85

Əl-Büruc Surəsi

22 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ البروج Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 85 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Büruc Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Büruc Surəsi, Ayə 1

وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Vassama'i zatil buruc
Mişkini Tərcüməsi: And olsun bürcləri olan göyə,
2 Əl-Büruc Surəsi, Ayə 2

وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Val yavmil mav'ud
Mişkini Tərcüməsi: Və and olsun vəd olunmuş günə (Qiyamət gününə)
3 Əl-Büruc Surəsi, Ayə 3

وَشَاهِدٍۢ وَمَشْهُودٍۢ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va şahidinv va maşhud
Mişkini Tərcüməsi: Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül-Əsvəd»ə və onun şahid olduqlarına);
4 Əl-Büruc Surəsi, Ayə 4

قُتِلَ أَصْحَٰبُ ٱلْأُخْدُودِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Qutila as habul uxdud
Mişkini Tərcüməsi: Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
5 Əl-Büruc Surəsi, Ayə 5

ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Annari zatil vaqud
Mişkini Tərcüməsi: O odunla dolu şölələnən atəş.
6 Əl-Büruc Surəsi, Ayə 6

إِذْ هُمْ عَلَيْهَا قُعُودٌۭ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Iz hum 'alaiha qu'ud
Mişkini Tərcüməsi: O zaman onlar odun ətrafında (tamaşa etmək üçün) əyləşmişdilər.
7 Əl-Büruc Surəsi, Ayə 7

وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va hum 'ala ma yaf'aluna bilmu 'minina şuhud
Mişkini Tərcüməsi: Və möminlərin başlarına gətirdiklərinə tamaşa edirdilər.
8 Əl-Büruc Surəsi, Ayə 8

وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va ma naqamu minhum illa aiyu'minu billahil 'azizil Hamid
Mişkini Tərcüməsi: Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular.
9 Əl-Büruc Surəsi, Ayə 9

ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Allazi lahu mulkus samavati val ard; vallahu 'ala kulli şai 'in Şahid
Mişkini Tərcüməsi: O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
10 Əl-Büruc Surəsi, Ayə 10

إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Innal lazina fatanul mu'minina val mu'minati summa lam yatubu falahum 'azabu Cahannama va lahum 'azabul hariq
Mişkini Tərcüməsi: Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işgəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlərin şərh edilir.)
11 Əl-Büruc Surəsi, Ayə 11

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Innal lazina amanu va 'amilus salihati lahum Cannatun tacri min tahtihal anhar; zalikal favzul kabir
Mişkini Tərcüməsi: Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
12 Əl-Büruc Surəsi, Ayə 12

إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Inna batşa Rabbika laşadid
Mişkini Tərcüməsi: Həqiqətən, sənin Rəbbinin qəhri (intiqamı) çox şiddətlidir.
13 Əl-Büruc Surəsi, Ayə 13

إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Innahu Huva yubdi'u va yu'id
Mişkini Tərcüməsi: Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
14 Əl-Büruc Surəsi, Ayə 14

وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va Huval Ğafurul Vadud
Mişkini Tərcüməsi: Odur! (İtaətkarları) bağışlayan və çox sevən!
15 Əl-Büruc Surəsi, Ayə 15

ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Zul 'Arşil Macid
Mişkini Tərcüməsi: (O,) ərşin sahibi (varlıq aləmində hökm sahibi) və (zat və sifətləri baxımdan) şanlı-şövkətlidir.
16 Əl-Büruc Surəsi, Ayə 16

فَعَّالٌۭ لِّمَا يُرِيدُ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Fa' 'alul lima yurid
Mişkini Tərcüməsi: İstədiyini qüdrətlə yerinə yetirəndir.
17 Əl-Büruc Surəsi, Ayə 17

هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Hal ataka hadisul cunud
Mişkini Tərcüməsi: O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
18 Əl-Büruc Surəsi, Ayə 18

فِرْعَوْنَ وَثَمُودَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Fir'avna va Samud
Mişkini Tərcüməsi: Firon və (Saleh peyğəmbərin qövmü olan) Səmud (qoşunları necə məhv oldular)?!
19 Əl-Büruc Surəsi, Ayə 19

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍۢ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Balil lazina kafaru fi takzib
Mişkini Tərcüməsi: (Yalnız onlar təkzib etmədilər), (sənin qövmündən) kafir olan kəslər, (daha şiddətlə) inkar etməkdədir.
20 Əl-Büruc Surəsi, Ayə 20

وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Vallahu minv vara'ihim muhit
Mişkini Tərcüməsi: (Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
21 Əl-Büruc Surəsi, Ayə 21

بَلْ هُوَ قُرْءَانٌۭ مَّجِيدٌۭ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Bal huva Quranum Macid
Mişkini Tərcüməsi: (Bu kitab sehr və əfsanə deyildir,) əksinə o, oxunmalı, şanlı-şövkətli bir kitabdır.
22 Əl-Büruc Surəsi, Ayə 22

فِى لَوْحٍۢ مَّحْفُوظٍۭ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Fi Lavhim Mahfuz
Mişkini Tərcüməsi: O, (yalan, təhrif, şeytan və cinlərdən) qorunmuş Lövhdə (Lövhi-Məhfuzda) yazılmışdır.
Əvvəlki: 84. Əl-İnşiqaq Bütün Surələr ↑ Növbəti: 86. Ət-Tariq

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...