6

Əl-Ənam Surəsi

165 Ayə 7-ci Cüz Məkkə
سُورَةُ الأنعام Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 6 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Ənam Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Ənam Surəsi, Ayə 1

ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَٰتِ وَٱلنُّورَ ۖ ثُمَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ يَعْدِلُونَ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Alhamdu lillahil lazi xalaqas samavati val arda va ca'alaz zulumati vannur; summal lazina kafaru bi Rabbihim ya'dilun
Mişkini Tərcüməsi: Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
2 Əl-Ənam Surəsi, Ayə 2

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن طِينٍۢ ثُمَّ قَضَىٰٓ أَجَلًۭا ۖ وَأَجَلٌۭ مُّسَمًّى عِندَهُۥ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Huval lazi xalaqakum min tinin summa qada acalanv va acalum musamman 'indahu summa antum tamtarun
Mişkini Tərcüməsi: Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhvisbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.
3 Əl-Ənam Surəsi, Ayə 3

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va Huval lahu fissamavati va fil ardi ya'lamu sirrakum va cahrakum va ya'lamu ma taksibun
Mişkini Tərcüməsi: Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
4 Əl-Ənam Surəsi, Ayə 4

وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍۢ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va ma tatihim min Aayatim min Aayati Rabbihim illa kanu 'anha mu'ridin
Mişkini Tərcüməsi: Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.
5 Əl-Ənam Surəsi, Ayə 5

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ ۖ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Faqad kazzabu bilhaqqi lamma ca'ahum fasavfa yatihim amba'u ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi: Həqiqətən, onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.
6 Əl-Ənam Surəsi, Ayə 6

أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍۢ مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ مَا لَمْ نُمَكِّن لَّكُمْ وَأَرْسَلْنَا ٱلسَّمَآءَ عَلَيْهِم مِّدْرَارًۭا وَجَعَلْنَا ٱلْأَنْهَٰرَ تَجْرِى مِن تَحْتِهِمْ فَأَهْلَكْنَٰهُم بِذُنُوبِهِمْ وَأَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Alam yarav kam ahlakna min qablihim min qarnim makkannahum fil ardi ma lam numakkil lakum va arsalnas sama'a 'alaihim midraranv va ca'alnal anhara tacri min tahtihim fa ahlak nahum bizunubihim va anşana mim ba'dihim qarnan axarin
Mişkini Tərcüməsi: Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.
7 Əl-Ənam Surəsi, Ayə 7

وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَٰبًۭا فِى قِرْطَاسٍۢ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va lav nazzalna 'alaika Kitaban fi qirtasin falamasuhu bi aidihim laqalal lazina kafaru in haza illa sihrum mubin
Mişkini Tərcüməsi: Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.
8 Əl-Ənam Surəsi, Ayə 8

وَقَالُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ مَلَكٌۭ ۖ وَلَوْ أَنزَلْنَا مَلَكًۭا لَّقُضِىَ ٱلْأَمْرُ ثُمَّ لَا يُنظَرُونَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va qalu lav la unzila alaihi malakunv va lav anzalna malakal laqudiyal amru summa la yunzarun
Mişkini Tərcüməsi: Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.
9 Əl-Ənam Surəsi, Ayə 9

وَلَوْ جَعَلْنَٰهُ مَلَكًۭا لَّجَعَلْنَٰهُ رَجُلًۭا وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va lav ca'alnahu malakal laca'alnahu raculanv va lalabasna 'alaihim ma yalbisun
Mişkini Tərcüməsi: Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).
10 Əl-Ənam Surəsi, Ayə 10

وَلَقَدِ ٱسْتُهْزِئَ بِرُسُلٍۢ مِّن قَبْلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُوا۟ مِنْهُم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va laqadis tuhzi'a bi-Rusulim min qablika fahaqa billazina saxiru minhum ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi: Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.
11 Əl-Ənam Surəsi, Ayə 11

قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ ثُمَّ ٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Qul siru fil ardi summan zuru kaifa kana 'aqibatul mukazzibin
Mişkini Tərcüməsi: De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»
12 Əl-Ənam Surəsi, Ayə 12

قُل لِّمَن مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُل لِّلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۚ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Qul limam ma fis samavati val ardi qul lillah; kataba 'ala nafsihir rahmah; la yacma 'annakum ila Yavmil Qiyamati la raiba fih; allazina xasiru anfusahum fahum la yu'minun
Mişkini Tərcüməsi: De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
13 Əl-Ənam Surəsi, Ayə 13

۞ وَلَهُۥ مَا سَكَنَ فِى ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va lahu ma sakana fillaili vannahar; va Huvas Sami'ul Alim
Mişkini Tərcüməsi: Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!
14 Əl-Ənam Surəsi, Ayə 14

قُلْ أَغَيْرَ ٱللَّهِ أَتَّخِذُ وَلِيًّۭا فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّىٓ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Qul ağairal lahi attaxizu valiyyan fatiris samavati val ardi va Huva yut'imu va la yut'am; qul inni umirtu an akuna avvala man salama va la takunanna minal muşrikin
Mişkini Tərcüməsi: De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!» De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».
15 Əl-Ənam Surəsi, Ayə 15

قُلْ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Qul inni axafu in 'asaitu Rabbi 'azaba Yavmin 'Azim
Mişkini Tərcüməsi: De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram».
16 Əl-Ənam Surəsi, Ayə 16

مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمَهُۥ ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْمُبِينُ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Mai yusraf 'anhu Yavma'izin faqad rahimah; va zalikal favzul mubin
Mişkini Tərcüməsi: (O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!
17 Əl-Ənam Surəsi, Ayə 17

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يَمْسَسْكَ بِخَيْرٍۢ فَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va iny-yamsaskal lahu bidurrin fala kaşifa lahu illa Huva va iny-yamsaska bixairin fa Huva 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi: Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.
18 Əl-Ənam Surəsi, Ayə 18

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va Huval gahiru favqa 'ibadih; va Huval Hakimul Xabir
Mişkini Tərcüməsi: Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
19 Əl-Ənam Surəsi, Ayə 19

قُلْ أَىُّ شَىْءٍ أَكْبَرُ شَهَٰدَةًۭ ۖ قُلِ ٱللَّهُ ۖ شَهِيدٌۢ بَيْنِى وَبَيْنَكُمْ ۚ وَأُوحِىَ إِلَىَّ هَٰذَا ٱلْقُرْءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ ٱللَّهِ ءَالِهَةً أُخْرَىٰ ۚ قُل لَّآ أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَإِنَّنِى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Qul ayyu şai'in akbaru şahadatan qulil lahu şahidum baini va bainakum; va uhiya ilaiya hazal Qur'anu li unzirakum bihi va mam balağ; a'innakum lataşhaduna anna ma'al lahi alihatan uxra; qul la aşhad; qul innama Huva Ilahunv Vahidunv va innani bari'um mimma tuşrikun
Mişkini Tərcüməsi: (Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən, O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam».
20 Əl-Ənam Surəsi, Ayə 20

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْرِفُونَهُۥ كَمَا يَعْرِفُونَ أَبْنَآءَهُمُ ۘ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Allazina ataina humul Kitaba ya'rifunahu kama ya'rifuna abna'ahum; allazina xasiru anfusahum fahum la yu'minun
Mişkini Tərcüməsi: (Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
21 Əl-Ənam Surəsi, Ayə 21

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va man azlamu mim manif tara 'alal lahi kaziban av kazzaba bi Aayatih; innahu la yuflihuz zalimun
Mişkini Tərcüməsi: Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.
22 Əl-Ənam Surəsi, Ayə 22

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوٓا۟ أَيْنَ شُرَكَآؤُكُمُ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va yavma nahşuruhum cami'an summa naqulu lillazina aşraku ayna şuraka' ukumul lazina kuntum taz'umun
Mişkini Tərcüməsi: (Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.
23 Əl-Ənam Surəsi, Ayə 23

ثُمَّ لَمْ تَكُن فِتْنَتُهُمْ إِلَّآ أَن قَالُوا۟ وَٱللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Summa lam takun fitnatuhum illa an qalu vallahi Rabbina ma kunna muşrikin
Mişkini Tərcüməsi: Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır.
24 Əl-Ənam Surəsi, Ayə 24

ٱنظُرْ كَيْفَ كَذَبُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Unzur kaifa kazabu 'ala anfusihim, va dalla 'anhum ma kanu yaftarun
Mişkini Tərcüməsi: Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!
25 Əl-Ənam Surəsi, Ayə 25

وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِن يَرَوْا۟ كُلَّ ءَايَةٍۢ لَّا يُؤْمِنُوا۟ بِهَا ۚ حَتَّىٰٓ إِذَا جَآءُوكَ يُجَٰدِلُونَكَ يَقُولُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va minhum mai yastami'u ilaika va ca'alna 'ala qulubihim akinnatan ai yafqahuhu va fi azanihim vaqra; va ai yarav kulla Aayatil la yu'minu biha; hatta iza ca'oka yucadilunaka yaqulul lazina kafaru in haza illa asatirul avvalin
Mişkini Tərcüməsi: Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.
26 Əl-Ənam Surəsi, Ayə 26

وَهُمْ يَنْهَوْنَ عَنْهُ وَيَنْـَٔوْنَ عَنْهُ ۖ وَإِن يُهْلِكُونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va hum yanhavna 'anhu va yan'avna 'anhu va iny yuhlikuna illa anfusahum va ma yaş'urun
Mişkini Tərcüməsi: Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).
27 Əl-Ənam Surəsi, Ayə 27

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَى ٱلنَّارِ فَقَالُوا۟ يَٰلَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِـَٔايَٰتِ رَبِّنَا وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va lav tara iz vauqifu 'alan Nari faqalu ya laitana nuraddu va la nukaz ziba bi Aayati Rabbina va nakuna minal mu'minin
Mişkini Tərcüməsi: Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.
28 Əl-Ənam Surəsi, Ayə 28

بَلْ بَدَا لَهُم مَّا كَانُوا۟ يُخْفُونَ مِن قَبْلُ ۖ وَلَوْ رُدُّوا۟ لَعَادُوا۟ لِمَا نُهُوا۟ عَنْهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Bal bada lahum ma kanu yuxfuna min qablu va lav ruddu la'adu lima nuhu 'anhu va innahum lakazibun
Mişkini Tərcüməsi: (Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.
29 Əl-Ənam Surəsi, Ayə 29

وَقَالُوٓا۟ إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va qalu in hiya illa hayatunad dunya va ma nahnu bimab'usin
Mişkini Tərcüməsi: Və (elə onlar) «bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik» dedilər.
30 Əl-Ənam Surəsi, Ayə 30

وَلَوْ تَرَىٰٓ إِذْ وُقِفُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ قَالَ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ ۚ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا ۚ قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va lav tara iz vuqifu 'ala Rabbihim; qala alaisa haza bilhaqq; qalu bala va Rabbina; qala fazuqul 'azaba bima kuntum takfurun
Mişkini Tərcüməsi: Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»
31 Əl-Ənam Surəsi, Ayə 31

قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ قَالُوا۟ يَٰحَسْرَتَنَا عَلَىٰ مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَىٰ ظُهُورِهِمْ ۚ أَلَا سَآءَ مَا يَزِرُونَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Qad xasiral lazina kazzabu biliqa'il lahi hatta iza ca'at humus Sa'atu bağtan qalu ya hasratana 'ala ma farratna fiha va hum yahmiluna avzarahum 'ala zuhurihim; ala sa'a ma yazirun
Mişkini Tərcüməsi: Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizə!» deyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə də pisdir!
32 Əl-Ənam Surəsi, Ayə 32

وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا لَعِبٌۭ وَلَهْوٌۭ ۖ وَلَلدَّارُ ٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّلَّذِينَ يَتَّقُونَ ۗ أَفَلَا تَعْقِلُونَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va mal hayatud dunya illa la'ibunv va lahvunv va lad Darul Aaxiratu kahyrul lillazina yattaqun; afala ta'qilun
Mişkini Tərcüməsi: Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?
33 Əl-Ənam Surəsi, Ayə 33

قَدْ نَعْلَمُ إِنَّهُۥ لَيَحْزُنُكَ ٱلَّذِى يَقُولُونَ ۖ فَإِنَّهُمْ لَا يُكَذِّبُونَكَ وَلَٰكِنَّ ٱلظَّٰلِمِينَ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Qad na'lamu innahu layahzunukal lazi yaquluna fa innahum la yukazzibunaka va lakinnaz zalimina bi Aayatil lahi yachadun
Mişkini Tərcüməsi: Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.
34 Əl-Ənam Surəsi, Ayə 34

وَلَقَدْ كُذِّبَتْ رُسُلٌۭ مِّن قَبْلِكَ فَصَبَرُوا۟ عَلَىٰ مَا كُذِّبُوا۟ وَأُوذُوا۟ حَتَّىٰٓ أَتَىٰهُمْ نَصْرُنَا ۚ وَلَا مُبَدِّلَ لِكَلِمَٰتِ ٱللَّهِ ۚ وَلَقَدْ جَآءَكَ مِن نَّبَإِى۟ ٱلْمُرْسَلِينَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va laqad kuzzibat Rusulum min qablika fasabaru 'ala ma kuzzibu va uzu hatta atahum nasruna; va la mubaddila li Kalimatil lah; va laqad ca'aka min naba'il mursalin
Mişkini Tərcüməsi: Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə, onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.
35 Əl-Ənam Surəsi, Ayə 35

وَإِن كَانَ كَبُرَ عَلَيْكَ إِعْرَاضُهُمْ فَإِنِ ٱسْتَطَعْتَ أَن تَبْتَغِىَ نَفَقًۭا فِى ٱلْأَرْضِ أَوْ سُلَّمًۭا فِى ٱلسَّمَآءِ فَتَأْتِيَهُم بِـَٔايَةٍۢ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَجَمَعَهُمْ عَلَى ٱلْهُدَىٰ ۚ فَلَا تَكُونَنَّ مِنَ ٱلْجَٰهِلِينَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Va in kana kabura 'alaika i'raduhum fa inistata'ta an tabtağiya nafaqan fil ardi av sullaman fis sama'i fata tiyahum bi Aayah; va lav şa'al lahu lacama'ahum 'alal huda; fala takunanna minal cahilin
Mişkini Tərcüməsi: Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcuriyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.
36 Əl-Ənam Surəsi, Ayə 36

۞ إِنَّمَا يَسْتَجِيبُ ٱلَّذِينَ يَسْمَعُونَ ۘ وَٱلْمَوْتَىٰ يَبْعَثُهُمُ ٱللَّهُ ثُمَّ إِلَيْهِ يُرْجَعُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Innama yastacibul lazina yasma'un; valmavta yab'asuhumul lahu summa ilaihi yurca'un
Mişkini Tərcüməsi: Həqiqətən, (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.
37 Əl-Ənam Surəsi, Ayə 37

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۚ قُلْ إِنَّ ٱللَّهَ قَادِرٌ عَلَىٰٓ أَن يُنَزِّلَ ءَايَةًۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va qalu lav la nuzzila 'alaihi Aayatum mir Rabbih; qul innal laha qadirun 'ala ai yunazzila Aayatanv va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: (Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır)».
38 Əl-Ənam Surəsi, Ayə 38

وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا طَٰٓئِرٍۢ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّآ أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِى ٱلْكِتَٰبِ مِن شَىْءٍۢ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va ma min dabbatin fil ardi va la ta'iriny yatiru bicanahaihi illa umamun amsalukum; ma farratna fil Kitabi min şai'in summa ila Rabbihim yuhşarun
Mişkini Tərcüməsi: Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.
39 Əl-Ənam Surəsi, Ayə 39

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا صُمٌّۭ وَبُكْمٌۭ فِى ٱلظُّلُمَٰتِ ۗ مَن يَشَإِ ٱللَّهُ يُضْلِلْهُ وَمَن يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Vallazina kazzabu bi Aayatina summunv va bukmun fiz zulumat; mai yaşa il lahu yudlilh; va mai yaşa yac'alhu 'ala Siratim Mustaqim
Mişkini Tərcüməsi: Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.
40 Əl-Ənam Surəsi, Ayə 40

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ أَوْ أَتَتْكُمُ ٱلسَّاعَةُ أَغَيْرَ ٱللَّهِ تَدْعُونَ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Qaul ara'aytakum in atakum 'azabul lahi av atatkumus Sa'atu a-ğairal lahi tad'una in kuntum sadiqin
Mişkini Tərcüməsi: De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»
41 Əl-Ənam Surəsi, Ayə 41

بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِن شَآءَ وَتَنسَوْنَ مَا تُشْرِكُونَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Bal iyyahu tad'una fa yakşifu ma tad'una ilaihi in şa'a va tansavna ma tuşrikun
Mişkini Tərcüməsi: Əksinə, yalnız Onu çağıracaqsınız – O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır – və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.
42 Əl-Ənam Surəsi, Ayə 42

وَلَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍۢ مِّن قَبْلِكَ فَأَخَذْنَٰهُم بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَتَضَرَّعُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna ila umamim min qablika fa axaznahum bilbasa'i vaddarra'i la'allahum yata darra'un
Mişkini Tərcüməsi: Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.
43 Əl-Ənam Surəsi, Ayə 43

فَلَوْلَآ إِذْ جَآءَهُم بَأْسُنَا تَضَرَّعُوا۟ وَلَٰكِن قَسَتْ قُلُوبُهُمْ وَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Falav la iz ca'ahum basuna tadarra'u va lakin qasat qulubuhum va zaiyana lahumuş Şaitanu ma kanu ya'malun
Mişkini Tərcüməsi: Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.
44 Əl-Ənam Surəsi, Ayə 44

فَلَمَّا نَسُوا۟ مَا ذُكِّرُوا۟ بِهِۦ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَٰبَ كُلِّ شَىْءٍ حَتَّىٰٓ إِذَا فَرِحُوا۟ بِمَآ أُوتُوٓا۟ أَخَذْنَٰهُم بَغْتَةًۭ فَإِذَا هُم مُّبْلِسُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Falamma nasu ma zukkiru bihi fatahna 'alaihim abvaba kulli şai'in hatta iza farihu bima utu axaznahum bağtatan fa iza hum mmublisun
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.
45 Əl-Ənam Surəsi, Ayə 45

فَقُطِعَ دَابِرُ ٱلْقَوْمِ ٱلَّذِينَ ظَلَمُوا۟ ۚ وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Faquti'a dabirul qavmil lazina zalamu; valhamdu lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi: Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.
46 Əl-Ənam Surəsi, Ayə 46

قُلْ أَرَءَيْتُمْ إِنْ أَخَذَ ٱللَّهُ سَمْعَكُمْ وَأَبْصَٰرَكُمْ وَخَتَمَ عَلَىٰ قُلُوبِكُم مَّنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِهِ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ ثُمَّ هُمْ يَصْدِفُونَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aitum in axazal lahu sam'akum va absarakum va xatama 'ala qulubikum man ilahun ğairul lahi yatikum bih; unzur kaifa nusarriful Aayati summa hum yasdifun
Mişkini Tərcüməsi: De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.
47 Əl-Ənam Surəsi, Ayə 47

قُلْ أَرَءَيْتَكُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُ ٱللَّهِ بَغْتَةً أَوْ جَهْرَةً هَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلظَّٰلِمُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aitakum in atakum 'azabul lahi bağtatan av cahratan hal yuhlaku illal qavmuz zalimun
Mişkini Tərcüməsi: De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)
48 Əl-Ənam Surəsi, Ayə 48

وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ ۖ فَمَنْ ءَامَنَ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va ma nursilul mursalina illa mubaşşirina va munzirina faman amana va aslaha fala xavfun 'alaihim va la hum yahzanun
Mişkini Tərcüməsi: Biz Öz peyğəmbərlərimizi yalnız mücdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.
49 Əl-Ənam Surəsi, Ayə 49

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا يَمَسُّهُمُ ٱلْعَذَابُ بِمَا كَانُوا۟ يَفْسُقُونَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Vallazina kazzabu bi Aayatina yamassuhumul 'azabu bima kanu yafsuqun
Mişkini Tərcüməsi: Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.
50 Əl-Ənam Surəsi, Ayə 50

قُل لَّآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ لَكُمْ إِنِّى مَلَكٌ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ ۚ أَفَلَا تَتَفَكَّرُونَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Qul la aqulu lakum 'indi xaza'inul lahi va la a'lamul ğaiba va la aqulu lakum inni malakun in attabi'u illa ma yuha ilaiy; qul hal yastavil a'ma valbasir; afala tatafakkarun
Mişkini Tərcüməsi: De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)». De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»
51 Əl-Ənam Surəsi, Ayə 51

وَأَنذِرْ بِهِ ٱلَّذِينَ يَخَافُونَ أَن يُحْشَرُوٓا۟ إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُم مِّن دُونِهِۦ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ لَّعَلَّهُمْ يَتَّقُونَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va anzir bihil lazina yaxafuna ai yuhşaru ila Rabbihim laisa lahum min dunihi valiyyunv va la şafi'ul la'allahum yattaqun
Mişkini Tərcüməsi: Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.
52 Əl-Ənam Surəsi, Ayə 52

وَلَا تَطْرُدِ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ ۖ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِّن شَىْءٍۢ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ ٱلظَّٰلِمِينَ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Va la tatrudil lazina yad'una Rabbahum bilğadati val 'aşiyyi yuriduna Vachahu ma 'alaika min hisabihim min şai'inv va ma min hisabika 'alaihim min şai'in fatatrudahum fatakuna minaz zalimin
Mişkini Tərcüməsi: Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
53 Əl-Ənam Surəsi, Ayə 53

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُم بِبَعْضٍۢ لِّيَقُولُوٓا۟ أَهَٰٓؤُلَآءِ مَنَّ ٱللَّهُ عَلَيْهِم مِّنۢ بَيْنِنَآ ۗ أَلَيْسَ ٱللَّهُ بِأَعْلَمَ بِٱلشَّٰكِرِينَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va kazalika fatanna ba'dahum biba'dil liyaqulu aha'ula'i mannal lahu 'alaihim mim bainina; alaisal lahu bi-a'lama biş şakirin
Mişkini Tərcüməsi: Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?
54 Əl-Ənam Surəsi, Ayə 54

وَإِذَا جَآءَكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِـَٔايَٰتِنَا فَقُلْ سَلَٰمٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ ۖ أَنَّهُۥ مَنْ عَمِلَ مِنكُمْ سُوٓءًۢا بِجَهَٰلَةٍۢ ثُمَّ تَابَ مِنۢ بَعْدِهِۦ وَأَصْلَحَ فَأَنَّهُۥ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Va iza ca'akal lazina yu'minuna bi Aayatina faqul salamun 'alaikum kataba Rabbukum 'ala nafsihir rahmata annahu man 'amila minkum su'am bicahalatin summa taba mim ba'dihi va aslaha fa annahu Ğafurur Rahim
Mişkini Tərcüməsi: Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de. 6|55|Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.
56 Əl-Ənam Surəsi, Ayə 56

قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۚ قُل لَّآ أَتَّبِعُ أَهْوَآءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًۭا وَمَآ أَنَا۠ مِنَ ٱلْمُهْتَدِينَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Qul inni nuhitu an a'budal lazina tad'una min dunil lah; qul la attabi'u ahva'akum qad dalaltu izanv va ma ana minal muhtadin
Mişkini Tərcüməsi: De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram».
57 Əl-Ənam Surəsi, Ayə 57

قُلْ إِنِّى عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَكَذَّبْتُم بِهِۦ ۚ مَا عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦٓ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ ٱلْحَقَّ ۖ وَهُوَ خَيْرُ ٱلْفَٰصِلِينَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Qul inni 'ala baiyinatim mir Rabbi va kazzabtum bih; ma 'indi ma tasta'ciluna bih; inil hukmu illa lillahi yaqussul haqqa va Huva xairul fasilin
Mişkini Tərcüməsi: De: «Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır».
58 Əl-Ənam Surəsi, Ayə 58

قُل لَّوْ أَنَّ عِندِى مَا تَسْتَعْجِلُونَ بِهِۦ لَقُضِىَ ٱلْأَمْرُ بَيْنِى وَبَيْنَكُمْ ۗ وَٱللَّهُ أَعْلَمُ بِٱلظَّٰلِمِينَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Qul lav anna 'indi ma tasta'ciluna bihi laqudiyal amru baini va bainakum; vallahu a'lamu bizzalimin
Mişkini Tərcüməsi: De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir)».
59 Əl-Ənam Surəsi, Ayə 59

۞ وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍۢ فِى ظُلُمَٰتِ ٱلْأَرْضِ وَلَا رَطْبٍۢ وَلَا يَابِسٍ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍۢ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Va 'indahu mafatihul ğaibi la ya'lamuha illa Hu; va ya'lamu ma fil barri valbahr; va ma tasqutu minv varaqatin illa ya'lamuha va la habbatin fi zulumatil ardi va la ratbinv va la yabisin illa fi Kitabim Mubin
Mişkini Tərcüməsi: Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.
60 Əl-Ənam Surəsi, Ayə 60

وَهُوَ ٱلَّذِى يَتَوَفَّىٰكُم بِٱلَّيْلِ وَيَعْلَمُ مَا جَرَحْتُم بِٱلنَّهَارِ ثُمَّ يَبْعَثُكُمْ فِيهِ لِيُقْضَىٰٓ أَجَلٌۭ مُّسَمًّۭى ۖ ثُمَّ إِلَيْهِ مَرْجِعُكُمْ ثُمَّ يُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi yatavaf fakum billaili va ya'lamu ma carahtum binnahari summa yab'asukum fi liyuqda acalum musamman summa ilaihi marci'ukum summa yunabbi 'ukum bima kuntum ta'malun
Mişkini Tərcüməsi: Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.
61 Əl-Ənam Surəsi, Ayə 61

وَهُوَ ٱلْقَاهِرُ فَوْقَ عِبَادِهِۦ ۖ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَكُمُ ٱلْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Va huval qahiru favqa 'ibadihi va yursilu 'alaikum hafazatan hatta iza ca'a ahadakumul mavtu tavaffasu rusuluna va hum la yufarritun
Mişkini Tərcüməsi: Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.
62 Əl-Ənam Surəsi, Ayə 62

ثُمَّ رُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۚ أَلَا لَهُ ٱلْحُكْمُ وَهُوَ أَسْرَعُ ٱلْحَٰسِبِينَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Summa ruddu ilallahi mavlahumul haqq; ala lahul hukmu va Huva asra'ul hasibin
Mişkini Tərcüməsi: Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.
63 Əl-Ənam Surəsi, Ayə 63

قُلْ مَن يُنَجِّيكُم مِّن ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ تَدْعُونَهُۥ تَضَرُّعًۭا وَخُفْيَةًۭ لَّئِنْ أَنجَىٰنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Qul mai yunaccikum min zulumatil barri valbahri tad'unahu tadarru'anv va xufyatann la'in ancana min hazihi lanakunana minaş şakirin
Mişkini Tərcüməsi: De: «Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?»
64 Əl-Ənam Surəsi, Ayə 64

قُلِ ٱللَّهُ يُنَجِّيكُم مِّنْهَا وَمِن كُلِّ كَرْبٍۢ ثُمَّ أَنتُمْ تُشْرِكُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Qulil lahu yunacccikum minha va min kulli karbin summa antum tuşrikun
Mişkini Tərcüməsi: De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!»
65 Əl-Ənam Surəsi, Ayə 65

قُلْ هُوَ ٱلْقَادِرُ عَلَىٰٓ أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًۭا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعًۭا وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ ۗ ٱنظُرْ كَيْفَ نُصَرِّفُ ٱلْءَايَٰتِ لَعَلَّهُمْ يَفْقَهُونَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Qul huval Qadiru 'ala ai yab'asa 'alaikum 'azabam min favqikum av min tahti arculikum av yalbisakum şiya'anv va yuziqa ba'dakum basa ba'd; unzur kaifa nusarriful Aayati la'allahum yafqahun
Mişkini Tərcüməsi: De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir». Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.
66 Əl-Ənam Surəsi, Ayə 66

وَكَذَّبَ بِهِۦ قَوْمُكَ وَهُوَ ٱلْحَقُّ ۚ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍۢ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Va kaz zaba bihi qavmuka va huval haqq; qul lastu'alaikum bivakil
Mişkini Tərcüməsi: Sənin qövmün onu (Quranı) haqq olmasına baxmayaraq təkzib etdi. De: «Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır)».
67 Əl-Ənam Surəsi, Ayə 67

لِّكُلِّ نَبَإٍۢ مُّسْتَقَرٌّۭ ۚ وَسَوْفَ تَعْلَمُونَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Likulli naba im mustaqar runv va savfa ta'lamun
Mişkini Tərcüməsi: (Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.
68 Əl-Ənam Surəsi, Ayə 68

وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦ ۚ وَإِمَّا يُنسِيَنَّكَ ٱلشَّيْطَٰنُ فَلَا تَقْعُدْ بَعْدَ ٱلذِّكْرَىٰ مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Va iza ra aital lazina yaxuduna fi Aayatina fa a'rid 'anhum hatta yakxudu fi hadisin ğairih; va imma yunsiyannakaş Şaitanu fala taq'ud ba'dazzikra ma'al qavmiz zalimin
Mişkini Tərcüməsi: Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma.
69 Əl-Ənam Surəsi, Ayə 69

وَمَا عَلَى ٱلَّذِينَ يَتَّقُونَ مِنْ حِسَابِهِم مِّن شَىْءٍۢ وَلَٰكِن ذِكْرَىٰ لَعَلَّهُمْ يَتَّقُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Va ma 'alal lazina yattaquna min hisabihim min şai'inv va lakin zikra la'allahum yattaqun
Mişkini Tərcüməsi: Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.
70 Əl-Ənam Surəsi, Ayə 70

وَذَرِ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَعِبًۭا وَلَهْوًۭا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ وَذَكِّرْ بِهِۦٓ أَن تُبْسَلَ نَفْسٌۢ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ وَلِىٌّۭ وَلَا شَفِيعٌۭ وَإِن تَعْدِلْ كُلَّ عَدْلٍۢ لَّا يُؤْخَذْ مِنْهَآ ۗ أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أُبْسِلُوا۟ بِمَا كَسَبُوا۟ ۖ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Va zaril lazinat taxazu dinahum la'ibanvva lahvanv va ğarrat humul ha yatud dunya; va zakkir bihi an tubsala nafsum bima kasabat laisa laha min dunil lahi valiyyunv va la şafi'unv va in ta'dil kulla 'adlil la yu'xaz minha; ula 'ikal lazina ubsilu bima kasabu lahum şarabum min hamiminv va 'azabun alimum bima kanu yakkfurun
Mişkini Tərcüməsi: Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (İlahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (İlahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.
71 Əl-Ənam Surəsi, Ayə 71

قُلْ أَنَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَىٰٓ أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَىٰنَا ٱللَّهُ كَٱلَّذِى ٱسْتَهْوَتْهُ ٱلشَّيَٰطِينُ فِى ٱلْأَرْضِ حَيْرَانَ لَهُۥٓ أَصْحَٰبٌۭ يَدْعُونَهُۥٓ إِلَى ٱلْهُدَى ٱئْتِنَا ۗ قُلْ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلْهُدَىٰ ۖ وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Qul anad'u min dunil lahi ma la yanfa'una va la yadurruna va nuraddu 'ala a'qabina ba'da iz hadanal lahu kallazis tahvat huş Şayatinu fil ardi hairana lahu aşabuny yad'u nahu ilal huda' tina; qul inna hudal lahi huval huda va umirna linuslima li Rabbil 'alamin
Mişkini Tərcüməsi: De: «Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur».
72 Əl-Ənam Surəsi, Ayə 72

وَأَنْ أَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّقُوهُ ۚ وَهُوَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Va an aqimus Salata vattaquh; va Hual lazi ilaihi tuhşarun
Mişkini Tərcüməsi: «Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız».
73 Əl-Ənam Surəsi, Ayə 73

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۖ وَيَوْمَ يَقُولُ كُن فَيَكُونُ ۚ قَوْلُهُ ٱلْحَقُّ ۚ وَلَهُ ٱلْمُلْكُ يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ ۚ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ۚ وَهُوَ ٱلْحَكِيمُ ٱلْخَبِيرُ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va an Huval lazi xalaqas samavati val arda bilhaqq; va Yavma yaqulu kun fa yakun; Qavluhul haqq; va lahul mulku Yavma yunfaxu fis Sur; 'Aalimul Ğaibi vaş şahadah; va Huval Hakimul Xabir
Mişkini Tərcüməsi: Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!
74 Əl-Ənam Surəsi, Ayə 74

۞ وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً ۖ إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Va iz qala Ibrahimu li abihi Aazara a-tattaxizu asnaman alihatan inni araka va qavmaka fi dalalim mmubin
Mişkini Tərcüməsi: (Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da, mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».
75 Əl-Ənam Surəsi, Ayə 75

وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Va kazalika nuri Ibrahima malakutas samavati val ardi va liyakuna minal muqinin
Mişkini Tərcüməsi: Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.
76 Əl-Ənam Surəsi, Ayə 76

فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًۭا ۖ قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْءَافِلِينَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Falamma canna 'alaihil lailu ra a kavkaban qala haza Rabbi falamma afala qala la uhibbul afilin
Mişkini Tərcüməsi: Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir». Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».
77 Əl-Ənam Surəsi, Ayə 77

فَلَمَّا رَءَا ٱلْقَمَرَ بَازِغًۭا قَالَ هَٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَئِن لَّمْ يَهْدِنِى رَبِّى لَأَكُونَنَّ مِنَ ٱلْقَوْمِ ٱلضَّآلِّينَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Falammma ra al qamara baziğan qala haza Rabbi falammmma afala qala la'il lam yahdini Rabbi la akunanna minal qavmid dallin
Mişkini Tərcüməsi: Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir». Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram».
78 Əl-Ənam Surəsi, Ayə 78

فَلَمَّا رَءَا ٱلشَّمْسَ بَازِغَةًۭ قَالَ هَٰذَا رَبِّى هَٰذَآ أَكْبَرُ ۖ فَلَمَّآ أَفَلَتْ قَالَ يَٰقَوْمِ إِنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Falammma ra aşşamsa baziğatan qala haza Rabbi haza akbaru falamma afalat qala ya qavmi inni bari'um mimma tuşrikun
Mişkini Tərcüməsi: Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam».
79 Əl-Ənam Surəsi, Ayə 79

إِنِّى وَجَّهْتُ وَجْهِىَ لِلَّذِى فَطَرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ حَنِيفًۭا ۖ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Innni vaccahtu vachiya lillazi fataras samavati val arda hanifanv va ma ana minal muşrikin
Mişkini Tərcüməsi: «Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».
80 Əl-Ənam Surəsi, Ayə 80

وَحَآجَّهُۥ قَوْمُهُۥ ۚ قَالَ أَتُحَٰٓجُّوٓنِّى فِى ٱللَّهِ وَقَدْ هَدَىٰنِ ۚ وَلَآ أَخَافُ مَا تُشْرِكُونَ بِهِۦٓ إِلَّآ أَن يَشَآءَ رَبِّى شَيْـًۭٔا ۗ وَسِعَ رَبِّى كُلَّ شَىْءٍ عِلْمًا ۗ أَفَلَا تَتَذَكَّرُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va haccahu qavmuh; qala a-tuh accunnni fillahi va qad hadan; va la axafu mma tuşrikuna bihi illa ai yaşa'a Rabbi şai'anv vasi'a Rabbi kulla şai'in 'ilman afala tatazakkarun
Mişkini Tərcüməsi: Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
81 Əl-Ənam Surəsi, Ayə 81

وَكَيْفَ أَخَافُ مَآ أَشْرَكْتُمْ وَلَا تَخَافُونَ أَنَّكُمْ أَشْرَكْتُم بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ عَلَيْكُمْ سُلْطَٰنًۭا ۚ فَأَىُّ ٱلْفَرِيقَيْنِ أَحَقُّ بِٱلْأَمْنِ ۖ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Va kaifa axafu ma aşraktum va la taxafuna annakum aşraktum billahi ma lam yunazzil bihi 'alaikum sultana; fa aiyul fariqaini ahaqqu bil amni in kuntum ta'lamun
Mişkini Tərcüməsi: «Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).
82 Əl-Ənam Surəsi, Ayə 82

ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَمْ يَلْبِسُوٓا۟ إِيمَٰنَهُم بِظُلْمٍ أُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْأَمْنُ وَهُم مُّهْتَدُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Allazina amanu va lam yalbisu imanahum bizulmin ula'ika lahumul amnu va hum muhtadun
Mişkini Tərcüməsi: İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır.
83 Əl-Ənam Surəsi, Ayə 83

وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ ۚ نَرْفَعُ دَرَجَٰتٍۢ مَّن نَّشَآءُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Va tilka huccatuna atainaha Ibrahima 'ala qavmih; narfa'u daracatim man naşa'; inna Rabbaka Hakimun 'Alim
Mişkini Tərcüməsi: O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da, sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir. 6|84|Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.
85 Əl-Ənam Surəsi, Ayə 85

وَزَكَرِيَّا وَيَحْيَىٰ وَعِيسَىٰ وَإِلْيَاسَ ۖ كُلٌّۭ مِّنَ ٱلصَّٰلِحِينَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Va Zakariyya va Yahya va 'Eesa va Illyasa kullum minas salihin
Mişkini Tərcüməsi: Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər.
86 Əl-Ənam Surəsi, Ayə 86

وَإِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَيُونُسَ وَلُوطًۭا ۚ وَكُلًّۭا فَضَّلْنَا عَلَى ٱلْعَٰلَمِينَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Va Isma'ila val Yasa'a va Yunusa va Luta; va kullan faddalna 'alal 'alamin
Mişkini Tərcüməsi: Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik.
87 Əl-Ənam Surəsi, Ayə 87

وَمِنْ ءَابَآئِهِمْ وَذُرِّيَّٰتِهِمْ وَإِخْوَٰنِهِمْ ۖ وَٱجْتَبَيْنَٰهُمْ وَهَدَيْنَٰهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Va min aba'ihim va zurriyyatihim va ixvanihim vactabainahum va hadainahum ila Siratim Mustaqim
Mişkini Tərcüməsi: Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.
88 Əl-Ənam Surəsi, Ayə 88

ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهْدِى بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَلَوْ أَشْرَكُوا۟ لَحَبِطَ عَنْهُم مَّا كَانُوا۟ يَعْمَلُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Zalika hudal lahi yahdi bihi mai yaşa'u min 'ibadih; va lav aşraku lahabita 'anhum ma kanu ya'malun
Mişkini Tərcüməsi: Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.
89 Əl-Ənam Surəsi, Ayə 89

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ۚ فَإِن يَكْفُرْ بِهَا هَٰٓؤُلَآءِ فَقَدْ وَكَّلْنَا بِهَا قَوْمًۭا لَّيْسُوا۟ بِهَا بِكَٰفِرِينَ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal lazina atainahumul Kitaba val hukma van Nubuvvah; fa iny yakfur biha ha'ula'i faqad vakkalna biha qavmal laisu biha bikafirin
Mişkini Tərcüməsi: Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.
90 Əl-Ənam Surəsi, Ayə 90

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ هَدَى ٱللَّهُ ۖ فَبِهُدَىٰهُمُ ٱقْتَدِهْ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ هُوَ إِلَّا ذِكْرَىٰ لِلْعَٰلَمِينَ ﴿90﴾

Oxunuşu (Transkripsiya): Ula'ikal lazina hadal lahu fabihudahumuq tadih; qul la as'alukum 'alaihi acran in huva illa zikra lil 'alamin
Mişkini Tərcüməsi: Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Quran) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil».
91 Əl-Ənam Surəsi, Ayə 91

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِذْ قَالُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ بَشَرٍۢ مِّن شَىْءٍۢ ۗ قُلْ مَنْ أَنزَلَ ٱلْكِتَٰبَ ٱلَّذِى جَآءَ بِهِۦ مُوسَىٰ نُورًۭا وَهُدًۭى لِّلنَّاسِ ۖ تَجْعَلُونَهُۥ قَرَاطِيسَ تُبْدُونَهَا وَتُخْفُونَ كَثِيرًۭا ۖ وَعُلِّمْتُم مَّا لَمْ تَعْلَمُوٓا۟ أَنتُمْ وَلَآ ءَابَآؤُكُمْ ۖ قُلِ ٱللَّهُ ۖ ثُمَّ ذَرْهُمْ فِى خَوْضِهِمْ يَلْعَبُونَ ﴿91﴾

Oxunuşu (Transkripsiya): Va ma qadarul laha haqqa qadrihi iz qalu ma anzalal lahu 'ala başarim min şai'; qul man anzalal Kitabal lazi ca'a bihi Musa nuranv va hudal linnasi tac'alunahu qaratisa tubdunaha va tuxfuna kasiranv va 'ullimtum ma lam ta'lamu antum va la aba'ukum qulil lahu summa zarhum fi xavdihim yal'abun
Mişkini Tərcüməsi: «Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi». De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.
92 Əl-Ənam Surəsi, Ayə 92

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ مُّصَدِّقُ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَلِتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا ۚ وَٱلَّذِينَ يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ يُؤْمِنُونَ بِهِۦ ۖ وَهُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ ﴿92﴾

Oxunuşu (Transkripsiya): Va haza Kitabun anzalnahu Mubarakum musaddiqul lazi baina yadaihi va litunzira ummal Qura va man havlaha; vallazina yu'minuna bil Aaxirati yu'minuna bihi va hum'ala Salatihim yuhafizun
Mişkini Tərcüməsi: Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).
93 Əl-Ənam Surəsi, Ayə 93

وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ قَالَ أُوحِىَ إِلَىَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَىْءٌۭ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَآ أَنزَلَ ٱللَّهُ ۗ وَلَوْ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِى غَمَرَٰتِ ٱلْمَوْتِ وَٱلْمَلَٰٓئِكَةُ بَاسِطُوٓا۟ أَيْدِيهِمْ أَخْرِجُوٓا۟ أَنفُسَكُمُ ۖ ٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيْرَ ٱلْحَقِّ وَكُنتُمْ عَنْ ءَايَٰتِهِۦ تَسْتَكْبِرُونَ ﴿93﴾

Oxunuşu (Transkripsiya): Va man azlamu mimmanif tara 'alal lahi kaziban av qala uhiya ilaiya va lam yuha ilaihi şai'un va man qala sa unzilu misla ma anzalal lah; va lav tara iziz zalimuna fi ğamaratil mavti valmala'ikatu basitu aidihim axricu anfusakum; al yavma tuczavna 'azabal huni bima kuntum taquluna 'alal lahi ğairal haqqi va kuntum 'an ayatihi tastakbirun
Mişkini Tərcüməsi: Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.
94 Əl-Ənam Surəsi, Ayə 94

وَلَقَدْ جِئْتُمُونَا فُرَٰدَىٰ كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۢ وَتَرَكْتُم مَّا خَوَّلْنَٰكُمْ وَرَآءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَآءَكُمُ ٱلَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَٰٓؤُا۟ ۚ لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ ﴿94﴾

Oxunuşu (Transkripsiya): Va laqad ci'tumuna furada kama xalaqnakum avvala marratinv va taraktum ma xavvalnakum vara'a zuhurikum va ma nara ma'akum şufa'a' akumul lazina za'amtum annahum fikum şuraka'; laqat taqatta'a bainakum va dalla 'annkum ma kuntum taz'umun
Mişkini Tərcüməsi: (Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən, Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».
95 Əl-Ənam Surəsi, Ayə 95

۞ إِنَّ ٱللَّهَ فَالِقُ ٱلْحَبِّ وَٱلنَّوَىٰ ۖ يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَمُخْرِجُ ٱلْمَيِّتِ مِنَ ٱلْحَىِّ ۚ ذَٰلِكُمُ ٱللَّهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿95﴾

Oxunuşu (Transkripsiya): Innal laha faliqul habbi vannava yuxricul haiya minal maiyiti va muxricul maiyiti minal haiy; zalikumul lahu fa anna tu'fakun
Mişkini Tərcüməsi: Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!
96 Əl-Ənam Surəsi, Ayə 96

فَالِقُ ٱلْإِصْبَاحِ وَجَعَلَ ٱلَّيْلَ سَكَنًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ حُسْبَانًۭا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿96﴾

Oxunuşu (Transkripsiya): Faliqul isbahi va ca'alal laila sakananv vaşh şamsa valqamara husbana; zalika taqdirul 'Azizil 'Alim
Mişkini Tərcüməsi: Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Bu, O qüdrətli və bilənin təyin etdiyi ölçüdür.
97 Əl-Ənam Surəsi, Ayə 97

وَهُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلنُّجُومَ لِتَهْتَدُوا۟ بِهَا فِى ظُلُمَٰتِ ٱلْبَرِّ وَٱلْبَحْرِ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿97﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi ca'ala lakumun nucuma litahtadu biha fi zulumatil barri valbahr; qad fassalnal Aayati liqavminy ya'lamun
Mişkini Tərcüməsi: Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.
98 Əl-Ənam Surəsi, Ayə 98

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ فَمُسْتَقَرٌّۭ وَمُسْتَوْدَعٌۭ ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَفْقَهُونَ ﴿98﴾

Oxunuşu (Transkripsiya): Va hhuval lazi anşa akum min nasinv vahidatin famustaqarrunv va mustavda'; qad fassalnal Aayati liqav miny-yafqahun
Mişkini Tərcüməsi: Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.
99 Əl-Ənam Surəsi, Ayə 99

وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجْنَا بِهِۦ نَبَاتَ كُلِّ شَىْءٍۢ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًۭا نُّخْرِجُ مِنْهُ حَبًّۭا مُّتَرَاكِبًۭا وَمِنَ ٱلنَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌۭ دَانِيَةٌۭ وَجَنَّٰتٍۢ مِّنْ أَعْنَابٍۢ وَٱلزَّيْتُونَ وَٱلرُّمَّانَ مُشْتَبِهًۭا وَغَيْرَ مُتَشَٰبِهٍ ۗ ٱنظُرُوٓا۟ إِلَىٰ ثَمَرِهِۦٓ إِذَآ أَثْمَرَ وَيَنْعِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكُمْ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يُؤْمِنُونَ ﴿99﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi anzala minas sama'i ma'an fa axracna bihi nabata kulli şai'in fa axracna minhu xadiran nuxricu minhu habbam mutarakibanv va minan naxli min tal'iha qinvanun daniyatunv va cannatim min a'nabinv vazzaituna varrummana muşhtabihanv va ğaira mutaşabih; unzuru ila samarihi iza asmars va yan'ih; inna fi zalikum la Aayatil liqavminy yu'minun
Mişkini Tərcüməsi: Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə, onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz, onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.
100 Əl-Ənam Surəsi, Ayə 100

وَجَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ ٱلْجِنَّ وَخَلَقَهُمْ ۖ وَخَرَقُوا۟ لَهُۥ بَنِينَ وَبَنَٰتٍۭ بِغَيْرِ عِلْمٍۢ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَصِفُونَ ﴿100﴾

Oxunuşu (Transkripsiya): Va ca'alu lillahi şuraka'al cinna va xalaqa hum va xaraqu lahu banina va banatim biğairi 'ilm Subhanahu va Ta'ala 'amma yasifun
Mişkini Tərcüməsi: (Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.
101 Əl-Ənam Surəsi, Ayə 101

بَدِيعُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ أَنَّىٰ يَكُونُ لَهُۥ وَلَدٌۭ وَلَمْ تَكُن لَّهُۥ صَٰحِبَةٌۭ ۖ وَخَلَقَ كُلَّ شَىْءٍۢ ۖ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ ﴿101﴾

Oxunuşu (Transkripsiya): Badi'us samavati val ardi annna yakunu lahu valadunv va lam takul lahu sahibatunv va xalaqa kulla şai'in 'Alim
Mişkini Tərcüməsi: (Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.
102 Əl-Ənam Surəsi, Ayə 102

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ خَٰلِقُ كُلِّ شَىْءٍۢ فَٱعْبُدُوهُ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌۭ ﴿102﴾

Oxunuşu (Transkripsiya): Zalikumul lahu Rabbukum la ilaha illa huva xaliqu kulli şai'in fa'buduh; va huva 'ala kulli şai'inv Vakil
Mişkini Tərcüməsi: (Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.
103 Əl-Ənam Surəsi, Ayə 103

لَّا تُدْرِكُهُ ٱلْأَبْصَٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ ﴿103﴾

Oxunuşu (Transkripsiya): La tudrikuhul absaru va Huva yudrikul absara va huval Latiful Xabir
Mişkini Tərcüməsi: (Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.
104 Əl-Ənam Surəsi, Ayə 104

قَدْ جَآءَكُم بَصَآئِرُ مِن رَّبِّكُمْ ۖ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِۦ ۖ وَمَنْ عَمِىَ فَعَلَيْهَا ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ ﴿104﴾

Oxunuşu (Transkripsiya): Qad ca'akum basa'iru mir Rabbikum faman absara falinafsihi va man 'amiya fa'alaiha; va ma ana 'alaikum bihafiz
Mişkini Tərcüməsi: (Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).
105 Əl-Ənam Surəsi, Ayə 105

وَكَذَٰلِكَ نُصَرِّفُ ٱلْءَايَٰتِ وَلِيَقُولُوا۟ دَرَسْتَ وَلِنُبَيِّنَهُۥ لِقَوْمٍۢ يَعْلَمُونَ ﴿105﴾

Oxunuşu (Transkripsiya): Va kazalika nusarriful Aayati va liyaqulu darasta va linubaiyinahu liqavminy ya'lamun
Mişkini Tərcüməsi: (Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan». Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.
106 Əl-Ənam Surəsi, Ayə 106

ٱتَّبِعْ مَآ أُوحِىَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ ﴿106﴾

Oxunuşu (Transkripsiya): ittabi' ma uhiya ilaika mir Rabbika la ilaha illa Huva va a'rid 'anil muşrikin
Mişkini Tərcüməsi: (Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Və müşriklərdən üz döndər.
107 Əl-Ənam Surəsi, Ayə 107

وَلَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكُوا۟ ۗ وَمَا جَعَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا ۖ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ ﴿107﴾

Oxunuşu (Transkripsiya): Va lav şa'al lahu ma aşraku; va ma ca'alnaka 'alaihim hafizanv va ma anta 'alaihim bivakil
Mişkini Tərcüməsi: (Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən). 6|108|(Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə, (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.
109 Əl-Ənam Surəsi, Ayə 109

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَئِن جَآءَتْهُمْ ءَايَةٌۭ لَّيُؤْمِنُنَّ بِهَا ۚ قُلْ إِنَّمَا ٱلْءَايَٰتُ عِندَ ٱللَّهِ ۖ وَمَا يُشْعِرُكُمْ أَنَّهَآ إِذَا جَآءَتْ لَا يُؤْمِنُونَ ﴿109﴾

Oxunuşu (Transkripsiya): Va aqsamu billahi cahda aimanihim la'in ca'at hum Aayatul la yu'minunna biha; qul innamal Aayatu 'indal lahi va ma yuş'irukum annaha iza ca'at la yu'minun
Mişkini Tərcüməsi: (Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən, möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddia edənin öhdəsindədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?
110 Əl-Ənam Surəsi, Ayə 110

وَنُقَلِّبُ أَفْـِٔدَتَهُمْ وَأَبْصَٰرَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا۟ بِهِۦٓ أَوَّلَ مَرَّةٍۢ وَنَذَرُهُمْ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ ﴿110﴾

Oxunuşu (Transkripsiya): Va nuqallibu af'idatahum va absarahum kama lam yu'minu bihi avvala marratinv va va nazaruhum fi tuğyanihim ya'mahun
Mişkini Tərcüməsi: (Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.
111 Əl-Ənam Surəsi, Ayə 111

۞ وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍۢ قُبُلًۭا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ ﴿111﴾

Oxunuşu (Transkripsiya): Va lav annana nazzal na ilaihimul mala'ikata va kallamahumul mavta va haşarna 'alaihim kulla şai'in qubulam ma kanu liyu'minu illa ai yaşa'al lahu va lakinna aksarahum yachalun
Mişkini Tərcüməsi: Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.
112 Əl-Ənam Surəsi, Ayə 112

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّۭا شَيَٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍۢ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًۭا ۚ وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿112﴾

Oxunuşu (Transkripsiya): Va kazalika ca'alna likulli nabiyyin 'aduvvan Şayatinal insi valcinni yuhi ba'duhum ila ba'din zuxrufal qavli ğurura; va lav şa'a Rabbuka ma fa'aluhu fazarhum va ma yaftarun
Mişkini Tərcüməsi: Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.
113 Əl-Ənam Surəsi, Ayə 113

وَلِتَصْغَىٰٓ إِلَيْهِ أَفْـِٔدَةُ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ وَلِيَرْضَوْهُ وَلِيَقْتَرِفُوا۟ مَا هُم مُّقْتَرِفُونَ ﴿113﴾

Oxunuşu (Transkripsiya): Va litasğa ilaihi af'idatul lazina la yu'minuna bil Aaxirati va liyardavhu va liyaqtarifu ma hum muqtarifun
Mişkini Tərcüməsi: (İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.
114 Əl-Ənam Surəsi, Ayə 114

أَفَغَيْرَ ٱللَّهِ أَبْتَغِى حَكَمًۭا وَهُوَ ٱلَّذِىٓ أَنزَلَ إِلَيْكُمُ ٱلْكِتَٰبَ مُفَصَّلًۭا ۚ وَٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ يَعْلَمُونَ أَنَّهُۥ مُنَزَّلٌۭ مِّن رَّبِّكَ بِٱلْحَقِّ ۖ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ ﴿114﴾

Oxunuşu (Transkripsiya): Afağairal lahi abtaği hakamanv va Huval lazi anzala ilaikumul Kitaba mufassala; vallazina atai nahumul Kitaba ya'lamuna annahu munazzalum mir Rabbika bilhaqqi fala takunanna minal mumtarin
Mişkini Tərcüməsi: (Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.
115 Əl-Ənam Surəsi, Ayə 115

وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ صِدْقًۭا وَعَدْلًۭا ۚ لَّا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ ۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ ﴿115﴾

Oxunuşu (Transkripsiya): Va tammat Kalimatu Rabbika sidqanv va 'adla; la mubaddila li Kalimatih; va Huvas Sami'ul 'Alim
Mişkini Tərcüməsi: Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!
116 Əl-Ənam Surəsi, Ayə 116

وَإِن تُطِعْ أَكْثَرَ مَن فِى ٱلْأَرْضِ يُضِلُّوكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ ﴿116﴾

Oxunuşu (Transkripsiya): Va in tuti' aksara man fil ardi yudilluka 'an sabilil lah; iny yattabi'una illaz zanna va in hum illa yaxrusun
Mişkini Tərcüməsi: Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.
117 Əl-Ənam Surəsi, Ayə 117

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ مَن يَضِلُّ عَن سَبِيلِهِۦ ۖ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿117﴾

Oxunuşu (Transkripsiya): Inna rabbaka Huva a'lamu mai yadillu 'an sabilihi va Huva a'lamu bilmuhtadin
Mişkini Tərcüməsi: Həqiqətən, Rəbbin Özü Onun yolundan azanı(n halını) daha yaxşı bilir. O, doğru yolu tapanları(n halını) da daha yaxşı bilir.
118 Əl-Ənam Surəsi, Ayə 118

فَكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ إِن كُنتُم بِـَٔايَٰتِهِۦ مُؤْمِنِينَ ﴿118﴾

Oxunuşu (Transkripsiya): Fakulu mimmma zukirasmul lahi 'alaihi in kuntum bi Aayatihi mu'minin
Mişkini Tərcüməsi: Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.
119 Əl-Ənam Surəsi, Ayə 119

وَمَا لَكُمْ أَلَّا تَأْكُلُوا۟ مِمَّا ذُكِرَ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَقَدْ فَصَّلَ لَكُم مَّا حَرَّمَ عَلَيْكُمْ إِلَّا مَا ٱضْطُرِرْتُمْ إِلَيْهِ ۗ وَإِنَّ كَثِيرًۭا لَّيُضِلُّونَ بِأَهْوَآئِهِم بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِٱلْمُعْتَدِينَ ﴿119﴾

Oxunuşu (Transkripsiya): Va ma lakum alla takulu mimma zukirasmul lahi 'alaihi va qad fassala lakum ma harrama 'alaikum illa mad turirtum ilaih; va inna kasiral la yudilluna bi ahva'ihim biğairi 'ilm; inna Rabbaka Huva a'lamu bilmu'tadin
Mişkini Tərcüməsi: Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz, (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən, sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.
120 Əl-Ənam Surəsi, Ayə 120

وَذَرُوا۟ ظَٰهِرَ ٱلْإِثْمِ وَبَاطِنَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ يَكْسِبُونَ ٱلْإِثْمَ سَيُجْزَوْنَ بِمَا كَانُوا۟ يَقْتَرِفُونَ ﴿120﴾

Oxunuşu (Transkripsiya): Va zaru zahiral ismi va batinah; innal lazina yaksibunal isma sa yuczavna bima kanu yaqtarifun
Mişkini Tərcüməsi: Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.
121 Əl-Ənam Surəsi, Ayə 121

وَلَا تَأْكُلُوا۟ مِمَّا لَمْ يُذْكَرِ ٱسْمُ ٱللَّهِ عَلَيْهِ وَإِنَّهُۥ لَفِسْقٌۭ ۗ وَإِنَّ ٱلشَّيَٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَٰدِلُوكُمْ ۖ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ ﴿121﴾

Oxunuşu (Transkripsiya): Va la takulu mima lam yuzkaris mullahi 'alaihi va innahu lafisq; va innaş Şayatina la yuhuna ila avliya'ihim liyucadilukum va in ata'tumuhum innnakum lamuşrikun
Mişkini Tərcüməsi: (Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən, şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).
122 Əl-Ənam Surəsi, Ayə 122

أَوَمَن كَانَ مَيْتًۭا فَأَحْيَيْنَٰهُ وَجَعَلْنَا لَهُۥ نُورًۭا يَمْشِى بِهِۦ فِى ٱلنَّاسِ كَمَن مَّثَلُهُۥ فِى ٱلظُّلُمَٰتِ لَيْسَ بِخَارِجٍۢ مِّنْهَا ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْكَٰفِرِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿122﴾

Oxunuşu (Transkripsiya): Ava man kana maitan fa ahyainahu va ca'alna lahu nurany yamşi bihi fin nasi kamamm masaluhu fiz zulumati laisa bixaricim minha; kazalika zuyyina lilkafirina ma kanu ya'malun
Mişkini Tərcüməsi: Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.
123 Əl-Ənam Surəsi, Ayə 123

وَكَذَٰلِكَ جَعَلْنَا فِى كُلِّ قَرْيَةٍ أَكَٰبِرَ مُجْرِمِيهَا لِيَمْكُرُوا۟ فِيهَا ۖ وَمَا يَمْكُرُونَ إِلَّا بِأَنفُسِهِمْ وَمَا يَشْعُرُونَ ﴿123﴾

Oxunuşu (Transkripsiya): Va kazalika ca'alna fi kulli qaryatin akabira mucrimiha liyamkuru fiha va ma yamkuruna illa bi anfusihim va ma yaş'urun
Mişkini Tərcüməsi: Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.
124 Əl-Ənam Surəsi, Ayə 124

وَإِذَا جَآءَتْهُمْ ءَايَةٌۭ قَالُوا۟ لَن نُّؤْمِنَ حَتَّىٰ نُؤْتَىٰ مِثْلَ مَآ أُوتِىَ رُسُلُ ٱللَّهِ ۘ ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ ۗ سَيُصِيبُ ٱلَّذِينَ أَجْرَمُوا۟ صَغَارٌ عِندَ ٱللَّهِ وَعَذَابٌۭ شَدِيدٌۢ بِمَا كَانُوا۟ يَمْكُرُونَ ﴿124﴾

Oxunuşu (Transkripsiya): Va iza ca'asum Aayatun qalu lan nu'mina hatta nu'ta misla ma utiya Rusulul lah; Allahu a'almu haisu yac'alu Risalatah; sa yusibul lazina acramu sağarun 'indal lahi va 'azabun şadidum bima kanu yamkurun
Mişkini Tərcüməsi: Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.
125 Əl-Ənam Surəsi, Ayə 125

فَمَن يُرِدِ ٱللَّهُ أَن يَهْدِيَهُۥ يَشْرَحْ صَدْرَهُۥ لِلْإِسْلَٰمِ ۖ وَمَن يُرِدْ أَن يُضِلَّهُۥ يَجْعَلْ صَدْرَهُۥ ضَيِّقًا حَرَجًۭا كَأَنَّمَا يَصَّعَّدُ فِى ٱلسَّمَآءِ ۚ كَذَٰلِكَ يَجْعَلُ ٱللَّهُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يُؤْمِنُونَ ﴿125﴾

Oxunuşu (Transkripsiya): Famai yuridil lahu ai yahdiyahu yaşrah sadrahu lil islami va mai yurid ai yudillaho yac'al sadrahu daiyiqan haracan ka annama yassa' 'adu fis sama'; kazalika yac'alul lahur ricsa 'alal lazina la yu'minun
Mişkini Tərcüməsi: Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.
126 Əl-Ənam Surəsi, Ayə 126

وَهَٰذَا صِرَٰطُ رَبِّكَ مُسْتَقِيمًۭا ۗ قَدْ فَصَّلْنَا ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَذَّكَّرُونَ ﴿126﴾

Oxunuşu (Transkripsiya): Va haza siratu Rabbika Mustaqima; qad fassalnal Aayati liqavminy yazzakkarun
Mişkini Tərcüməsi: Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.
127 Əl-Ənam Surəsi, Ayə 127

۞ لَهُمْ دَارُ ٱلسَّلَٰمِ عِندَ رَبِّهِمْ ۖ وَهُوَ وَلِيُّهُم بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿127﴾

Oxunuşu (Transkripsiya): Lahum darus salami 'inda Rabbihim va huva valiyyuhum bima kanu ya'malun
Mişkini Tərcüməsi: Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.
128 Əl-Ənam Surəsi, Ayə 128

وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًۭا يَٰمَعْشَرَ ٱلْجِنِّ قَدِ ٱسْتَكْثَرْتُم مِّنَ ٱلْإِنسِ ۖ وَقَالَ أَوْلِيَآؤُهُم مِّنَ ٱلْإِنسِ رَبَّنَا ٱسْتَمْتَعَ بَعْضُنَا بِبَعْضٍۢ وَبَلَغْنَآ أَجَلَنَا ٱلَّذِىٓ أَجَّلْتَ لَنَا ۚ قَالَ ٱلنَّارُ مَثْوَىٰكُمْ خَٰلِدِينَ فِيهَآ إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌۭ ﴿128﴾

Oxunuşu (Transkripsiya): Va yamva yahşuruhum cami'ai ya ma'şaral cinni qadistaksartum minal insi va qala avliya'uhy minal insi Rabbanas tamta'a ba'duna biba'dinv va balağna acalannal lazi accalta lana; qalan Naru masvakum xalidina fiha illa ma şa'allah; inna Rabbaka Hakimun 'Alim
Mişkini Tərcüməsi: Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən, sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin)». 6|129|Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.
130 Əl-Ənam Surəsi, Ayə 130

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌۭ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى وَيُنذِرُونَكُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا ۚ قَالُوا۟ شَهِدْنَا عَلَىٰٓ أَنفُسِنَا ۖ وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ ﴿130﴾

Oxunuşu (Transkripsiya): Ya ma'şaral cinni val insi alam yatikum Rusulum minkum yaqussuna 'alaikum Aayati va yunzirunakum liqa'a Yavmikum haza; qalu şahidna 'ala anfusina va ğarrat humul hayatud dunya va şahidu 'ala anfusihim annahum kanu kafirin
Mişkini Tərcüməsi: (Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.
131 Əl-Ənam Surəsi, Ayə 131

ذَٰلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا غَٰفِلُونَ ﴿131﴾

Oxunuşu (Transkripsiya): Zalika al lam yakkur Rabbuka muhlikal qura bizulminv va ahluha ğafilun
Mişkini Tərcüməsi: Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
132 Əl-Ənam Surəsi, Ayə 132

وَلِكُلٍّۢ دَرَجَٰتٌۭ مِّمَّا عَمِلُوا۟ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعْمَلُونَ ﴿132﴾

Oxunuşu (Transkripsiya): Va likullin daracatum mimma 'amilu; va ma Rabbuka biğafilin 'amma ya'malun
Mişkini Tərcüməsi: Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.
133 Əl-Ənam Surəsi, Ayə 133

وَرَبُّكَ ٱلْغَنِىُّ ذُو ٱلرَّحْمَةِ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِنۢ بَعْدِكُم مَّا يَشَآءُ كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ ءَاخَرِينَ ﴿133﴾

Oxunuşu (Transkripsiya): Va Rabbukal ğaniyyu zur rahmah; iny yaşa yuz hibkum va yastaxlif mim ba'dikum va yastaxlif mim ba'dikum ma yaşa'u kama anşa akum min zurriyyati qavmin axarin
Mişkini Tərcüməsi: Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.
134 Əl-Ənam Surəsi, Ayə 134

إِنَّ مَا تُوعَدُونَ لَءَاتٍۢ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ ﴿134﴾

Oxunuşu (Transkripsiya): Inna ma tu'aduna la atinv va ma antum bimu'cizin
Mişkini Tərcüməsi: Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).
135 Əl-Ənam Surəsi, Ayə 135

قُلْ يَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَامِلٌۭ ۖ فَسَوْفَ تَعْلَمُونَ مَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ ۗ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ ﴿135﴾

Oxunuşu (Transkripsiya): Qul ya qavmi' malu 'ala makanatikum inni 'amilun fasavfa ta'lamuna man takunu lahu 'aqibatud dar; innahu la yuflihuz zalimun
Mişkini Tərcüməsi: De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».
136 Əl-Ənam Surəsi, Ayə 136

وَجَعَلُوا۟ لِلَّهِ مِمَّا ذَرَأَ مِنَ ٱلْحَرْثِ وَٱلْأَنْعَٰمِ نَصِيبًۭا فَقَالُوا۟ هَٰذَا لِلَّهِ بِزَعْمِهِمْ وَهَٰذَا لِشُرَكَآئِنَا ۖ فَمَا كَانَ لِشُرَكَآئِهِمْ فَلَا يَصِلُ إِلَى ٱللَّهِ ۖ وَمَا كَانَ لِلَّهِ فَهُوَ يَصِلُ إِلَىٰ شُرَكَآئِهِمْ ۗ سَآءَ مَا يَحْكُمُونَ ﴿136﴾

Oxunuşu (Transkripsiya): Va ca'alu lillahi mimma zara-a minal harsi valan'ami nasiban faqalu haza lillahi biza'mihim va haza lişuraka'ina fama kana lişuraka'ihim fala yasilu ilal lahi va ma kana lillahi fahuva yasilu ila şuraka'ihim; sa'a ma yahkumun
Mişkini Tərcüməsi: (Müşriklər) Allahın yaratdığı şeylərdən – əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.
137 Əl-Ənam Surəsi, Ayə 137

وَكَذَٰلِكَ زَيَّنَ لِكَثِيرٍۢ مِّنَ ٱلْمُشْرِكِينَ قَتْلَ أَوْلَٰدِهِمْ شُرَكَآؤُهُمْ لِيُرْدُوهُمْ وَلِيَلْبِسُوا۟ عَلَيْهِمْ دِينَهُمْ ۖ وَلَوْ شَآءَ ٱللَّهُ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿137﴾

Oxunuşu (Transkripsiya): Va kazalika zaiyana likasirim minal muşrikina qatla avladihim şuraka'uhum liyurduhum va liyalbisu 'alaihim dinahum va lav şa'al lahu ma fa'aluhu fazarhum va ma yaftarun
Mişkini Tərcüməsi: Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.
138 Əl-Ənam Surəsi, Ayə 138

وَقَالُوا۟ هَٰذِهِۦٓ أَنْعَٰمٌۭ وَحَرْثٌ حِجْرٌۭ لَّا يَطْعَمُهَآ إِلَّا مَن نَّشَآءُ بِزَعْمِهِمْ وَأَنْعَٰمٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَٰمٌۭ لَّا يَذْكُرُونَ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا ٱفْتِرَآءً عَلَيْهِ ۚ سَيَجْزِيهِم بِمَا كَانُوا۟ يَفْتَرُونَ ﴿138﴾

Oxunuşu (Transkripsiya): Va qalu hazihi an'amunv va harsun hicrun la yat'amuha illa man naşa'u biza'mihim va an'amun hurrimat zuhuruha va an'amul la yazkurunas mal lahi 'alaihaf tira'an 'alaih; sa yaczihim bima kanu yaftarun
Mişkini Tərcüməsi: Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır». Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.
139 Əl-Ənam Surəsi, Ayə 139

وَقَالُوا۟ مَا فِى بُطُونِ هَٰذِهِ ٱلْأَنْعَٰمِ خَالِصَةٌۭ لِّذُكُورِنَا وَمُحَرَّمٌ عَلَىٰٓ أَزْوَٰجِنَا ۖ وَإِن يَكُن مَّيْتَةًۭ فَهُمْ فِيهِ شُرَكَآءُ ۚ سَيَجْزِيهِمْ وَصْفَهُمْ ۚ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌۭ ﴿139﴾

Oxunuşu (Transkripsiya): Va qalu ma fi butuni hazihil an'ami xalisatul lizukurina va muharramun 'ala azvacina va iny yakum maitatan fahum fihi şuraka'; sa yaczihim vasfahum; innahu Hakimun 'Alim
Mişkini Tərcüməsi: Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.
140 Əl-Ənam Surəsi, Ayə 140

قَدْ خَسِرَ ٱلَّذِينَ قَتَلُوٓا۟ أَوْلَٰدَهُمْ سَفَهًۢا بِغَيْرِ عِلْمٍۢ وَحَرَّمُوا۟ مَا رَزَقَهُمُ ٱللَّهُ ٱفْتِرَآءً عَلَى ٱللَّهِ ۚ قَدْ ضَلُّوا۟ وَمَا كَانُوا۟ مُهْتَدِينَ ﴿140﴾

Oxunuşu (Transkripsiya): Qad xasiral lazina qatalu avladahum safaham biğairi 'ilminv va harramu ma razaqahumul lahuf tira'an 'alal lah; qad dallu va ma kanu muhtadin
Mişkini Tərcüməsi: Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar. 6|141|Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.
142 Əl-Ənam Surəsi, Ayə 142

وَمِنَ ٱلْأَنْعَٰمِ حَمُولَةًۭ وَفَرْشًۭا ۚ كُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ وَلَا تَتَّبِعُوا۟ خُطُوَٰتِ ٱلشَّيْطَٰنِ ۚ إِنَّهُۥ لَكُمْ عَدُوٌّۭ مُّبِينٌۭ ﴿142﴾

Oxunuşu (Transkripsiya): Va minal an'ami hamulatanv va farşa; kulu mimma razaqakumul lahu va la tattabi'u xutuvatiş Şaitan; innahu lakum 'aduvvum mubin
Mişkini Tərcüməsi: Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən, o, sizin açıq-aşkar düşməninizdir.
143 Əl-Ənam Surəsi, Ayə 143

ثَمَٰنِيَةَ أَزْوَٰجٍۢ ۖ مِّنَ ٱلضَّأْنِ ٱثْنَيْنِ وَمِنَ ٱلْمَعْزِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ نَبِّـُٔونِى بِعِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿143﴾

Oxunuşu (Transkripsiya): Samaniyata azvac minad danis naini va minal ma'zis nain; qul 'azzaka raini harrama amil unsaiyayni ammaş tamalat 'alaihi arhamul unsayaini nabbi 'uni bi'ilmin in kuntum sadiqin
Mişkini Tərcüməsi: Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin».
144 Əl-Ənam Surəsi, Ayə 144

وَمِنَ ٱلْإِبِلِ ٱثْنَيْنِ وَمِنَ ٱلْبَقَرِ ٱثْنَيْنِ ۗ قُلْ ءَآلذَّكَرَيْنِ حَرَّمَ أَمِ ٱلْأُنثَيَيْنِ أَمَّا ٱشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ ٱلْأُنثَيَيْنِ ۖ أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ وَصَّىٰكُمُ ٱللَّهُ بِهَٰذَا ۚ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا لِّيُضِلَّ ٱلنَّاسَ بِغَيْرِ عِلْمٍ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿144﴾

Oxunuşu (Transkripsiya): Va minal ibilis naini va minal baqaris nain; qul 'azzakaraini harrama amil unsayaini ammaş tamalat 'alaihi arhamul unsayaini am kuntum şuhada'a iz vassakumul lahu bihaza; faman azlamu mimmanif tara 'alal lahi kazibal liyuddillan nasa biğari 'ilm; innal laha la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi: Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: «Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz».
145 Əl-Ənam Surəsi, Ayə 145

قُل لَّآ أَجِدُ فِى مَآ أُوحِىَ إِلَىَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍۢ يَطْعَمُهُۥٓ إِلَّآ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًۭا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍۢ فَإِنَّهُۥ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ ۚ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍۢ وَلَا عَادٍۢ فَإِنَّ رَبَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ ﴿145﴾

Oxunuşu (Transkripsiya): Qul la acidu fi ma uhiya ilaiya muharraman 'ala ta'iminy yat'amuhu illa ai yakuna maitatan av damam masfuhan av lahma xinzirin fa innahu ricsun av fisqan uhilla liğairil lahi bih; famanid turra ğaira ba ğinv va la 'adin fa inna Rabbaka Ğafurur Rahim
Mişkini Tərcüməsi: De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır».
146 Əl-Ənam Surəsi, Ayə 146

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا كُلَّ ذِى ظُفُرٍۢ ۖ وَمِنَ ٱلْبَقَرِ وَٱلْغَنَمِ حَرَّمْنَا عَلَيْهِمْ شُحُومَهُمَآ إِلَّا مَا حَمَلَتْ ظُهُورُهُمَآ أَوِ ٱلْحَوَايَآ أَوْ مَا ٱخْتَلَطَ بِعَظْمٍۢ ۚ ذَٰلِكَ جَزَيْنَٰهُم بِبَغْيِهِمْ ۖ وَإِنَّا لَصَٰدِقُونَ ﴿146﴾

Oxunuşu (Transkripsiya): Va 'alal lazina hadu harramna kulla zi zufurinv va minal baqari valğanami harramna 'alihim şuh umahuma illa ma hamalat zuhuruhuma avil havaya av maxtalata bi'azm zalika cazainahum bibağyihim va inna lasa diqun
Mişkini Tərcüməsi: Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini – bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla – haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən, doğru danışanıq.
147 Əl-Ənam Surəsi, Ayə 147

فَإِن كَذَّبُوكَ فَقُل رَّبُّكُمْ ذُو رَحْمَةٍۢ وَٰسِعَةٍۢ وَلَا يُرَدُّ بَأْسُهُۥ عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ ﴿147﴾

Oxunuşu (Transkripsiya): Fa in kazzabuka faqur Rabbukum zu rahmatinv vasi'atinv vasi'atinv va la yuraddu basuhu 'anil qavmil mucrimin
Mişkini Tərcüməsi: Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».
148 Əl-Ənam Surəsi, Ayə 148

سَيَقُولُ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَآ أَشْرَكْنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن شَىْءٍۢ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ حَتَّىٰ ذَاقُوا۟ بَأْسَنَا ۗ قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍۢ فَتُخْرِجُوهُ لَنَآ ۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ أَنتُمْ إِلَّا تَخْرُصُونَ ﴿148﴾

Oxunuşu (Transkripsiya): Sayaqulul lazina aşraku lav şa'al lahu ma aşrakna va la aba'una va la harramna min şai'; kazalika kazzabal lazina min qablihim hatta zaqu basana; qul hal 'indakum min 'ilmin fatux ricuhu lana in tattabi'una illaz zanna va in antum illa taxhrusun
Mişkini Tərcüməsi: Müşriklər tezliklə «əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!» deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: «Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız». (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)
149 Əl-Ənam Surəsi, Ayə 149

قُلْ فَلِلَّهِ ٱلْحُجَّةُ ٱلْبَٰلِغَةُ ۖ فَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ ﴿149﴾

Oxunuşu (Transkripsiya): Qul falillahil huccatul baliğatu falav şa'a lahadakum acma'in
Mişkini Tərcüməsi: De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz)».
150 Əl-Ənam Surəsi, Ayə 150

قُلْ هَلُمَّ شُهَدَآءَكُمُ ٱلَّذِينَ يَشْهَدُونَ أَنَّ ٱللَّهَ حَرَّمَ هَٰذَا ۖ فَإِن شَهِدُوا۟ فَلَا تَشْهَدْ مَعَهُمْ ۚ وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ وَهُم بِرَبِّهِمْ يَعْدِلُونَ ﴿150﴾

Oxunuşu (Transkripsiya): Qul halumma şuhada'akumul lazina yaş haduna annal laha harrama haza fa in şahidu fala taşhad ma'ahum; va la tattabi' ahva'al lazina kazzabu bi Aayatina vallazina la yu'minuna bil Aaxirati va hum bi Rabbihim ya'dilun
Mişkini Tərcüməsi: De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma».
151 Əl-Ənam Surəsi, Ayə 151

۞ قُلْ تَعَالَوْا۟ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ ۖ أَلَّا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا ۖ وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُم مِّنْ إِمْلَٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُكُمْ وَإِيَّاهُمْ ۖ وَلَا تَقْرَبُوا۟ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ ۖ وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ﴿151﴾

Oxunuşu (Transkripsiya): Qul ta'alav atlu ma harrama Rabbukum 'alaikum alla tuşriku bihi şai'anv va bilvalidaini ihsananv va la taqtulu av aladakum min imlaq; nahnu narzuqukum va iyyahum va la taqrabul favahişa ma zahara minha va ma batana va la taqtulun nafsal lati harramal lahu illa bilhaqq; zalikum vassakum bihi la'allakum ta'qilun
Mişkini Tərcüməsi: De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı – (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır».
152 Əl-Ənam Surəsi, Ayə 152

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۖ وَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَإِذَا قُلْتُمْ فَٱعْدِلُوا۟ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۖ وَبِعَهْدِ ٱللَّهِ أَوْفُوا۟ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿152﴾

Oxunuşu (Transkripsiya): Va la taqrabu malal yatimi illa billati hiya ahsanu hatta yabluğa aşuddahu va avful kaila valmizana bilqisti la nukallifu nafsan illa vus'aha va iza qultum fa'dilu va lav kana za qurba va bi 'ahdil lahi avfu; zalikum vassakum bihi la'allakum tazakkarron
Mişkini Tərcüməsi: «Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır».
153 Əl-Ənam Surəsi, Ayə 153

وَأَنَّ هَٰذَا صِرَٰطِى مُسْتَقِيمًۭا فَٱتَّبِعُوهُ ۖ وَلَا تَتَّبِعُوا۟ ٱلسُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِۦ ۚ ذَٰلِكُمْ وَصَّىٰكُم بِهِۦ لَعَلَّكُمْ تَتَّقُونَ ﴿153﴾

Oxunuşu (Transkripsiya): Va annna haza Sirati mustaqiman fattabi'uhu va la tattabi'us subula fatafarraqa bikum 'an sabilih; zalikum vassakum bihi la'allakum tattaqun
Mişkini Tərcüməsi: «Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır».
154 Əl-Ənam Surəsi, Ayə 154

ثُمَّ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ تَمَامًا عَلَى ٱلَّذِىٓ أَحْسَنَ وَتَفْصِيلًۭا لِّكُلِّ شَىْءٍۢ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُم بِلِقَآءِ رَبِّهِمْ يُؤْمِنُونَ ﴿154﴾

Oxunuşu (Transkripsiya): Summa ataina Musal Kitaba tammaman 'alal lazi ahsana va tafsilal likulli şai'inv va hudanv va rahmatal la'allahum biliqa'i Rabbihim yu'minun
Mişkini Tərcüməsi: Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.
155 Əl-Ənam Surəsi, Ayə 155

وَهَٰذَا كِتَٰبٌ أَنزَلْنَٰهُ مُبَارَكٌۭ فَٱتَّبِعُوهُ وَٱتَّقُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴿155﴾

Oxunuşu (Transkripsiya): Va haza Kitabun anzalnahu Mubarakun fattabi'uhu vattaqu la'al lakum urhamun
Mişkini Tərcüməsi: Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.
156 Əl-Ənam Surəsi, Ayə 156

أَن تَقُولُوٓا۟ إِنَّمَآ أُنزِلَ ٱلْكِتَٰبُ عَلَىٰ طَآئِفَتَيْنِ مِن قَبْلِنَا وَإِن كُنَّا عَن دِرَاسَتِهِمْ لَغَٰفِلِينَ ﴿156﴾

Oxunuşu (Transkripsiya): An taqulu innamma unzilal Kitabu 'ala ta'ifataini min qablina va in kunna 'an dirasatihim lağafilin
Mişkini Tərcüməsi: Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən, biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.
157 Əl-Ənam Surəsi, Ayə 157

أَوْ تَقُولُوا۟ لَوْ أَنَّآ أُنزِلَ عَلَيْنَا ٱلْكِتَٰبُ لَكُنَّآ أَهْدَىٰ مِنْهُمْ ۚ فَقَدْ جَآءَكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ وَهُدًۭى وَرَحْمَةٌۭ ۚ فَمَنْ أَظْلَمُ مِمَّن كَذَّبَ بِـَٔايَٰتِ ٱللَّهِ وَصَدَفَ عَنْهَا ۗ سَنَجْزِى ٱلَّذِينَ يَصْدِفُونَ عَنْ ءَايَٰتِنَا سُوٓءَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يَصْدِفُونَ ﴿157﴾

Oxunuşu (Transkripsiya): Av taqulu lav anna unzila 'alainal kitabu lakunna ahda minhum; faqad ca'akum baiyinatum mir Rabbikum va hudanv va rahmah; faman azlamu mimman kazzaba bi Aayatil lahi va sadaf 'anha; sanaczil lazina yasdifuna 'an Aayatina su'al 'azabi bima kanu yasdifun
Mişkini Tərcüməsi: Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.
158 Əl-Ənam Surəsi, Ayə 158

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ رَبُّكَ أَوْ يَأْتِىَ بَعْضُ ءَايَٰتِ رَبِّكَ ۗ يَوْمَ يَأْتِى بَعْضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفْسًا إِيمَٰنُهَا لَمْ تَكُنْ ءَامَنَتْ مِن قَبْلُ أَوْ كَسَبَتْ فِىٓ إِيمَٰنِهَا خَيْرًۭا ۗ قُلِ ٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ ﴿158﴾

Oxunuşu (Transkripsiya): hal yanzuruna illa an tatiyahumul mala'ikatu av yatiya Rabbuka av yatiya ba'du Aayati Rabbik; yavma yati ba'du Aayati Rabbika la yanfa'u nafsan imanuha lam takun amanat min qablu av kasabat fi imaniha xaira; qulin taziru inna muntazirun
Mişkini Tərcüməsi: Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyamətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik».
159 Əl-Ənam Surəsi, Ayə 159

إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًۭا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ ۚ إِنَّمَآ أَمْرُهُمْ إِلَى ٱللَّهِ ثُمَّ يُنَبِّئُهُم بِمَا كَانُوا۟ يَفْعَلُونَ ﴿159﴾

Oxunuşu (Transkripsiya): Innal lazina farraqu dinahum va kanu şiya'allasta minhum fi şai'; innama amruhum ilallahi summma yunabbi'uhum bima kanu yaf'alun
Mişkini Tərcüməsi: Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
160 Əl-Ənam Surəsi, Ayə 160

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ ﴿160﴾

Oxunuşu (Transkripsiya): man ca'a bilhasanati falahu 'aşru amsaliha va man ca'a bissaiyi'ati fala yucza illa mislaha va hum la yuzlamun
Mişkini Tərcüməsi: Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).
161 Əl-Ənam Surəsi, Ayə 161

قُلْ إِنَّنِى هَدَىٰنِى رَبِّىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ دِينًۭا قِيَمًۭا مِّلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۚ وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ ﴿161﴾

Oxunuşu (Transkripsiya): Qul innani hadani Rabbi ila Siratim Mustaqimin dinan qiyamam Millata Ibrahima hanifa; va ma kana minal muşrikin
Mişkini Tərcüməsi: De: «Şübhəsiz, Rəbbim məni doğru yola – sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib».
162 Əl-Ənam Surəsi, Ayə 162

قُلْ إِنَّ صَلَاتِى وَنُسُكِى وَمَحْيَاىَ وَمَمَاتِى لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿162﴾

Oxunuşu (Transkripsiya): Qul inna Salati va nusuki va mahyaya va mamati lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi: De: «Həqiqətən, mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)».
163 Əl-Ənam Surəsi, Ayə 163

لَا شَرِيكَ لَهُۥ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا۠ أَوَّلُ ٱلْمُسْلِمِينَ ﴿163﴾

Oxunuşu (Transkripsiya): La şarika lahu va bizalika umirtu va ana avvalul muslimin
Mişkini Tərcüməsi: «Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».
164 Əl-Ənam Surəsi, Ayə 164

قُلْ أَغَيْرَ ٱللَّهِ أَبْغِى رَبًّۭا وَهُوَ رَبُّ كُلِّ شَىْءٍۢ ۚ وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرْجِعُكُمْ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ﴿164﴾

Oxunuşu (Transkripsiya): Qul ağairal lahi abhi Rabbanv va Huva Rabbu kulli şai'; va la taksibu kullu nafsin illa 'alaiha; va la taziru vaziratunv vizra uxra; summa ila Rabbikum marci'ukum fa yunabbi'ukum bima kuntum fihi taxtalifun
Mişkini Tərcüməsi: De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
165 Əl-Ənam Surəsi, Ayə 165

وَهُوَ ٱلَّذِى جَعَلَكُمْ خَلَٰٓئِفَ ٱلْأَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍۢ دَرَجَٰتٍۢ لِّيَبْلُوَكُمْ فِى مَآ ءَاتَىٰكُمْ ۗ إِنَّ رَبَّكَ سَرِيعُ ٱلْعِقَابِ وَإِنَّهُۥ لَغَفُورٌۭ رَّحِيمٌۢ ﴿165﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi ca'alakum xala'ifal ardi va rafa'a ba'dakum favqa ba'din daracatil liyabluvakum fi ma atakum; inna Rabbaka sari'ul 'iqab; va innahu la Ğafurur Rahim
Mişkini Tərcüməsi: Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da, Rəbbin tez cəza verəndir və həqiqətən, elə O, çox bağışlayan və mehribandır.
Əvvəlki: 5. Əl-Maidə Bütün Surələr ↑ Növbəti: 7. Əl-Əraf

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...