بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
Oxunuşu (Transkripsiya):
'Abasa va tavalla.
Mişkini Tərcüməsi:
Qaşqabağını tökdü və üz çevirdi (Üzünü turşutdu və çevirdi).
أَن جَآءَهُ ٱلْأَعْمَىٰ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
An ca-ahul 'a-ma
Mişkini Tərcüməsi:
O, kor yanına gəldiyinə görə. (Peyğəmbərin hüzuruna gəlmiş varlı bir şəxslə, yaxud İslamı qəbul etmək üçün onun yanına gəlmiş kor bir kişi ilə rəftarını bəyan edir.)
وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va ma yudrika la'allahu yaz zakka.
Mişkini Tərcüməsi:
Sən nə bilirsən? Bəlkə də o, (yaxşı əməllər etməklə günahdan) paklanacaqdır?!
أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Au yaz zak karu fatanfa 'ahuz zikra.
Mişkini Tərcüməsi:
Yaxud (haqq sözü eşitməklə) öyüd-nəsihət alacaq və bu öyüd-nəsihət ona fayda verəcəkdir (və İslama gələcəkdir)?!
أَمَّا مَنِ ٱسْتَغْنَىٰ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Amma manis tağna
Mişkini Tərcüməsi:
Amma dövlətli, yaxud özünü dövlətli və ehtiyacsız hesab edənə gəldikdə isə,
فَأَنتَ لَهُۥ تَصَدَّىٰ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Fa-anta lahu tasadda
Mişkini Tərcüməsi:
Sən onu (yaxşı) qarşılayırsan və istiqanlı rəftar edirsən!
وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va ma 'alaika alla yaz zakka.
Mişkini Tərcüməsi:
Halbuki, onun paklanmamasına (İslamı qəbul etməməsinə) görə sən məsul deyilsən.
وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va amma man ca-aka yas'a
Mişkini Tərcüməsi:
Sənin yanına gələrək (doğru yol və xeyir tapmağa) çalışan kəs,
Oxunuşu (Transkripsiya):
Vahuva yaxşa,
Mişkini Tərcüməsi:
(Özü də Allahından) qorxduğu halda,
فَأَنتَ عَنْهُ تَلَهَّىٰ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Fa-anta 'anhu talah ha.
Mişkini Tərcüməsi:
Sən ona diqqət yetirmək əvəzinə başqaları ilə məşğul olursan?!
كَلَّآ إِنَّهَا تَذْكِرَةٌۭ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Kalla innaha tazkirah
Mişkini Tərcüməsi:
Belə olmamalıdır. Bu Quran ayələri bir xatırlatma (öyüd - nəsihət)dir.
فَمَن شَآءَ ذَكَرَهُۥ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Faman şa a zakarah
Mişkini Tərcüməsi:
Kim istəsə, onun məzmununu xatırlayar (və haqq yola yetişər).
فِى صُحُفٍۢ مُّكَرَّمَةٍۢ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Fi suhufim mukar rama,
Mişkini Tərcüməsi:
(Bu Quran) çox dəyərli və şərəfli səhifələrdə və yazılardadır.
مَّرْفُوعَةٍۢ مُّطَهَّرَةٍۭ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Marfu'atim mutah hara,
Mişkini Tərcüməsi:
Uca, (batildən, ziddiyyət və ixtilafdan uzaq və) pak (səhifələrdə).
Oxunuşu (Transkripsiya):
Bi'aidi safara
Mişkini Tərcüməsi:
(Onun üzünü Lövhi-Məhfuzdan köçürən) mələklərdən ibarət olan yazanların, yaxud (onu vəhy mənbəyindən Peyğəmbərə çatdıran) mələklərdən ibarət olan elçilərin, və ya (onu dünyanın müxtəlif guşələrində qafillərə yetirən) ümmətin alimlərindən ibarət olan səfirlərin əlləri ilə.
Oxunuşu (Transkripsiya):
Kiramim bararah.
Mişkini Tərcüməsi:
(Onlar) yaxşı iş görən əzizlərdir.
قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Qutilal-insanu ma akfarah.
Mişkini Tərcüməsi:
Ölsün insan! Nə qədər də kafir və nankordur!
مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Min aiyyi şai-in Xalaq
Mişkini Tərcüməsi:
(Allahı) onu nədən yaratmışdır?
مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Min nutfah; xalaqahu faqad-darah.
Mişkini Tərcüməsi:
Onu (qarışıq, dəyərsiz) bir nütfədən yaratdı, sonra da (yaradılışının əvvəlindən kamalının zirvəsinədək kəmiyyət və keyfiyyət baxımından bütün hərəkətlərinə) bir ölçü-biçim verdi.
ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Summas sabila yas-sarah
Mişkini Tərcüməsi:
Sonra yolunu (xeyir və şər seçmək yolunu – ağıl, iradə və ixtiyar verməklə) ona asanlaşdırdı,
ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Summa amatahu fa-aqbarah
Mişkini Tərcüməsi:
Sonra onu öldürdü və qəbrə qoydu.
ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Summa iza şa-a anşarah
Mişkini Tərcüməsi:
Sonra da istədiyi vaxt onu dirildəcəkdir.
كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Kalla lamma yaqdi ma amarah.
Mişkini Tərcüməsi:
Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam-kamal surətdə) yerinə yetirməmişdir.
فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Falyanzuril insanu ila ta-amih
Mişkini Tərcüməsi:
Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!
أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّۭا
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Anna sabab nalma-a sabba.
Mişkini Tərcüməsi:
Biz suyu xüsusi bir tərzdə (yağış, qar və dolu şəklində) yağdırdıq.
ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّۭا
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Summa şa qaqnal-arda şaqqa.
Mişkini Tərcüməsi:
Sonra da yeri xüsusi bir üsulla (otların, ağacların və bulaqların halına mütənasib surətdə) yardıq.
فَأَنۢبَتْنَا فِيهَا حَبًّۭا
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Fa ambatna fiha habba
Mişkini Tərcüməsi:
Beləliklə, orada dən (müxtəlif və saysız-hesabsız növlərdə dənli bitkilər) bitirdik;
وَعِنَبًۭا وَقَضْبًۭا
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Va 'inabav-va qadba
Mişkini Tərcüməsi:
Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər;
وَزَيْتُونًۭا وَنَخْلًۭا
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va zaitunav vanax la'
Mişkini Tərcüməsi:
Zeytun və xurma ağacı;
وَحَدَآئِقَ غُلْبًۭا
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Va hada-iqa ğulba
Mişkini Tərcüməsi:
İri gövdəli və böyük ağaclarla dolu hasarlanmış bağlar;
وَفَٰكِهَةًۭ وَأَبًّۭا
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va faki hatav-va abba.
Mişkini Tərcüməsi:
Həm yaş, həm də azuqə üçün qurudulmuş meyvə və ot-ələf
مَّتَٰعًۭا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Mata'al-lakum va li-an'amikum.
Mişkini Tərcüməsi:
Sizin və heyvanlarınızın bəhrələnməyi üçündür.
فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Faiza ca-atis saxah.
Mişkini Tərcüməsi:
Beləliklə, qulaqları kar edən o nə’rə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda,
يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Yauma yafir-rul mar-u min axih
Mişkini Tərcüməsi:
O gün insan qaçar öz qardaşından;
وَأُمِّهِۦ وَأَبِيهِ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Va ummihi va abih
Mişkini Tərcüməsi:
Anasından və atasından;
وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Va sahi batihi va banih.
Mişkini Tərcüməsi:
Zövcəsindən və oğullarından.
لِكُلِّ ٱمْرِئٍۢ مِّنْهُمْ يَوْمَئِذٍۢ شَأْنٌۭ يُغْنِيهِ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Likul limri-im-minuhm yauma-izin şa nuy-yuğnih
Mişkini Tərcüməsi:
O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır.
وُجُوهٌۭ يَوْمَئِذٍۢ مُّسْفِرَةٌۭ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Vucu huny-yauma-izim-musfira;
Mişkini Tərcüməsi:
O gün bir çox üzlər parıldayacaq,
ضَاحِكَةٌۭ مُّسْتَبْشِرَةٌۭ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Dahi katum mustab şirah
Mişkini Tərcüməsi:
Güləcək və sevinəcək.
وَوُجُوهٌۭ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌۭ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Va vucuhuy yauma-izin 'alaiha ğabar a
Mişkini Tərcüməsi:
O gün bəzi üzlərdə isə toz-torpaq və küdurət olacaqdır.
تَرْهَقُهَا قَتَرَةٌ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Tarhaquha qatarah.
Mişkini Tərcüməsi:
Qaranlıq və zülmət onları bürüyəcəkdir.
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Ula-ika humul-kafa ratul-facarah.
Mişkini Tərcüməsi:
Onlar həmin kafirlər və pozğunlardır!