80

Əbəsə Surəsi

42 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ عبس Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 80 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əbəsə Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əbəsə Surəsi, Ayə 1

عَبَسَ وَتَوَلَّىٰٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): 'Abasa va tavalla.
Mişkini Tərcüməsi: Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
2 Əbəsə Surəsi, Ayə 2

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ ﴿2﴾

Oxunuşu (Transkripsiya): An ca-ahul 'a-ma
Mişkini Tərcüməsi: O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
3 Əbəsə Surəsi, Ayə 3

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va ma yudrika la'allahu yaz zakka.
Mişkini Tərcüməsi: Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!
4 Əbəsə Surəsi, Ayə 4

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Au yaz zak karu fatanfa 'ahuz zikra.
Mişkini Tərcüməsi: Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
5 Əbəsə Surəsi, Ayə 5

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Amma manis tağna
Mişkini Tərcüməsi: Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,
6 Əbəsə Surəsi, Ayə 6

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Fa-anta lahu tasadda
Mişkini Tərcüməsi: Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!
7 Əbəsə Surəsi, Ayə 7

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va ma 'alaika alla yaz zakka.
Mişkini Tərcüməsi: Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.
8 Əbəsə Surəsi, Ayə 8

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va amma man ca-aka yas'a
Mişkini Tərcüməsi: Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,
9 Əbəsə Surəsi, Ayə 9

وَهُوَ يَخْشَىٰ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Vahuva yaxşa,
Mişkini Tərcüməsi: (Özü də Allahından) qorxduğu halda,
10 Əbəsə Surəsi, Ayə 10

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Fa-anta 'anhu talah ha.
Mişkini Tərcüməsi: Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!
11 Əbəsə Surəsi, Ayə 11

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Kalla innaha tazkirah
Mişkini Tərcüməsi: Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.
12 Əbəsə Surəsi, Ayə 12

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Faman şa a zakarah
Mişkini Tərcüməsi: Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).
13 Əbəsə Surəsi, Ayə 13

فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Fi suhufim mukar rama,
Mişkini Tərcüməsi: (Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.
14 Əbəsə Surəsi, Ayə 14

مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Marfu'atim mutah hara,
Mişkini Tərcüməsi: Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).
15 Əbəsə Surəsi, Ayə 15

بِأَيْدِى سَفَرَةٍۢ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Bi'aidi safara
Mişkini Tərcüməsi: (Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
16 Əbəsə Surəsi, Ayə 16

كِرَامٍۭ بَرَرَةٍۢ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Kiramim bararah.
Mişkini Tərcüməsi: (Onlar) yaxşı iş görən əzizlərdir.
17 Əbəsə Surəsi, Ayə 17

قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Qutilal-insanu ma akfarah.
Mişkini Tərcüməsi: Ölsün insan! Nə qədər də kafir və nankordur!
18 Əbəsə Surəsi, Ayə 18

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Min aiyyi şai-in Xalaq
Mişkini Tərcüməsi: (Allahı) onu nədən yaratmışdır?
19 Əbəsə Surəsi, Ayə 19

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Min nutfah; xalaqahu faqad-darah.
Mişkini Tərcüməsi: Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
20 Əbəsə Surəsi, Ayə 20

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Summas sabila yas-sarah
Mişkini Tərcüməsi: Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
21 Əbəsə Surəsi, Ayə 21

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Summa amatahu fa-aqbarah
Mişkini Tərcüməsi: Sonra onu öldürdü və qəbrə qoydu.
22 Əbəsə Surəsi, Ayə 22

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Summa iza şa-a anşarah
Mişkini Tərcüməsi: Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
23 Əbəsə Surəsi, Ayə 23

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Kalla lamma yaqdi ma amarah.
Mişkini Tərcüməsi: Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.
24 Əbəsə Surəsi, Ayə 24

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Falyanzuril insanu ila ta-amih
Mişkini Tərcüməsi: Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
25 Əbəsə Surəsi, Ayə 25

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Anna sabab nalma-a sabba.
Mişkini Tərcüməsi: Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.
26 Əbəsə Surəsi, Ayə 26

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Summa şa qaqnal-arda şaqqa.
Mişkini Tərcüməsi: Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
27 Əbəsə Surəsi, Ayə 27

فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Fa ambatna fiha habba
Mişkini Tərcüməsi: Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;
28 Əbəsə Surəsi, Ayə 28

وَعِنَبًۭا وَقَضْبًۭا ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va 'inabav-va qadba
Mişkini Tərcüməsi: Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;
29 Əbəsə Surəsi, Ayə 29

وَزَيْتُونًۭا وَنَخْلًۭا ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va zaitunav vanax la'
Mişkini Tərcüməsi: Zeytun və xurma ağacı;
30 Əbəsə Surəsi, Ayə 30

وَحَدَآئِقَ غُلْبًۭا ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va hada-iqa ğulba
Mişkini Tərcüməsi: İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;
31 Əbəsə Surəsi, Ayə 31

وَفَٰكِهَةًۭ وَأَبًّۭا ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va faki hatav-va abba.
Mişkini Tərcüməsi: Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf
32 Əbəsə Surəsi, Ayə 32

مَّتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Mata'al-lakum va li-an'amikum.
Mişkini Tərcüməsi: Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.
33 Əbəsə Surəsi, Ayə 33

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Faiza ca-atis saxah.
Mişkini Tərcüməsi: Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,
34 Əbəsə Surəsi, Ayə 34

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Yauma yafir-rul mar-u min axih
Mişkini Tərcüməsi: O gün insan qaçar öz qardaşından;
35 Əbəsə Surəsi, Ayə 35

وَأُمِّهِۦ وَأَبِيهِ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va ummihi va abih
Mişkini Tərcüməsi: Anasından və atasından;
36 Əbəsə Surəsi, Ayə 36

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Va sahi batihi va banih.
Mişkini Tərcüməsi: Zövcəsindən və oğullarından.
37 Əbəsə Surəsi, Ayə 37

لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Likul limri-im-minuhm yauma-izin şa nuy-yuğnih
Mişkini Tərcüməsi: O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.
38 Əbəsə Surəsi, Ayə 38

وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Vucu huny-yauma-izim-musfira;
Mişkini Tərcüməsi: O gün bir çox üzlər parıldayacaq,
39 Əbəsə Surəsi, Ayə 39

ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Dahi katum mustab şirah
Mişkini Tərcüməsi: Güləcək və sevinəcək.
40 Əbəsə Surəsi, Ayə 40

وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Va vucuhuy yauma-izin 'alaiha ğabar a
Mişkini Tərcüməsi: O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.
41 Əbəsə Surəsi, Ayə 41

تَرْهَقُهَا قَتَرَةٌ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Tarhaquha qatarah.
Mişkini Tərcüməsi: Qaranlıq və zülmət onları bürüyəcəkdir.
42 Əbəsə Surəsi, Ayə 42

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Ula-ika humul-kafa ratul-facarah.
Mişkini Tərcüməsi: Onlar həmin kafirlər və pozğunlardır!
Əvvəlki: 79. Ən-Naziat Bütün Surələr ↑ Növbəti: 81. Ət-Təkvir

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...