بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
سَبَّحَ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Sabbaha lillahi ma fisamavati va ma fil ardi va huval 'Azizul Hakim
Mişkini Tərcüməsi:
Göylərdə və yerdə olan hər bir şey Allaha (dil və hal ilə) zikr edir. O, yenilməz qüdrət sahibi, (yaradılış və şəriət mərhələsində) mətin və gözəl yaradandır.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لِمَ تَقُولُونَ مَا لَا تَفْعَلُونَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina amanu lima taquluna ma la taf'alun
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)
كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ أَن تَقُولُوا۟ مَا لَا تَفْعَلُونَ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Kabura maqtan 'indal lahi an taqulu ma la taf'alun
Mişkini Tərcüməsi:
Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur.
إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلَّذِينَ يُقَٰتِلُونَ فِى سَبِيلِهِۦ صَفًّۭا كَأَنَّهُم بُنْيَٰنٌۭ مَّرْصُوصٌۭ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Innal laha yuhibbul lazina yuqatiluna fi sabilihi saffan kannahum bunyanum marsus
Mişkini Tərcüməsi:
Şübhəsiz, Allah Onun yolunda poladdan divar kimi səf çəkib döyüşənləri sevər.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ لِمَ تُؤْذُونَنِى وَقَد تَّعْلَمُونَ أَنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوٓا۟ أَزَاغَ ٱللَّهُ قُلُوبَهُمْ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Va iz qala Musa liqavmihi ya qavmi lima tu'zunani va qat ta'lamuna anni Rasulul lahi ilaikum falamma zağu azağal lahu qulubahum; vallahu la yahdil qavmal fasiqin
Mişkini Tərcüməsi:
Və (yada sal) o zamanı ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, axı Allahın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda məni niyə incidirsiniz?!» Onlar (haqdan) üz döndərdikdə, Allah da onların dönük qəlblilərini dönüklükdə buraxdı (ilahi lütflərini onlardan kəsdi) və Allah fasiq qövmü doğru yola yönəltməz.
وَإِذْ قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ إِنِّى رَسُولُ ٱللَّهِ إِلَيْكُم مُّصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَمُبَشِّرًۢا بِرَسُولٍۢ يَأْتِى مِنۢ بَعْدِى ٱسْمُهُۥٓ أَحْمَدُ ۖ فَلَمَّا جَآءَهُم بِٱلْبَيِّنَٰتِ قَالُوا۟ هَٰذَا سِحْرٌۭ مُّبِينٌۭ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va iz qala 'Eesab-nu-Mayama ya Bani Isra'ila inni Rasulul lahi ilaikum musaddiqal lima baina yadayya minat Tavrati va mubaşşiram bi Rasuliny yati mim ba'dis muhu Ahmad; falamma ca'ahum bil baiyinati qalu haza sihrum mubin
Mişkini Tərcüməsi:
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd (s)) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُوَ يُدْعَىٰٓ إِلَى ٱلْإِسْلَٰمِ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va man azlamu mimma nif tara 'alal lahil kaziba va huva yad'a ilal Islam; vallahu la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi:
İslama tərəf dəvət olunduğu halda (onu qəbul etməyərək və onu inkar eməklə) Allaha qarşı yalan uydurandan da daha zalım kim ola bilər?! Allah zalım qövmü hidayət etməz.
يُرِيدُونَ لِيُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Yuriduna liyutfi'u nural lahi bi afvahimim vallahu mutimmu nurihi va lav karihal kafirun
Mişkini Tərcüməsi:
Allahın nurunu öz ağızları ilə söndürmək (Peyğəmbərin dəvətini, onun dinini və kitabını təkzib və iftira ilə batil etmək) istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.
هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Huval lazi arsala Rasulahu bilhuda va dinil haqqi liyujirahu 'alad dini kullihi va lav karihal muşrikun
Mişkini Tərcüməsi:
Müşriklərin xoşuna gəlməsə belə, onu (səmavi şəriətlərdən ibarət olan) bütün dinlərdən üstün etmək üçün Öz Rəsulunu hidayət (vasitələri) və haqq olan dinlə göndərən Odur.
10
Əs-Səff Surəsi, Ayə 10
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَٰرَةٍۢ تُنجِيكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina ammano hal adullukum 'ala ticaratin tuncikum min 'azabin alim
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın?
11
Əs-Səff Surəsi, Ayə 11
تُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Tu'minuna billahi va Rasulihi va tucahiduna fi sabilil lahi bi amvalikum va anfusikum; zalikum xairul lakum in kuntum ta'lamun
Mişkini Tərcüməsi:
Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, (iman və cihad) sizin üçün daha xeyirlidir.
12
Əs-Səff Surəsi, Ayə 12
يَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَيُدْخِلْكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Yağfir lakum zunubakum va yudxilkum Cannatin tacri min tahtihal anharu va masakina taiyibatan fi Cannati 'Ad; zalikal favzul 'Azim
Mişkini Tərcüməsi:
(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət.
13
Əs-Səff Surəsi, Ayə 13
وَأُخْرَىٰ تُحِبُّونَهَا ۖ نَصْرٌۭ مِّنَ ٱللَّهِ وَفَتْحٌۭ قَرِيبٌۭ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va uxra tuhibbunaha nasrum minal lahi va fat hun qari; va başşiril mu 'minin
Mişkini Tərcüməsi:
Və sevdiyiniz başqa bir nemət(i də sizə verər və bu nemət) Allah tərəfindən (məntiq əsasında və dəlil-sübutla tarix boyunca bütün millətlərə) bir kömək və (Məkkənin fəthində və başqa işlərdə) yaxın bir qələbədir. (Ey Peyğəmbər,) möminlərə müjdə ver.
14
Əs-Səff Surəsi, Ayə 14
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوٓا۟ أَنصَارَ ٱللَّهِ كَمَا قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ لِلْحَوَارِيِّۦنَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ۖ فَـَٔامَنَت طَّآئِفَةٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَكَفَرَت طَّآئِفَةٌۭ ۖ فَأَيَّدْنَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَىٰ عَدُوِّهِمْ فَأَصْبَحُوا۟ ظَٰهِرِينَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina amanu kunu ansaral lahi kama qala 'Eesab-nu-Maryama lil Havariyyina man ansari ilal lah; qalal Havariyyuna nahnu ansa rul lahi fa amanat ta'ifatum mim Banni Isra'ila va kafarat ta'ifatun fa ayyadnal lazina ammanu 'ala 'aduvvihim fa asbahu zahirin
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, Allahın köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa Həvarilərə (qəlbləri işıqlı, ağ paltarlı öz etibarlı şagirdlərinə) dedi: «Allah yolunda mənim köməkçilərim kimdir?» Həvarilər dedilər: «Bizik Allahın köməkçiləri». Amma İsrail övladlarından bir dəstə iman gətirdi və bir dəstə kafir oldu. Biz də iman gətirənlərə düşmənləri üzərində (dəlil-sübutda və döyüş qüvvəsində üstün etməklə) kömək etdik, beləliklə də onlar qalib gəldilər.