51

Əz-Zariyat Surəsi

60 Ayə 26-ci Cüz Məkkə
سُورَةُ الذاريات Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 51 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əz-Zariyat Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əz-Zariyat Surəsi, Ayə 1

وَٱلذَّٰرِيَٰتِ ذَرْوًۭا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vaz-zariyati zarva
Mişkini Tərcüməsi: And olsun buludları dağıdan, toz-torpağı qaldıran, bitkiləri və ağacları mayalandıran küləklərə! And olsun insan nəslini yer üzündə yayan əməlisaleh qadınlara! Necə də maraqlı və bərəkətli bir yayım!
2 Əz-Zariyat Surəsi, Ayə 2

فَٱلْحَٰمِلَٰتِ وِقْرًۭا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Falhamilati viqra
Mişkini Tərcüməsi: (And olsun) buludlarla yüklənmiş küləklərə, yağışla yüklənmiş buludlara və ikicanlı dişilərə,
3 Əz-Zariyat Surəsi, Ayə 3

فَٱلْجَٰرِيَٰتِ يُسْرًۭا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Falcariyati yusra
Mişkini Tərcüməsi: (and olsun) asanlıqla üzən gəmilərə, yüngül əsən yellərə və sakit hərəkətdə olan ulduzlara.
4 Əz-Zariyat Surəsi, Ayə 4

فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Falmuqassimati amra
Mişkini Tərcüməsi: (and olsun) bulud və yağışları bölüşdürən küləklərə, döllərə ruhlar, canlılara həyat, beyinlərə elm və ruzi yeyənlərə ruzi paylayan mələklərə,
5 Əz-Zariyat Surəsi, Ayə 5

إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌۭ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Innama tu'aduna la-sadiq
Mişkini Tərcüməsi: həqiqətən, sizə (ölümdən sonrakı vəziyyət barəsində) vəd edilən şey doğrudur.
6 Əz-Zariyat Surəsi, Ayə 6

وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌۭ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va innad dina la vaqi'
Mişkini Tərcüməsi: Şübhəsiz, cəza (günü) olacaq və gerçəkləşəcəkdir.
7 Əz-Zariyat Surəsi, Ayə 7

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Vassama'i zatil hubuk
Mişkini Tərcüməsi: And olsun zinətli və gözəl görünüşlü göyə, mütənasib yaradılışa və mələklərin müxtəlif qalxma və enmə yollarına
8 Əz-Zariyat Surəsi, Ayə 8

إِنَّكُمْ لَفِى قَوْلٍۢ مُّخْتَلِفٍۢ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Innakum lafi qavlim muxtalif
Mişkini Tərcüməsi: ki, həqiqətən, (siz Məkkə əhlinin Peyğəmbər və onun Quranı barəsində) sözləriniz müxtəlif və fərqlidir. (Peyğəmbər və Quran barəsində «o sehrbaz və bu sehrdir; o kahin, bu isə cin və şeytanın sözləridir; o şair, bu isə şeirdir; o öyrədilmiş, bu isə keçmişlərin əfsanələridir» deyirsiniz.)
9 Əz-Zariyat Surəsi, Ayə 9

يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Yu'faku 'anhu man ufik
Mişkini Tərcüməsi: Ondan (Peyğəmbərdən və onun Quranından bütün xeyir və səadətlərdən) dönən kimsə dönər. (Yaxud: Bu Peyğəmbərdən və Qurandan Allahın əzəli elmində səadətdən məhrum olan şəxs döndərilər.)
10 Əz-Zariyat Surəsi, Ayə 10

قُتِلَ ٱلْخَرَّٰصُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Qutilal xarrasun
Mişkini Tərcüməsi: Ölüm olsun (Peyğəmbər, Quran və məad barəsində iftira söyləyən) yalançılara!
11 Əz-Zariyat Surəsi, Ayə 11

ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍۢ سَاهُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Allazina hum fi ğamratin sahun
Mişkini Tərcüməsi: (Nadanlıq) burulğan(ın)da (dinin həqiqətlərindən) qafil olanlara!
12 Əz-Zariyat Surəsi, Ayə 12

يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Yas'aluna ayyana yavmud Din
Mişkini Tərcüməsi: Onlar «cəza günü nə vaxtdır?» (deyə) soruşurlar.
13 Əz-Zariyat Surəsi, Ayə 13

يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Yavma hum 'alan nari yuftanun
Mişkini Tərcüməsi: Onların odun içində əzab verilib yanacaqları gün!
14 Əz-Zariyat Surəsi, Ayə 14

ذُوقُوا۟ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Zuqu fitnatakum ha zal lazi kuntum bihi tas ta'cilun
Mişkini Tərcüməsi: (Onlara belə deyiləcək:) «(Günahlarınızın müqabilində verilən və ya elə günahın təzahürü olan) əzabınızı dadın. Bu sizin (gəlişi üçün) tələsdiyiniz şeydir».
15 Əz-Zariyat Surəsi, Ayə 15

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَعُيُونٍ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Innal muttaqina fi cannatinv va 'uyun
Mişkini Tərcüməsi: Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar.
16 Əz-Zariyat Surəsi, Ayə 16

ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Aaxizina ma atahum Rabbuhum; innahum kanu qabla zalika muhsinin
Mişkini Tərcüməsi: Rəbblərinin onlara əta etdiyi (axirət nemətləri)ni alarlar. Çünki onlar bundan öncə (dünyada) yaxşı idilər və yaxşı işlər görürdülər.
17 Əz-Zariyat Surəsi, Ayə 17

كَانُوا۟ قَلِيلًۭا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): kanu qalilam minal laili ma yahca'un
Mişkini Tərcüməsi: Onlar gecənin az bir hissəsini yatırdılar.
18 Əz-Zariyat Surəsi, Ayə 18

وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va bilaşari hum yastağfirun
Mişkini Tərcüməsi: Və səhərlər (Allahdan) bağışlanma diləyirdilər.
19 Əz-Zariyat Surəsi, Ayə 19

وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّۭ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va fi amvalihim haqqul lissa'ili valmahrum
Mişkini Tərcüməsi: Və onların mallarında əl açanlar və məhrumlar üçün (Allahın bəyəndiyi və özləri tərəfindən müəyyənləşdirilmiş) bir haqq var idi.
20 Əz-Zariyat Surəsi, Ayə 20

وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌۭ لِّلْمُوقِنِينَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va fil ardi ayatul lilmuqinin
Mişkini Tərcüməsi: Yer üzündə (onun böyüklüyü, həcmi, hərəkəti, səthinin vəziyyəti, mədənləri və dağlarında) yəqini olanlar üçün (Allahın tovhid, qüdrət, hikmət və mərhəmətinə dəlalət edən) nişanələr vardır.
21 Əz-Zariyat Surəsi, Ayə 21

وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va fi anfusikum; afala tubsirun
Mişkini Tərcüməsi: Həmçinin sizin öz vücudunuzda (cisminizin kəmiyyət və keyfiyyət baxımından hərəkətində, bədən üzvlərinizin quruluşunda, ruhun bədənlə əlaqəsinin necəliyində, onun bədən üzvlərinə hakim olmasında, ağılda və ruhun bir-birinə zidd sifətlərində, nəsil artımında və ictimai əlaqələrinizdə də nişanələr vardır). Belə isə məgər (həm gözünüz və həm də ürəyinizin gözü ilə) görmürsünüz?!
22 Əz-Zariyat Surəsi, Ayə 22

وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va fissama'i rizqukum va ma tu'adun
Mişkini Tərcüməsi: Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) göydədir.
23 Əz-Zariyat Surəsi, Ayə 23

فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّۭ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Fava Rabbis sama'i val ardi innahu lahaqqum misla ma annakum tantiqun
Mişkini Tərcüməsi: Beləliklə, and olsun göyün və yerin Rəbbinə ki, bu, (sizin ruzinizin göydə olması) sizin danışdığınız (zaman danışmağınızı bildiyiniz) kimi bir həqiqətdir (Allahın əzəli elmindən keçərək Lövhi-məhfuzda yazılıb və icra mərhələsinə yetişib).
24 Əz-Zariyat Surəsi, Ayə 24

هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Hal ataka hadisu daifi Ibrahimal mukramin
Mişkini Tərcüməsi: İbrahimin (mələklərdən ibarət) əziz qonaqlarının xəbəri sənə (gəlib) çatıbmı?
25 Əz-Zariyat Surəsi, Ayə 25

إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ قَوْمٌۭ مُّنكَرُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Iz daxalu 'alaihi faqalu salaman qala salamun qavmum munkarun
Mişkini Tərcüməsi: Onlar İbrahimin yanına gəlib salam verəndə o dedi: «Salam (olsun sizə)». (Lakin öz-özlüyündə) «(bunlar) yad bir dəstədirlər» (dedi).
26 Əz-Zariyat Surəsi, Ayə 26

فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍۢ سَمِينٍۢ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Farağa ila ahlihi faca'a bi'iclin samin
Mişkini Tərcüməsi: Gizlincə ailəsinin yanına getdi və (kabab edilmiş) kök bir buzov gətirdi.
27 Əz-Zariyat Surəsi, Ayə 27

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Faqarrabahu ilaihim qala ala takulun
Mişkini Tərcüməsi: Onu onların qabağına qoydu (və yemədiklərini görüb) dedi: «Yemirsiniz?!»
28 Əz-Zariyat Surəsi, Ayə 28

فَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍۢ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Fa avcasa minhm xi fatan qalu la taxaf va başşaruhu biğulamin 'alim
Mişkini Tərcüməsi: Beləliklə, onlardan (qonaqlardan) qorxuya düşdü. Onlar dedilər: «Qorxma!» Və ona çox bilikli bir oğlan uşağı ilə müjdə verdilər.
29 Əz-Zariyat Surəsi, Ayə 29

فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍۢ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌۭ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Fa aqbalatim ra-atuhu fi sarratin fasakkat vachaha va qalat 'acuzun 'aqim
Mişkini Tərcüməsi: Həmin vaxt onun zövcəsi fəryad qopara-qopara onlara üz tutdu və (təəccüb və sevincdən) üzünə vuraraq dedi: «Qısır bir qarı (doğa bilər)?!»
30 Əz-Zariyat Surəsi, Ayə 30

قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Qalu kazaliki qala Rabbuki innahu huval hakimul 'alim
Mişkini Tərcüməsi: Dedilər: «Rəbbin belə buyurub. Şübhəsiz, O, hikmət sahibi və (hər şeyi) biləndir».
31 Əz-Zariyat Surəsi, Ayə 31

۞ قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Qala fama xatbukum ayyuhal mursalun
Mişkini Tərcüməsi: İbrahim dedi: «Ey (ilahi) elçilər (vəzifə və) işiniz nədir?»
32 Əz-Zariyat Surəsi, Ayə 32

قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍۢ مُّجْرِمِينَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Qalu inna ursilna ila qavmim mucrimin
Mişkini Tərcüməsi: Dedilər: «Biz günahkar bir dəstəyə (Lutun qövmünə) göndərilmişik
33 Əz-Zariyat Surəsi, Ayə 33

لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةًۭ مِّن طِينٍۢ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Linursila 'alaihim hica ratam min tin
Mişkini Tərcüməsi: ki, onların başına (yağış kimi) gildən (hazırlanmış) daşlar yağdıraq.
34 Əz-Zariyat Surəsi, Ayə 34

مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Musavvamatan 'inda rabbika lilmusrifin
Mişkini Tərcüməsi: Rəbbinin yanında israf edənlər (həddini aşan zalımlar) üçün nişanlanmış (daşları)!
35 Əz-Zariyat Surəsi, Ayə 35

فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Fa axracna man kana fiha minal mu'minin
Mişkini Tərcüməsi: Beləliklə, oradakı (və İbrahim və Luta iman gətirmiş) möminlərin hamısını çıxartdıq.
36 Əz-Zariyat Surəsi, Ayə 36

فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍۢ مِّنَ ٱلْمُسْلِمِينَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Fama vacadna fiha ğaira baitim minal muslimin
Mişkini Tərcüməsi: Həmin diyarda yalnız bir müsəlman evi (Lutun evini) tapdıq.
37 Əz-Zariyat Surəsi, Ayə 37

وَتَرَكْنَا فِيهَآ ءَايَةًۭ لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va tarakna fiha ayatal lillazina yaxafunal 'azabal alim
Mişkini Tərcüməsi: (İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid və qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar və çirkli sular) qoyduq.
38 Əz-Zariyat Surəsi, Ayə 38

وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va fi Musa iz arsalnahu ila Fir'vna bisulta nim mubin
Mişkini Tərcüməsi: Musanın barəsində də onu aydın dəlil-sübutla (əsa və nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişanə vardır).
39 Əz-Zariyat Surəsi, Ayə 39

فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌۭ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Fatavalla biruknihi va qala sahirun av macnun
Mişkini Tərcüməsi: Beləliklə, o (Firon) bütün vücudu ilə (yaxud var gücü və qoşunu ilə) ondan (Musadan) üz döndərdi və dedi: «(Bu kişi) cadugər, yaxud da dəlidir».
40 Əz-Zariyat Surəsi, Ayə 40

فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌۭ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Fa axaznahu va cunu dahu fanabaznahum fil yammi va huva mulim
Mişkini Tərcüməsi: Buna görə də məzəmmətə layiq işlər gördüyü və (son anda özü) özünü məzəmmət etdiyi bir halda onu və ordusunu tutub dənizə atdıq.
41 Əz-Zariyat Surəsi, Ayə 41

وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va fi 'Aadin iz arsalna 'alaihimur rihal'aqim
Mişkini Tərcüməsi: Həmçinin (Hud peyğəmbərin qövmü) Adda, onlara qısır (heç bir xeyiri olmayan və yalnız şər doğan) külək göndərdiyimiz zaman (onların başlarına gələnlərdə Bizim qəzəb və qüdrətimizə dəlalət edən nişənələr vardır.)
42 Əz-Zariyat Surəsi, Ayə 42

مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Ma tazaru min şai'in atat 'alaihi illa ca'alat hu karramim
Mişkini Tərcüməsi: O (külək) nəyin üstünə əsirdisə onu çürümüş sümüyə döndərməyincə buraxmırdı.
43 Əz-Zariyat Surəsi, Ayə 43

وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍۢ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Va fi Samuda iz qila lahum tamatta''u hatta hin
Mişkini Tərcüməsi: Həmçinin (Saleh peyğəmbərin qövmü) Səmudda (möcüzə olaraq göndərilmiş dəvəni öldürdükdən sonra) onlara (peyğəmbərləri Saleh tərəfindən) «bir müddət (üç gün) bəhrələnin (əzabınız yetişəcək)» deyilən zaman (bu tayfanın başına gələnlərdə də Bizim qəzəb və qüdrətimizin nişanəsi vardır).
44 Əz-Zariyat Surəsi, Ayə 44

فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Fa'atav 'an amri Rabbihim fa axazal humus sa'iqatu va hum yanzurun
Mişkini Tərcüməsi: Onlar (həmin möhlət verilən günlərdə də) Rəbblərinin əmrinə itaətsizlik etdilər. Belə olan halda onları gözləri baxa-baxa ildırım yaxaladı.
45 Əz-Zariyat Surəsi, Ayə 45

فَمَا ٱسْتَطَٰعُوا۟ مِن قِيَامٍۢ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Famas tata'u min qiyaminv va ma kanu muntasirin
Mişkini Tərcüməsi: Beləliklə, nə yerdən qalx(ıb qaç)mağa güc və imkan tapdılar, nə də özlərinə və bir-birlərinə kömək edə bildilər.
46 Əz-Zariyat Surəsi, Ayə 46

وَقَوْمَ نُوحٍۢ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va qavma Nuhim min qablu innahum kano qavman fasiqin
Mişkini Tərcüməsi: Və Nuhun qövmünü bundan əvvəl (həlak etdik). Şübhəsiz ki, onlar fasiq və itaətsiz bir dəstə idilər.
47 Əz-Zariyat Surəsi, Ayə 47

وَٱلسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍۢ وَإِنَّا لَمُوسِعُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Vassama'a banaina ha bi aydinv va inna lamusi'un
Mişkini Tərcüməsi: Və göyü (Öz) qüdrət əlimizlə ucaltdıq. Şübhəsiz, Biz (onu və onun sakinlərinin ruzisini) genişləndirənik.
48 Əz-Zariyat Surəsi, Ayə 48

وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Val arda faraşnaha fani'mal mahidun
Mişkini Tərcüməsi: Və yeri sərdik. Biz gözəl sərənik.
49 Əz-Zariyat Surəsi, Ayə 49

وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va min kulli şai'in xalaqna zavcaini la'allakum tazakkarun
Mişkini Tərcüməsi: Bəlkə (cütlüyün və şərikliyin vacib varlığın deyil, mümkün varlığın sifəti olmasını anlayıb) ibrət götürəsiniz deyə, hər bir şeyi (heyvan və bitkiləri erkək və dişi olaraq) cüt yaratdıq.
50 Əz-Zariyat Surəsi, Ayə 50

فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Fafirru ilal lahi inni lakum minhu nazirum mubin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər! Onlara de: Tovhid və İslam vasitəsi ilə Allahın əzabından) Allaha tərəf qaçsınlar. Həqiqətən, mən sizin üçün Onun tərəfindən aşkar və aydınlıq gətirən bir qorxudanam.
51 Əz-Zariyat Surəsi, Ayə 51

وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va la tac'alu ma'al lahi ilahan axara inni lakum minhu nazirum mubin
Mişkini Tərcüməsi: Allahla yanaşı başqa bir məbud götürməyin. Həqiqətən, mən Onun tərəfindən sizin üçün aşkar və aydınlıq gətirən bir qorxudanam.
52 Əz-Zariyat Surəsi, Ayə 52

كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Kazalika ma atal lazina min qablihim mir Rasulin illa qalu sahirun av macnun
Mişkini Tərcüməsi: Beləcə onlardan (Məkkə əhalisindən) qabaqkılara elə bir peyğəmbər gəlmədi ki, onlar (ona) «cadugər, ya da dəlidir» deməsinlər.
53 Əz-Zariyat Surəsi, Ayə 53

أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Atavasav bih; bal hum qavmun tağun
Mişkini Tərcüməsi: (Keçmişdəkilər və gələcəkdəkilər) bu işi bir-birlərinə tövsiyə ediblər?! Xeyr! Onlar (zatən) itaətsiz və həddi aşan bir dəstədirlər.
54 Əz-Zariyat Surəsi, Ayə 54

فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍۢ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Fatavalla 'anhum fama anta bimalum
Mişkini Tərcüməsi: Buna görə də onlardan üz döndər ki, sən (onlardan üz döndərdiyinə görə) məzəmmətə layiq deyilsən.
55 Əz-Zariyat Surəsi, Ayə 55

وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Va zakkir fa innaz zikra tanfa'ul mu'minin
Mişkini Tərcüməsi: Və (möminlərə) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir.
56 Əz-Zariyat Surəsi, Ayə 56

وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Va ma xalaqtul cinna val insa illa liya'budun
Mişkini Tərcüməsi: Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam.
57 Əz-Zariyat Surəsi, Ayə 57

مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍۢ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Ma uridu minhum mir rizqinv va ma uridu anyyut'imun
Mişkini Tərcüməsi: Mən Onlardan nə Mənim üçün ruzi qazanmalarını istəyirəm, nə də Mənə yemək vermələrini istəyirəm.
58 Əz-Zariyat Surəsi, Ayə 58

إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Innal laha Huvar Razzaqu Zul Quvvatil Matin
Mişkini Tərcüməsi: Şübhəsiz, Allah Özü (bütün ruzi yeyənlərə) ruzi verən, güc sahibi və qüvvətlidir.
59 Əz-Zariyat Surəsi, Ayə 59

فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًۭا مِّثْلَ ذَنُوبِ أَصْحَٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Fa inna lillazina zalamu zanubam misla zanubi aşabihim fala yasta'cilun
Mişkini Tərcüməsi: Odur ki, həqiqətən, (sənin qövmündən) zülm edənlər üçün (keçmiş ümmətlərdən olan) yoldaşlarının payı kimi böyük bir (əzab) pay(ı) vardır. Buna görə də (onu) Məndən tələsik istəməsinlər.
60 Əz-Zariyat Surəsi, Ayə 60

فَوَيْلٌۭ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Favailul lillazina kafaru miny yavmihimul lazi yu'adun
Mişkini Tərcüməsi: Odur ki, vəd olunduqları günə görə vay olsun kafirlərin halına!
Əvvəlki: 50. Qaf Bütün Surələr ↑ Növbəti: 52. Ət-Tur

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...