72

Əl-Cin Surəsi

28 Ayə 29-ci Cüz Məkkə
سُورَةُ الجن Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 72 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Cin Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Cin Surəsi, Ayə 1

قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ ٱسْتَمَعَ نَفَرٌۭ مِّنَ ٱلْجِنِّ فَقَالُوٓا۟ إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًۭا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Qul uhiya ilaiya annna hustama'a nafarum minal cinnni faqalu inna sami'na quranan 'acaba
Mişkini Tərcüməsi: De: «Mənə vəhy olundu ki, (bizim his etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
2 Əl-Cin Surəsi, Ayə 2

يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ فَـَٔامَنَّا بِهِۦ ۖ وَلَن نُّشْرِكَ بِرَبِّنَآ أَحَدًۭا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Yahdi ilar ruşdi fa amanna bihi va lan nuşrika bi rabbina ahada
Mişkini Tərcüməsi: «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq». (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
3 Əl-Cin Surəsi, Ayə 3

وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةًۭ وَلَا وَلَدًۭا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va annahu Ta'ala caddu Rabbina mat taxaza sahibatanv va la valada
Mişkini Tərcüməsi: «Və (biz iman gətirdik.) Rəbbimizin məqamı və əzəməti çox ucadır. O, Özünə əsla nə bir zövcə götürmüşdir, nə də bir övlad».
4 Əl-Cin Surəsi, Ayə 4

وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًۭا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va annahu kana yaqulu safihuna 'alal lahi şatata
Mişkini Tərcüməsi: «Bizim səfehimiz Allah barəsində haqdan uzaq olan söz deyirdi (ki, guyaOnun zövcəsi və övladı vardır)».
5 Əl-Cin Surəsi, Ayə 5

وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَى ٱللَّهِ كَذِبًۭا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va anna zananna al lan taqulal insu val cinnu 'alal lahi kaziba
Mişkini Tərcüməsi: «Biz elə güman edirdik ki, nə insan, nə də cin əsla Allah barəsində yalan danışmaz».
6 Əl-Cin Surəsi, Ayə 6

وَأَنَّهُۥ كَانَ رِجَالٌۭ مِّنَ ٱلْإِنسِ يَعُوذُونَ بِرِجَالٍۢ مِّنَ ٱلْجِنِّ فَزَادُوهُمْ رَهَقًۭا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va annahu kana rica lum minal insi ya'uzuna biricalim minal cinni faza duhum rahaqa
Mişkini Tərcüməsi: «İnsanlardan bəzi şəxslər, cinlərdən bəzilərinə sığınırdılar (ki, hər hansı bir şəri özlərindən dəf etsinlər, yaxud da kahinlik yolu ilə bəzi xəbərləri öyrənsinlər). Bununla da onlar (cinlər) bunların (insanların) günahını, tüğyanını və zillətini (yaxud da bunlar onların tüğyan və üsyanını) artırırdılar».
7 Əl-Cin Surəsi, Ayə 7

وَأَنَّهُمْ ظَنُّوا۟ كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ ٱللَّهُ أَحَدًۭا ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va annahum zannu kama zanantum al lany yab'asal lahu ahada
Mişkini Tərcüməsi: «Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir».
8 Əl-Cin Surəsi, Ayə 8

وَأَنَّا لَمَسْنَا ٱلسَّمَآءَ فَوَجَدْنَٰهَا مُلِئَتْ حَرَسًۭا شَدِيدًۭا وَشُهُبًۭا ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va anna lamasnas sa ma'a fa vacadnaha muli'at harasan şadidanv va şuhuba
Mişkini Tərcüməsi: «Biz göyə qalxdıq və onu güclü gözətçilər və şöləli oxlarla dolu gördük».
9 Əl-Cin Surəsi, Ayə 9

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَٰعِدَ لِلسَّمْعِ ۖ فَمَن يَسْتَمِعِ ٱلْءَانَ يَجِدْ لَهُۥ شِهَابًۭا رَّصَدًۭا ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va anna kunna naq'udu minha maqa'ida lis'sam'i famany yastami'il ana yacid lahu şihabar rasada
Mişkini Tərcüməsi: «Biz əvvəllər onun (göyün) bəzi yerlərində (mələklərin sözünü) eşitmək üçün oturardıq, lakin indi kim qulaq asmış olsa, şöləli bir oxun onun pusqusunda durduğunu görər».
10 Əl-Cin Surəsi, Ayə 10

وَأَنَّا لَا نَدْرِىٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِى ٱلْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًۭا ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va anna la nadri aşarrun urida biman fil ardi am arada bihim rabbuhum raşada
Mişkini Tərcüməsi: «Biz bilmirik ki, yer üzündə olanlar üçün şər istənilmişdir, yoxsa Rəbbi onların doğru yola yönəlmələrini və xeyrini istəmişdir».
11 Əl-Cin Surəsi, Ayə 11

وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَآئِقَ قِدَدًۭا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va anna minnas salihuna va minna duna zalika kunna tara'ilqa qidada
Mişkini Tərcüməsi: «(Qurana qulaq asmazdan öncə) bizdən bir dəstə əməlisaleh idi, bir dəstə isə əməlisaleh deyildi. Biz müxtəlif firqələr halında idik».
12 Əl-Cin Surəsi, Ayə 12

وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعْجِزَ ٱللَّهَ فِى ٱلْأَرْضِ وَلَن نُّعْجِزَهُۥ هَرَبًۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va anna zananna al lan nu'cizal laha fil ardi va lan nu'cizahu haraba
Mişkini Tərcüməsi: «Biz bildik ki, əsla Allahı yer üzündə (Onun məqsədlərinə qarşı çıxmaqla) aciz edə bilməyəcəyik və (Onun qüdrətindən) qaçmaqla əsla Onu aciz (zəif) edə bilməyəcəyik».
13 Əl-Cin Surəsi, Ayə 13

وَأَنَّا لَمَّا سَمِعْنَا ٱلْهُدَىٰٓ ءَامَنَّا بِهِۦ ۖ فَمَن يُؤْمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخْسًۭا وَلَا رَهَقًۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va anna lamma sami'nal huda amanna bihi famany yu'mim bi rabbihi fala yaxafu baxsanv va la rahaqa
Mişkini Tərcüməsi: «Və elə ki, biz bu hidayətedicini (Quranı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
14 Əl-Cin Surəsi, Ayə 14

وَأَنَّا مِنَّا ٱلْمُسْلِمُونَ وَمِنَّا ٱلْقَٰسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُو۟لَٰٓئِكَ تَحَرَّوْا۟ رَشَدًۭا ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va anna minnal muslimuna va minnal qasituna faman aslama fa ula'ika taharrav raşada
Mişkini Tərcüməsi: «Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
15 Əl-Cin Surəsi, Ayə 15

وَأَمَّا ٱلْقَٰسِطُونَ فَكَانُوا۟ لِجَهَنَّمَ حَطَبًۭا ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va ammal qasituna fa kanu li cahannama hataba
Mişkini Tərcüməsi: «Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». (Cinlərin sözünün sonu.)
16 Əl-Cin Surəsi, Ayə 16

وَأَلَّوِ ٱسْتَقَٰمُوا۟ عَلَى ٱلطَّرِيقَةِ لَأَسْقَيْنَٰهُم مَّآءً غَدَقًۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Va alla vis taqamu 'alat tariqati la asqaynahum ma'an ğadaqa
Mişkini Tərcüməsi: «(Mənə vəhy olundu ki): «Şübhəsiz, əgər (ins və cin) yolda (əqidə və əməlin düz yolunda) sabitqədəm olsalar, mütləq onları bol su (maddi və mənəvi bərəkətlər) ilə sirab edərdik ki,
17 Əl-Cin Surəsi, Ayə 17

لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًۭا صَعَدًۭا ﴿17﴾

Oxunuşu (Transkripsiya): Linaftinahum fih; va many yu'rid 'an zikri rabbihi yasluk hu 'azaban sa'ada
Mişkini Tərcüməsi: Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz döndərsə, (Allah) onu ona qalib gələn ağır bir əzaba düçar edər».
18 Əl-Cin Surəsi, Ayə 18

وَأَنَّ ٱلْمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ ٱللَّهِ أَحَدًۭا ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va annal masacida lillahi fala tad'u ma'al lahi ahada
Mişkini Tərcüməsi: «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın».
19 Əl-Cin Surəsi, Ayə 19

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًۭا ﴿19﴾

Oxunuşu (Transkripsiya): Va annahu lamma qama 'adul lahi yad'uhu kadu yakununa 'alaihi libada
Mişkini Tərcüməsi: «Allah bəndəsi (Peyğəmbər) Allahı çağırmaq üçün qalxdıqda, (möminlər və müşriklər Quranın heyrətamiz ayələrini dinləmək üçün) az qala hamılıqla onun başına tökülüşələr».
20 Əl-Cin Surəsi, Ayə 20

قُلْ إِنَّمَآ أَدْعُوا۟ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًۭا ﴿20﴾

Oxunuşu (Transkripsiya): Qul innama ad'u rabbi va la uşriku bihi ahada
Mişkini Tərcüməsi: De: «Mən ancaq öz Rəbbimi çağırıram və əsla bir kəsi (tanrılıq və ibadətdə) Ona şərik qoşmaram».
21 Əl-Cin Surəsi, Ayə 21

قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّۭا وَلَا رَشَدًۭا ﴿21﴾

Oxunuşu (Transkripsiya): Qul inni la amliku lakum darranv va la raşada
Mişkini Tərcüməsi: De: «Mən sizə nə bir zərər vurmaq, nə də bir hidayətə çatdırmaq (qüdrətinə) malik deyiləm».
22 Əl-Cin Surəsi, Ayə 22

قُلْ إِنِّى لَن يُجِيرَنِى مِنَ ٱللَّهِ أَحَدٌۭ وَلَنْ أَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا ﴿22﴾

Oxunuşu (Transkripsiya): Qul inni lany yucirani minal lahi ahad, va lan acida min dunihi multahada
Mişkini Tərcüməsi: De: «Şübhəsiz, Allahın müqabilində kimsə əsla mənə pənah verə bilməz və mən də Ondan başqa bir sığınacaq əsla tapmaram»
23 Əl-Cin Surəsi, Ayə 23

إِلَّا بَلَٰغًۭا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦ ۚ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ﴿23﴾

Oxunuşu (Transkripsiya): Illa balağam minal lahi va risalatih; va many ya'sil laha va rasulahu fa inna lahu nara cahannama xalidina fiha abada
Mişkini Tərcüməsi: «(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz, Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.
24 Əl-Cin Surəsi, Ayə 24

حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًۭا وَأَقَلُّ عَدَدًۭا ﴿24﴾

Oxunuşu (Transkripsiya): Hatta iza ra av ma yu'aduna fasaya'lamuna man ad'afu nasiranv va aqallu 'adada
Mişkini Tərcüməsi: Onlar vəd olunduqları şeyi gördükləri zamana qədər (sizi zəif və köməksiz hesab edəcəklər). Tezliklə kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu başa düşəcəklər.
25 Əl-Cin Surəsi, Ayə 25

قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌۭ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Qul in adri a qaribum ma tu'aduna am yac'alu lahu rabbi amada
Mişkini Tərcüməsi: De: «Mən bilmirəm ki, sizə vəd olunan (dünya əzabı, yaxud Qiyamətin qopması) yaxındır, yoxsa Rəbbim onun üçün (uzun) bir müddət təyin etmişdir».
26 Əl-Cin Surəsi, Ayə 26

عَٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا ﴿26﴾

Oxunuşu (Transkripsiya): 'Aalimul ğaibi fala yujiru ala ğaibihi ahada
Mişkini Tərcüməsi: (Allah) qeybi biləndir və öz qeybinin sirlərindən heç kimi agah etməz.
27 Əl-Cin Surəsi, Ayə 27

إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍۢ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Illa manir tada mir rasulin fa innahu yasluku mim baini yadihi va min xalfihi rasada
Mişkini Tərcüməsi: Yalnız seçdiyi rəsuldan (peyğəmbərlərə göndərilən mələkdən və insanlara göndərilən peyğəmbərdən) başqa! (Allah onları agah edər.) Allah onun önündən və arxasından (mühafizəçi mələklərdən ibarət olan) gözətçilər göndərər ki, (mələklərdən və bəşərdən olan rəsulları şeytanların əziyyətlərindən qorusun və)
28 Əl-Cin Surəsi, Ayə 28

لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا۟ رِسَٰلَٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدًۢا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Liya'lama an qad ablağu risalati rabbihim va ahata bima ladihim va ahsa kulla şai'in 'adada
Mişkini Tərcüməsi: Onların öz Rəbbinin risalətlərini (peyğəmbərlərə və peyğəmbərlər də insanlara) çatdırdığını bilsin (və əzəli elmi həyata keçsin). Allah onlarda olanları ( öz elmi ilə) ehtiva etmişdir.O, hər şeyin sayını bilir».
Əvvəlki: 71. Nuh Bütün Surələr ↑ Növbəti: 73. Əl-Müzəmmil

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...