Oxunuşu (Transkripsiya):
Ha-Mim
Mişkini Tərcüməsi:
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Tanzilul Kitabi minal lahil-'Azizil Hakim
Mişkini Tərcüməsi:
Bu kitab yenilməz qüdrət, möhkəm yaradılış və güclü qanunlar sahibi olan Allah tərəfindən nazil edilmişdir.
مَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍۢ مُّسَمًّۭى ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Ma xalaqnas samavati val arda va ma bainahuma illa bilhaqqi va acalim musamma; vallazina kafaru 'amma unziru mu'ridun
Mişkini Tərcüməsi:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌۭ فِى ٱلسَّمَٰوَٰتِ ۖ ٱئْتُونِى بِكِتَٰبٍۢ مِّن قَبْلِ هَٰذَآ أَوْ أَثَٰرَةٍۢ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Qul ara'aytum ma tad'una min dunil lahi aruni maza xalaqu minal ardi am lahum şirkun fis samavati ituni bi kitabim min qabli haza av asaratim min 'ilmin in kuntum sadiqin
Mişkini Tərcüməsi:
De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qurandan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.
وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ وَهُمْ عَن دُعَآئِهِمْ غَٰفِلُونَ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Va man adallu mimmany yad'u min dunil lahi malla yastacibu lahu ila Yavmil Qiyamati va hum'an du'a'ihim ğafilun
Mişkini Tərcüməsi:
Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.
وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءًۭ وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَٰفِرِينَ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va iza huşiran nasu kanu lahum a'da'anv va kanu bi'ibadatihim kafirin
Mişkini Tərcüməsi:
İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. (Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.)
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍۢ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ هَٰذَا سِحْرٌۭ مُّبِينٌ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va iza tutla 'alaihim Aayatuna baiyinatin qalal lazina kafaru lilhaqqi lamma ca'ahum haza sihrum mubin
Mişkini Tərcüməsi:
Bizim aydın ayələrimiz onlara oxunan zaman kafirlər haqq və həqiqət onlara yetişəndə onun barəsində «bu aşkar bir cadudur» deyərlər.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَلَا تَمْلِكُونَ لِى مِنَ ٱللَّهِ شَيْـًٔا ۖ هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ ۖ كَفَىٰ بِهِۦ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۖ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Am yaqulunaf tarahu qul inif taraituhu fala tamlikuna li minal lahi şai'an Huva a'lamu bima tufiduna fihi kafa bihi şahidam baini va bainakum va Huval Ğafurur Rahim
Mişkini Tərcüməsi:
Yaxud «bu Quranı özündən uydurub (Allaha nisbət verib)» deyərlər. De: «Əgər onu uydurmuş olsam (və Allah mənə əzab vermək istəsə) siz mənim üçün Allah(ın əzabın)dan (onun dəf edilməsində) əsla bir şeyə malik deyilsiniz». O, sizin daxil olduqlarınızı (Quranı təkzib etməyinizi, onu cadu adlandırmağınızı) çox yaxşı bilir. Mənimlə sizin aranızda Onun şahid olması kifayətdir. Bağışlayan və mehriban Odur!
قُلْ مَا كُنتُ بِدْعًۭا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدْرِى مَا يُفْعَلُ بِى وَلَا بِكُمْ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌۭ مُّبِينٌۭ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Qul ma kuntu bid'am minal Rusuli va ma adri ma yuf'alu bi va la bikum in attabi'u illa ma yuha ilaiya ya ma ana illa nazirum mubin
Mişkini Tərcüməsi:
De: «Mən (Allahın) elçilərin(in) içərisindən (peyğəmbərlik, kitab və möcüzə iddiası edən) birinci (adam) deyiləm və (gələcəkdə dünya və axirət işlərində) mənimlə və sizinlə nə ediləcəyini bilmirəm. Mən yalnız mənə vəhy edilənə tabeyəm və yalnız aşkar qorxudanam».
10
Əl-Əhqaq Surəsi, Ayə 10
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ وَكَفَرْتُم بِهِۦ وَشَهِدَ شَاهِدٌۭ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ مِثْلِهِۦ فَـَٔامَنَ وَٱسْتَكْبَرْتُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Qul ara'aytum in kana min 'indil lahi va kafartum bihi va şahida şahidum mim Bani Isra'ila 'ala mislihi fa amana vastak bartum innal laha la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi:
De: «Mənə xəbər verin (görüm) əgər bu (Quran) Allah tərəfindən olsa və siz küfr etsəniz, İsrail övladlarından bir şahid (bəzi yəhudi alimləri) isə onun bənzərinə (Quran kimi olan və Quranın doğruluğuna şahid olan həqiqi Tövrata) şəhadət verib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizcə siz çox çətin bir azğınlıq içərisində qalmazsınızmı)?» Həqiqətən, Allah zalımları (imanın kamillik dərəcələrinə) yönəltməz.
11
Əl-Əhqaq Surəsi, Ayə 11
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًۭا مَّا سَبَقُونَآ إِلَيْهِ ۚ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفْكٌۭ قَدِيمٌۭ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Va qalal lazina kafaru lillazina amanu lav kana xairam ma sabaquna ilyh; va iz lam yahtadu bihi fasa yaquluna haza ifkun qadim
Mişkini Tərcüməsi:
Küfr edənlər iman gətirənlər barəsində dedilər: «Əgər bu (Quran və ya din) yaxşı şey olsaydı, onlar (yoxsullar və aşağı təbəqədən olanlar) onun qəbul edilməsində bizdən qabağa düşməzdilər». Onlar onun vasitəsilə hidayət olunmadıqları üçün «bu (kitab) qədim və köhnə bir yalandır» deyəcəklər.
12
Əl-Əhqaq Surəsi, Ayə 12
وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةًۭ ۚ وَهَٰذَا كِتَٰبٌۭ مُّصَدِّقٌۭ لِّسَانًا عَرَبِيًّۭا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُوا۟ وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va min qablihi kitabu Musa imamanv-va rahmah; va haza Kitabum musad diqul lisanan 'Arabiyyal liyunziral lazina zalamu va buşra lilmuhsinin
Mişkini Tərcüməsi:
(O necə uydurma ola bilər) halbuki ondan qabaq Musanın (səma) kitabı (cəmiyyətin) rəhbər(i) və mərhəmət (idi). Və bu (Quran Musanın kitabını) ərəbcə təsdiqləyən bir kitabdır ki, zülm edənləri qorxutsun və yaxşı əməl sahibləri üçün bir müjdə olsun.
13
Əl-Əhqaq Surəsi, Ayə 13
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina qalu Rabbunal lahu summas taqamu fala xavfun 'alaihim va lahum yahzanun
Mişkini Tərcüməsi:
Şübhəsiz, (qəlblərinin dərinliklərindən) «bizim Tanrımız Allahdır» deyib sonra (onun əsasında) möhkəm dayananlar üçün (axirət aləmində) nə bir qorxu var və nə də qəmgin olarlar.
14
Əl-Əhqaq Surəsi, Ayə 14
أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Ula'ika Aşabul Cannati xalidina fiha caza'am bima kano ya'malun
Mişkini Tərcüməsi:
Onlar cənnət əhlidirlər. Onlar (dünyada) etdiklərinin əvəzi olaraq orada əbədi qalacaqlar.
15
Əl-Əhqaq Surəsi, Ayə 15
وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ إِحْسَٰنًا ۖ حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًۭا وَوَضَعَتْهُ كُرْهًۭا ۖ وَحَمْلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهْرًا ۚ حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةًۭ قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًۭا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ ۖ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Va vassainal insana bivalidaihi ihsanan hamalasu ummuhu kurhanv-va vada'asu kurhanv va hamluhu va fisaluhu salasuna şahra; hatta iza balağa aşuddahu va balağo arba'ina sanatan qala Rabbi aqzi'ni an aşkura ni'matakal lati an'amta 'alaiya va 'ala validaiya va an a'mala salihan tardahu va aslih li fi zurriyyati inni tubtu ilaika va inni minal muslimin
Mişkini Tərcüməsi:
Biz insana ata-anasına (xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu(n vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub. Onun (ana bətnində) daşınması və süddən ayrılması (ana bətnində qalması ilə süd əmmə müddəti üst-üstə) otuz aydır (ki, bu ən qısa hamiləlik müddəti olan altı ay ilə ən çox süd vermək müddəti yəni iki ilin cəmidir və yaxud ən çox hamiləlik müddəti olan bir il ilə ən az süd vermək müddəti on səkkiz ayın hasilidir). Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: «Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata-anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim. Və övladlarımı mənim üçün əməlisaleh (övlad) et. Mən Sənə tərəf qayıtdım və şübhəsiz, təslim olanlardanam». (Ayə əməlisaleh mömin insan barəsindədir.)
16
Əl-Əhqaq Surəsi, Ayə 16
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا۟ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمْ فِىٓ أَصْحَٰبِ ٱلْجَنَّةِ ۖ وَعْدَ ٱلصِّدْقِ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Ula'ikal lazina nata qabbalu 'anhum ahsana ma 'amilu va natacavazu 'an saiyiatihim fi Aşabil cannati Va'das sidqil lazi kanu yu'adun
Mişkini Tərcüməsi:
Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir.
17
Əl-Əhqaq Surəsi, Ayə 17
وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّۢ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Vallazi qala livali daihi uffil lakuma ata'idanini an uxraca va qad xalatil qurunu min qabli va huma yastağisanil laha vailaka amin inna va'dal lahi haqq, fa yaqulu ma haza illa asatirul avvalin
Mişkini Tərcüməsi:
Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər): «Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır». Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir».
18
Əl-Əhqaq Surəsi, Ayə 18
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ ۖ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Ula'ikal lazina haqqa 'alaihimul qavlu fi umamin qad xalat min qablihim minal cinni val insi innahum kanu xasirin
Mişkini Tərcüməsi:
Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar.
19
Əl-Əhqaq Surəsi, Ayə 19
وَلِكُلٍّۢ دَرَجَٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۖ وَلِيُوَفِّيَهُمْ أَعْمَٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Va likullin daracatum mimma 'amilu va liyuvaf fiyahum a'malahum va hum la yuzlamun
Mişkini Tərcüməsi:
(Mömin və kafirlərin) hər biri üçün etdikləri əməllərindən qaynaqlanan (iman və küfr, səadət və bədbəxtlik, mükafat və cəza) dərəcələr(i) vardır. (Bu davranış bir sıra səbəblərə görə) və Allahın onların əməllərini(n əvəzini və ya gerçək təzahürünü) onlara kamil şəkildə verməsi üçündür. Və onlar əsla zülmə məruz qalmazlar, savabları kəsilməz yaxud cəzaları artırılmaz.
20
Əl-Əhqaq Surəsi, Ayə 20
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Va Yavma yu'radul lazina kafaru 'alan Nai ajabtum taiyibatikum fi hayatikumud dunya vastam ta'tum biha fal Yavma tuczavna 'azabal huni bima kuntum tastakbiruna fil ardi biğairil haqqi va bima kuntum tafsuqun
Mişkini Tərcüməsi:
Kafirlər oda göstəriləcəkləri gün (onlara belə deyiləcəkdir): «Siz dünya həyatınızda (günahlara batmaqla) bütün kef və ləzzətlərinizi aldınız, orada bəhrələndiniz. Odur ki, yer üzündə nahaq təkəbbür göstərdiyinizə görə və itaətsizliyinizin cəzası olaraq bu gün alçaldıcı əzabla cəzalandırılacaqsınız».
21
Əl-Əhqaq Surəsi, Ayə 21
۞ وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Vazkur axa 'Aad, iz anzara qavmahu bil Ahqafi va qad xalatin nuzuru mim baini yadaihi va min xalfihi alla ta'budu illal laha inni axafu 'alaikum 'azaba Yavmin 'azim
Mişkini Tərcüməsi:
Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman(ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi:) «Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram».
22
Əl-Əhqaq Surəsi, Ayə 22
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ ءَالِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Qalu aci'tana lita fikana 'an alihatina fatina bima ta'iduna in kunta minas sadiqin
Mişkini Tərcüməsi:
Dedilər: «Bizi öz məbudlarımızdan döndərməyə gəlmisən? Belə isə əgər doğruçulardansansa bizə vəd etdiyini (gözlənilməz və kütləvi əzabı) gətir!»
23
Əl-Əhqaq Surəsi, Ayə 23
قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Qala innamal 'ilmu indal lahi va uballiğukum ma uriltu bihi va lakinni arakum qavman tachalun
Mişkini Tərcüməsi:
Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm».
24
Əl-Əhqaq Surəsi, Ayə 24
فَلَمَّا رَأَوْهُ عَارِضًۭا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا۟ هَٰذَا عَارِضٌۭ مُّمْطِرُنَا ۚ بَلْ هُوَ مَا ٱسْتَعْجَلْتُم بِهِۦ ۖ رِيحٌۭ فِيهَا عَذَابٌ أَلِيمٌۭ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Falamma ra avhu 'aridam mustaqbila avdiyatihim qalu haza 'aridum mumtiruna; bal huva masta'caltum bihi rihun fiha 'azabun alim
Mişkini Tərcüməsi:
Beləliklə, əzabı yayılmış bulud şəklində öz dərə və gölməçələrinə üz tutmuş görəndə dedilər: «Bu, bizim üçün yağış yağdıracaq bir buluddur». (Hud dedi: «Xeyir,) əksinə, o sizin tələskənliklə istədiyinizdir, ağrılı əzabı olan bir küləkdir
25
Əl-Əhqaq Surəsi, Ayə 25
تُدَمِّرُ كُلَّ شَىْءٍۭ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا۟ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمْ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Tudammiru kulla şai'im bi-amri Rabbiha fa asbahu la yura illa masakinuhum; kazalika naczil qavmal mucrimin
Mişkini Tərcüməsi:
ki, Rəbbinin əmri ilə hər şeyi (bütün canları və mal-dövləti) həlak və məhv edəcəkdir». Beləliklə onlar elə (həlak) oldular ki, məskənlərindən başqa heç nə görünmürdü. Biz günahkarların tayfasını belə cəzalandırırıq.
26
Əl-Əhqaq Surəsi, Ayə 26
وَلَقَدْ مَكَّنَّٰهُمْ فِيمَآ إِن مَّكَّنَّٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًۭا وَأَبْصَٰرًۭا وَأَفْـِٔدَةًۭ فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va laqad makkannahum fima im makkannakum fihi vac'alna lahum sam'anv va absaranv va af'idatan fama ağna 'anhum samu'uhum va la absaruhum va la af'idatuhum min şai'in iz kanu yachaduna bi Aayatil lahi va haqa bihim ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi:
Həqiqətən, biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından) sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü.
27
Əl-Əhqaq Surəsi, Ayə 27
وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ ٱلْقُرَىٰ وَصَرَّفْنَا ٱلْءَايَٰتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ahlakna ma havlakum minal qura va sarrafnal Aayati la'allahum yarci'un
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar.
28
Əl-Əhqaq Surəsi, Ayə 28
فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ ۖ بَلْ ضَلُّوا۟ عَنْهُمْ ۚ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Falav la nasarahumul lazinat taxazu min dunil lahi qurbanan alihatam bal dallu 'anhum' va zalika ifkuhum va ma kanu yaftarun
Mişkini Tərcüməsi:
Bəs nə üçün Allahın yerinə özləri üçün (Allaha) yaxınlaşmaq məqsədi ilə götürdükləri məbudlar (həmin əzablar nazil olan zaman) onlara kömək etmədilər, əksinə onların gözlərindən itdilər?! (Bəli,) onların yalan və azğınlıqları(nın) və uydurduqları(nın nəticəsi) bu idi.
29
Əl-Əhqaq Surəsi, Ayə 29
وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًۭا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ ۖ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va iz sarafina ilaika nafaram minal cinni yastami'unal Qurana falamma hadaruhu qalu ansitu falamma qudiya vallav ila qavmihim munzirin
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qurana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (bir-birlərinə) dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Quran oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar.
30
Əl-Əhqaq Surəsi, Ayə 30
قَالُوا۟ يَٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍۢ مُّسْتَقِيمٍۢ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya qavmana inna sami'na Kitaban unzila mim ba'di Musa musaddiqal lima baina yadihi yahdi ilal haqqi va ila Tariqim Mustaqim
Mişkini Tərcüməsi:
Dedilər: «Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil olub özündən əvvəlkiləri (keçmiş peyğəmbərləri və onların səma kitablarını) təsdiqləyən, haqqa və (əqidə, əxlaq və əməldə) doğru yola yönəldən bir kitab dinlədik».
31
Əl-Əhqaq Surəsi, Ayə 31
يَٰقَوْمَنَآ أَجِيبُوا۟ دَاعِىَ ٱللَّهِ وَءَامِنُوا۟ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍۢ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Ya qavmana acibu da'iyal lahi va aminu bihi yağfir lakum min zunubikum va yucirkum min 'azabin alim
Mişkini Tərcüməsi:
«Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin».
32
Əl-Əhqaq Surəsi, Ayə 32
وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍۢ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Va mal la yucib da'iyal lahi falaisa bimu'cizin fil ardi va laisa lahu min dunihi avliya'; ula ika fi dalalim mubin
Mişkini Tərcüməsi:
Kim Allahın dəvətçisini qəbul etməsə, yer üzündə (Allahı) əsla aciz qoya bilməyəcəkdir (Onun səltənətindən qaça və və ya daha üstün qüdrətə sığına bilməyəcəkdir). Onun Allahdan başqa başçı və yardımçıları yoxdur. Belələri aşkar azğınlıq içərisindədirlər.
33
Əl-Əhqaq Surəsi, Ayə 33
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْۦِىَ ٱلْمَوْتَىٰ ۚ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Avalam yarav annal lahal lazi xalaqas samavati val larda va lam ya'ya bixal qihinna biqadirin 'ala anyyuhiyal mavta; bala innahu 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi:
Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını (qəlb gözü ilə) görmürlər? Bəli, (görürlər və bilirlər ki,) şübhəsiz, O hər şeyə qadirdir.
34
Əl-Əhqaq Surəsi, Ayə 34
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ ۖ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va Yavma yu'radul lazina kafaru 'alan nari alaisa haza bil haqq; qalu bala va Rabbina; qala fazuqul 'azaba bima kuntum takfurun
Mişkini Tərcüməsi:
Kafirlər (Cəhənnəm) od(un)a göstərilən gün (onlara deyiləcək): «Məgər bu haqq deyil?» Onlar deyəcəklər: «Bəli, and olsun Rəbbimizə (ki, haqdır)». (Allah) buyuracaq: «Belə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
35
Əl-Əhqaq Surəsi, Ayə 35
فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ ۚ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّن نَّهَارٍۭ ۚ بَلَٰغٌۭ ۚ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَٰسِقُونَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Fasbir kama sabara ulul 'azmi minar Rusuli va la tasta'cil lahum; ka annahum Yavma yaravna ma yu'aduna lam yalbasu illa sa'atam min nahar; balağ; fahal yuhlaku illal qavmul fasiqun
Mişkini Tərcüməsi:
Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi - Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!