56

Əl-Vaqiə Surəsi

96 Ayə 27-ci Cüz Məkkə
سُورَةُ الواقعة Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 56 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Vaqiə Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Vaqiə Surəsi, Ayə 1

إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Iza vaqa'atil vaqi'ah
Mişkini Tərcüməsi: Həmin hadisənin (Qiyamətin) baş verəcəyi zaman.
2 Əl-Vaqiə Surəsi, Ayə 2

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Laisa livaq'atiha kazibah
Mişkini Tərcüməsi: Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.
3 Əl-Vaqiə Surəsi, Ayə 3

خَافِضَةٌۭ رَّافِعَةٌ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Xafidatur rafi'ah
Mişkini Tərcüməsi: Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)
4 Əl-Vaqiə Surəsi, Ayə 4

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّۭا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Iza ruccatil ardu racca
Mişkini Tərcüməsi: Bu yerin (həmin titrəyiş ilə) möhkəm titrəyəcəyi zaman!
5 Əl-Vaqiə Surəsi, Ayə 5

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّۭا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va bussatil cibalu bassa
Mişkini Tərcüməsi: Dağlar möhkəm dolandırılacaq və parçalanacaqdır.
6 Əl-Vaqiə Surəsi, Ayə 6

فَكَانَتْ هَبَآءًۭ مُّنۢبَثًّۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Fakanat haba'am mumbassa
Mişkini Tərcüməsi: Beləliklə, dağınıq toz halına düşəcəkdir.
7 Əl-Vaqiə Surəsi, Ayə 7

وَكُنتُمْ أَزْوَٰجًۭا ثَلَٰثَةًۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va kuntum azvacan salasah
Mişkini Tərcüməsi: Və siz üç dəstəyə bölünəcəksiniz.
8 Əl-Vaqiə Surəsi, Ayə 8

فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Fa as habul maimanati ma as habul maimanah
Mişkini Tərcüməsi: (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)
9 Əl-Vaqiə Surəsi, Ayə 9

وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va as habul maş'amati ma as habul maş'amah
Mişkini Tərcüməsi: (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)
10 Əl-Vaqiə Surəsi, Ayə 10

وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Vassabiqunas sabiqun
Mişkini Tərcüməsi: (Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar!
11 Əl-Vaqiə Surəsi, Ayə 11

أُو۟لَٰٓئِكَ ٱلْمُقَرَّبُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal muqarrabun
Mişkini Tərcüməsi: Onlar (Allahın dərgahına) yaxın olanlardır.
12 Əl-Vaqiə Surəsi, Ayə 12

فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Fi Cannatin Na'im
Mişkini Tərcüməsi: (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar.
13 Əl-Vaqiə Surəsi, Ayə 13

ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Sullatum minal avvalin
Mişkini Tərcüməsi: Böük bir dəstə keçmişlərdən (keçmiş məsumlardan).
14 Əl-Vaqiə Surəsi, Ayə 14

وَقَلِيلٌۭ مِّنَ ٱلْءَاخِرِينَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va qalilum minal a xirin
Mişkini Tərcüməsi: Bir azı (da) sonrakılardan (son ümmətin məsumlarından).
15 Əl-Vaqiə Surəsi, Ayə 15

عَلَىٰ سُرُرٍۢ مَّوْضُونَةٍۢ ﴿15﴾

Oxunuşu (Transkripsiya): 'Ala sururim mavdunah
Mişkini Tərcüməsi: (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.
16 Əl-Vaqiə Surəsi, Ayə 16

مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَٰبِلِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Muttaki'ina 'alaiha mutaqabilin
Mişkini Tərcüməsi: Onlara söykənmiş halda bir-biri ilə qarşı-qarşıya.
17 Əl-Vaqiə Surəsi, Ayə 17

يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌۭ مُّخَلَّدُونَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Yatufu 'alaihim vilda num mukxalladun
Mişkini Tərcüməsi: Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.
18 Əl-Vaqiə Surəsi, Ayə 18

بِأَكْوَابٍۢ وَأَبَارِيقَ وَكَأْسٍۢ مِّن مَّعِينٍۢ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Bi akvabinv va abariq, va kasim mim ma'in
Mişkini Tərcüməsi: (Çeşmədən) axan şərab kuzələri, bardaqları və piyalələri ilə!
19 Əl-Vaqiə Surəsi, Ayə 19

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): La yusadda'una 'anha va la yunzifun
Mişkini Tərcüməsi: Ondan (o şərabdan) nə başları ağrıyar, nə də ağıllarını itirərlər.
20 Əl-Vaqiə Surəsi, Ayə 20

وَفَٰكِهَةٍۢ مِّمَّا يَتَخَيَّرُونَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va fakihatim mimma yataxaiyarun
Mişkini Tərcüməsi: Və seçdikləri meyvələrlə.
21 Əl-Vaqiə Surəsi, Ayə 21

وَلَحْمِ طَيْرٍۢ مِّمَّا يَشْتَهُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va lahmi tairim mimma yaştahun
Mişkini Tərcüməsi: Və meyilləri çəkən quş əti ilə.
22 Əl-Vaqiə Surəsi, Ayə 22

وَحُورٌ عِينٌۭ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va hurun'in
Mişkini Tərcüməsi: Və (orada onlar üçün) ağ dərili, iri gözlü gözəl qadınlar (vardır).
23 Əl-Vaqiə Surəsi, Ayə 23

كَأَمْثَٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Ka amsalil lu'lu'il maknun
Mişkini Tərcüməsi: Sədəfdə gizlənmiş inci kimi (ki, nə rəngi dəyişib, nə də kiminsə əli toxunub onlara)!
24 Əl-Vaqiə Surəsi, Ayə 24

جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Caza'am bima kanu ya'malun
Mişkini Tərcüməsi: (Dünyada) etdiklərinin (yaxşı əməllərin) mükafatı olaraq.
25 Əl-Vaqiə Surəsi, Ayə 25

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًۭا وَلَا تَأْثِيمًا ﴿25﴾

Oxunuşu (Transkripsiya): La yasma'una fiha lağvanv va la tasima
Mişkini Tərcüməsi: Həmin cənnətlərdə əsla bihudə və günah sözlər eşitməyəcəklər.
26 Əl-Vaqiə Surəsi, Ayə 26

إِلَّا قِيلًۭا سَلَٰمًۭا سَلَٰمًۭا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Illa qilan salaman salama
Mişkini Tərcüməsi: Salam(un əleyk), səlam(un əleyk)dən başqa!
27 Əl-Vaqiə Surəsi, Ayə 27

وَأَصْحَٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَٰبُ ٱلْيَمِينِ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va as habul yamini ma as habul Yamin
Mişkini Tərcüməsi: Sağ tərəf əhli(nə gəldikdə isə); nədir sağ tərəf əhli? (Əməl dəftərləri sağ əllərinə verilmiş mübarəklər!)
28 Əl-Vaqiə Surəsi, Ayə 28

فِى سِدْرٍۢ مَّخْضُودٍۢ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Fi sidrim maxdud
Mişkini Tərcüməsi: Tikansız sidr (ağacı bağları içərisin)də!
29 Əl-Vaqiə Surəsi, Ayə 29

وَطَلْحٍۢ مَّنضُودٍۢ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va talhim mandud
Mişkini Tərcüməsi: Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı).
30 Əl-Vaqiə Surəsi, Ayə 30

وَظِلٍّۢ مَّمْدُودٍۢ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va zillim mamdud
Mişkini Tərcüməsi: Və uzanan daimi kölgəlik.
31 Əl-Vaqiə Surəsi, Ayə 31

وَمَآءٍۢ مَّسْكُوبٍۢ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va ma'im maskub
Mişkini Tərcüməsi: Və (şəlalələrdən) tökülən su.
32 Əl-Vaqiə Surəsi, Ayə 32

وَفَٰكِهَةٍۢ كَثِيرَةٍۢ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va fakihatin kasirah
Mişkini Tərcüməsi: Və (növ, rəng və xüsusiyyətləri baxımından) firavan meyvələr.
33 Əl-Vaqiə Surəsi, Ayə 33

لَّا مَقْطُوعَةٍۢ وَلَا مَمْنُوعَةٍۢ ﴿33﴾

Oxunuşu (Transkripsiya): La maqtu'atinv va la mamnu'ah
Mişkini Tərcüməsi: Nə tükənəndir, nə də istifadəsi qadağan.
34 Əl-Vaqiə Surəsi, Ayə 34

وَفُرُشٍۢ مَّرْفُوعَةٍ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va furuşim marfu'ah
Mişkini Tərcüməsi: Hündür və bir-birinin üstünə salınmış döşənəcəklər və ya xasiyyət və gözəlliyi çox üstün olan zövcələr.
35 Əl-Vaqiə Surəsi, Ayə 35

إِنَّآ أَنشَأْنَٰهُنَّ إِنشَآءًۭ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Inna anşanahunna inşa'a
Mişkini Tərcüməsi: Əlbəttə, Biz onları məxsus xilqətlə (doğulmaqdan ayrı bir yolla, möcüzəvi şəkildə və yaxud dünyadakı mömin qoca qadınların yaradılışını yeniləşdirməklə) yaratmışıq.
36 Əl-Vaqiə Surəsi, Ayə 36

فَجَعَلْنَٰهُنَّ أَبْكَارًا ﴿36﴾

Oxunuşu (Transkripsiya): Faca'alnahunna abkara
Mişkini Tərcüməsi: Beləliklə, onları (həmişəlik olaraq) bakirə etmişik.
37 Əl-Vaqiə Surəsi, Ayə 37

عُرُبًا أَتْرَابًۭا ﴿37﴾

Oxunuşu (Transkripsiya): 'Uruban atraba
Mişkini Tərcüməsi: Həm də ərlərini sevən və ya bir-biri ilə yaxud ərləri ilə yaşıd.
38 Əl-Vaqiə Surəsi, Ayə 38

لِّأَصْحَٰبِ ٱلْيَمِينِ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Li as habil yamin
Mişkini Tərcüməsi: (Bunların hamısı) sağ tərəf əhli üçündür.
39 Əl-Vaqiə Surəsi, Ayə 39

ثُلَّةٌۭ مِّنَ ٱلْأَوَّلِينَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Sullatum minal avva lin
Mişkini Tərcüməsi: (Onların) böük bir dəstə(si) keçmişlərdən (keçmiş ümmətlərdən),
40 Əl-Vaqiə Surəsi, Ayə 40

وَثُلَّةٌۭ مِّنَ ٱلْءَاخِرِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Va sullatum minal axirin
Mişkini Tərcüməsi: və böyük bir dəstə də sonrakılardandır (son ümmətdəndir).
41 Əl-Vaqiə Surəsi, Ayə 41

وَأَصْحَٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَٰبُ ٱلشِّمَالِ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va as habuş şimali ma as habuş şimal
Mişkini Tərcüməsi: Sol tərəf əhli(nə gəldikdə isə); nədir sol tərəf əhli? (Əməl dəftərləri sol əllərinə verilmiş bədbəxtlər!) 56 |42| (Onlar içlərinə) nüfuz edən odun hərarəti və qaynar su (içərisin)də
43 Əl-Vaqiə Surəsi, Ayə 43

وَظِلٍّۢ مِّن يَحْمُومٍۢ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Va zillim miny yahmum
Mişkini Tərcüməsi: və qatı qara tütüsünün gölgəsindədirlər.
44 Əl-Vaqiə Surəsi, Ayə 44

لَّا بَارِدٍۢ وَلَا كَرِيمٍ ﴿44﴾

Oxunuşu (Transkripsiya): La baridinv va la karim
Mişkini Tərcüməsi: Nə sərindir, nə də (istirahət etmək üçün) xeyirli (və yararlı).
45 Əl-Vaqiə Surəsi, Ayə 45

إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Innahum kanu qabla zalika mutrafin
Mişkini Tərcüməsi: Həqiqətən, onlar bundan əvvəl (dünyada) əyyaş nemət sahiblərindən idilər.
46 Əl-Vaqiə Surəsi, Ayə 46

وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va kanu yusirruna 'alal hinsil 'azim
Mişkini Tərcüməsi: Və həmişə (Allahın əhdlərinə qarşı) böyük vəfasızlıqlara israr edirdilər.
47 Əl-Vaqiə Surəsi, Ayə 47

وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va kanu yaquluna a'iza mitna va kunna turabanv va izaman'ainna lamab'usun
Mişkini Tərcüməsi: Və deyirdilər: «Məgər biz ölüb torpaq və sümük parçaları olduqdan sonra doğrudanmı dirildiləcəyik?!»
48 Əl-Vaqiə Surəsi, Ayə 48

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Ava aba'unal avvalun
Mişkini Tərcüməsi: Bizim ata-babalarımız da (dirildiləcəklər)?
49 Əl-Vaqiə Surəsi, Ayə 49

قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْءَاخِرِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Qul innal avvalina val axirin
Mişkini Tərcüməsi: De: «Şübhəsiz, əvvəlkilər də, sonuncular da
50 Əl-Vaqiə Surəsi, Ayə 50

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوْمٍۢ مَّعْلُومٍۢ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Lamacmu'una ila miqati yavmim ma'lun
Mişkini Tərcüməsi: mütləq məlum günün (Qiyamətin) vədə yerinə tərəf toplanılacaqlar.
51 Əl-Vaqiə Surəsi, Ayə 51

ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): summa innakum ayyuhad dallunal mukazzibun
Mişkini Tərcüməsi: Sonra siz ey (peyğəmbərlik və qiyaməti) inkar edən azğınlar!
52 Əl-Vaqiə Surəsi, Ayə 52

لَءَاكِلُونَ مِن شَجَرٍۢ مِّن زَقُّومٍۢ ﴿52﴾

Oxunuşu (Transkripsiya): La akiluna min şaca rim min zaqqum
Mişkini Tərcüməsi: Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.
53 Əl-Vaqiə Surəsi, Ayə 53

فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Famali'una minhal butun
Mişkini Tərcüməsi: Beləliklə, qarınları(nızı) onunla dolduracaqsınız.
54 Əl-Vaqiə Surəsi, Ayə 54

فَشَٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Faşaribuna 'alaihi minal hamim
Mişkini Tərcüməsi: Onun üstündən qaynar su içəcəksiniz.
55 Əl-Vaqiə Surəsi, Ayə 55

فَشَٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Faşaribuna şurbal him
Mişkini Tərcüməsi: Susuzluğa düçar olmuş dəvə kimi içəcəksiniz.
56 Əl-Vaqiə Surəsi, Ayə 56

هَٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Haza nuzuluhum yavmad din
Mişkini Tərcüməsi: Bu, cəza günü onlara göstərilən ilk xidmətdir.
57 Əl-Vaqiə Surəsi, Ayə 57

نَحْنُ خَلَقْنَٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Nahnu xalaqnakum falav la tusaddiqun
Mişkini Tərcüməsi: Sizi Biz yaratmışıq. Bəs nə üçün (dünyada tovhid və risaləti, eləcə də axirətdə yaradılışınızın yeniləşəcəyini) təsdiqləmirsiniz?!
58 Əl-Vaqiə Surəsi, Ayə 58

أَفَرَءَيْتُم مَّا تُمْنُونَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Afara'aytum ma tumnun
Mişkini Tərcüməsi: (Uşaqlığa) nütfədən nə axıtdığınızı görmüsünüz?
59 Əl-Vaqiə Surəsi, Ayə 59

ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَٰلِقُونَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): 'A-antum taxluqu nahu am nahnul xaliqun
Mişkini Tərcüməsi: Onu (kamil insan olana kimi, müxtəlif mərhələlərdə) siz yaradırsınız, yoxsa yaradan Bizik?
60 Əl-Vaqiə Surəsi, Ayə 60

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Nahnu qaddarna baina kumul mavta va ma nahnu bimasbuqin
Mişkini Tərcüməsi: Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması baxımından) müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq.
61 Əl-Vaqiə Surəsi, Ayə 61

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): 'Ala an nubaddila amsalakum va nunşi'akum fi ma la ta'lamun
Mişkini Tərcüməsi: (Dünyada) oxşarlarınızı sizin yerinizə qoymaq (həmişə bir dəstəni aparıb bənzərlərini gətirmək) və (axirətdə ora uyğun olaraq) sizi yenidən, bilmədiyiniz hal və surətlərdə yaratmağımız üçün!
62 Əl-Vaqiə Surəsi, Ayə 62

وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va laqad 'alimtumun naş atal ula falav la tazakkarun
Mişkini Tərcüməsi: Şübhəsiz, siz (dünyada) ilk yaradılışı (necə yaradıldığınızı və həmişə dəyişməkdə olmağınızı) bildiniz. Bəs nə üçün ibrət götürmürsünüz?!
63 Əl-Vaqiə Surəsi, Ayə 63

أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Afara'aytum ma tahrusun
Mişkini Tərcüməsi: Heç əkdiyinizi görmüsünüz?
64 Əl-Vaqiə Surəsi, Ayə 64

ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): 'A-antum tazra'unahu am nahnuz zari'un
Mişkini Tərcüməsi: Onu siz bitirirsiniz, yoxsa bitirən Bizik?
65 Əl-Vaqiə Surəsi, Ayə 65

لَوْ نَشَآءُ لَجَعَلْنَٰهُ حُطَٰمًۭا فَظَلْتُمْ تَفَكَّهُونَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Lav naşa'u laca'al nahu hutaman fazaltum tafakkahun
Mişkini Tərcüməsi: Əgər qəti şəkildə istəsək onu mütləq çör-çöpə çevirərik və siz təəccüb və təəssüflə deyərsiniz:
66 Əl-Vaqiə Surəsi, Ayə 66

إِنَّا لَمُغْرَمُونَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Inna lamuğramun
Mişkini Tərcüməsi: Həqiqətən, biz ziyana uğramışıq.
67 Əl-Vaqiə Surəsi, Ayə 67

بَلْ نَحْنُ مَحْرُومُونَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Bal nahnu mahrumun
Mişkini Tərcüməsi: Hətta məhrum və bədbəxtik!
68 Əl-Vaqiə Surəsi, Ayə 68

أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Afara'aytumul ma'allazi taşrabun
Mişkini Tərcüməsi: Heç içdiyiniz suyu görmüsünüz?
69 Əl-Vaqiə Surəsi, Ayə 69

ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): 'A-antum anzaltumuhu minal muzni am nahnul munzilun
Mişkini Tərcüməsi: Onu yağış doğan ağ buluddan siz nazil etdiniz, yoxsa Bizik nazil edən?
70 Əl-Vaqiə Surəsi, Ayə 70

لَوْ نَشَآءُ جَعَلْنَٰهُ أُجَاجًۭا فَلَوْلَا تَشْكُرُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Lav naşa'u ca'alnahu ucacan falav la taşkurun
Mişkini Tərcüməsi: Əgər istəsək onu acılaşdırarıq. Belə isə nə üçün şükr etmirsiniz?!
71 Əl-Vaqiə Surəsi, Ayə 71

أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Afara'aytumun naral lati turun
Mişkini Tərcüməsi: Heç yandırdığınız odu görmüsünüz?
72 Əl-Vaqiə Surəsi, Ayə 72

ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): 'A-antum anşatum şacarataha am nahnul munşi'un
Mişkini Tərcüməsi: Onun ağacını siz yaratmısınız yoxsa Bizik yaradan?
73 Əl-Vaqiə Surəsi, Ayə 73

نَحْنُ جَعَلْنَٰهَا تَذْكِرَةًۭ وَمَتَٰعًۭا لِّلْمُقْوِينَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Nahnu ca'alnaha tazkira tanv va mata'al lilmuqvin
Mişkini Tərcüməsi: Biz onu, yada salmaq (Qiyamət odunun yada salınması) və müsafirlər üçün bəhrələnmək vasitəsi etmişik.
74 Əl-Vaqiə Surəsi, Ayə 74

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Fasabbih bismi Rabbikal 'azim
Mişkini Tərcüməsi: Buna görə də əzəmətli Rəbbinin adını zikr et (və onu hər bir eyb və nöqsandan pak bil).
75 Əl-Vaqiə Surəsi, Ayə 75

۞ فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Fala uqsimu bimava qi'innucum
Mişkini Tərcüməsi: Beləliklə, and olsun ulduzların (geniş səmadakı) yerlərinə, onların batma və düşmə zamanına və Quranın hissələrinin nazil olma vaxtlarına.
76 Əl-Vaqiə Surəsi, Ayə 76

وَإِنَّهُۥ لَقَسَمٌۭ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Va innahu laqasamul lavta'lamuna'azim
Mişkini Tərcüməsi: Əlbəttə, əgər bilsəniz, bu, böyük anddır. (Çünki birincisi Allahın yaradılışda tovhid və qüdrətinin, ikinici isə onun idarə etməkdə hikmət və mərhəmətinin dəlillərindəndir.)
77 Əl-Vaqiə Surəsi, Ayə 77

إِنَّهُۥ لَقُرْءَانٌۭ كَرِيمٌۭ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Innahu la quranun karim
Mişkini Tərcüməsi: Həqiqətən, bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qurandır.
78 Əl-Vaqiə Surəsi, Ayə 78

فِى كِتَٰبٍۢ مَّكْنُونٍۢ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Fi kitabim maknun
Mişkini Tərcüməsi: (O,) örtülü bir yazıda (və hər bir dəyişiklikdən qorunmuş lövhədə)dir.
79 Əl-Vaqiə Surəsi, Ayə 79

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): La yamassuhu illal mutahharun
Mişkini Tərcüməsi: Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər.
80 Əl-Vaqiə Surəsi, Ayə 80

تَنزِيلٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Tanzilum mir Rabbil'alamin
Mişkini Tərcüməsi: O, aləmlərin Rəbbi tərəfindən (lövhə, oradan Cəbrailə, ondan Peyğəmbərin qəlbinə və oradan da cəmiyyətə) nazil edilmişdir.
81 Əl-Vaqiə Surəsi, Ayə 81

أَفَبِهَٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Afabihazal hadisi antum muzinun
Mişkini Tərcüməsi: Bu kəlamla (insanlara deyilmiş bu Quranla) boş və yüngül davranırsınız?!
82 Əl-Vaqiə Surəsi, Ayə 82

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Va tac'aluna rizqakum annakum tukazzibun
Mişkini Tərcüməsi: Və onu təkzib etməyinizi ruziniz (ondan olan ruziniz və həmin ruzinin şükürü) edirsiniz?
83 Əl-Vaqiə Surəsi, Ayə 83

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Falav la iza balağatil hulqum
Mişkini Tərcüməsi: Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman.
84 Əl-Vaqiə Surəsi, Ayə 84

وَأَنتُمْ حِينَئِذٍۢ تَنظُرُونَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Va antum hina'izin tanzurun
Mişkini Tərcüməsi: Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız.
85 Əl-Vaqiə Surəsi, Ayə 85

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Va nahnu aqrabu ilaihi minkum va lakil la tubsirun
Mişkini Tərcüməsi: Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz.
86 Əl-Vaqiə Surəsi, Ayə 86

فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Falav la in kuntum ğira madinin
Mişkini Tərcüməsi: (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa,
87 Əl-Vaqiə Surəsi, Ayə 87

تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Tarci'unaha in kuntum sadiqin
Mişkini Tərcüməsi: əgər doğruçusunuzsa həmin canı (öz bədəninizə) qaytarmırsınız?!
88 Əl-Vaqiə Surəsi, Ayə 88

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Fa amma in kana minal muqarrabin
Mişkini Tərcüməsi: Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa,
89 Əl-Vaqiə Surəsi, Ayə 89

فَرَوْحٌۭ وَرَيْحَانٌۭ وَجَنَّتُ نَعِيمٍۢ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Faravhunv va raiha nunv va cannatu na'im
Mişkini Tərcüməsi: onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır.
90 Əl-Vaqiə Surəsi, Ayə 90

وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ ﴿90﴾

Oxunuşu (Transkripsiya): Va amma in kana min as habil yamin
Mişkini Tərcüməsi: Amma əgər sağ tərəf əhlindən olsa,
91 Əl-Vaqiə Surəsi, Ayə 91

فَسَلَٰمٌۭ لَّكَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ ﴿91﴾

Oxunuşu (Transkripsiya): Fasalamul laka min as habil yamin
Mişkini Tərcüməsi: onda (ona) «sənə sağ tərəf əhlindən salam vardır» (deyiləcəkdir).
92 Əl-Vaqiə Surəsi, Ayə 92

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ﴿92﴾

Oxunuşu (Transkripsiya): Va amma in kana minal mukazzibinad dallin
Mişkini Tərcüməsi: Lakin əgər azmış təkzib edənlərdən olsa,
93 Əl-Vaqiə Surəsi, Ayə 93

فَنُزُلٌۭ مِّنْ حَمِيمٍۢ ﴿93﴾

Oxunuşu (Transkripsiya): Fanuzulum min hamim
Mişkini Tərcüməsi: onda (ona) ilk xidmət qaynar sudur
94 Əl-Vaqiə Surəsi, Ayə 94

وَتَصْلِيَةُ جَحِيمٍ ﴿94﴾

Oxunuşu (Transkripsiya): Va tasliyatu cahim
Mişkini Tərcüməsi: və cəhənnəmə daxil olaraq onun hərarətini dadmaq!
95 Əl-Vaqiə Surəsi, Ayə 95

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ ﴿95﴾

Oxunuşu (Transkripsiya): Inna haza lahuva haqqul yaqin
Mişkini Tərcüməsi: Doğrudan da, bu (mətləb) qəti və şübhəsiz, bir həqiqətdir.
96 Əl-Vaqiə Surəsi, Ayə 96

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ﴿96﴾

Oxunuşu (Transkripsiya): Fasabbih bismi rabbikal 'azim
Mişkini Tərcüməsi: Odur ki, öz böyük Rəbbinin adını zikr et (və Onu hər bir eyb və nöqsandan pak bil)!
Əvvəlki: 55. Ər-Rəhman Bütün Surələr ↑ Növbəti: 57. Əl-Hədid

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...