71

Nuh Surəsi

28 Ayə 29-ci Cüz Məkkə
سُورَةُ نوح Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 71 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Nuh Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Nuh Surəsi, Ayə 1

إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌۭ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Inna arsalna Nuhan ila qavmihi an anzir qavmaka min qabli any yatiyahum 'azabun alim
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Nuhu öz qövmünə yolladıq ki: «Öz qövmünü ağrılı bir əzab gəlməmişdən əvvəl qorxut».
2 Nuh Surəsi, Ayə 2

قَالَ يَٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Qala ya qavmi inni lakum nazirum mubin
Mişkini Tərcüməsi: (Nuh) dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün açıq-aşkar bir qorxudan (peyğəmbərəm)»,
3 Nuh Surəsi, Ayə 3

أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ani'udul laha vatta quhu va ati'un
Mişkini Tərcüməsi: «(Göndərilmişəm ki,) Allaha ibadət edəsiniz, Ondan qorxasınız və mənə itaət edəsiniz».
4 Nuh Surəsi, Ayə 4

يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّى ۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنتُمْ تَعْلَمُونَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Yağfir lakum min zunubikum va yu'axxirkum ila acalim musamma; inna acalal lahi iza ca'a la yu'axxar; lav kuntum ta'lamun
Mişkini Tərcüməsi: «(Belə edin ki,) O, günahlarınızdan keçsin və sizə müəyyən bir müddətədək (hər bir canlı üçün qaçılmaz olan əcələdək) möhlət versin (və ondan öncə üsyanınızın cəzası olaraq öldürməsin), həqiqətən, Allah tərəfindən əcəl yetişdiyi zaman əsla təxirə salınmaz. Kaş bunu biləydiniz».
5 Nuh Surəsi, Ayə 5

قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًۭا وَنَهَارًۭا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Qala rabbi inni da'avtu qavmi lailanv va nahara
Mişkini Tərcüməsi: Dedi: «Ey Rəbbim, mən öz qövmümü gecə-gündüz (haqqa) dəvət etdim».
6 Nuh Surəsi, Ayə 6

فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Falam yazid hum du'a 'i illa firara
Mişkini Tərcüməsi: «Lakin mənim dəvətim onlar üçün (haqdan) qaçmaqdan savayı bir şey artırmadı».
7 Nuh Surəsi, Ayə 7

وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًۭا ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va ini kullama da'avtuhum litağfira lahum ca'alu asabi'ahum fi azanihim vastağşav siyabahum va asarru vastakbarus tikbara
Mişkini Tərcüməsi: «Sənin onları bağışlamağın üçün mən nə vaxt onları dəvət etdimsə barmaqlarını qulaqlarına tıxadılar, libaslarını başlarına çəkdilər, (etiraz edərək inadla) israr etdilər və şiddətlə təkəbbür göstərdilər».
8 Nuh Surəsi, Ayə 8

ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًۭا ﴿8﴾

Oxunuşu (Transkripsiya): Summa inni da'av tuhum cihara
Mişkini Tərcüməsi: «Yenə də mən onları uca səslə və aşkar şəkildə dəvət etdim».
9 Nuh Surəsi, Ayə 9

ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًۭا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Summa inni a'lantu lahum va asrartu lahum israra
Mişkini Tərcüməsi: «Sonra onlara dəvəti (həm) aşkarda, cəmiyyətlərində və (həm də) sirli və gizlində bildirdim».
10 Nuh Surəsi, Ayə 10

فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًۭا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Faqultus tağfiru Rabakam innahu kana Ğaffara
Mişkini Tərcüməsi: Və dedim ki; «Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır».
11 Nuh Surəsi, Ayə 11

يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Yursilis sama'a 'alaikum midrara
Mişkini Tərcüməsi: «Göydən (buluddan) sizə bol yağış göndərsin».
12 Nuh Surəsi, Ayə 12

وَيُمْدِدْكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّٰتٍۢ وَيَجْعَل لَّكُمْ أَنْهَٰرًۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va yumdidkum bi am valinv va banina va yac'al lakum Cannatinv va yac'al lakum anhara
Mişkini Tərcüməsi: «Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın».
13 Nuh Surəsi, Ayə 13

مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Ma lakum la tarcuna lillahi vaqara
Mişkini Tərcüməsi: «Sizə nə olub ki, Allahın əzəmətini etiraf etmirsiniz?!»
14 Nuh Surəsi, Ayə 14

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va qad xalaqakum at vara
Mişkini Tərcüməsi: «Halbuki, O, sizi müxtəlif mərhələlərdə və hallarda yaratmışdır (torpaq, bitki, yemək, nütfə, ələqə, muzğə, döl, körpə, cavan, qoca)».
15 Nuh Surəsi, Ayə 15

أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا ﴿15﴾

Oxunuşu (Transkripsiya): Alam tarav kaifa xalaqal lahu sab'a samavatin tibaqa
Mişkini Tərcüməsi: «Məgər (qəlb gözü ilə) görmədinizmi ki, Allah yeddi göyü bir-biri üzərində qat-qat necə yaratmışdır?!»
16 Nuh Surəsi, Ayə 16

وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًۭا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va ca'alal qamara fihinna nuranv va ca'alaş şamsa siraca
Mişkini Tərcüməsi: «Ayı onların arasında işıq saçan bir nur və günəşi yanar bir çıraq etdi».
17 Nuh Surəsi, Ayə 17

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًۭا ﴿17﴾

Oxunuşu (Transkripsiya): Vallahu ambatakum minal ardi nabata
Mişkini Tərcüməsi: «Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)».
18 Nuh Surəsi, Ayə 18

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًۭا ﴿18﴾

Oxunuşu (Transkripsiya): Summa yu'idukum fiha va uxricukum ixraca
Mişkini Tərcüməsi: «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)».
19 Nuh Surəsi, Ayə 19

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Vallahu ca'ala lakumul arda bisata
Mişkini Tərcüməsi: «Və Allah bu yeri sizin üçün döşənmiş bir xalça etdi ki,
20 Nuh Surəsi, Ayə 20

لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًۭا فِجَاجًۭا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Litasluku minha subulan ficaca
Mişkini Tərcüməsi: Orada geniş səhra və dağ arası yollarında (öz yaşayış məqsədləriniz üçün) gəzəsiniz».
21 Nuh Surəsi, Ayə 21

قَالَ نُوحٌۭ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًۭا ﴿21﴾

Oxunuşu (Transkripsiya): Qala Nuhur Robbi innahum 'asavni vattaba'u mal lam yazid hu maluhu va valaduhu illa xasara
Mişkini Tərcüməsi: Nuh dedi: «Ey Rəbbim, onlar mənə asi oldular və mal-dövləti,övladları onlara (axirət) ziyanından başqa bir şey artırmayan kəsə (öz rəislərinə və əyan-əşrafa) tabe oldular».
22 Nuh Surəsi, Ayə 22

وَمَكَرُوا۟ مَكْرًۭا كُبَّارًۭا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va makaru makran kubbara
Mişkini Tərcüməsi: «Və olduqca böyük bir hiylə qurdular».
23 Nuh Surəsi, Ayə 23

وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّۭا وَلَا سُوَاعًۭا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًۭا ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va qalu la tazarunna alihatakum va la tazarunna Vaddanv va la Suva'anv va la Yağusa va Ya'uqa va Nasra
Mişkini Tərcüməsi: «Və (öz tabeliyində olanlara) dedilər: «Əsla tanrılarınızı tərk etməyin və heç vaxt «Vədd», «Suva», «Yəğus», «Yəuq» və «Nəsr»i (o zamanın bütlərinin adları) atmayın!»
24 Nuh Surəsi, Ayə 24

وَقَدْ أَضَلُّوا۟ كَثِيرًۭا ۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًۭا ﴿24﴾

Oxunuşu (Transkripsiya): Va qad adallu kasi ranv va la tazidiz zalimina illa dalala
Mişkini Tərcüməsi: «Həqiqətən, (o başçılar) çoxlarını azdırdılar; və (ey Rəbbim,) zalımların ancaq azğınlığını artır».
25 Nuh Surəsi, Ayə 25

مِّمَّا خَطِيٓـَٰٔتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًۭا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًۭا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Mimma xati' atihim uğriqu fa udxilu Naran falam yacidu lahum min dunil lahi ansara
Mişkini Tərcüməsi: (Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (Bərzəx aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar.
26 Nuh Surəsi, Ayə 26

وَقَالَ نُوحٌۭ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَٰفِرِينَ دَيَّارًا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va qala Nuhur Rabbi la tazar 'alal ardi minal kafirina daiyara
Mişkini Tərcüməsi: Və Nuh dedi: «Ey Rəbbim, Yer üzündə bir nəfər belə kafir qoyma!»
27 Nuh Surəsi, Ayə 27

إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًۭا كَفَّارًۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Innaka in tazarhum yudil lu 'ibadaka va la yalidu illa faciran kaffara
Mişkini Tərcüməsi: «Çünki, Sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər».
28 Nuh Surəsi, Ayə 28

رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًۭا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Rabbiğ fir li va liva lidaiya va liman daxala baitiya mu'minanv va lil mu'minina val mu'minati va la tazidiz zalimina illa tabara
Mişkini Tərcüməsi: «Ey Rəbbim, məni, ata-anamı və evimə imanla daxil olan hər kəsi, mömin kişiləri və möminə qadınları bağışla. Zalımların isə ancaq həlakətini artır».
Əvvəlki: 70. Əl-Məaric Bütün Surələr ↑ Növbəti: 72. Əl-Cin

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...