90

Əl-Bələd Surəsi

20 Ayə 30-ci Cüz Məkkə
سُورَةُ البلد Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 90 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Bələd Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Bələd Surəsi, Ayə 1

لَآ أُقْسِمُ بِهَٰذَا ٱلْبَلَدِ ﴿1﴾

Oxunuşu (Transkripsiya): La uqsimu bihazal balad
Mişkini Tərcüməsi: Xeyr, and olsun bu şəhərə (əzəmətli Məkkəyə),
2 Əl-Bələd Surəsi, Ayə 2

وَأَنتَ حِلٌّۢ بِهَٰذَا ٱلْبَلَدِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va anta hillum bihazal balad
Mişkini Tərcüməsi: Sənin yerləşdiyin bu şəhərə;
3 Əl-Bələd Surəsi, Ayə 3

وَوَالِدٍۢ وَمَا وَلَدَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va validinv va ma valad
Mişkini Tərcüməsi: Və and olsun ataya və dünyaya gətirdiyi övlada (Adəmə və onun övladlarından olan məsumlara, Kə’bənin və Məkkənin baniləri olan İbrahimə və övladı İsmailə və saleh övladı olan hər bir saleh möminə) ki,
4 Əl-Bələd Surəsi, Ayə 4

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ فِى كَبَدٍ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Laqad xalaqnal insana fi kabad
Mişkini Tərcüməsi: Şübhəsiz, Biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur).
5 Əl-Bələd Surəsi, Ayə 5

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌۭ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Ayahsabu al-lai yaqdira 'alaihi ahad
Mişkini Tərcüməsi: Yoxsa o elə güman edir ki, əsla heç kimin ona gücü çatmayacaqdır (buna görə də küfr və tüğyan edir)?!
6 Əl-Bələd Surəsi, Ayə 6

يَقُولُ أَهْلَكْتُ مَالًۭا لُّبَدًا ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yaqulu ahlaktu malal lubada
Mişkini Tərcüməsi: (Minnət qoymaq və bəxş etdiklərini qabartmaq məqsədi ilə) «Mən çox mal tələf etdim!» – deyir.
7 Əl-Bələd Surəsi, Ayə 7

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Ayahsabu al lam yarahu ahad
Mişkini Tərcüməsi: Yoxsa güman edir ki, heç kim onu (bəxşiş etdiyi zaman) görməmişdir?!
8 Əl-Bələd Surəsi, Ayə 8

أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Alam nac'al lahu 'aynayn
Mişkini Tərcüməsi: Məgər Biz ona iki (görən) göz vermədikmi?!
9 Əl-Bələd Surəsi, Ayə 9

وَلِسَانًۭا وَشَفَتَيْنِ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va lisananv va şafatayn
Mişkini Tərcüməsi: Və (eləcə də) bir dil və iki dodaq(vermədikmi) ?!
10 Əl-Bələd Surəsi, Ayə 10

وَهَدَيْنَٰهُ ٱلنَّجْدَيْنِ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va hadaynahun nacdayn
Mişkini Tərcüməsi: Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
11 Əl-Bələd Surəsi, Ayə 11

فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Falaq tahamal-'aqabah
Mişkini Tərcüməsi: Beləliklə o, aşırımı və çətin yolu («Əqəbə»ni) aşa bilmədi.
12 Əl-Bələd Surəsi, Ayə 12

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka mal'aqabah
Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, çətin yol («Əqəbə») nədir?!
13 Əl-Bələd Surəsi, Ayə 13

فَكُّ رَقَبَةٍ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Fakku raqabah
Mişkini Tərcüməsi: (O) Bir qul azad etməkdir.
14 Əl-Bələd Surəsi, Ayə 14

أَوْ إِطْعَٰمٌۭ فِى يَوْمٍۢ ذِى مَسْغَبَةٍۢ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Av it'amun fi yavmin zi masğabah
Mişkini Tərcüməsi: Yaxud qıtlıq və aclıq günü yemək verməkdir.
15 Əl-Bələd Surəsi, Ayə 15

يَتِيمًۭا ذَا مَقْرَبَةٍ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Yatiman za maqrabah
Mişkini Tərcüməsi: Qohum olan bir yetimə,
16 Əl-Bələd Surəsi, Ayə 16

أَوْ مِسْكِينًۭا ذَا مَتْرَبَةٍۢ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Av miskinan za matrabah
Mişkini Tərcüməsi: Və ya yerə sərilmiş bir miskinə!
17 Əl-Bələd Surəsi, Ayə 17

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Summa kana minal lazina amanu va tavasav bissabri va tavasav bilmarhamah
Mişkini Tərcüməsi: Bunlardan əlavə, iman gətirən və bir-birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
18 Əl-Bələd Surəsi, Ayə 18

أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Ula'ika As-habul maimanah
Mişkini Tərcüməsi: Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir).
19 Əl-Bələd Surəsi, Ayə 19

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا هُمْ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Vallazina kafaru bi ayatina hum as-habul Maş'amah
Mişkini Tərcüməsi: Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
20 Əl-Bələd Surəsi, Ayə 20

عَلَيْهِمْ نَارٌۭ مُّؤْصَدَةٌۢ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Alaihim narum mu'sadah
Mişkini Tərcüməsi: Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb-yandırması çoxdur, çıxış yolu isə bağlıdır).
Əvvəlki: 89. Əl-Fəcr Bütün Surələr ↑ Növbəti: 91. Əş-Şəms

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...