35

Fatir Surəsi

45 Ayə 22-ci Cüz Məkkə
سُورَةُ فاطر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 35 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Fatir Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Fatir Surəsi, Ayə 1

ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍۢ مَّثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Alhamdu lillahi fatiris samavati val ardi ca'ilil mala'ikati rusulan uli acnihatim masna va sulasa va ruba'; yazidu fil xalqi ma yaşa'; innal laha 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
2 Fatir Surəsi, Ayə 2

مَّا يَفْتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحْمَةٍۢ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُۥ مِنۢ بَعْدِهِۦ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Ma yaftahil lahu linnasi mir rahmatin fala mumsika laha va ma yumsik fala mursila lahu mimb'dih; va Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi: Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, Qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
3 Fatir Surəsi, Ayə 3

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَٰلِقٍ غَيْرُ ٱللَّهِ يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhan nasuzkuru ni'matal lahi 'alaikum; hal min xaliqin ğairul lahi yarzuqukum minas sama'i val ard; la ilaha illa Huva fa anna tu'fakun
Mişkini Tərcüməsi: Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!
4 Fatir Surəsi, Ayə 4

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ ۚ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va iny yukazzibuka faqad kuzzibat Rusulum min qablik; va ilal lahi turca'ul umur
Mişkini Tərcüməsi: Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.
5 Fatir Surəsi, Ayə 5

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلْغَرُورُ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhan nasu inna va'dal lahi haqqun fala tağurrannakumul hayatud dunya; va la yağurran nakum billahil ğarur
Mişkini Tərcüməsi: Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
6 Fatir Surəsi, Ayə 6

إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمْ عَدُوٌّۭ فَٱتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُوا۟ حِزْبَهُۥ لِيَكُونُوا۟ مِنْ أَصْحَٰبِ ٱلسَّعِيرِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Innaş şaitana lakum 'aduvvun fattaxizuhu 'aduvva; innama yad'u hizbahu liyakunu min aşabis sa'ir
Mişkini Tərcüməsi: Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir.
7 Fatir Surəsi, Ayə 7

ٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Allazina kafaru lahum 'azabun şadid; vallazina amanu va 'amilus salihati lahum mağfiratunv va acrun kabir
Mişkini Tərcüməsi: Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
8 Fatir Surəsi, Ayə 8

أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًۭا ۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَٰتٍ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَصْنَعُونَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Afaman zuyyina lahu su'u 'amalihi fara ahu hasana; fa innal laha yudillu mai yaşa'u va yahdi mai yaha'u fala tajab nafsuka 'alaihim hasarat; innal laha 'alimun bima yasna'un
Mişkini Tərcüməsi: Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir.
9 Fatir Surəsi, Ayə 9

وَٱللَّهُ ٱلَّذِىٓ أَرْسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًۭا فَسُقْنَٰهُ إِلَىٰ بَلَدٍۢ مَّيِّتٍۢ فَأَحْيَيْنَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ ٱلنُّشُورُ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Vallahul lazi arsalar riyaha fatusiru şaban fasuqnahu ila baladim maiyitin fa ahyayna bihil arda ba'da mavtiha; kazalikan nuşur
Mişkini Tərcüməsi: Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik).
10 Fatir Surəsi, Ayə 10

مَن كَانَ يُرِيدُ ٱلْعِزَّةَ فَلِلَّهِ ٱلْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ ٱلْكَلِمُ ٱلطَّيِّبُ وَٱلْعَمَلُ ٱلصَّٰلِحُ يَرْفَعُهُۥ ۚ وَٱلَّذِينَ يَمْكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۖ وَمَكْرُ أُو۟لَٰٓئِكَ هُوَ يَبُورُ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Man kana yuridul 'izzata falillahil 'izzatu cami'a; ilaihi yas'adul kalimut taiyibu val'amalus salihu yarfa'uh; vallazina yamkurunas sayyiati lahum 'azabun şadid; va makru ula'ika huva yabur
Mişkini Tərcüməsi: Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır. Onların hiylələri puç və təsirsizdir.
11 Fatir Surəsi, Ayə 11

وَٱللَّهُ خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ جَعَلَكُمْ أَزْوَٰجًۭا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِۦ ۚ وَمَا يُعَمَّرُ مِن مُّعَمَّرٍۢ وَلَا يُنقَصُ مِنْ عُمُرِهِۦٓ إِلَّا فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌۭ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Vallahu xalaqakum min turabin summa min nutfatin summa ca'alakum azvaca; va ma tahmilu min unsa va la tada'u illa bi'ilmih; va ma yu'ammaru mim mu'ammarinv va la yunqasu min 'umurihi illa fi kitab; inna zalika 'alal lahi yasir
Mişkini Tərcüməsi: Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.
12 Fatir Surəsi, Ayə 12

وَمَا يَسْتَوِى ٱلْبَحْرَانِ هَٰذَا عَذْبٌۭ فُرَاتٌۭ سَآئِغٌۭ شَرَابُهُۥ وَهَٰذَا مِلْحٌ أُجَاجٌۭ ۖ وَمِن كُلٍّۢ تَأْكُلُونَ لَحْمًۭا طَرِيًّۭا وَتَسْتَخْرِجُونَ حِلْيَةًۭ تَلْبَسُونَهَا ۖ وَتَرَى ٱلْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va ma yastavil bahrani haza 'azbun furatun sa'iğun şarabuhu va haza milhun ucac; va min kullin takuluna lahman tariyyanv va tastaxricuna hilyatan talbasunaha va taral fulka fihi mavaxira litabtağu min fadlihi va la'allakm taşkurun
Mişkini Tərcüməsi: İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara-yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
13 Fatir Surəsi, Ayə 13

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّۭ يَجْرِى لِأَجَلٍۢ مُّسَمًّۭى ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۚ وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Yulicul laila fin nahari va yulicun nahara fil laili va saxxaraş şamsa val qamara kulluny yacri li acalim musamma; zalikumul lahu Rabbukum lahul mulk; vallazina tad'una min dunihi ma yamlikuna min qitmir
Mişkini Tərcüməsi: (Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.
14 Fatir Surəsi, Ayə 14

إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا۟ دُعَآءَكُمْ وَلَوْ سَمِعُوا۟ مَا ٱسْتَجَابُوا۟ لَكُمْ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍۢ ﴿14﴾

Oxunuşu (Transkripsiya): in tad'uhum la yasma'u du'a'akum va lav sami'u mas tacabu lakum; va Yavmal Qiyamati Yakfuruna bişirkikum; va la yunabbi'uka mislu xabir
Mişkini Tərcüməsi: Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.
15 Fatir Surəsi, Ayə 15

۞ يَٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلْفُقَرَآءُ إِلَى ٱللَّهِ ۖ وَٱللَّهُ هُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Ya ayyunhan nasu antumul fuqara'u ilallahi vallahu Huval Ğaniyyul Hamid
Mişkini Tərcüməsi: Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).
16 Fatir Surəsi, Ayə 16

إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Iny yaşa yujibkum va yati bixalqin cadid
Mişkini Tərcüməsi: Əgər istəsə sizi (aradan) aparar və yeni bir məxluq vücuda gətirər.
17 Fatir Surəsi, Ayə 17

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va ma zalika 'alal lahi bi'aziz
Mişkini Tərcüməsi: Bu, (iş) Allaha çətin və ağır deyildir.
18 Fatir Surəsi, Ayə 18

وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌۭ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ ۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ ۚ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va la taziru vaziratun vizra uxra; va in tad'u musqalatun ila himliha la yuhmal minhu şai'unv va lav kana za qurba; innama tunzirul lazina yaxşavna Rabbahum bilğaibi va aqamus Sallah; va man tazakka fa innama yatazakka linafsih; va ilal lahil masir
Mişkini Tərcüməsi: Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
19 Fatir Surəsi, Ayə 19

وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va ma tastavil a'ma val basir
Mişkini Tərcüməsi: Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər).
20 Fatir Surəsi, Ayə 20

وَلَا ٱلظُّلُمَٰتُ وَلَا ٱلنُّورُ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va laz zulumatu va lannun
Mişkini Tərcüməsi: Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir).
21 Fatir Surəsi, Ayə 21

وَلَا ٱلظِّلُّ وَلَا ٱلْحَرُورُ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va laz zillu va lal harur
Mişkini Tərcüməsi: Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz).
22 Fatir Surəsi, Ayə 22

وَمَا يَسْتَوِى ٱلْأَحْيَآءُ وَلَا ٱلْأَمْوَٰتُ ۚ إِنَّ ٱللَّهَ يُسْمِعُ مَن يَشَآءُ ۖ وَمَآ أَنتَ بِمُسْمِعٍۢ مَّن فِى ٱلْقُبُورِ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va ma yastavil ahya'u va lal amvat; innal laha yusmi'u mai yaşa'u va ma anta bimusi'im man fil qubur
Mişkini Tərcüməsi: Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.
23 Fatir Surəsi, Ayə 23

إِنْ أَنتَ إِلَّا نَذِيرٌ ﴿23﴾

Oxunuşu (Transkripsiya): In anta illa nazir
Mişkini Tərcüməsi: Sən yalnız bir qorxudansan (hələlik döyüşə əmr olunmamısan və onların qəlbini eşitdirməyə də məmur deyilsən).
24 Fatir Surəsi, Ayə 24

إِنَّآ أَرْسَلْنَٰكَ بِٱلْحَقِّ بَشِيرًۭا وَنَذِيرًۭا ۚ وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌۭ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Inna arsalnak bil haqqi başiranv va nazira; va im min ummatin illa xala fiha nazir
Mişkini Tərcüməsi: Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) mücdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
25 Fatir Surəsi, Ayə 25

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلْكِتَٰبِ ٱلْمُنِيرِ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va inyukazzibuka faqad kazzabal lazina min qablihim ca'at hum Rusuluhum bilbaiyinati va biz Zuburi va bil Kitabil Munir
Mişkini Tərcüməsi: Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
26 Fatir Surəsi, Ayə 26

ثُمَّ أَخَذْتُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Summa axaztul lazina kafaru fakaifa kana nakir
Mişkini Tərcüməsi: Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?
27 Fatir Surəsi, Ayə 27

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ ثَمَرَٰتٍۢ مُّخْتَلِفًا أَلْوَٰنُهَا ۚ وَمِنَ ٱلْجِبَالِ جُدَدٌۢ بِيضٌۭ وَحُمْرٌۭ مُّخْتَلِفٌ أَلْوَٰنُهَا وَغَرَابِيبُ سُودٌۭ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Alam tara annal laha anzala minas sama'i ma'an fa axracna bihi samaratim muxtalifan alvanuha; va minal cibali cudadum bidunv va humrum muxtalifun alvanuha va ğarabibu sud
Mişkini Tərcüməsi: Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
28 Fatir Surəsi, Ayə 28

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلْأَنْعَٰمِ مُخْتَلِفٌ أَلْوَٰنُهُۥ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va minan nasi vadda vabbi val an'ami muxtalifun alvanuhu kazalik; innama yaxşal laha min 'ibadihil 'ulama'; innal laha 'Azizun Ğafur
Mişkini Tərcüməsi: İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
29 Fatir Surəsi, Ayə 29

إِنَّ ٱلَّذِينَ يَتْلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَنفَقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ يَرْجُونَ تِجَٰرَةًۭ لَّن تَبُورَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Innal lazina yatluna Kitabbal lahi va aqamus Salata va anfaqu mimma razaqnahum sirranv va 'ala niyatany yarcuna ticaratal lan tabur
Mişkini Tərcüməsi: Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
30 Fatir Surəsi, Ayə 30

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ غَفُورٌۭ شَكُورٌۭ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Liyuvaffiyahum ucurahum va yazidahum min fadlih; innahu Ğafurun Şakur
Mişkini Tərcüməsi: Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
31 Fatir Surəsi, Ayə 31

وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ مِنَ ٱلْكِتَٰبِ هُوَ ٱلْحَقُّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرٌۢ بَصِيرٌۭ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Vallai avhaina ilaika minal Kitabi huval haqqu musaddiqal lima baina yadayh; innal laha bi'ibadihi la xabirum Basir
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
32 Fatir Surəsi, Ayə 32

ثُمَّ أَوْرَثْنَا ٱلْكِتَٰبَ ٱلَّذِينَ ٱصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌۭ لِّنَفْسِهِۦ وَمِنْهُم مُّقْتَصِدٌۭ وَمِنْهُمْ سَابِقٌۢ بِٱلْخَيْرَٰتِ بِإِذْنِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Summa avrasnal Kitaballazinas tafaina min 'ibadina faminhum zalimul linafsihi va minhum muqtasid, va minhum sabiqum bilxairati bi iznil lah; zalika huval fadlul kabir
Mişkini Tərcüməsi: Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Quranın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
33 Fatir Surəsi, Ayə 33

جَنَّٰتُ عَدْنٍۢ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍۢ وَلُؤْلُؤًۭا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌۭ ﴿33﴾

Oxunuşu (Transkripsiya): cannatu 'adniny yad xulunaha yuhallavna fiha min asavira min zahabinv va lu'lu'anv va liba suhum fiha harir
Mişkini Tərcüməsi: Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
34 Fatir Surəsi, Ayə 34

وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَذْهَبَ عَنَّا ٱلْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌۭ شَكُورٌ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va qalul hamdu lillahil lazi ajaba 'annal hazan; inna Rabbana la Ğafurun Şakur
Mişkini Tərcüməsi: Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».
35 Fatir Surəsi, Ayə 35

ٱلَّذِىٓ أَحَلَّنَا دَارَ ٱلْمُقَامَةِ مِن فَضْلِهِۦ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌۭ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌۭ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Allazi ahallana daral muqamati min fadlihi la yamassuna fiha nasabunv va la yamassuna fiha luğub
Mişkini Tərcüməsi: «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».
36 Fatir Surəsi, Ayə 36

وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا۟ وَلَا يُخَفَّفُ عَنْهُم مِّنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِى كُلَّ كَفُورٍۢ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Vallazina kafaru lahum naru Cahannama la yuqda 'alaihim fa yamutu va la yuxaffafu 'anhum min 'azabiha; kazalika naczi kulla kafur
Mişkini Tərcüməsi: Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.
37 Fatir Surəsi, Ayə 37

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَآ أَخْرِجْنَا نَعْمَلْ صَٰلِحًا غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُم مَّا يَتَذَكَّرُ فِيهِ مَن تَذَكَّرَ وَجَآءَكُمُ ٱلنَّذِيرُ ۖ فَذُوقُوا۟ فَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va hum yastarixuna fiha Rabbana axricna na'mal salihan ğairal lazi kunna na'mal; ava lamnu 'ammirkum ma yatazak karu fihi man tazakkara va ca'akumun naziru fazuqu fama lizzalimina min nasir
Mişkini Tərcüməsi: Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz».
38 Fatir Surəsi, Ayə 38

إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيْبِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Innal laha 'alimu ğaibis samavati val ard; innahu 'alimum bizatis sudur
Mişkini Tərcüməsi: Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.
39 Fatir Surəsi, Ayə 39

هُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ ۚ فَمَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ عِندَ رَبِّهِمْ إِلَّا مَقْتًۭا ۖ وَلَا يَزِيدُ ٱلْكَٰفِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًۭا ﴿39﴾

Oxunuşu (Transkripsiya): Huval lazi ca'alakum xala'ifa fil ard; faman kafara fa'alaihi kufruhu; va la yazidul kafirina kufruhum 'inda Rabbihim illa maqtanv va la yazidul kafirina kufruhum illa xasara
Mişkini Tərcüməsi: Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başaqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.
40 Fatir Surəsi, Ayə 40

قُلْ أَرَءَيْتُمْ شُرَكَآءَكُمُ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَٰوَٰتِ أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًۭا فَهُمْ عَلَىٰ بَيِّنَتٍۢ مِّنْهُ ۚ بَلْ إِن يَعِدُ ٱلظَّٰلِمُونَ بَعْضُهُم بَعْضًا إِلَّا غُرُورًا ﴿40﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aytum şuraka'a kumul lazina tad'una min dunil lah; aruni maza xalaqu minal ardi am lahum şirkun fis samavati am atainahum Kitaban fahum 'ala baiyinatim minh; bal iny ya'iduz zalimuna ba 'duhum ba'dan illa ğurura
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».
41 Fatir Surəsi, Ayə 41

۞ إِنَّ ٱللَّهَ يُمْسِكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ أَن تَزُولَا ۚ وَلَئِن زَالَتَآ إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍۢ مِّنۢ بَعْدِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا ﴿41﴾

Oxunuşu (Transkripsiya): Innal laha yumsikus samavati val arda an tazula; va la'in zalata in amsa kahuma min ahadim mim ba'dih; innahu kana Haliman Ğafura
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
42 Fatir Surəsi, Ayə 42

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَهُمْ نَذِيرٌۭ لَّيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى ٱلْأُمَمِ ۖ فَلَمَّا جَآءَهُمْ نَذِيرٌۭ مَّا زَادَهُمْ إِلَّا نُفُورًا ﴿42﴾

Oxunuşu (Transkripsiya): Va aqsamu billahi cahda aymanihim la'in ca'ahum nazirul layakununna ahda min ihdal umami falam ma ca'ahum nazirum ma zadahum illa nufura
Mişkini Tərcüməsi: (Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
43 Fatir Surəsi, Ayə 43

ٱسْتِكْبَارًۭا فِى ٱلْأَرْضِ وَمَكْرَ ٱلسَّيِّئِ ۚ وَلَا يَحِيقُ ٱلْمَكْرُ ٱلسَّيِّئُ إِلَّا بِأَهْلِهِۦ ۚ فَهَلْ يَنظُرُونَ إِلَّا سُنَّتَ ٱلْأَوَّلِينَ ۚ فَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَبْدِيلًۭا ۖ وَلَن تَجِدَ لِسُنَّتِ ٱللَّهِ تَحْوِيلًا ﴿43﴾

Oxunuşu (Transkripsiya): Istakbaran fil ardi va makras sayyi'; va la yahiqul makrus sayyi'u illa bi ahlih; fahal yanzuruna illa sunnatal avvalin; falan tacida lisunnatil lahi tabdilanv va lan tacida lisunnatil lahi tahvila
Mişkini Tərcüməsi: (Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
44 Fatir Surəsi, Ayə 44

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَكَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ ۚ وَمَا كَانَ ٱللَّهُ لِيُعْجِزَهُۥ مِن شَىْءٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ إِنَّهُۥ كَانَ عَلِيمًۭا قَدِيرًۭا ﴿44﴾

Oxunuşu (Transkripsiya): Avalam yasiru fil ardi fa yanzuru kaifa kana 'aqibatul lazina min qblihim va kanu aşadda minhum quvvah; va ma kanal lahu liyu'cizahu min şai'in fis samavati va la fil ard; innahu kana 'Aliman Qadira
Mişkini Tərcüməsi: Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
45 Fatir Surəsi, Ayə 45

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُوا۟ مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَآبَّةٍۢ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرًۢا ﴿45﴾

Oxunuşu (Transkripsiya): Va lav yu'axizul lahun nasa bima kasabu ma taraka 'ala zahriha min dabbatinv va lakiny yu'axxiruhum ila acalim musamman fa iza ca'a acaluhum fa innal laha kana bi'ibadihi Basira
Mişkini Tərcüməsi: Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)
Əvvəlki: 34. Səbə Bütün Surələr ↑ Növbəti: 36. Yasin

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...