56 Əş-Şuəra Surəsi, Ayə 56

وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Va inna lacami'un hazirun
Mişkini Tərcüməsi: Şübhəsiz, biz ayıq-sayıq və hazırlıqlı bir dəstəyik.
57 Əş-Şuəra Surəsi, Ayə 57

فَأَخْرَجْنَٰهُم مِّن جَنَّٰتٍۢ وَعُيُونٍۢ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Fa axracnahum min Cannatinv va 'uyun
Mişkini Tərcüməsi: Beləliklə, (Biz) onları bağlardan və bulaqlardan,
58 Əş-Şuəra Surəsi, Ayə 58

وَكُنُوزٍۢ وَمَقَامٍۢ كَرِيمٍۢ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va kunuzinv va ma qamin karim
Mişkini Tərcüməsi: (Nemət) xəzinələr(in)dən, gözəl və dəyərli yerlərdən çıxartdıq.
59 Əş-Şuəra Surəsi, Ayə 59

كَذَٰلِكَ وَأَوْرَثْنَٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Kazalika va avrasnaha Bani Isra'il
Mişkini Tərcüməsi: (Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.
60 Əş-Şuəra Surəsi, Ayə 60

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Fa atba'uhum muşriqin
Mişkini Tərcüməsi: Beləliklə, (Fironun adamları) günəş doğduqda onların arxasınca getdilər.
61 Əş-Şuəra Surəsi, Ayə 61

فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Falamma tara'al cam'ani qala as habu Musa inna lamudrakun
Mişkini Tərcüməsi: O iki dəstə bir-birlərini gördükdə, Musanın (adamları) dedilər: «Şübhəsiz, biz artıq yaxalanmaqdayıq».
62 Əş-Şuəra Surəsi, Ayə 62

قَالَ كَلَّآ ۖ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Qala kalla inna ma'iya Rabbi sa yahdin
Mişkini Tərcüməsi: Musa dedi: «Belə deyildir, şübhəsiz, Rəbbim mənimlədir, tezliklə mənə (nicat yolunu) göstərəcəkdir».
63 Əş-Şuəra Surəsi, Ayə 63

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ ۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍۢ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Fa avhaina ila Musa anidrib bi'asakal bahra fanfalaqa fakana kullu firqin kattavdil 'azim
Mişkini Tərcüməsi: Sonra Musaya vəhy etdik ki: «Öz əsanla dənizə vur». Dəniz (əsanın vurulmasıyla on iki yerdən yol kimi) bölündü və (iki yolun arasında olan) hər bir hissə böyük bir dağ kimi oldu.
64 Əş-Şuəra Surəsi, Ayə 64

وَأَزْلَفْنَا ثَمَّ ٱلْءَاخَرِينَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Va azlafna sammal axarin
Mişkini Tərcüməsi: O biri dəstəni də (Fironun adamlarını) oraya yaxınlaşdırdıq.
65 Əş-Şuəra Surəsi, Ayə 65

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Va ancaina Musa va mam ma'ahu acma'in
Mişkini Tərcüməsi: Musaya və onunla birgə olanların hamısına nicat verdik.
66 Əş-Şuəra Surəsi, Ayə 66

ثُمَّ أَغْرَقْنَا ٱلْءَاخَرِينَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Summa ağraqnal axarin
Mişkini Tərcüməsi: Sonra o biri dəstəni (suda) qərq etdik.
67 Əş-Şuəra Surəsi, Ayə 67

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayah; va ma kana aksaru hu mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən, də bunda (bu hekayətdə Allahın tovhidi, qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Onların (müşriklərin) əksəriyyəti haqqa iman gətirən deyildilər.
68 Əş-Şuəra Surəsi, Ayə 68

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la Huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
69 Əş-Şuəra Surəsi, Ayə 69

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Vatlu 'alaihim naba-a Ibrahim
Mişkini Tərcüməsi: Və onlara (müşriklərə) İbrahimin xəbərini və hekayətini söylə.
70 Əş-Şuəra Surəsi, Ayə 70

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Iz qala li abihi va qavmihi ma ta'budun
Mişkini Tərcüməsi: O zaman ki, atasına və öz tayfasına demişdi: «Siz nəyə ibadət edirsiniz?»
71 Əş-Şuəra Surəsi, Ayə 71

قَالُوا۟ نَعْبُدُ أَصْنَامًۭا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Qalu na'budu asnaman fanazallu laha 'akifin
Mişkini Tərcüməsi: (Onlar) Dedilər: «Biz bütlərə ibadət edirik və daima onlarla birgəyik, onların dərgahlarına başımızı qoyuruq».
72 Əş-Şuəra Surəsi, Ayə 72

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Qala hal yasma'una kum iz tad'un
Mişkini Tərcüməsi: (İbrahim) dedi: «(Onları) Çağırdığınız zaman səsinizi eşidirlərmi (və istəyinizi yerinə yetirirlərmi)?»
73 Əş-Şuəra Surəsi, Ayə 73

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Av yanfa'unakum av yadurrun
Mişkini Tərcüməsi: «Yaxud sizə bir xeyir və ya zərər verirlərmi?»
74 Əş-Şuəra Surəsi, Ayə 74

قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Qalu bal vacadna aba 'ana kazalika yaf'alun
Mişkini Tərcüməsi: Dedilər: «(Yox), ancaq atalarımızın belə etdiklərini görmüşük».
75 Əş-Şuəra Surəsi, Ayə 75

قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Qala afara 'aitum ma kuntum ta'budun
Mişkini Tərcüməsi: (İbrahim) dedi: «Nəyə ibadət etdiyinizi görürsünüzmü?
76 Əş-Şuəra Surəsi, Ayə 76

أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Antum va aba'ukumul aqdamun
Mişkini Tərcüməsi: Sizlər və ulu babalarınız?»
77 Əş-Şuəra Surəsi, Ayə 77

فَإِنَّهُمْ عَدُوٌّۭ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَٰلَمِينَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Fa innahum 'aduvvvul li illa Rabbal 'alamin
Mişkini Tərcüməsi: «Şübhəsiz, aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdirlər (çünki onlar, özlərinə ibadət edənləri cəhənnəmlik edənlərdir, aləmlərin Rəbbi isə belə deyildir)».
78 Əş-Şuəra Surəsi, Ayə 78

ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqani fa Huva yahdin
Mişkini Tərcüməsi: «Məni yaradan və daim (məişət və axirət işlərimdə) mənə doğru yol göstərən Odur».
79 Əş-Şuəra Surəsi, Ayə 79

وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Vallazi Huva yut'imuni va yasqin
Mişkini Tərcüməsi: «Məni yedirdən də içirdən də Odur».
80 Əş-Şuəra Surəsi, Ayə 80

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va iza mardtu fahuva yaşfin
Mişkini Tərcüməsi: «Xəstələndikdə mənə şəfa verən də Odur».
81 Əş-Şuəra Surəsi, Ayə 81

وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Vallazi yumituni summa yuhyin
Mişkini Tərcüməsi: «Məni öldürəcək, sonra dirildəcək Odur».
82 Əş-Şuəra Surəsi, Ayə 82

وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Vallazi atma'u ai yağfira li xati' ati Yavmad Din
Mişkini Tərcüməsi: «Cəza günü günahımı bağışlamasına ümid etdyim də Odur».
83 Əş-Şuəra Surəsi, Ayə 83

رَبِّ هَبْ لِى حُكْمًۭا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Rabbi hab li hukmanv va alhiqni bis salihin
Mişkini Tərcüməsi: «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur».
84 Əş-Şuəra Surəsi, Ayə 84

وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍۢ فِى ٱلْءَاخِرِينَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Vac'al li lisana sidqin fil axirin
Mişkini Tərcüməsi: «Mənə gələcək nəsillər arasında gözəl bir ad, xatirə, doğru danışan bir dil və (mənə) haqqa doğru bir dəvət edən ver».
85 Əş-Şuəra Surəsi, Ayə 85

وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Vac'alni minv varasati Cannnatin Na'im
Mişkini Tərcüməsi: «Məni nemətlərlə dolu olan Cənnətin varislərindən et».
86 Əş-Şuəra Surəsi, Ayə 86

وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Vağfir li abi innahu kana mind dallin
Mişkini Tərcüməsi: «Atamı bağışla! O, azanlardan oldu.(Azər İbrahimin qayınatası və ya əmisi idi, atası Tarox isə Allahın təkliyinə inananlardan idi.)
87 Əş-Şuəra Surəsi, Ayə 87

وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Va la tuxzini Yavma yub'asun
Mişkini Tərcüməsi: «Məni (insanların) dirildiləcəyi gün xar etmə».
88 Əş-Şuəra Surəsi, Ayə 88

يَوْمَ لَا يَنفَعُ مَالٌۭ وَلَا بَنُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Yavma la yanfa'u malunv va la banun
Mişkini Tərcüməsi: «O gün ki, malın və oğulların bir faydası olmayacaq».
89 Əş-Şuəra Surəsi, Ayə 89

إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍۢ سَلِيمٍۢ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Illa man atal laha biqalbin salim
Mişkini Tərcüməsi: «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!»
90 Əş-Şuəra Surəsi, Ayə 90

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ ﴿90﴾

Oxunuşu (Transkripsiya): Va uzlifatil Cannatu lilmuttaqin
Mişkini Tərcüməsi: (O gün) Cənnət təqvalılara yaxınlaşdırılar.
91 Əş-Şuəra Surəsi, Ayə 91

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ ﴿91﴾

Oxunuşu (Transkripsiya): Va burrizatil Cahimu lilğavin
Mişkini Tərcüməsi: Cəhənnəm də azğınlara aşkar olar.
92 Əş-Şuəra Surəsi, Ayə 92

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ ﴿92﴾

Oxunuşu (Transkripsiya): Va qila lahum aina ma kuntum ta'budun
Mişkini Tərcüməsi: Və onlara deyilər: «İbadət etdikləriniz haradadır,
93 Əş-Şuəra Surəsi, Ayə 93

مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ ﴿93﴾

Oxunuşu (Transkripsiya): Min dunil lahi hal yansurunakum av yantasirun
Mişkini Tərcüməsi: Allahın əvəzinə (ibadət etdikləriniz)?! Sizə kömək edirlərmi, yaxud əzabı özlərindən dəf edə bilirlərmi?!»
94 Əş-Şuəra Surəsi, Ayə 94

فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ ﴿94﴾

Oxunuşu (Transkripsiya): Fakubkibu fiha hum valğavun
Mişkini Tərcüməsi: Beləliklə, (ibadət etdikləri) o tanrılar və azğınlar bir-birinin ardınca, üzüüstə atılarlar.
95 Əş-Şuəra Surəsi, Ayə 95

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ ﴿95﴾

Oxunuşu (Transkripsiya): Va cunudu Iblisa acma'un
Mişkini Tərcüməsi: İblisin bütün əsgərləri də (daim onun itaətində olan müşrik, kafir və fasiqlər, İblisin özünün nəsli və balaları da oda sürüklənərlər).
96 Əş-Şuəra Surəsi, Ayə 96

قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ ﴿96﴾

Oxunuşu (Transkripsiya): Qalu va hum fiha yakxtasimun
Mişkini Tərcüməsi: Onlar (Cəhənnəm əhli) bir-birlərilə dava-dalaş edən halda (öz tanrılarına) deyərlər:
97 Əş-Şuəra Surəsi, Ayə 97

تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ ﴿97﴾

Oxunuşu (Transkripsiya): Tallahi in kunna lafi dalalim mubin
Mişkini Tərcüməsi: «Allaha and olsun ki, biz həqiqətən, açıq-aşkar yolumuzu azmışdıq».
98 Əş-Şuəra Surəsi, Ayə 98

إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿98﴾

Oxunuşu (Transkripsiya): Iz nusavvikum bi Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Çünki sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq».
99 Əş-Şuəra Surəsi, Ayə 99

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ ﴿99﴾

Oxunuşu (Transkripsiya): Va ma adallana illal mucrimun
Mişkini Tərcüməsi: «Bizi yalnız günahkarlar (fəsad törədən alimlər, zalım hakimlər və azğın dostlar) azdırdılar».
100 Əş-Şuəra Surəsi, Ayə 100

فَمَا لَنَا مِن شَٰفِعِينَ ﴿100﴾

Oxunuşu (Transkripsiya): Fama lana min şa fi'in
Mişkini Tərcüməsi: «İndi, (bu gün) bizim nə bir şəfaət edənimiz,
101 Əş-Şuəra Surəsi, Ayə 101

وَلَا صَدِيقٍ حَمِيمٍۢ ﴿101﴾

Oxunuşu (Transkripsiya): Va la sadiqin hamim
Mişkini Tərcüməsi: nə də mehriban və səmimi bir dostumuz var».
102 Əş-Şuəra Surəsi, Ayə 102

فَلَوْ أَنَّ لَنَا كَرَّةًۭ فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿102﴾

Oxunuşu (Transkripsiya): Falav anna lana karratan fanakuna minal mu'minin
Mişkini Tərcüməsi: «Kaş biz bir də (dünyaya) qayıda biləydik ki, möminlərdən olaydıq».
103 Əş-Şuəra Surəsi, Ayə 103

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿103﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayatanv va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrəti, qəzəbi və rəhmətinə dair) bir nişanə (ibrət) vardır. Halbuki onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
104 Əş-Şuəra Surəsi, Ayə 104

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿104﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la Huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və yenilməzdir, (itaətkarlara qarşı) mehribandır.
105 Əş-Şuəra Surəsi, Ayə 105

كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ ﴿105﴾

Oxunuşu (Transkripsiya): Kazzabat qavmu Nuhinil Mursalin
Mişkini Tərcüməsi: Nuhun qövmü Allahın bütün peyğəmbərlərini təkzib etdi. (Onların bəzisini təkzib etmək hamısını təkzib etmək deməkdir. Yaxud da onlar risalətin özünü inkar etdilər.)
106 Əş-Şuəra Surəsi, Ayə 106

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ ﴿106﴾

Oxunuşu (Transkripsiya): Iz qala lahum axuhum Nuhun ala tattaqun
Mişkini Tərcüməsi: O zaman (qəbilə) qardaşları olan Nuh onlara dedi: «Məgər (Allahın qəzəb və əzabından) çəkinmirsiniz?»
107 Əş-Şuəra Surəsi, Ayə 107

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿107﴾

Oxunuşu (Transkripsiya): Inni lakum Rasulun amin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
108 Əş-Şuəra Surəsi, Ayə 108

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿108﴾

Oxunuşu (Transkripsiya): Fattaqullaha va ati'un
Mişkini Tərcüməsi: «Allahdan qorxun və mənə itaət edin».
109 Əş-Şuəra Surəsi, Ayə 109

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿109﴾

Oxunuşu (Transkripsiya): Va ma as'alukum 'alaihi min acrin in acriya illa 'ala Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».
110 Əş-Şuəra Surəsi, Ayə 110

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿110﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
111 Əş-Şuəra Surəsi, Ayə 111

۞ قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ ﴿111﴾

Oxunuşu (Transkripsiya): Qalu anu'minu laka vattaba 'akal arzalun
Mişkini Tərcüməsi: Dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənəmi iman gətirək?»
112 Əş-Şuəra Surəsi, Ayə 112

قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿112﴾

Oxunuşu (Transkripsiya): Qala va ma 'ilmi bima kanu ya'malun
Mişkini Tərcüməsi: Dedi: «Onların nə etmiş olduqlarından və nə etdiklərindən mənim nə xəbərim var axı?!
113 Əş-Şuəra Surəsi, Ayə 113

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى ۖ لَوْ تَشْعُرُونَ ﴿113﴾

Oxunuşu (Transkripsiya): In hisabuhum illa 'ala Rabbi lav taş'urun
Mişkini Tərcüməsi: Əgər düşünsəniz onların hesabı yalnız mənim Rəbbimin öhdəsinədir».
114 Əş-Şuəra Surəsi, Ayə 114

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ ﴿114﴾

Oxunuşu (Transkripsiya): Va ma ana bitaridil mu'minin
Mişkini Tərcüməsi: «Və mən əsla möminləri qovan deyiləm».
115 Əş-Şuəra Surəsi, Ayə 115

إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ ﴿115﴾

Oxunuşu (Transkripsiya): In ana illa nazirum mubin
Mişkini Tərcüməsi: «Mən yalnız açıq-aşkar qorxudanam (bir Peyğəmbərəm)».
116 Əş-Şuəra Surəsi, Ayə 116

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ ﴿116﴾

Oxunuşu (Transkripsiya): Qalu la'il lam tantahi ya Nuhu latakunanna minal marcumin
Mişkini Tərcüməsi: Dedilər: «Ey Nuh, əgər (bu dəvətdən) əl çəkməsən, mütləq daşqalaq olunanlardan olacaqsan».
117 Əş-Şuəra Surəsi, Ayə 117

قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ ﴿117﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi inna qavmi kazzabun
Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, həqiqətən, qövmüm məni təkzib etdi».
118 Əş-Şuəra Surəsi, Ayə 118

فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًۭا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿118﴾

Oxunuşu (Transkripsiya): Faftab baini va bai nahum fat hanv va naccini va mam ma'iya minal mu'minin
Mişkini Tərcüməsi: «Odur ki, mənimlə onların arasında aydınlaşdıran bir hökm çıxar, mənə və mənimlə birgə olanlara nicat ver».
119 Əş-Şuəra Surəsi, Ayə 119

فَأَنجَيْنَٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ﴿119﴾

Oxunuşu (Transkripsiya): Fa ancainahu va mamma'ahu fil fulkil maşhun
Mişkini Tərcüməsi: Beləliklə, onu və onunla birlikdə (insanlar, heyvanlar və azuqə ilə) dolu olan gəmidəkiləri xilas etdik.
120 Əş-Şuəra Surəsi, Ayə 120

ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ ﴿120﴾

Oxunuşu (Transkripsiya): Summa ağraqna ba'dul baqin
Mişkini Tərcüməsi: Onların nicatından sonra qalanların hamısını (suda) qərq etdik.
121 Əş-Şuəra Surəsi, Ayə 121

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿121﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayah; va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən də, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti Haqqa iman gətirən deyildilər.
122 Əş-Şuəra Surəsi, Ayə 122

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿122﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
123 Əş-Şuəra Surəsi, Ayə 123

كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ ﴿123﴾

Oxunuşu (Transkripsiya): Kazzabat 'Aadunil mursalin
Mişkini Tərcüməsi: Ad qövmü də (Hud qövmü) Allahın peyğəmbərlərini təkzib etdi.
124 Əş-Şuəra Surəsi, Ayə 124

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ ﴿124﴾

Oxunuşu (Transkripsiya): Iz qala lahum axuhum Hudun ala tattaqun
Mişkini Tərcüməsi: O zaman (qəbilə) qardaşları Hud onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?!»
125 Əş-Şuəra Surəsi, Ayə 125

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿125﴾

Oxunuşu (Transkripsiya): Inni lakum Rasulun amin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
126 Əş-Şuəra Surəsi, Ayə 126

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿126﴾

Oxunuşu (Transkripsiya): Fattaqullaha va ati'un
Mişkini Tərcüməsi: «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
127 Əş-Şuəra Surəsi, Ayə 127

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿127﴾

Oxunuşu (Transkripsiya): Va ma as'alukum 'alaihi min acrin in acriya illa 'ala Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».
128 Əş-Şuəra Surəsi, Ayə 128

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةًۭ تَعْبَثُونَ ﴿128﴾

Oxunuşu (Transkripsiya): Atabnuna bikulli ri'in ayatan ta'basun
Mişkini Tərcüməsi: «(Siz) hər bir uca məkanda əbəs yerə və əyləncə xatirinə bir bina ucaldıb var-dövlət nişanəsimi edirsiniz?»
129 Əş-Şuəra Surəsi, Ayə 129

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ ﴿129﴾

Oxunuşu (Transkripsiya): Va tattaxizuna masani'a la'allakum taxludun
Mişkini Tərcüməsi: «Cah-cəlallı qəsrlər (və su hövzələri və hovuzlar) tikirsiniz, sanki əbədi qalacaqsınız?!»
130 Əş-Şuəra Surəsi, Ayə 130

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ ﴿130﴾

Oxunuşu (Transkripsiya): Va iza bataştum bataştum cabbarin
Mişkini Tərcüməsi: «Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz».
131 Əş-Şuəra Surəsi, Ayə 131

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿131﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Belə isə, Allahdan qorxun və mənə itaət edin».
132 Əş-Şuəra Surəsi, Ayə 132

وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ ﴿132﴾

Oxunuşu (Transkripsiya): Vattaqul lazi amad dakum bima ta'lamun
Mişkini Tərcüməsi: «Qorxun o kəsdən ki, bildiyiniz şeylərlə sizə kömək etdi».
133 Əş-Şuəra Surəsi, Ayə 133

أَمَدَّكُم بِأَنْعَٰمٍۢ وَبَنِينَ ﴿133﴾

Oxunuşu (Transkripsiya): Amaddakum bi an'a minv va banin
Mişkini Tərcüməsi: «Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi»;
134 Əş-Şuəra Surəsi, Ayə 134

وَجَنَّٰتٍۢ وَعُيُونٍ ﴿134﴾

Oxunuşu (Transkripsiya): Va cannatinv va 'uyun
Mişkini Tərcüməsi: «Həmçinin bağlar və bulaqlarla (kömək etdi)».
135 Əş-Şuəra Surəsi, Ayə 135

إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿135﴾

Oxunuşu (Transkripsiya): Inni axafu 'alaikum 'azaba Yavmin 'azim
Mişkini Tərcüməsi: «Həqiqətən, mən Böyük Günün sizə (çatacaq) əzabından qorxuram».
136 Əş-Şuəra Surəsi, Ayə 136

قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ ﴿136﴾

Oxunuşu (Transkripsiya): Qalu sava'un 'alaina ava 'azta am lam takum minal va'izin
Mişkini Tərcüməsi: Dedilər: «Nəsihət etsən də,öyüd verənlərdən olmasan da bizim üçün birdir».
137 Əş-Şuəra Surəsi, Ayə 137

إِنْ هَٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ ﴿137﴾

Oxunuşu (Transkripsiya): In haza illa xuluqul avvalin
Mişkini Tərcüməsi: «Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata-babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab-kitab adlı bir şey olmayacaqdır)».
138 Əş-Şuəra Surəsi, Ayə 138

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿138﴾

Oxunuşu (Transkripsiya): Va ma nahnu bimu 'azzabin
Mişkini Tərcüməsi: «(Bəs, axirət aləmi olmadığı üçün) bizə əsla əzab verilməyəcəkdir».
139 Əş-Şuəra Surəsi, Ayə 139

فَكَذَّبُوهُ فَأَهْلَكْنَٰهُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿139﴾

Oxunuşu (Transkripsiya): Fakazzabuhu fa ahlaknahum; inna fi zalika la ayah; va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Beləliklə, onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
140 Əş-Şuəra Surəsi, Ayə 140

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿140﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyan edənlərin müqabilində) qüdrətli və qalib, (itaətkarlara qarşı) mehribandır.
141 Əş-Şuəra Surəsi, Ayə 141

كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ ﴿141﴾

Oxunuşu (Transkripsiya): Kazzabat Samudul mursalin
Mişkini Tərcüməsi: Səmud qövmü də Allahın bütün peyğəmbərlərini təkzib etdi.
142 Əş-Şuəra Surəsi, Ayə 142

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ﴿142﴾

Oxunuşu (Transkripsiya): Iz qala lahum axuhum Salihun ala tattaqun
Mişkini Tərcüməsi: O zaman onların (qəbilə) qardaşları Saleh onlara dedi: «Məgər (şirk və küfrdən) çəkinmirsiniz?»
143 Əş-Şuəra Surəsi, Ayə 143

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿143﴾

Oxunuşu (Transkripsiya): Inni lakum Rasulun amin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən sizin üçün etibar olunası bir peyğəmbərəm».
144 Əş-Şuəra Surəsi, Ayə 144

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿144﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Belə isə, Allahdan qorxun və mənə itaət edin»!
145 Əş-Şuəra Surəsi, Ayə 145

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿145﴾

Oxunuşu (Transkripsiya): Va ma as'alukum 'alaihi min acrin in acriya illa 'ala Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Mən buna (risalətə) görə sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».
146 Əş-Şuəra Surəsi, Ayə 146

أَتُتْرَكُونَ فِى مَا هَٰهُنَآ ءَامِنِينَ ﴿146﴾

Oxunuşu (Transkripsiya): Atutrakuna fi ma hahunna aminin
Mişkini Tərcüməsi: «(Güman edirsiniz ki,) burda olanların içində (şəxsi mühitdə və dünyəvi yaşayışda) əmin amanlıqla başlı-başına buraxılacaqsınız?!
147 Əş-Şuəra Surəsi, Ayə 147

فِى جَنَّٰتٍۢ وَعُيُونٍۢ ﴿147﴾

Oxunuşu (Transkripsiya): Fi cannatinv va 'uyun
Mişkini Tərcüməsi: Bağlar və çeşmələr içində?!
148 Əş-Şuəra Surəsi, Ayə 148

وَزُرُوعٍۢ وَنَخْلٍۢ طَلْعُهَا هَضِيمٌۭ ﴿148﴾

Oxunuşu (Transkripsiya): Va zuru inv va naxlin tal 'uha hadim
Mişkini Tərcüməsi: Əkinlər və nizamlı, nazik və lətif çiçəkləri olan xurma ağacları (içində)?!»
149 Əş-Şuəra Surəsi, Ayə 149

وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًۭا فَٰرِهِينَ ﴿149﴾

Oxunuşu (Transkripsiya): Va tanhituna minal cibali buyutan farihin
Mişkini Tərcüməsi: «Məharətlə və təkəbbürlə dağlardan evlər yonub düzəldirsiniz?!»
150 Əş-Şuəra Surəsi, Ayə 150

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿150﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Nəhayət, Allahdan qorxun və mənə itaət edin».
151 Əş-Şuəra Surəsi, Ayə 151

وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ ﴿151﴾

Oxunuşu (Transkripsiya): Va la tuti'u amral musrifin
Mişkini Tərcüməsi: «İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın».
152 Əş-Şuəra Surəsi, Ayə 152

ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ ﴿152﴾

Oxunuşu (Transkripsiya): Allazina yufsiduna fil ardi va la yuslihun
Mişkini Tərcüməsi: «O kəslər ki, yer üzündə fəsad törədər və (heç vaxt) islah etməklə məşğul olmazlar».
153 Əş-Şuəra Surəsi, Ayə 153

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿153﴾

Oxunuşu (Transkripsiya): Qalu innama anta minal musahharin
Mişkini Tərcüməsi: Dedilər: «Həqiqətən, sən cadu olunmuşlardansan».
154 Əş-Şuəra Surəsi, Ayə 154

مَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿154﴾

Oxunuşu (Transkripsiya): Ma anta illa başarum misluna fati bi Aayatin in kunta minas sadiqin
Mişkini Tərcüməsi: «Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir ayə və möcüzə gətir».
155 Əş-Şuəra Surəsi, Ayə 155

قَالَ هَٰذِهِۦ نَاقَةٌۭ لَّهَا شِرْبٌۭ وَلَكُمْ شِرْبُ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿155﴾

Oxunuşu (Transkripsiya): Qala hazihi naqatul laha şirbunv v alakum şirbu yavmim ma'lum
Mişkini Tərcüməsi: (Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir».
156 Əş-Şuəra Surəsi, Ayə 156

وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍۢ ﴿156﴾

Oxunuşu (Transkripsiya): Va la tamassuha bisu'in fa yaxuzakum 'azabu Yavmin 'Azim
Mişkini Tərcüməsi: «Ona heç bir ziyan yetirməyin ki, Böyük günün əzabı sizi yaxalayar» (dünyada hamılıqla əzab və ya Qiyamət əzabı).
157 Əş-Şuəra Surəsi, Ayə 157

فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَٰدِمِينَ ﴿157﴾

Oxunuşu (Transkripsiya): Fa'aqaruha fa asbahu nadimin
Mişkini Tərcüməsi: (Amma onlar) dəvəni tutub kəsdilər, sonra isə peşman oldular.
158 Əş-Şuəra Surəsi, Ayə 158

فَأَخَذَهُمُ ٱلْعَذَابُ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿158﴾

Oxunuşu (Transkripsiya): Fa axazahumul 'azab; inna fi zalika la Aayah; va ma kana aksaruhum m'minin
Mişkini Tərcüməsi: Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti haqqa iman gətirən deyildi.
159 Əş-Şuəra Surəsi, Ayə 159

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿159﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la Huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib (itaətkarlarla) mehribandır.
160 Əş-Şuəra Surəsi, Ayə 160

كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ ﴿160﴾

Oxunuşu (Transkripsiya): kazzabat qavmu Lutinil mursalin
Mişkini Tərcüməsi: Lutun qövmü də Allahın peyğəmbərlərini təkzib etdi.
161 Əş-Şuəra Surəsi, Ayə 161

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ ﴿161﴾

Oxunuşu (Transkripsiya): Iz qala lahum axuhum Lutun ala tattaqun
Mişkini Tərcüməsi: O zaman ki, (qəbilə) qardaşları Lut onlara dedi: «(Bu şirk və küfrünüzdən) çəkinmirsinizmi?!»
162 Əş-Şuəra Surəsi, Ayə 162

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿162﴾

Oxunuşu (Transkripsiya): Inni lakum rasulun amin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».
163 Əş-Şuəra Surəsi, Ayə 163

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿163﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Odur ki, Allahdan qorxun və mənə itaət edin».
164 Əş-Şuəra Surəsi, Ayə 164

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿164﴾

Oxunuşu (Transkripsiya): Va ma as'alukum 'alaihi min acrin in acriya illa 'ala Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Mən bunun (risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».
165 Əş-Şuəra Surəsi, Ayə 165

أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَٰلَمِينَ ﴿165﴾

Oxunuşu (Transkripsiya): Atatunaz zukrana minal 'alamin
Mişkini Tərcüməsi: «Siz bu dünyadakı insanlardan (yalnız) erkəklərləmi yaxınlıq edirsiniz?!»
166 Əş-Şuəra Surəsi, Ayə 166

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ ﴿166﴾

Oxunuşu (Transkripsiya): Va tazaruna ma xalaqa lakum Rabbukum min azvacikum; bal antum qavmun 'adun
Mişkini Tərcüməsi: «Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız».
167 Əş-Şuəra Surəsi, Ayə 167

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ ﴿167﴾

Oxunuşu (Transkripsiya): Qalu la'il lam tantahi ya Lutu latakunanna minal muxracin
Mişkini Tərcüməsi: (Onlar) dedilər: «Ey Lut, əgər (bu sözlərindən) əl çəkməsən, mütləq sürgün olunanlardan olacaqsan!»
168 Əş-Şuəra Surəsi, Ayə 168

قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ ﴿168﴾

Oxunuşu (Transkripsiya): Qala inni li'amalikum minal qalin
Mişkini Tərcüməsi: (Lut) dedi: «Şübhəsiz, mən sizin bu əməlinizlə düşmən olanlardanam».
169 Əş-Şuəra Surəsi, Ayə 169

رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ ﴿169﴾

Oxunuşu (Transkripsiya): Rabbi nacccini va ahli mimmma ya'malun
Mişkini Tərcüməsi: «Ey Rəbbim, mənə və ailəmə bunların gördüyündən (əməlin cəzasından) nicat ver».
170 Əş-Şuəra Surəsi, Ayə 170

فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ ﴿170﴾

Oxunuşu (Transkripsiya): Fanaccainahu va ahlahu acma'in
Mişkini Tərcüməsi: Sonra ona və bütün ailəsinə nicat verdik.
171 Əş-Şuəra Surəsi, Ayə 171

إِلَّا عَجُوزًۭا فِى ٱلْغَٰبِرِينَ ﴿171﴾

Oxunuşu (Transkripsiya): Illa 'acuzan filğabirin
Mişkini Tərcüməsi: Yalnız (vəd olunmuş əzabda) qalanlardan olan qoca bir arvaddan (Lutun zövcəsindən) başqa.
172 Əş-Şuəra Surəsi, Ayə 172

ثُمَّ دَمَّرْنَا ٱلْءَاخَرِينَ ﴿172﴾

Oxunuşu (Transkripsiya): Summa dammarnal a xarin
Mişkini Tərcüməsi: Sonra da o birilərini məhv etdik.
173 Əş-Şuəra Surəsi, Ayə 173

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ ﴿173﴾

Oxunuşu (Transkripsiya): Va amtarna 'alaihim mataran fasa'a matarul munzarin
Mişkini Tərcüməsi: Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!
174 Əş-Şuəra Surəsi, Ayə 174

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿174﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayah; va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
175 Əş-Şuəra Surəsi, Ayə 175

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿175﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la Huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib, (itaətkarlarla) mehribandır.
176 Əş-Şuəra Surəsi, Ayə 176

كَذَّبَ أَصْحَٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ ﴿176﴾

Oxunuşu (Transkripsiya): Kazzaba As habul Aykatil mursalin
Mişkini Tərcüməsi: «Əykə» camaatı da Allahın bütün peyğəmbərlərini təkzib etdi.
177 Əş-Şuəra Surəsi, Ayə 177

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ ﴿177﴾

Oxunuşu (Transkripsiya): Iz qala lahum Şu'aybun ala tattaqun
Mişkini Tərcüməsi: O zaman ki, Şüeyb onlara dedi: «(küfr və şirkinizdən) çəkinmirsinizmi?!»
178 Əş-Şuəra Surəsi, Ayə 178

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌۭ ﴿178﴾

Oxunuşu (Transkripsiya): Inni lakum Rasulun amin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm».
179 Əş-Şuəra Surəsi, Ayə 179

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ ﴿179﴾

Oxunuşu (Transkripsiya): Fattaqul laha va ati'un
Mişkini Tərcüməsi: «Odur ki, Allahdan qorxun və mənə itaət edin».
180 Əş-Şuəra Surəsi, Ayə 180

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿180﴾

Oxunuşu (Transkripsiya): Va ma as'alukum 'alaihi min acrin in acriya illa 'ala Rabbil 'alamin
Mişkini Tərcüməsi: «Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir».
181 Əş-Şuəra Surəsi, Ayə 181

۞ أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ ﴿181﴾

Oxunuşu (Transkripsiya): Avful kaila va la takunu minal muxsirin
Mişkini Tərcüməsi: «(Alış-veriş zamanı) tərəzi qabını dolu verin (ölçüdə düz olun). Ziyan vuranlardan olmayın».
182 Əş-Şuəra Surəsi, Ayə 182

وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ﴿182﴾

Oxunuşu (Transkripsiya): Va zinu bilqistasil mustaqim
Mişkini Tərcüməsi: «Düzgün tərəzi ilə çəkin».
183 Əş-Şuəra Surəsi, Ayə 183

وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ ﴿183﴾

Oxunuşu (Transkripsiya): Va la tabxasun nasa aşya 'ahum va la ta'sav fil ardi mufsidin
Mişkini Tərcüməsi: «İnsanların mallarını əskik verməyin və yer üzündə fəsad törədən hərəkət etməyin».
184 Əş-Şuəra Surəsi, Ayə 184

وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ ﴿184﴾

Oxunuşu (Transkripsiya): Vattaqul lazi xalaqakum valcibillatal avvalin
Mişkini Tərcüməsi: «Sizi və sizdən öncəki qövmləri yaradandan qorxun».
185 Əş-Şuəra Surəsi, Ayə 185

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ ﴿185﴾

Oxunuşu (Transkripsiya): Qalu innama anta minal musahharin
Mişkini Tərcüməsi: (Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan» – dedilər.
186 Əş-Şuəra Surəsi, Ayə 186

وَمَآ أَنتَ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَٰذِبِينَ ﴿186﴾

Oxunuşu (Transkripsiya): Va ma anta illa başarum misluna va innazunnuka laminal kazibin
Mişkini Tərcüməsi: «Sən yalnız bizim kimi bir insansan. Həqiqətən, biz səni yalançılardan hesab edirik».
187 Əş-Şuəra Surəsi, Ayə 187

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ﴿187﴾

Oxunuşu (Transkripsiya): Fa asqit 'alaina kisafam minas sama'i in kunta minas sadiqin
Mişkini Tərcüməsi: (Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
188 Əş-Şuəra Surəsi, Ayə 188

قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ﴿188﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi a'lamu bima ta'malun
Mişkini Tərcüməsi: (Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
189 Əş-Şuəra Surəsi, Ayə 189

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ ۚ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴿189﴾

Oxunuşu (Transkripsiya): Fakazzabuhu fa axazahum 'azabu Yavmiz zullah; innahu kana 'azaba Yavmin 'Azim
Mişkini Tərcüməsi: Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
190 Əş-Şuəra Surəsi, Ayə 190

إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ ۖ وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ ﴿190﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayah; va ma kana aksaruhum mu'minin
Mişkini Tərcüməsi: Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
191 Əş-Şuəra Surəsi, Ayə 191

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿191﴾

Oxunuşu (Transkripsiya): Va inna Rabbaka la huval 'Azizur Rahim
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbin (tüğyankarlara qarşı) qüdrətli və qalib və (itaətkarlarla) mehribandır.
192 Əş-Şuəra Surəsi, Ayə 192

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿192﴾

Oxunuşu (Transkripsiya): Va innahu latanzilu Rabbil 'alamin
Mişkini Tərcüməsi: Şübhəsiz, bu (Quran) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul-Əminin) hafizəsinə nazil olmuşdur).
193 Əş-Şuəra Surəsi, Ayə 193

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ ﴿193﴾

Oxunuşu (Transkripsiya): Nazala bihir Ruhul Amin
Mişkini Tərcüməsi: Ruhul-əmin (Cəbrail) onu endirdi,
194 Əş-Şuəra Surəsi, Ayə 194

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ ﴿194﴾

Oxunuşu (Transkripsiya): 'Ala qalbika litakuna minal munzirin
Mişkini Tərcüməsi: Qorxudanlardan (Peyğəmbərlərdən) olasan deyə, sənin qəlbinə (nazil etdi),
195 Əş-Şuəra Surəsi, Ayə 195

بِلِسَانٍ عَرَبِىٍّۢ مُّبِينٍۢ ﴿195﴾

Oxunuşu (Transkripsiya): Bilisanin 'Arabiyyim mubin
Mişkini Tərcüməsi: (Onu) açıq-aydın ərəb dilində (nazil etdi).
196 Əş-Şuəra Surəsi, Ayə 196

وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ ﴿196﴾

Oxunuşu (Transkripsiya): Va innahu lafi Zuburil avvalin
Mişkini Tərcüməsi: Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.
197 Əş-Şuəra Surəsi, Ayə 197

أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿197﴾

Oxunuşu (Transkripsiya): Avalam yakul lahum Aayatan ai ya'lamahu 'ulama'u Bani Isra'il
Mişkini Tərcüməsi: Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
198 Əş-Şuəra Surəsi, Ayə 198

وَلَوْ نَزَّلْنَٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ ﴿198﴾

Oxunuşu (Transkripsiya): Va lav nazzalnahu 'ala ba'dil a'camin
Mişkini Tərcüməsi: Əgər bunu (bu kitabı bütünlüklə) bəzi əcəmlərə (ərəb olmayanlara başqa bir dildə) nazil etsəydik;
199 Əş-Şuəra Surəsi, Ayə 199

فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ ﴿199﴾

Oxunuşu (Transkripsiya): Faqara ahu 'alaihim ma kanu bihi mu'minin
Mişkini Tərcüməsi: Quranı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Quran hara, ərəb milləti hara?»)
200 Əş-Şuəra Surəsi, Ayə 200

كَذَٰلِكَ سَلَكْنَٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ ﴿200﴾

Oxunuşu (Transkripsiya): Kazalika salaknahu fi qulubil mucrimin
Mişkini Tərcüməsi: Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.
201 Əş-Şuəra Surəsi, Ayə 201

لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿201﴾

Oxunuşu (Transkripsiya): La yu'minuna bihi hatta yaravul 'azabal alim
Mişkini Tərcüməsi: (Ölüm, Bərzəx ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər.
202 Əş-Şuəra Surəsi, Ayə 202

فَيَأْتِيَهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ ﴿202﴾

Oxunuşu (Transkripsiya): Fayatiyahum bağtatanv va hum la yaş'urun
Mişkini Tərcüməsi: (Bu əzab) onlara qəflətən, özləri də bilmədən gələr.
203 Əş-Şuəra Surəsi, Ayə 203

فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ ﴿203﴾

Oxunuşu (Transkripsiya): Fa yaqulu hal nahnu munzarun
Mişkini Tərcüməsi: Sonra (təəssüf və peşmançılıqla) deyərlər: «Görəsən bizə bir möhlət veriləcəkmi?»
204 Əş-Şuəra Surəsi, Ayə 204

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ ﴿204﴾

Oxunuşu (Transkripsiya): Aafabi 'azabina yasta'cilun
Mişkini Tərcüməsi: Belə olduqda, (məzəmmət məqsədilə deyilər:) «Bizim əzabımızamı tələsirdilər?!»
205 Əş-Şuəra Surəsi, Ayə 205

أَفَرَءَيْتَ إِن مَّتَّعْنَٰهُمْ سِنِينَ ﴿205﴾

Oxunuşu (Transkripsiya): Aara'aita im matta'nahum sinin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) xəbər ver, əgər onları illərlə (dünya həyatından) bəhrələndirsək;
206 Əş-Şuəra Surəsi, Ayə 206

ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ ﴿206﴾

Oxunuşu (Transkripsiya): Summa ca'ahum ma kanu yu'adun
Mişkini Tərcüməsi: Sonra da vəd olunduqları (əzab) onlara yetişsə;
207 Əş-Şuəra Surəsi, Ayə 207

مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ ﴿207﴾

Oxunuşu (Transkripsiya): Ma ağna 'anhum ma kanu yumatu'un
Mişkini Tərcüməsi: Onlara verilmiş olan nemətlər (Allahın əzabından) nəyi onlardan dəf edə bilər?
208 Əş-Şuəra Surəsi, Ayə 208

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ﴿208﴾

Oxunuşu (Transkripsiya): Va ma ahlakna min qaryatin illa laha munzirun
Mişkini Tərcüməsi: Biz (cəza olaraq) qorxudanlar (peyğəmbərlər, yaxud onların canişinləri) olmayan heç bir cəmiyyəti məhv etmədik;
209 Əş-Şuəra Surəsi, Ayə 209

ذِكْرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ﴿209﴾

Oxunuşu (Transkripsiya): Zikra va ma kunna zalimin
Mişkini Tərcüməsi: (Cəmiyyətə) bir öyüd-nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!
210 Əş-Şuəra Surəsi, Ayə 210

وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَٰطِينُ ﴿210﴾

Oxunuşu (Transkripsiya): Va ma tanazzalat bihiş Şayatin
Mişkini Tərcüməsi: Bunu (Quranı) əsla şeytanlar (Bizim Peyğəmbərimizə) nazil etməmişlər.
211 Əş-Şuəra Surəsi, Ayə 211

وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ ﴿211﴾

Oxunuşu (Transkripsiya): Va ma yambaği lahum va ma yastati'un
Mişkini Tərcüməsi: Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.
212 Əş-Şuəra Surəsi, Ayə 212

إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ ﴿212﴾

Oxunuşu (Transkripsiya): Innahum 'anis sam'i lama'zulun
Mişkini Tərcüməsi: Şübhəsiz, (göyün qapıları üzlərinə qapalı olduğuna görə) onlar (Allah kəlamını) eşitməkdən kənarlaşdırılmışlar.
213 Əş-Şuəra Surəsi, Ayə 213

فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ ﴿213﴾

Oxunuşu (Transkripsiya): Fala tad'u ma'al lahi ilahan axara fatakuna minal mu'azzabin
Mişkini Tərcüməsi: Allahla yanaşı başqa bir tanrı çağırma ki, əzaba düçar edilənlərdən olarsan.
214 Əş-Şuəra Surəsi, Ayə 214

وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ ﴿214﴾

Oxunuşu (Transkripsiya): Va anzir 'aşiratakal aqrabin
Mişkini Tərcüməsi: Və (əvvəlcə) yaxın qohumlarını qorxut və xəbərdarlıq et.
215 Əş-Şuəra Surəsi, Ayə 215

وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿215﴾

Oxunuşu (Transkripsiya): Vaxfid canahaka limanit taba 'aka minal mu'minin
Mişkini Tərcüməsi: Və öz mehr (məhəbbət) və təvazökarlıq qanadını möminlərdən sənə tabe olan hər bir kəsin üzərinə endir; cəzbedici çətirini onların başları üzərində aç.
216 Əş-Şuəra Surəsi, Ayə 216

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ ﴿216﴾

Oxunuşu (Transkripsiya): Fa in asavka faqul inni bari'um mimmma ta'malun
Mişkini Tərcüməsi: Əgər sənə itaətsizlik etsələr, de: «Mən sizin etdiklərinizdən (sizin çirkin və batil işlərinizdən) uzağam».
217 Əş-Şuəra Surəsi, Ayə 217

وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ﴿217﴾

Oxunuşu (Transkripsiya): Va tavakkal alal 'Azizir Rahim
Mişkini Tərcüməsi: Və o qadir, qalib və mehriban (Allaha) təvəkkül et.
218 Əş-Şuəra Surəsi, Ayə 218

ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ ﴿218﴾

Oxunuşu (Transkripsiya): Allazi yaraka hina taqum
Mişkini Tərcüməsi: O Allaha ki, səni (namaza, ya hər hansı bir xeyir işə) duranda, görür.
219 Əş-Şuəra Surəsi, Ayə 219

وَتَقَلُّبَكَ فِى ٱلسَّٰجِدِينَ ﴿219﴾

Oxunuşu (Transkripsiya): Va taqallubaka fis sacidin
Mişkini Tərcüməsi: Və həmçinin səcdə edənlər arasında (qiyam, rüku və səcdə) hərəkətlərini (görür).
220 Əş-Şuəra Surəsi, Ayə 220

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿220﴾

Oxunuşu (Transkripsiya): Innahu Huvas Sami'ul 'Alim
Mişkini Tərcüməsi: Çünki, O eşidən və biləndir.
221 Əş-Şuəra Surəsi, Ayə 221

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ﴿221﴾

Oxunuşu (Transkripsiya): Hal unabbi'ukum 'ala man tanazzaluş Şayatin
Mişkini Tərcüməsi: Şeytanların kimə (o əsrin kahinləri kimi) nazil olduğunu sizə xəbər verimmi?
222 Əş-Şuəra Surəsi, Ayə 222

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍۢ ﴿222﴾

Oxunuşu (Transkripsiya): Tanazzalu 'ala kulli affakin asim
Mişkini Tərcüməsi: (Onlar) hər bir yalançı (böhtançı) və günahkara nazil olarlar.
223 Əş-Şuəra Surəsi, Ayə 223

يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَٰذِبُونَ ﴿223﴾

Oxunuşu (Transkripsiya): Yulqunas sam'a va aksaruhum azibun
Mişkini Tərcüməsi: (Uca məqamdan) eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır.
224 Əş-Şuəra Surəsi, Ayə 224

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ ﴿224﴾

Oxunuşu (Transkripsiya): Vaşşu 'ara'u yattabi 'uhumul ğavun
Mişkini Tərcüməsi: (Peyğəmbər şair deyildir) şairlərə yalnız azğınlar tabe olarlar (uyarlar).
225 Əş-Şuəra Surəsi, Ayə 225

أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍۢ يَهِيمُونَ ﴿225﴾

Oxunuşu (Transkripsiya): Alam tara annahum fi kulli vadiny yahimun
Mişkini Tərcüməsi: Məgər görmədinmi ki, onlar hər bir vadidə (xəyallar aləmində) dərbədərdirlər?
226 Əş-Şuəra Surəsi, Ayə 226

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ ﴿226﴾

Oxunuşu (Transkripsiya): Va annahum yaquluna ma la yaf'alun
Mişkini Tərcüməsi: Və onlar özləri etmədikləri şeyləri deyirlər?!
227 Əş-Şuəra Surəsi, Ayə 227

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًۭا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ ۗ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍۢ يَنقَلِبُونَ ﴿227﴾

Oxunuşu (Transkripsiya): Illal lazina amanu v a'amilus salihati va zakarul laha kasiranv vantasaru mim ba'di ma zulimu; va saya'lamul lazina zalamu aiya munqalbiny yanqalibun
Mişkini Tərcüməsi: Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şeirlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar
Əvvəlki: 25. Əl-Furqan Bütün Surələr ↑ Növbəti: 27. Ən-Nəml

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...