52

Ət-Tur Surəsi

49 Ayə 27-ci Cüz Məkkə
سُورَةُ الطور Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 52 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ət-Tur Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ət-Tur Surəsi, Ayə 1

وَٱلطُّورِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vat-Tur
Mişkini Tərcüməsi: And olsun dağa (və ya Musanın, üstündə vəhyi eşitdiyi Turi-Sinaya)!
2 Ət-Tur Surəsi, Ayə 2

وَكِتَٰبٍۢ مَّسْطُورٍۢ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va kitabim mastur
Mişkini Tərcüməsi: Yazılmış kitaba (Qurana, yaxud Lövhi-Məhfuza, yaxud Tövratın lövhələrinə, yaxud da hər hansı bir səma kitabına, ya da əməli salehlərin içərisində iman yazılmış nəfs kitablarına, ya da ki, qiyamət günü hər bir bəndənin əməllərinin yazıldığı əməl dəftərinə)!
3 Ət-Tur Surəsi, Ayə 3

فِى رَقٍّۢ مَّنشُورٍۢ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Fi raqqim manşur
Mişkini Tərcüməsi: (Hal-hazırda) açıq (olan və ya gələcəkdə açıq olacaq) səhifədə (yazılmış kitaba)!
4 Ət-Tur Surəsi, Ayə 4

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Val baitil ma'mur
Mişkini Tərcüməsi: Və (and olsun) o abad evə (zəvvarlarla abad olan Kəbəyə, mələklərlə abad olan səma evinə və əməlləri xalis olan bəndələrin imanla abad olan qəlblərinə)!
5 Ət-Tur Surəsi, Ayə 5

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Vassaqfil marfu'
Mişkini Tərcüməsi: Və ucaldılmış tavana (göyə).
6 Ət-Tur Surəsi, Ayə 6

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Val bahril mascur
Mişkini Tərcüməsi: Və (su ilə) dolu və (yaxud qiyamətdən qabaq) alovlanan (və od ilə dolu) dənizə!
7 Ət-Tur Surəsi, Ayə 7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Inna 'azaba Rabbika lavaqi'
Mişkini Tərcüməsi: (Bütün bunlara and olsun) ki, şübhəsiz, sənin Rəbbinin (axirətdə kafirlər üçün) əzabı sabit və qətidir.
8 Ət-Tur Surəsi, Ayə 8

مَّا لَهُۥ مِن دَافِعٍۢ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Ma lahu min dafi'
Mişkini Tərcüməsi: Onu əsla heç kəs dəf edə bilməz.
9 Ət-Tur Surəsi, Ayə 9

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًۭا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Yavma tamurus sama'u mavra
Mişkini Tərcüməsi: O gün göy möhkəm bir titrəyişlə lərzəyə gələcək.
10 Ət-Tur Surəsi, Ayə 10

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًۭا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va tasirul cibalu saira
Mişkini Tərcüməsi: Və bütün dağlar (toz kimi havada) gəzişəcək.
11 Ət-Tur Surəsi, Ayə 11

فَوَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Favailuny yavma 'izil lil mukazzibin
Mişkini Tərcüməsi: Odur ki, həmin gün vay təkzib edənlərin halına!
12 Ət-Tur Surəsi, Ayə 12

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍۢ يَلْعَبُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Allazina hum fi xavdiny yal'abun
Mişkini Tərcüməsi: O kəslər(in) ki, (batil və nalayiq söz və işə) bataraq oynayırlar.
13 Ət-Tur Surəsi, Ayə 13

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Yavma yuda'-'una ila nari cahannama da'-'a
Mişkini Tərcüməsi: Onlar o gün zorla və sərtliklə cəhənnəmə sürüklənəcəklər.
14 Ət-Tur Surəsi, Ayə 14

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Hazihin narul lati kuntum biha tukazzibun
Mişkini Tərcüməsi: (Onlara deyiləcək:) Bu sizin (dünyada) təkzib etdiyiniz oddur.
15 Ət-Tur Surəsi, Ayə 15

أَفَسِحْرٌ هَٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Afasihrun haza am antum la tubsirun
Mişkini Tərcüməsi: Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
16 Ət-Tur Surəsi, Ayə 16

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Islavha fasbiru av la tasbiru sava'un 'alaikum innama tuczavna ma kuntum ta'malun
Mişkini Tərcüməsi: Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
17 Ət-Tur Surəsi, Ayə 17

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍۢ وَنَعِيمٍۢ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Innal muttaqina fi cannatinv va na'im
Mişkini Tərcüməsi: Şübhəsiz, təqvalılar bağlar və firavan nemət içərisindədirlər.
18 Ət-Tur Surəsi, Ayə 18

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Fakihina bima atahum rabbuhum va vaqahum rabbuhum 'azabal cahim
Mişkini Tərcüməsi: Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
19 Ət-Tur Surəsi, Ayə 19

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Kulu vaşrabu hani 'am bima kuntum ta'malun
Mişkini Tərcüməsi: (Onlara deyiləcək:) «Yeyin, için, (dünyada) etdiklərinizin müqabilində nuş olsun sizə!»
20 Ət-Tur Surəsi, Ayə 20

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍۢ مَّصْفُوفَةٍۢ ۖ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍۢ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Muttaki'ina 'ala sururim masfufatinv va zavvac nahum bihurin 'in
Mişkini Tərcüməsi: Sıralanmış taxtlara söykənən halda! Onları iri gözlü hurilərlə evləndirərik.
21 Ət-Tur Surəsi, Ayə 21

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍۢ ۚ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌۭ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Vallazina amanu vattaba'at hum zurriyyatuhum biimanin alhaqna bihim zurriyyatahum va ma alatnahum min 'amalihim min şai'; kullum ri'im bima kasaba rahin
Mişkini Tərcüməsi: (Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
22 Ət-Tur Surəsi, Ayə 22

وَأَمْدَدْنَٰهُم بِفَٰكِهَةٍۢ وَلَحْمٍۢ مِّمَّا يَشْتَهُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va amdadnahum bifa kihatinv va lahmim mimma yaştahun
Mişkini Tərcüməsi: Və onlara ardıcıl şəkildə istədikləri meyvə və əti çatdırarıq.
23 Ət-Tur Surəsi, Ayə 23

يَتَنَٰزَعُونَ فِيهَا كَأْسًۭا لَّا لَغْوٌۭ فِيهَا وَلَا تَأْثِيمٌۭ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Yatanaza'una fiha kasal la lağvun fiha va la tasim
Mişkini Tərcüməsi: Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.
24 Ət-Tur Surəsi, Ayə 24

۞ وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌۭ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌۭ مَّكْنُونٌۭ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Va yatufu 'alaihim ğilmanul lahum ka annahum lu'lu'um maknun
Mişkini Tərcüməsi: Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
25 Ət-Tur Surəsi, Ayə 25

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ يَتَسَآءَلُونَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va aqbala ba'duhum 'ala ba'diny yatasa'alun
Mişkini Tərcüməsi: Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.
26 Ət-Tur Surəsi, Ayə 26

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qalu inna kunna qablu fi ahlina muşfiqin
Mişkini Tərcüməsi: Deyərlər: «Həqiqətən, biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq».
27 Ət-Tur Surəsi, Ayə 27

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Famannnal lahu 'alaina va vaqana 'azabas samum
Mişkini Tərcüməsi: Beləliklə, Allah bizim boynumuza haqq qoydu və bizi yandırıcı və ağrılı əzabdan qorudu.
28 Ət-Tur Surəsi, Ayə 28

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ ۖ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Inna kunna min qablu nad'uhu innahu huval barrur rahim
Mişkini Tərcüməsi: Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.
29 Ət-Tur Surəsi, Ayə 29

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍۢ وَلَا مَجْنُونٍ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Fazakkir fama anta bini'mati rabbika bikahininv va la macnun
Mişkini Tərcüməsi: Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
30 Ət-Tur Surəsi, Ayə 30

أَمْ يَقُولُونَ شَاعِرٌۭ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Am yaquluna şa'irun natarabbasu bihi raibal manun
Mişkini Tərcüməsi: Yoxsa onlar (sənin haqqında) «o, şairdir; onun üçün zamanın hadisələrini və ölümün gəlməsini gözləyirik» deyirlər.
31 Ət-Tur Surəsi, Ayə 31

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Qul tarabbasu fa inni ma'akum minal mutarabbisin
Mişkini Tərcüməsi: De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm)».
32 Ət-Tur Surəsi, Ayə 32

أَمْ تَأْمُرُهُمْ أَحْلَٰمُهُم بِهَٰذَآ ۚ أَمْ هُمْ قَوْمٌۭ طَاغُونَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Am tamuruhum ahlamuhum bihaza am hum qavmun tağun
Mişkini Tərcüməsi: Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?
33 Ət-Tur Surəsi, Ayə 33

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ ۚ بَل لَّا يُؤْمِنُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Am yaquluna taqavvalah; bal la yu'minun
Mişkini Tərcüməsi: Yoxsa «bunu (Quranı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
34 Ət-Tur Surəsi, Ayə 34

فَلْيَأْتُوا۟ بِحَدِيثٍۢ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَٰدِقِينَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Falyatu bihadisim mislihi in kanu sadiqin
Mişkini Tərcüməsi: Buna görə də əgər (Quranın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Quran kimi) bir kəlam gətirsinlər.
35 Ət-Tur Surəsi, Ayə 35

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَٰلِقُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Am xuliqu min ğairi şai'in am humul xaliqun
Mişkini Tərcüməsi: Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
36 Ət-Tur Surəsi, Ayə 36

أَمْ خَلَقُوا۟ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ ۚ بَل لَّا يُوقِنُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Am xalaqus samavati val ard; bal la yuqinun
Mişkini Tərcüməsi: Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyr,) əksinə, onların yəqinlikləri yoxdur.
37 Ət-Tur Surəsi, Ayə 37

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Am'indahum xaza'inu rabbika am humul musaitirun
Mişkini Tərcüməsi: Yoxsa Rəbbinin (elm və mərhəmət) xəzinələri onların yanındadır (ki, peyğəmbərliyi istədiklərinə versinlər), yaxud (varlıq aləminə) onlar hakimdirlər (ki, peyğəmbərliyi səndən alsınlar)?
38 Ət-Tur Surəsi, Ayə 38

أَمْ لَهُمْ سُلَّمٌۭ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَٰنٍۢ مُّبِينٍ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Am lahum sullamuny yastami'una fihi falyati mustami'uhum bisultanim mubin
Mişkini Tərcüməsi: Yoxsa onların, üstündə (durub yuxarı aləmdəki söhbətlərə) qulaq asdıqları nərdivanları var? (Əgər belədirsə,) onda gərək onların qulaq asanı (dediklərinə) aşkar bir dəlil-sübut gətirsin.
39 Ət-Tur Surəsi, Ayə 39

أَمْ لَهُ ٱلْبَنَٰتُ وَلَكُمُ ٱلْبَنُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Am lahul banatu va lakumul banun
Mişkini Tərcüməsi: (Pis və mənfur saydığınız) qızlar Allaha, (yaxşı və sevimli saydığınız) oğlanlar isə sizə məxsusdur?!
40 Ət-Tur Surəsi, Ayə 40

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًۭا فَهُم مِّن مَّغْرَمٍۢ مُّثْقَلُونَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Am tas'aluhum acran fahum mim mağramim musqalun
Mişkini Tərcüməsi: Yoxsa (ilahi tapşırıqların və dinin çıtdırılması üçün) onlardan muzd istəyirsən və onlar onun cəriməsinə görə ağır yük altındadırlar?
41 Ət-Tur Surəsi, Ayə 41

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Am 'indahumul ğaibu fahum yaktubun
Mişkini Tərcüməsi: Yoxsa qeyb elmi (yaxud Lövhi-Məhfuz) onların yanındadır və onlar (öz sözlərini ondan götürüb) yazırlar?!
42 Ət-Tur Surəsi, Ayə 42

أَمْ يُرِيدُونَ كَيْدًۭا ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Am yuriduna kaidan fallazina kafaru humul makidun
Mişkini Tərcüməsi: Yoxsa (sənə qarşı) hiylə (qurmaq) istəyirlər? Küfr edənlərin özləri hiylələ məruz qalıblar (hiylələrinin cəzası özlərinə qayıdır).
43 Ət-Tur Surəsi, Ayə 43

أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ ۚ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Am lahum ilahun ğairul la; subhanal lahi 'amma yuşrikun
Mişkini Tərcüməsi: Yoxsa onların Allahdan başqa məbudları var? Allah onların Ona qoşduqları şərikdən pak (və uzaq)dır.
44 Ət-Tur Surəsi, Ayə 44

وَإِن يَرَوْا۟ كِسْفًۭا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًۭا يَقُولُوا۟ سَحَابٌۭ مَّرْكُومٌۭ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va iny yarav kisfam minas sama'i saqitany yaqulu sahabum markum
Mişkini Tərcüməsi: Əgər onlar göyün bir parçasının yerə düşməsini görsələr, «üst-üstə qalanmış buluddur» deyəcəklər.
45 Ət-Tur Surəsi, Ayə 45

فَذَرْهُمْ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Fazarhum hatta yulaqu yavmahumul lazi fihi yus'aqun
Mişkini Tərcüməsi: Buna görə də onları boşla (və onlarla mübahisə edərək höcətləşmə) ki, nəhayət məhv olacaqları (öləcəkləri və ya surun birinci dəfə çalındığı) günə qovuşsunlar.
46 Ət-Tur Surəsi, Ayə 46

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًۭٔا وَلَا هُمْ يُنصَرُونَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Yavma la yuğni 'anhum kaidumhum şai'anv va la hum yunsarun
Mişkini Tərcüməsi: Hiylələrinin onlardan (vəd edilmiş əzabdan) bir şeyi dəf etməcəyi və kömək olunmayacaqları bir gün(ə)!
47 Ət-Tur Surəsi, Ayə 47

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًۭا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va inna lillazina zalamu 'azaban duna zalika va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: Şübhəsiz, zülm etmiş kəslər (Məkkə müşrikləri) üçün ondan öncə də (Məkkədə qıtlığın yaranması və Bədr müharibəsi kimi) bir əzab vardır, lakin onların çoxu bilmir.
48 Ət-Tur Surəsi, Ayə 48

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Vasbir lihukmi rabbika fa innaka bi-a'yunina va sabbih bihamdi rabbika hina taqum
Mişkini Tərcüməsi: Rəbbinin hökmün(ün yerinə yetirilməsinə və onun insanlara yetirilməsin)ə səbr et. Çünki sən Bizim gözümüz önündəsən (səni qoruyur və himayə edirik). (Günortaya yaxın işdən) qalxan zaman həmd-səna ilə birlikdə Rəbbini pak sifətlərlə mədh et (zöhr və əsr namazlarını qıl).
49 Ət-Tur Surəsi, Ayə 49

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَٰرَ ٱلنُّجُومِ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va minal laili fasabbihhu va idbaran nucum
Mişkini Tərcüməsi: Onu gecənin bir hissəsində də pak sifətlərlə mədh et (məğrib və işa namazlarını qıl). Həmçinin ulduzlar arxa çevirən və batan zaman (səhərlər sübh namazını qıl).
Əvvəlki: 51. Əz-Zariyat Bütün Surələr ↑ Növbəti: 53. Ən-Nəcm

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...