34

Səbə Surəsi

54 Ayə 22-ci Cüz Məkkə
سُورَةُ سبإ Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 34 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Səbə Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Səbə Surəsi, Ayə 1

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَهُ ٱلْحَمْدُ فِى ٱلْءَاخِرَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Alhamdu lillahil lazi lahu ma fis samavati va ma fil ardi va lahul hamdu fil axirah; va Huval Hakimul Xabir
Mişkini Tərcüməsi: Həmd göylərdə və yerdə nə varsa, hamısının həqiqi sahibi olan Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və məhv etmək – hamısı Onun iradə və istəyi ilədir), axirətdə (də) bütün həmdlər Ona məxsusdur (çünki axirət aləminin də bütün gözəllikləri Ondandır) və O (yaradılış və şəriət qanunlarında diqqətli və möhkəm) hikmət sahibidir və xəbərdardır.
2 Səbə Surəsi, Ayə 2

يَعْلَمُ مَا يَلِجُ فِى ٱلْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ ٱلرَّحِيمُ ٱلْغَفُورُ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Ya'lamu ma yalicu fil ardi va ma yaxrucu minha va ma yanzilu minas sama'i va ma ya'rucu fiha; va Huvar Rahimul Ğafur
Mişkini Tərcüməsi: Yerə daxil olanı (sular, ölülər, xəzinələr, köklər və heyvanlar) və yerdən çıxanı (heyvanlar, bitkilər, bulaqlar və mədənlər) və göydən nazil olanı (mələklər, səmavi kitablar, İlahi qəzavü-qədərlər, planetlərin nuru, şimşək və yağışlar) və göyə qalxanı (mələklər, bəndələrin əməlləri, bəzi cinlər və bəzi insanların ruhları) – hamısını bilir. O, rəhm edən və bağışlayandır.
3 Səbə Surəsi, Ayə 3

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَا تَأْتِينَا ٱلسَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّى لَتَأْتِيَنَّكُمْ عَٰلِمِ ٱلْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَلَآ أَصْغَرُ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرُ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina kafaru la tatinas Sa'ah; qul bala va Rabbi latatiyannakum 'Aalimul Ğaib; la ya'zubu 'anhu misqalu zarratin fis samavati va la fil ardi va la asğaru min zalika va la akbaru illa fi kitabim mubin
Mişkini Tərcüməsi: Və kafir olanlar dedilər: «Əsla bizə Qiyamət günü gəlməyəcəkdir». De: «Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, mütləq (Qiyamət) sizə gələcəkdir»; O Allah ki, qeybi biləndir. Göylərdə və yerdə zərrə ağırlığında heç bir şey Onun elmindən gizlin deyildir. Bundan daha kiçik və daha böyük (bir şey) yoxdur ki, açıq-aşkar kitabda (Lövhi-Məhfuzda) olmasın.
4 Səbə Surəsi, Ayə 4

لِّيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۚ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَرِزْقٌۭ كَرِيمٌۭ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Liyacziyal lazina amanu va 'amilus salihat; ula'ika lahum mağfiratunv va rizqun karim
Mişkini Tərcüməsi: (Bütün bunlar ona görədir ki,) iman gətirən və yaxşı işlər görənlərə mükafat versin. Məhz onlar üçün bağışlanmaq və çox dəyərli bir ruzi vardır.
5 Səbə Surəsi, Ayə 5

وَٱلَّذِينَ سَعَوْ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌۭ مِّن رِّجْزٍ أَلِيمٌۭ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Vallazina sa'av fi ayatina mu'acizina ula 'ika lahum 'azabum mir irczin alim
Mişkini Tərcüməsi: Və Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etmək)də səy göstərən kəslər üçün ən pis əzablardan şiddətli bir əzab hazırlamışıq.
6 Səbə Surəsi, Ayə 6

وَيَرَى ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ ٱلَّذِىٓ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ هُوَ ٱلْحَقَّ وَيَهْدِىٓ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va yaral lazina utul 'Ilmal lazi unzila ilaika mir Rabbika huval haqqa va yahdi ila siratil 'Azizil Hamid
Mişkini Tərcüməsi: (Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir.
7 Səbə Surəsi, Ayə 7

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍۢ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِى خَلْقٍۢ جَدِيدٍ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina kafaru hal nadullukum 'ala raculiny yanabbi 'ukum iza muzziqtum kulla mumazzaqin innakum lafi xalqin cadid
Mişkini Tərcüməsi: Və kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz (yerin altında) tamamilə parça-parça olub dağıldıqdan sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir olacağınızı xəbər verən bir kişini göstərəkmi?!»
8 Səbə Surəsi, Ayə 8

أَفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةٌۢ ۗ بَلِ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ فِى ٱلْعَذَابِ وَٱلضَّلَٰلِ ٱلْبَعِيدِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Aftara 'alal lahi kaziban am bihi cinnah; balil lazina la yu'minuna bil Aaxirati fil'azabi vaddad lalil ba'id
Mişkini Tərcüməsi: «Görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!» (Belə deyildir), əksinə (əslində) axirətə iman gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq içərisindədirlər.
9 Səbə Surəsi, Ayə 9

أَفَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ إِن نَّشَأْ نَخْسِفْ بِهِمُ ٱلْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّكُلِّ عَبْدٍۢ مُّنِيبٍۢ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Afalam yarav ila ma baina aydihim va ma xalfahum minas sama'i val ard; in naşad naxsif bihimul arda av nusqit 'alaihim kisafam minas sama'; inna fi zalika la Aayatal likulli 'abdim munib
Mişkini Tərcüməsi: Məgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır.
10 Səbə Surəsi, Ayə 10

۞ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًۭا ۖ يَٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va laqad ataina Davuda minna fadlany ya cibalu avvibi ma'ahu vattaira va alanna lahul hadid
Mişkini Tərcüməsi: Həqiqətən, (Biz) Davuda Öz tərəfimizdən bir lütf və rəhmət əta etdik (belə ki, dağları və quşları ona ram etdik və dedik:) «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin;» həmçinin dəmiri onun üçün yumşaltdıq ki,
11 Səbə Surəsi, Ayə 11

أَنِ ٱعْمَلْ سَٰبِغَٰتٍۢ وَقَدِّرْ فِى ٱلسَّرْدِ ۖ وَٱعْمَلُوا۟ صَٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Ani'mal sabiğatinv va qaddir fis sardi va'malu salihan inni bima ta'maluna Basir
Mişkini Tərcüməsi: «Geniş zirehlər toxu və onların toxunmasında ölçünü gözlə (halqalar həm bir-birinə, həm də paltarın hissələrinə uyğun olsun, zireh də bədənin ölçüsündə olsun) və (bu nemətlərin şükrü olaraq) yaxşı işlər görün ki, Mən etdiklərinizi görənəm».
12 Səbə Surəsi, Ayə 12

وَلِسُلَيْمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌۭ وَرَوَاحُهَا شَهْرٌۭ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ ۖ وَمِنَ ٱلْجِنِّ مَن يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِۦ ۖ وَمَن يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ ٱلسَّعِيرِ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va li-Sulaimanar riha ğuduvvuha şahrunv va ra-vahuha şahrunv va asalna lahu 'ainal qitr; va minal cinni mai ya'malu baina yadaihi bi izni Rabbih; va mai yaziğ minhum 'an amrina nuziqhu min 'azabis sa'ir
Mişkini Tərcüməsi: Və Süleyman üçün küləyi (ram etdik). (Onun) sübh gedişi (sürətlə qaçan atın gedişi ilə) bir aylıq yol və axşam gedişi də bir aylıq yol idi. Onun üçün mis bulağını axıtdıq. Cin tayfasından elələri var idi ki, Rəbbinin izni ilə xidmətində işləyirdi. Onlardan hər kəs Bizim əmrimizdən boyun qaçırırdısa, ona alovlu oddan daddırırdıq.
13 Səbə Surəsi, Ayə 13

يَعْمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٍۢ كَٱلْجَوَابِ وَقُدُورٍۢ رَّاسِيَٰتٍ ۚ ٱعْمَلُوٓا۟ ءَالَ دَاوُۥدَ شُكْرًۭا ۚ وَقَلِيلٌۭ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Ya'maluna lahu ma yaşa'u mim mahariba va tamasila va cifanin kalcavabi va qudurir rasiyat; i'malu ala Davuda şukra; va qalilum min 'ibadiyaş şakur
Mişkini Tərcüməsi: Onlar onun (Süleyman) üçün istədiyi hər bir şeyi – möhkəm qəsrlər (yaxud məbədlər və ibadət mehrabları), heykəllər, böyük hovuzlara bənzər kasalar və sabit, yerindən tərpənməyən qazanlar düzəldirdilər. (Və buyurduq:) «Ey Davud ailəsi, (bu nemətlərə) şükr edin və Mənim bəndələrimdən şükr edən azdır».
14 Səbə Surəsi, Ayə 14

فَلَمَّا قَضَيْنَا عَلَيْهِ ٱلْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلْأَرْضِ تَأْكُلُ مِنسَأَتَهُۥ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلْجِنُّ أَن لَّوْ كَانُوا۟ يَعْلَمُونَ ٱلْغَيْبَ مَا لَبِثُوا۟ فِى ٱلْعَذَابِ ٱلْمُهِينِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Falamma qadaina 'alaihil mavta ma dallahum 'ala mavtihi illa dabbatul ardi takulu minsa atahu falamma xarra tabaiyanatil cinnu al lav kanu ya'lamunal ğaiba ma labisu fil 'azabil muhin
Mişkini Tərcüməsi: Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)
15 Səbə Surəsi, Ayə 15

لَقَدْ كَانَ لِسَبَإٍۢ فِى مَسْكَنِهِمْ ءَايَةٌۭ ۖ جَنَّتَانِ عَن يَمِينٍۢ وَشِمَالٍۢ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌۭ طَيِّبَةٌۭ وَرَبٌّ غَفُورٌۭ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Laqad kana li Saba-in fi maskanihim Aayatun cannatani 'ai yamininv va şimalin kulu mir rizq Rabbikum vaşkurulah; baldatun taiyibatunv va Rabbun Ğafur
Mişkini Tərcüməsi: Həqiqətən, Səba qövmü üçün onların məskənlərində (Allahın qüdrəti və rəhmətinə dair) bir nişanə var idi. (Orada) sağ və sol tərəfdə iki bağça (var idi. Onlara dedik:) «Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin. (Məskəniniz) pak bir şəhərdir və Rəbbiniz də bağışlayan».
16 Səbə Surəsi, Ayə 16

فَأَعْرَضُوا۟ فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ ٱلْعَرِمِ وَبَدَّلْنَٰهُم بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَىْ أُكُلٍ خَمْطٍۢ وَأَثْلٍۢ وَشَىْءٍۢ مِّن سِدْرٍۢ قَلِيلٍۢ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Fa-a''radu fa-arsalna 'alaihim Sailal 'Arimi va baddalnahum bicannataihim cannataini azvatai ukulin xamtinv va aslinv va şai'im min sidrin qalil
Mişkini Tərcüməsi: (Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların (müxtəlif meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik.
17 Səbə Surəsi, Ayə 17

ذَٰلِكَ جَزَيْنَٰهُم بِمَا كَفَرُوا۟ ۖ وَهَلْ نُجَٰزِىٓ إِلَّا ٱلْكَفُورَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Zalika cazainahum bima kafaru va hal nucazi illal kafur
Mişkini Tərcüməsi: Biz onlara küfr və nankorluqlarına görə belə cəza verdik. Məgər inkar və nankorluq edəndən başqasını cəzalandırarıqmı?!
18 Səbə Surəsi, Ayə 18

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَٰرَكْنَا فِيهَا قُرًۭى ظَٰهِرَةًۭ وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va ca'alna bainahum va bainal qural lati barakna fiha quran zahiratanv va qaddama fihas sayr; siru fiha la yalirya va aiyaman aminin
Mişkini Tərcüməsi: Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin (Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik) şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı getgəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) «Gecələr və gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin-amanlıqla getgəl edin».
19 Səbə Surəsi, Ayə 19

فَقَالُوا۟ رَبَّنَا بَٰعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَجَعَلْنَٰهُمْ أَحَادِيثَ وَمَزَّقْنَٰهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Faqalu Rabbana ba'id baina asfarina va zalamu anfusahum faca'alnahum ahadisa va mazzaq nahum kulla mumazzaq; inna fi zalika la Aayatil likulli sabbarin şakur
Mişkini Tərcüməsi: (Lakin onlar nemətin bolluğundan və gediş-gəlişin rahat olmasından doydular), dedilər: «Ey Rəbbimiz, bizim səfər (düşərgə)lərimizin arasını uzaq et» (ki, azuqə və miniyə ehtiyac olsun, beləliklə də varlıların üstünlüyü aydınlaşsın) və onlar özlərinə zülm etdilər. Biz də onları (yaddaşlarda ibrətamiz) dastanlar etdik və onları tamamilə pərən-pərən saldıq. Həqiqətən, bunda (bu hadisədə) hər bir səbirli və şükr edən şəxs üçün (Allahın qüdrəti və qəzəbinə dair) nişanələr vardır.
20 Səbə Surəsi, Ayə 20

وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقًۭا مِّنَ ٱلْمُؤْمِنِينَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va laqad saddaq 'alaihim Iblisu zannnabhu fattaba'uhu illa fariqam minal mu'minin
Mişkini Tərcüməsi: Və həqiqətən, İblisin onlar barəsində zənni düz çıxdı yalnız möminlərdən ibarət bir dəstə istisna olmaqla hamısı ona tabe oldular.
21 Səbə Surəsi, Ayə 21

وَمَا كَانَ لَهُۥ عَلَيْهِم مِّن سُلْطَٰنٍ إِلَّا لِنَعْلَمَ مَن يُؤْمِنُ بِٱلْءَاخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِى شَكٍّۢ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va ma kana lahu 'alaihim min sultanin illa lina'lama mai yu minu bil Aaxirati mimman huva minha fi şakk; va Rabbuka 'ala kulli şai'in Hafiz
Mişkini Tərcüməsi: Və əsla onun (İblisin) onların üzərində heç bir hökmranlığı yox idi (onları zorla məcbur etmirdi). Yalnız (vəsvəsə və dəvət edirdi ki,) axirətə iman gətirən kəsi, ona şəkk-şübhə edəndən ayırmaq (seçmək) barəsində Bizim əzəli elmimiz həyata keçsin (və kimin imanlı kimin şəkk içində olduğu məlum olsun). Sənin Rəbbin hər bir şeyi hifz edəndir.
22 Səbə Surəsi, Ayə 22

قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِ ٱللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِن شِرْكٍۢ وَمَا لَهُۥ مِنْهُم مِّن ظَهِيرٍۢ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Qulid 'ul lazina za'amtum min dunil lahi la yamlikuna misqala zarratin fissamavati va la fil ardi va ma lahum fihima min şirkinv va ma lahu minhum min zahir
Mişkini Tərcüməsi: De: «Allahın yerinə (məbud) zənn etdiklərinizi çağırın, (görəcəksiniz ki, sizə cavab vermək qüdrətləri yoxdur, çünki onlar) göylərdə və yerdə zərrə qədər də bir şeyə malik deyillər və onların o ikisində (göylərin və yerin yaradılışı, hifzi və idarə olunmasında) heç bir şərikliyi yoxdur və Allah üçün əsla onlardan bir köməkçi yoxdur».
23 Səbə Surəsi, Ayə 23

وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنْ أَذِنَ لَهُۥ ۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمْ قَالُوا۟ مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا۟ ٱلْحَقَّ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va la tanfa'uş şafa'atu 'indahu illa liman azina lah; hatta iza fuzzi'a 'an qulubihim qalu maza qala Rabbukum; qalul haqq, va Huval 'Aliyul Kabir
Mişkini Tərcüməsi: (Şəfaət etməsinə, ya şəfaət olunmasına) izn verdiyi kimsələr istisna olmaqla şəfaət etmək və şəfaət olunmaq Onun yanında (o gün) fayda verməyəcəkdir. (Və günahkarlar o gün vəhşət içərisində olacaqlar). Nəhayət (izn verilərkən) onların qəlblərindən qorxu və vəhşət getdikdə (şəfaət edənlərə) deyərlər: «Rəbbiniz nə dedi?» Deyərlər: «Haqq (olan bir kəlam dedi və şəfaətə izn verdi), və O (hər şeydən) uca və böyükdür».
24 Səbə Surəsi, Ayə 24

۞ قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Qul mai yarzuqukum minas samavati val ardi qulil lahu va inna av iyyakum la'ala hudan av fi dalalim mubin
Mişkini Tərcüməsi: De: «Göydən və yerdən sizə ruzi verən kimdir?» De: «Yeganə olan Allah. Elə isə doğru yolda, ya açıq-aşkar azğınlıqda olan bizik, ya siz?!»
25 Səbə Surəsi, Ayə 25

قُل لَّا تُسْـَٔلُونَ عَمَّآ أَجْرَمْنَا وَلَا نُسْـَٔلُ عَمَّا تَعْمَلُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Qul la tus'aluna 'amma acramna va la nus'alu 'amma ta'malun
Mişkini Tərcüməsi: De: «Siz Bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız və Biz də sizin etdiyiniz əməllər barədə sorğu-sual olunmayacağıq».
26 Səbə Surəsi, Ayə 26

قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِٱلْحَقِّ وَهُوَ ٱلْفَتَّاحُ ٱلْعَلِيمُ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qul yacma'u bainana Rabbuna summa yaftahu bainana bilhaqq; va Huval Fattahul 'Alim
Mişkini Tərcüməsi: De: «Rəbbimiz (Qiyamət günü) bizlə sizi (bir yerə) cəm edəcəkdir, sonra bizim aramızda haqq üzrə, qəti surətdə hökm verəcəkdir. Odur qəti surətdə hökm edən və bilən».
27 Səbə Surəsi, Ayə 27

قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Qul aruniyal lazina alhaqtum bihi şuraka'a kalla; bal Huval Lahul 'Azizul Hakim
Mişkini Tərcüməsi: De: «Allaha şərik qoşduqlarınızı mənə göstərin (görüm onlarda tanrılıq əlamətlərindən bir şey var, ya yoxdur?) Belə deyildir. Odur vacib, yeganə və bütün kamalları Özündə cəmləndirən Allah, (Odur) yenilməz qüdrət və hikmət sahibi».
28 Səbə Surəsi, Ayə 28

وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا كَآفَّةًۭ لِّلنَّاسِ بَشِيرًۭا وَنَذِيرًۭا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va ma arsalnaka illa kaffatal linnasi başiranv va naziranv va lakinna aksaran nasi la ya'lamun
Mişkini Tərcüməsi: Və Biz səni bütün insanlara (öz əsrindən dünyanın sonundək) qoruyan və (salehlərə) müjdə verən və (pisləri) qorxudan (kimi) göndərdik. Lakin camaatın əksəriyyəti (bunu) bilmir.
29 Səbə Surəsi, Ayə 29

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va yaquluna mata hazal va'du in kuntum sadiqin
Mişkini Tərcüməsi: Deyərlər: «Bu (Qiyamət, hesab və hökm etmə) vəd(i) nə zaman olacaqdır? Əgər siz düz danışansınızsa».
30 Səbə Surəsi, Ayə 30

قُل لَّكُم مِّيعَادُ يَوْمٍۢ لَّا تَسْتَـْٔخِرُونَ عَنْهُ سَاعَةًۭ وَلَا تَسْتَقْدِمُونَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Qul lakum mi'adu Yavmil la tastaxiruna 'anhu sa'atanv va la tastaqdimun
Mişkini Tərcüməsi: De: «Sizə vəd olunmuş gün elə bir gündür ki, (ölüm günü, ya axirət günü) əsla ondan nə bir saat təxir edərsiniz və nə də irəli keçərsiniz».
31 Səbə Surəsi, Ayə 31

وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لَن نُّؤْمِنَ بِهَٰذَا ٱلْقُرْءَانِ وَلَا بِٱلَّذِى بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ مَوْقُوفُونَ عِندَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ ٱلْقَوْلَ يَقُولُ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لَوْلَآ أَنتُمْ لَكُنَّا مُؤْمِنِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina kafaru lan nu'mina bihazal Qurani va la billazi baina yadayh; va lav tara iziz zalimuna mavqufuna 'inda Rabbihim yarci'u ba'duhum ila ba'dinil qavla yaqulul lazinas tud'ifu lillazinas takbaru lav la antum lakunna mu'minin
Mişkini Tərcüməsi: Və kafir olanlar dedilər: «Əsla bu Qurana və ondan öncə olana (səmavi kitablara) iman gətirmərik». Və əgər zalımları Rəbbi qarşısında (hüzurunda) ayaq üstə saxlanılıb bir-birləri ilə danışan halda görsəydin (çox təəccüblənərdin). Zəiflədilənlər təkəbbürlülərə deyərlər: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq».
32 Səbə Surəsi, Ayə 32

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ لِلَّذِينَ ٱسْتُضْعِفُوٓا۟ أَنَحْنُ صَدَدْنَٰكُمْ عَنِ ٱلْهُدَىٰ بَعْدَ إِذْ جَآءَكُم ۖ بَلْ كُنتُم مُّجْرِمِينَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Qalal lazinas takbaru lillazinas tud'ifu anahnu sadadnakum 'anil huda ba'da iz ca'akum bal kuntum mucrimin
Mişkini Tərcüməsi: Təkəbbürlük edənlər zəiflədilənlərə deyərlər: «Məgər sizə doğru yol gəldikdən sonra sizi ondan saxlayan bizmi idik?! (Xeyr,) əslində siz özünüz günahkar idiniz».
33 Səbə Surəsi, Ayə 33

وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًۭا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazinastud'ifu lillazinas takbaru bal makrul laili vannahari iz tamurunana an nakfura billahi va nac'ala lahu andada; va asarrun nadamata lamma ra avul 'azab; va ca'alnal ağlala fi a'naqil lazina kafaru; hal yuczavna illa ma kanu ya'malun
Mişkini Tərcüməsi: Və zəiflədilənlər təkəbbürlük edənlərə deyərlər: «Əslində (bizi azdıran sizin) gecə-gündüz (qurduğunuz) hiylə idi, o zaman ki, bizə Allaha kafir olmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz». Onlar əzabı gördükdə (öz) peşmançılıqlarını gizlədərlər. Biz kafir olanların boyunlarına dəmir halqa keçirdərik, məgər etdiklərindən (yaxud etdikləri əməlin təcəssümündən) başqa bir şeyləmi cəzalandırılırlar?!
34 Səbə Surəsi, Ayə 34

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍۢ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va ma arsalna' fi qaryatim min nazirin illa qala mutrafua inna bima ursiltum bihi kafirun
Mişkini Tərcüməsi: Biz hər hansı bir bəşər cəmiyyətinə elə bir qorxudan (peyğəmbər) göndərmədik ki, oranın əyan-əşrafı və rifah içərisində yaşayanları deməsinlər: «Həqiqətən, Biz sizin göndərildiyiniz şeyə kafirik».
35 Səbə Surəsi, Ayə 35

وَقَالُوا۟ نَحْنُ أَكْثَرُ أَمْوَٰلًۭا وَأَوْلَٰدًۭا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va qalu nahnu aksaru amvalanv va avladanv va ma nahnu bimu 'azzabin
Mişkini Tərcüməsi: Və dedilər: «Bizim mal-dövlətimiz və övladlarımız (sizinkindən) çoxdur və bizə heç bir vaxt əzab olunmayacaqdır (çünki, bizə verilənlər Allahın bizə olan məhəbbətinin əlamətidir)».
36 Səbə Surəsi, Ayə 36

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Qul inna Rabbi yabsutur rizqa limai yaşa'u va yaqdiru va lakinna aksaran nasi la ya'lamun
Mişkini Tərcüməsi: De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».
37 Səbə Surəsi, Ayə 37

وَمَآ أَمْوَٰلُكُمْ وَلَآ أَوْلَٰدُكُم بِٱلَّتِى تُقَرِّبُكُمْ عِندَنَا زُلْفَىٰٓ إِلَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَأُو۟لَٰٓئِكَ لَهُمْ جَزَآءُ ٱلضِّعْفِ بِمَا عَمِلُوا۟ وَهُمْ فِى ٱلْغُرُفَٰتِ ءَامِنُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va ma amvalukum va la avladukum billati tuqarribukum 'indana zulfa illa man amana va 'amila salihan fa ula'ika lahum caza'ud di'fi bima 'amilu va hum fil ğurufati aminun
Mişkini Tərcüməsi: Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində iki qat mükafat vardır və onlar Cənnət otaqlarında əmin-amanlıq içindədirlər.
38 Səbə Surəsi, Ayə 38

وَٱلَّذِينَ يَسْعَوْنَ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Vallazina yas'avna fi Aayatina mu'acizina ula'ika fil'azabi muhdarun
Mişkini Tərcüməsi: Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar və batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.
39 Səbə Surəsi, Ayə 39

قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍۢ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Qul inna Rabbi yabsutur rizqa limai yaşa'u min 'ibadihi va yaqdiru lah; va ma anfaqtum min şai'in fahuva yuxlifuhu va Huva xairur raziqin
Mişkini Tərcüməsi: De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) səhv etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır».
40 Səbə Surəsi, Ayə 40

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ يَقُولُ لِلْمَلَٰٓئِكَةِ أَهَٰٓؤُلَآءِ إِيَّاكُمْ كَانُوا۟ يَعْبُدُونَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Va yavma yahşuruhum cami'an summa yaqulu lilmala'ikati a-ha'ula'i iyyakum kanu ya'budun
Mişkini Tərcüməsi: Və (yada sal) o günü ki, onların hamısını (ibadət edənləri və ibadət olunanları) toplayacaq, sonra da mələklərə deyəcək: «Bunlar (dünyada) sizəmi ibadət edirdilər?»
41 Səbə Surəsi, Ayə 41

قَالُوا۟ سُبْحَٰنَكَ أَنتَ وَلِيُّنَا مِن دُونِهِم ۖ بَلْ كَانُوا۟ يَعْبُدُونَ ٱلْجِنَّ ۖ أَكْثَرُهُم بِهِم مُّؤْمِنُونَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Qalu Subhanaka Anta valiyyuna min dunihim bal kanu ya'budunal cinna aksaruhum bihim mu'minun
Mişkini Tərcüməsi: (Mələklər) deyərlər: «Sən (hər hansı bir eyib və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi».
42 Səbə Surəsi, Ayə 42

فَٱلْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍۢ نَّفْعًۭا وَلَا ضَرًّۭا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Fal Yavma la yamliku ba'dukum liba'din naf'anv va la darra; va naqulu lilzina zalamu zuqu 'azaban Naril lati kuntum biha tukazzibun
Mişkini Tərcüməsi: Beləliklə, bu gün sizlərin bəziniz digərlərinə nisbət heç bir mənfəət və zərər (vermək qüdrətinə) malik deyil və zülm edənlərə deyəcəyik: «Təkzib etdiyiniz odun əzabını dadın».
43 Səbə Surəsi, Ayə 43

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ قَالُوا۟ مَا هَٰذَآ إِلَّا رَجُلٌۭ يُرِيدُ أَن يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُكُمْ وَقَالُوا۟ مَا هَٰذَآ إِلَّآ إِفْكٌۭ مُّفْتَرًۭى ۚ وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Va iza tutla 'alaihim Aayatuna baiyinatin qalu ma haza illa raculuny yuridu ai-yasuddakum 'amma kana ya'budu aba'ukum va qalu ma haza illa ifkum muftara; va qalal lazina kafaru lilhaqqi lamma ca'ahum in haza illa sihrum mubin
Mişkini Tərcüməsi: Bizim aşkar və aydınlıq gətirən ayələrimiz onlara oxunanda, deyərlər: «Bu (adam) ancaq sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən şəxsdir» və deyərlər: «Bu (kitab da Allaha qarşı) uydurulmuş yalandan başqa bir şey deyildir». (Bəli,) haqq onlara tərəf gələn zaman kafir oldular, dedilər: «Bu, yalnız açıq-aşkar bir sehrdir».
44 Səbə Surəsi, Ayə 44

وَمَآ ءَاتَيْنَٰهُم مِّن كُتُبٍۢ يَدْرُسُونَهَا ۖ وَمَآ أَرْسَلْنَآ إِلَيْهِمْ قَبْلَكَ مِن نَّذِيرٍۢ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va ma atainahum min Kutubiny yadrusunaha va ma arsalna ilaihim qablaka min nazir
Mişkini Tərcüməsi: Biz (Qurandan öncə) onlara (səmavi) kitablar verməmişdik ki, onu oxuyalar və səndən öncə də (İsanın, ya İbrahimin zamanından indiyə kimi) onlara bir qorxudan (peyğəmbər) göndərməmişdik (ki, ona əsaslanaraq səni təkzib edələr, əslində onların inkarları inadkarlıq üzündəndir).
45 Səbə Surəsi, Ayə 45

وَكَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا بَلَغُوا۟ مِعْشَارَ مَآ ءَاتَيْنَٰهُمْ فَكَذَّبُوا۟ رُسُلِى ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Va kazzabal lazina min qablihim va ma balağu mi'şara ma atainahum fakazzabu Rusuli; fakaifa kana nakir
Mişkini Tərcüməsi: Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu baxımından) onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı baxımından) bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!
46 Səbə Surəsi, Ayə 46

۞ قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌۭ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍۢ شَدِيدٍۢ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Qul innama a'izukum bivahidatin an taqumu lillahi masna va furada summa tatafakkaru; ma bisahibikum min cinnah; in huva illa nazirul lakum baina yadai 'azabin şadid
Mişkini Tərcüməsi: De: «Mən sizə yalnız bir nəsihət verirəm (və tapşırıram) ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın, sonra (onun keçmişi, dəlilləri və möcüzələri barəsində) fikirləşin. (Onda görərsiniz ki,) sizin bu (mehriban) yoldaşınızda heç bir dəlilik yoxdur. O, yalnız irəlidə olan çətin bir əzabdan (axirət əzabından) sizi qorxudandır (bir peyğəmbərdir)».
47 Səbə Surəsi, Ayə 47

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍۢ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌۭ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Qul ma sa-altukum min acrin fahuva lakum in acriya illa 'alal lahi va Huva 'ala kullin şai-in Şahid
Mişkini Tərcüməsi: De ki: «Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (ƏhliBeytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O hər bir şeydən agah və hər bir şeyə şahiddir».
48 Səbə Surəsi, Ayə 48

قُلْ إِنَّ رَبِّى يَقْذِفُ بِٱلْحَقِّ عَلَّٰمُ ٱلْغُيُوبِ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Qul inna Rabbi yaqzifu bilhaqq 'Allamul Ğuyub
Mişkini Tərcüməsi: De: «Şübhəsiz mənim Rəbbim haqqı təlqin edir (səmavi kitabları peyğəmbərlərin qəlblərinə nazil edir və onların dilindən cəmiyyətə çatdırır). O, qeybləri kamil şəkildə biləndir».
49 Səbə Surəsi, Ayə 49

قُلْ جَآءَ ٱلْحَقُّ وَمَا يُبْدِئُ ٱلْبَٰطِلُ وَمَا يُعِيدُ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Qul ca'al haqqu va ma yubdi'ul batilu va ma yu'id
Mişkini Tərcüməsi: De ki: «Haqq (İslam dini) gəldi. Batil (şirk və bütpərəstlik təsirini itirdi, çünki onlar) nə (öz işlərindən və dünya işlərindən) bir şeyə başlayar və nə də (bir şeyi) yeniləşdirər».
50 Səbə Surəsi, Ayə 50

قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌۭ قَرِيبٌۭ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Qul in dalaltu fainnama adillu 'ala nafsi va inih-tadaitu fabima yuhi ilaiya Rabbi; innahu Sami'un Qarib
Mişkini Tərcüməsi: De ki: «Əgər yoldan azsam, öz zərərimə azmış olaram. Əgər hidayət tapsam, bu da Rəbbimin mənə olan vəhyi sayəsindədir. Həqiqətən, O, eşidən və yaxındır».
51 Səbə Surəsi, Ayə 51

وَلَوْ تَرَىٰٓ إِذْ فَزِعُوا۟ فَلَا فَوْتَ وَأُخِذُوا۟ مِن مَّكَانٍۢ قَرِيبٍۢ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va lav tara iz fazi'u fala favta va uxizu mim makanin qarib
Mişkini Tərcüməsi: Sən onları (müşrikləri və kafirləri, ölümdən ya Qiyamətin qopmasından) vəhşət içərisində olduqları zaman bir görəsən! Artıq onlar üçün qaçıb can qurtarmağa (heç bir imkan) yox və yaxın bir məkandan yaxalanarlar (yerin üzündən onun altına, yaxud yerin altından Qiyamət səhnəsinə doğru, o zaman olduqca təəccüblənərsən).
52 Səbə Surəsi, Ayə 52

وَقَالُوٓا۟ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Va qalu amanna bihi va anna lahumut tanavuşu mim makanim ba'id
Mişkini Tərcüməsi: Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qurana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır).
53 Səbə Surəsi, Ayə 53

وَقَدْ كَفَرُوا۟ بِهِۦ مِن قَبْلُ ۖ وَيَقْذِفُونَ بِٱلْغَيْبِ مِن مَّكَانٍۭ بَعِيدٍۢ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va qad kafaru bihi min qablu va yaqzifuna bilğaibi mim makanim ba'id
Mişkini Tərcüməsi: Halbuki, onlar həqiqətən, bundan öncə onu (Quranı və Peyğəmbəri) inkar etdilər. Güman üzündən və görmədən, uzaq bir məkandan (onlara) töhmət oxu atdılar.
54 Səbə Surəsi, Ayə 54

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّۢ مُّرِيبٍۭ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Va hila bainahum va baina ma yaştahuna kama fu'ila bi-aşya'ihim min qabl; innahum kanu fi şakkim murib
Mişkini Tərcüməsi: Və (aqibətdə) onların və meylləri və iştahları çəkən şeylər (dünya ləzzətləri) arasında (ölümün vasitəsilə) ayrılıq salındı, necə ki, bundan öncə onların bənzərləri barəsində edilmişdi. Çünki onlar (axirət aləmi barəsində) tərəddüdlü və qaranlıq bir şəkkşübhə içərisində idilər.
Əvvəlki: 33. Əl-Əhzab Bütün Surələr ↑ Növbəti: 35. Fatir

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...