40

Ğafir (Mömin) Surəsi

85 Ayə 24-ci Cüz Məkkə
سُورَةُ غافر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 40 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Ğafir (Mömin) Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Ğafir (Mömin) Surəsi, Ayə 1

حمٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Ha-Mim
Mişkini Tərcüməsi: Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
2 Ğafir (Mömin) Surəsi, Ayə 2

تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Tanzilul Kitabi minal lahil Azizil 'Alim
Mişkini Tərcüməsi: Bu kitab yenilməz qüdrət sahibi və bilən Allah tərəfindən nazil edilmişdir.
3 Ğafir (Mömin) Surəsi, Ayə 3

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوْبِ شَدِيدِ ٱلْعِقَابِ ذِى ٱلطَّوْلِ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ ٱلْمَصِيرُ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Ğafiriz zambi va qabilit tavbi şadidil 'iqabi zit tavli la ilaha illa Huva ilaihil masir
Mişkini Tərcüməsi: Günahı bağışlayan, tövbəni qəbul edən, cəzası ağır, firavan və daimi nemət sahibi (olan Allah tərəfindən)! Ondan başqa bir məbud yoxdur. (Hamının və hər bir şeyin) qayıdış(ı) Ona tərəfdir.
4 Ğafir (Mömin) Surəsi, Ayə 4

مَا يُجَٰدِلُ فِىٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِى ٱلْبِلَٰدِ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Ma yucadilu fi Aayatil lahi illal lazina kafaru fala yağrurka taqallubuhum fil bilad
Mişkini Tərcüməsi: Allahın ayə (və möcüzə)ləri barəsində kafirlərdən başqa heç kəs mübahisə etməz. (Onlar da nəhayət öz cəzalarına çatacaqlar.) Buna görə də onların şəhərlərdə gəl-get etmələri (və mal, övlad və qüdrətlərinin çoxluğu) səni aldatmasın.
5 Ğafir (Mömin) Surəsi, Ayə 5

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍۢ وَٱلْأَحْزَابُ مِنۢ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍۭ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَٰدَلُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Kazzabat qablahum qavmu Nuhinv val Ahzabu mim ba'dihim va hammat kullu ummatim bi Rasulihim liya xuzubhu va cadalu bilbatili liyuzidu bihil haqqa fa axaztuhum fakifa kana 'iqab
Mişkini Tərcüməsi: Onlardan qabaq da Nuhun qövmü və onlardan sonra gələn tayfalar (Hudun, Salehin, Lutun və digər peyğəmbərlərin qövmləri öz peyğəmbərlərini) təkzib etdilər. Hər bir ümmət öz peyğəmbərini tutmaq (yaxud sürgün etmək, həbs etmək və yaxud öldürmək) üçün onun qəsdinə durdu. Və boş söz vasitəsi ilə mübahisə etdilər ki, bu yolla haqqı zay və batil etsinlər. Beləliklə onları yaxaladıq. Buna görə də (bax gör) Mənim cəzam necə oldu!
6 Ğafir (Mömin) Surəsi, Ayə 6

وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ أَصْحَٰبُ ٱلنَّارِ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va kazalika haqqat Kalimatu Rabbika 'alal lazina kafaru annahum Aşabun Nar
Mişkini Tərcüməsi: Rəbbinin bütün kafirlər barəsindəki hökmü (keçmişlər barəsində olduğu kimi) belə sabit və gerçəkdir ki: «Onlar od əhlidirlər!»
7 Ğafir (Mömin) Surəsi, Ayə 7

ٱلَّذِينَ يَحْمِلُونَ ٱلْعَرْشَ وَمَنْ حَوْلَهُۥ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِۦ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ ءَامَنُوا۟ رَبَّنَا وَسِعْتَ كُلَّ شَىْءٍۢ رَّحْمَةًۭ وَعِلْمًۭا فَٱغْفِرْ لِلَّذِينَ تَابُوا۟ وَٱتَّبَعُوا۟ سَبِيلَكَ وَقِهِمْ عَذَابَ ٱلْجَحِيمِ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Allazina yahmilunal 'Arşa va man havlahu yusabbihuna bihamdi Rabbihim va yu'minuna bihi va yastağfiruna lillazina amanu Rabbana vasi'ta kulla şai'ir rahmantanv va 'ilman fağfir lillazina tabu vattaba'u sabilaka va qihim 'azabal Cahim
Mişkini Tərcüməsi: (Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»
8 Ğafir (Mömin) Surəsi, Ayə 8

رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدتَّهُمْ وَمَن صَلَحَ مِنْ ءَابَآئِهِمْ وَأَزْوَٰجِهِمْ وَذُرِّيَّٰتِهِمْ ۚ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Rabbanna va adxilhum Cannati 'adninil lati va'attahum va man salaha min aba'ihim va azvacihim va zurriyyatihim; innaka Antal 'Azizul Hakim
Mişkini Tərcüməsi: Ey Rəbbimiz! Onları özlərinə və əməlisaleh ata, zövcə və övladlarına vəd etdiyin əbədi Cənnətlərə daxil et. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!
9 Ğafir (Mömin) Surəsi, Ayə 9

وَقِهِمُ ٱلسَّيِّـَٔاتِ ۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوْمَئِذٍۢ فَقَدْ رَحِمْتَهُۥ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va qihimus saiyi-at; va man taqis saiyi-ati Yavma'izin faqad rahimtah; va zalika huval favzul 'azim
Mişkini Tərcüməsi: Və onları (axirətdə) günahların cəzasından (və ya günahların o aləmdəki təzahüründən) qoru. Həmin gün Sən kimi günahların cəzasından qorusan, doğrudan da ona rəhmətini şamil etmisən. Bu, həmin o böyük uğur və qurtuluşdur.
10 Ğafir (Mömin) Surəsi, Ayə 10

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يُنَادَوْنَ لَمَقْتُ ٱللَّهِ أَكْبَرُ مِن مَّقْتِكُمْ أَنفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى ٱلْإِيمَٰنِ فَتَكْفُرُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Innal lazina kafaru yunadavna lamaqtul lahi akbaru mim maqtikum anfusakum iz tud'avna ilal imani fatakfurun
Mişkini Tərcüməsi: Həqiqətən, küfr etmiş kəslərə (onlar bəzən Cəhənnəmdə özlərinə və bir-birlərinə qəzəblənən zaman) nida edilər ki: «Şübhəsiz, Allahın sizə olan nifrət və qəzəbi sizin özünüzə və bir-birinizə olan nifrət və qəzəbinizdən daha çoxdur. Çünki siz imana tərəf çağırılır və (buna baxmayaraq) küfr edirdiniz».
11 Ğafir (Mömin) Surəsi, Ayə 11

قَالُوا۟ رَبَّنَآ أَمَتَّنَا ٱثْنَتَيْنِ وَأَحْيَيْتَنَا ٱثْنَتَيْنِ فَٱعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍۢ مِّن سَبِيلٍۢ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Qalu Rabbana amat tanasnataini va ahyaitanas nataini fa'tarafna bizunu bina fahal ila xurucim min sabil
Mişkini Tərcüməsi: Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb Bərzəxdə diriltdin və Bərzəxdə öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»
12 Ğafir (Mömin) Surəsi, Ayə 12

ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِىَ ٱللَّهُ وَحْدَهُۥ كَفَرْتُمْ ۖ وَإِن يُشْرَكْ بِهِۦ تُؤْمِنُوا۟ ۚ فَٱلْحُكْمُ لِلَّهِ ٱلْعَلِىِّ ٱلْكَبِيرِ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Zalikum bi annahu iza du'iyal lahu vahdahu kafartum va iny yuşrak bihi tu'minu; falhukmu lillahil 'Aliyyil Kabir
Mişkini Tərcüməsi: Bu (əzablar) ona görədir ki, Allah tək çağırılan zaman siz (Onun birliyinə) küfr edirdiniz və ona şərik qoşulanda (həmin şeyə) iman gətirirdiniz. Buna görə də hakimlik uca məqamlı və böyük Allaha məxsusdur.
13 Ğafir (Mömin) Surəsi, Ayə 13

هُوَ ٱلَّذِى يُرِيكُمْ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزْقًۭا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Huval lazi yurikum Aayatihi va yunazzilu lakum minas sama'i rizqa; va ma tatazakkaru illa mai yunib
Mişkini Tərcüməsi: Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.
14 Ğafir (Mömin) Surəsi, Ayə 14

فَٱدْعُوا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Fad'ul laha muxlisina lahud dina va lav karihal kafirun
Mişkini Tərcüməsi: Odur ki, kafirlər xoşlamasalar belə, Allahı itaət və əqidəni Onun üçün xalisləşdirdiyiniz halda çağırın.
15 Ğafir (Mömin) Surəsi, Ayə 15

رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلْعَرْشِ يُلْقِى ٱلرُّوحَ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ لِيُنذِرَ يَوْمَ ٱلتَّلَاقِ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Rafi'ud daracati zul 'Arşi yulqir ruha min amrihi 'ala mai yaşa'u min 'ibadihi liyunzira yavmat talaq
Mişkini Tərcüməsi: O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (Bərzəx ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz əməllərinin cəzasına qovuşacağı gün ilə) qorxutsun.
16 Ğafir (Mömin) Surəsi, Ayə 16

يَوْمَ هُم بَٰرِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِنْهُمْ شَىْءٌۭ ۚ لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Yavma hum barizuna la yaxfa 'alal lahi minhum şai; limanil mulkul Yavma lillahil Vahidil Qahar
Mişkini Tərcüməsi: Onların (Məhşər səhnəsində hazır olanların) zahir və aşkar olacaqları gün (ilə)! Allaha onların heç nəyi gizli qalmayacaqdır. (Və Allah tərəfindən deyiləcək:) Bu gün mülkiyyət və hakimiyyət kimə məxsusdur? (Və belə cavab veriləcək:) Tək və qüdrətli Allaha məxsusdur.
17 Ğafir (Mömin) Surəsi, Ayə 17

ٱلْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ ٱلْيَوْمَ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Al-Yavma tucza kullu nafsim bima kasabat; la zulmal Yavm; innal laha sari'ul hisab
Mişkini Tərcüməsi: Bu gün hər bir kəs qazandığı əməllərin müqabilində cəzalandırılacaqdır (və ya əməlinin gerçək təzahürü onun cəzası olacaqdır). Bu gün (heç kimdən heç kəsə) zülm olunmaz. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir (və bütün insan və cinlərin əməllərinin hesabını çəkmək onun üçün vaxt aparan və çətin bir iş deyildir).
18 Ğafir (Mömin) Surəsi, Ayə 18

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْءَازِفَةِ إِذِ ٱلْقُلُوبُ لَدَى ٱلْحَنَاجِرِ كَٰظِمِينَ ۚ مَا لِلظَّٰلِمِينَ مِنْ حَمِيمٍۢ وَلَا شَفِيعٍۢ يُطَاعُ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va anzirhum yavmal azifati izil qulubu ladal hanaciri kazimin; ma lizzalimina min hamiminv va la şafi'iny-yuta'
Mişkini Tərcüməsi: Və onları o böyük hadisə (Qiyamət) günü ilə – öz qəm-kədərlərini udduqları halda ürəklərin (qorxu və vahimədən yerindən qoparaq) qırtlağa çatacağı zamanla qorxut! (Həmin gün) zalımların nə qohumları, nə də sözü qəbul edilən şəfaətçiləri olar.
19 Ğafir (Mömin) Surəsi, Ayə 19

يَعْلَمُ خَآئِنَةَ ٱلْأَعْيُنِ وَمَا تُخْفِى ٱلصُّدُورُ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Ya'lamu xa'inatal a'yuni va ma tuxfis sudur
Mişkini Tərcüməsi: O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir.
20 Ğafir (Mömin) Surəsi, Ayə 20

وَٱللَّهُ يَقْضِى بِٱلْحَقِّ ۖ وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِۦ لَا يَقْضُونَ بِشَىْءٍ ۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Vallahu yaqdi bilhaqq, vallazina yad'una min dunihi la yaqduna bişai'; innal laha Huvas Sami'ul Basir
Mişkini Tərcüməsi: (Yaradılış, idarəçilik və şəriət barəsində) haqq hökm çıxaran Allahdır və (müşriklərin) Allahın yerinə çağırdıqları heç bir hökm çıxara bilməzlər. Həqiqətən, (hər bir şeyi) eşidən və görən Allahdır!
21 Ğafir (Mömin) Surəsi, Ayə 21

۞ أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُوا۟ مِن قَبْلِهِمْ ۚ كَانُوا۟ هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٍۢ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Avalam yasiru fil ardi fa yanzuru kaifa kana 'aqibatul lazina kanu min qablihim; kanu hum aşadda minhum quvvatanv va asaran fil ardi fa axazahumul lahu bizunubihim va ma kana lahum minal lahi minv vaq
Mişkini Tərcüməsi: Məgər onlar yer üzündə gəzmədilərmi ki, özlərindən qabaqkıların işlərinin sonunun necə olmasını görsünlər? Onlar (qabaqkılar, insan) qüvvə(si və mal-dövlət) və yer üzündəki mövcudluq nişanələri (qala, şəhər və tikililəri) baxımından bunlardan daha çox və daha güclü idilər. Allah onları günahlarına görə cəzalanırdı və onları Allah(ın əzabın)dan bir qoruyan (da) olmadı.
22 Ğafir (Mömin) Surəsi, Ayə 22

ذَٰلِكَ بِأَنَّهُمْ كَانَت تَّأْتِيهِمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَكَفَرُوا۟ فَأَخَذَهُمُ ٱللَّهُ ۚ إِنَّهُۥ قَوِىٌّۭ شَدِيدُ ٱلْعِقَابِ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Zalika bi annahum kanat tatihim Rusuluhum bilbaiyinati fakafaru fa axazahumul lah; innahu qaviyyun şadidul 'iqab
Mişkini Tərcüməsi: Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən, O, qüvvətli və ağır cəza verəndir.
23 Ğafir (Mömin) Surəsi, Ayə 23

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna Musa bi Aayatina va sultanim mubin
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musanı Öz ayələrimizlə və aşkar və aydınlıq gətirən dəlillə göndərdik.
24 Ğafir (Mömin) Surəsi, Ayə 24

إِلَىٰ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُوا۟ سَٰحِرٌۭ كَذَّابٌۭ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Ila Fir'avna va Hamana qa Qaruna faqalu sahirun kazzab
Mişkini Tərcüməsi: (Qibtilərin müstəbid hökmdarı) Fironun, (onun vəziri) Hamanın və (İsrail övladlarının azğın qızıl toplayanı) Qarunun yanına! Onlar dedilər: «(Bu kişi) çox yalançı sehrbazdır».
25 Ğafir (Mömin) Surəsi, Ayə 25

فَلَمَّا جَآءَهُم بِٱلْحَقِّ مِنْ عِندِنَا قَالُوا۟ ٱقْتُلُوٓا۟ أَبْنَآءَ ٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ وَٱسْتَحْيُوا۟ نِسَآءَهُمْ ۚ وَمَا كَيْدُ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍۢ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Falamuna ca'ahum bil haqqi min 'indina qaluq tulu abna'al lazina amanu ma'ahu vastahyu nisa'ahum; va ma kaidul kafirina illa fi dalal
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın». Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz).
26 Ğafir (Mömin) Surəsi, Ayə 26

وَقَالَ فِرْعَوْنُ ذَرُونِىٓ أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُۥٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمْ أَوْ أَن يُظْهِرَ فِى ٱلْأَرْضِ ٱلْفَسَادَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Va qala Fir'avnu zaruni aqtul Musa valyad'u Rabbahu inni axafu ai yubaddila dinakum av ai yujira fil ardil fasad
Mişkini Tərcüməsi: Firon (Musanı öldürməyi məsləhət bilməyən müşavirlərinə) dedi: «Qoyun Musanı öldürüm və o öz Rəbbini (köməyə) çağırsın (və Rəbbi onu qurtarsın). Çünki onun sizin (tanrının nəzarəti altındakı rəbb olan mənə və bütlərə ibadət etməkdən ibarət) dininizi dəyişdirəcəyindən və ya bu torpaqda (dövlət əleyhinə üsyan yaratmaqla) fəsad törədəcəyindən qorxuram».
27 Ğafir (Mömin) Surəsi, Ayə 27

وَقَالَ مُوسَىٰٓ إِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٍۢ لَّا يُؤْمِنُ بِيَوْمِ ٱلْحِسَابِ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va qala Musa inni 'uztu bi Rabbi va Rabbikum min kulli mutakabbiril layu'minu bi Yavmil Hisab
Mişkini Tərcüməsi: Musa (Firona və onun ətrafındakılara xitab edərək) dedi: «Həqiqətən, mən hesab gününə imanı olmayan hər bir təkəbbür sahibin(in şərin)dən öz Rəbbimə və sizin Rəbbinizə pənah aparmışam.
28 Ğafir (Mömin) Surəsi, Ayə 28

وَقَالَ رَجُلٌۭ مُّؤْمِنٌۭ مِّنْ ءَالِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَٰنَهُۥٓ أَتَقْتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّىَ ٱللَّهُ وَقَدْ جَآءَكُم بِٱلْبَيِّنَٰتِ مِن رَّبِّكُمْ ۖ وَإِن يَكُ كَٰذِبًۭا فَعَلَيْهِ كَذِبُهُۥ ۖ وَإِن يَكُ صَادِقًۭا يُصِبْكُم بَعْضُ ٱلَّذِى يَعِدُكُمْ ۖ إِنَّ ٱللَّهَ لَا يَهْدِى مَنْ هُوَ مُسْرِفٌۭ كَذَّابٌۭ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Va qala raculum mu'minummin Aali Fir'avna yaktumu imanahu ataqtuluna raculan ai yaqula Rabbi yal lahu va qad ca'akum bil haiyinati mir Rabbikum va iny yaku kaziban fa'alaihi kazi buhu va iny yaku sadiqany yasibkum ba'dul lazi ya'idukum innal laha la yahdi man huva musrifun kazab
Mişkini Tərcüməsi: Fironun ailəsindən olub imanını (onlardan) gizlədən mömin bir kişi dedi: «Məgər siz «mənim Rəbbim Allahdır» deməyə görə bir kişini, sizin üçün Rəbbiniz tərəfindən aydın dəlillər gətirdiyi halda öldürəcəksniz?! Əgər o yalançı olsa, yalanı öz ziyanınadır. Əgər doğruçu olsa (dünya və axirət əzablarından) vəd etdiyinin (ən azı) bir hissəsi sizə yetişər. Həqiqətən, Allah israfçı və yalançını hidayət etmir (və Musa doğruçu olduğu təqdirdə siz israfçı və yalançısınız)».
29 Ğafir (Mömin) Surəsi, Ayə 29

يَٰقَوْمِ لَكُمُ ٱلْمُلْكُ ٱلْيَوْمَ ظَٰهِرِينَ فِى ٱلْأَرْضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأْسِ ٱللَّهِ إِن جَآءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَآ أُرِيكُمْ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهْدِيكُمْ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Ya qavmi lakumul mulkul yavma zahirina fil ardi famai yansuruna mim basil lahi in ca'ana; qala Fir'avnu ma urikum illa ma ara va ma ahdikum illa sabilar Raşad
Mişkini Tərcüməsi: Ey mənim qövmüm, bu gün mülkiyyət və hakimiyyət sizə məxsusdur və siz bu torpaqda qalib və üstünsünüz. Beləliklə əgər bizə bir əzab gəlsə, Allahın əzabından (qurtarmağa) bizə kim kömək edər?! Firon dedi: «Mən sizə öz rəyimdən (Musanın öldürülməsinin məsləhət olmasından) başqa bir nəzər bildirmirəm və sizi yalnız doğru yola yönəldirəm».
30 Ğafir (Mömin) Surəsi, Ayə 30

وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُم مِّثْلَ يَوْمِ ٱلْأَحْزَابِ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazi amana ya qavmi inni axafu 'alaikum misla yavmil Ahzab
Mişkini Tərcüməsi: İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, şübhəsiz, mən sizin üçün tayfaların (qarşılaşdıqları hadisə) gününün bənzərindən qorxuram».
31 Ğafir (Mömin) Surəsi, Ayə 31

مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًۭا لِّلْعِبَادِ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Misla dabi qavmi Nuhinv va 'adinv va Samuda vallazina mim ba'dihim; va mal lahu yuridu zulmal lil'ibad
Mişkini Tərcüməsi: «Nuhun qövmünün, Ad və Səmud (qövmlərinin) və onlardan sonrakıların barəsində istifadə edilmiş üsulun (gözlənilmədən kütləvi şəkildə məhvə düçar etməyin) bənzərindən! Allah heç vaxt bəndələrinə zülm etmək istəmir».
32 Ğafir (Mömin) Surəsi, Ayə 32

وَيَٰقَوْمِ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ يَوْمَ ٱلتَّنَادِ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Va ya qavmi inni axafu 'alaikum yavmat tanad
Mişkini Tərcüməsi: «Ey mənim qövmüm! Həqiqətən, mən sizin üçün «bir-birini səsləmə» günündən (insanların qorxudan bir-birlərini köməyə çağıracaqları və hamılıqla fəryad qoparacaqları gündən) qorxuram».
33 Ğafir (Mömin) Surəsi, Ayə 33

يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍۢ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Yavma tuvalluna mud birina ma lakum minal lahi min 'asim; va mai yudlilil lahu fama lahu min had
Mişkini Tərcüməsi: Sizi Allah(ın əzabın)dan qoruyan bir kimsənin olmadığı halda (Cəhənnəmə tərəf getmək və ya Cəhənnəmin içindən çıxmaq qəsdi ilə onun kənarlarına qaçmaq üçün) dayandığınız yerə arxa çevirərək (hesab yerindən) üz döndərəcəyiniz bir gün(dən)! Allahın azğınlıqda tərk etdiyi kəsi heç vaxt bir hidayət edən olmayacaqdır.
34 Ğafir (Mömin) Surəsi, Ayə 34

وَلَقَدْ جَآءَكُمْ يُوسُفُ مِن قَبْلُ بِٱلْبَيِّنَٰتِ فَمَا زِلْتُمْ فِى شَكٍّۢ مِّمَّا جَآءَكُم بِهِۦ ۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلْتُمْ لَن يَبْعَثَ ٱللَّهُ مِنۢ بَعْدِهِۦ رَسُولًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنْ هُوَ مُسْرِفٌۭ مُّرْتَابٌ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va laqad ca'akum Yusufu min qablu bil baiyinati fama ziltum fi şakkim mima ca'akum bihi hatta iza halaka qultum lai yab asal lahu mim ba'dihi Rasula; kazalika yudillul lahu man huva Musrifum murtab
Mişkini Tərcüməsi: «Həqiqətən, Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır.
35 Ğafir (Mömin) Surəsi, Ayə 35

ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَٰنٍ أَتَىٰهُمْ ۖ كَبُرَ مَقْتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍۢ جَبَّارٍۢ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Allazina yucadiluna fi Aayatil lahi biğairi sultanin atahum kabura maqtan 'indal lahi va 'indal lazina amanu; kazalika yasa'ul lahu 'ala kulli qalbi mutakabbirin cabbar
Mişkini Tərcüməsi: Bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edənlər Allahın və iman gətirmiş kəslərin yanında böyük qəzəbə və nifrətə düçardırlar. Allah zorakı təkəbbür sahibinin qəlbinə beləcə bütünlüklə (bədbəxtlik) möhür(ü) basır.
36 Ğafir (Mömin) Surəsi, Ayə 36

وَقَالَ فِرْعَوْنُ يَٰهَٰمَٰنُ ٱبْنِ لِى صَرْحًۭا لَّعَلِّىٓ أَبْلُغُ ٱلْأَسْبَٰبَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Va qala Fir'avnu ya Hamanub-ni li sarhal la'alli abluğul asbab
Mişkini Tərcüməsi: (Musanın özü və möcüzələri qarşısında zəifləmiş və artıq, etinasızlıqla qətl fərmanı verə bilməyən) Firon dedi: «Ey Haman, mənim üçün çox uca bir bina tik, bəlkə (onun qülləsindən müşahidələr aparmaqla) müəyyən vasitələr əldə etdim».
37 Ğafir (Mömin) Surəsi, Ayə 37

أَسْبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ كَٰذِبًۭا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِى تَبَابٍۢ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Asbabas samavati fattali'a ila ilahi Musa va inni la azunnuhu kaziba; va kazalika zuyyina li-Fir'avna su'u 'amalihi va sudda 'anis sabil; va ma kaidu Fir'avna illa fi tabab
Mişkini Tərcüməsi: «Göylərin (ulduzlar və digər səma varlıqları kimi) səbəb və vasitələrini! Və (bu yolla) Musanın Allahından xəbərdar olum. Əlbəttə, mən onu yalançı sanıram». Beləcə pis əməlləri Firona gözəl göstərildi və o, yoldan (haqq və tovhid yolundan) saxlanıldı. Fironun məkr və hiyləsi yalnız puç və batil idi».
38 Ğafir (Mömin) Surəsi, Ayə 38

وَقَالَ ٱلَّذِىٓ ءَامَنَ يَٰقَوْمِ ٱتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ ٱلرَّشَادِ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazi amana ya qavmit tabi'uni ahdikum sabilar raşad
Mişkini Tərcüməsi: İman gətirmiş şəxs dedi: «Ey mənim qövmüm, mənə tabe olun, sizi doğru və hədəfə çatdıran yola hidayət edim».
39 Ğafir (Mömin) Surəsi, Ayə 39

يَٰقَوْمِ إِنَّمَا هَٰذِهِ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا مَتَٰعٌۭ وَإِنَّ ٱلْءَاخِرَةَ هِىَ دَارُ ٱلْقَرَارِ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Ya qavmi innama hazihil hayatud dunya mata'unv va innal Aaxirata hiya darul qarar
Mişkini Tərcüməsi: «Ey mənim qövmüm! Bu dünya həyatı yalnız (məhdud və müvəqqəti) bəhrələnməkdir və həqiqətən, sabitlik və əbədilik evi (təkcə) axirətdir (axirət həyatıdır).
40 Ğafir (Mömin) Surəsi, Ayə 40

مَنْ عَمِلَ سَيِّئَةًۭ فَلَا يُجْزَىٰٓ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَٰلِحًۭا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍۢ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Man 'amila saiyi'atan fala yucza illa mislaha va man 'amila saliham min zakarin av unsa va huva mu'minun fa ula'ika yadxulunal Cannata yurzaquna fiha biğairi hisab
Mişkini Tərcüməsi: Kim pis iş görsə, yalnız onun miqdarında cəzalandırılacaq və kişi və ya qadınlığından asılı olmayaraq, kim mömin halda yaxşı iş görsə, belələri Cənnətə daxil olacaq, orada onlara saysız-hesabsız (əməllə müqayisə edilmədən və möminin hesabından xaric həddə) ruzi veriləcəkdir».
41 Ğafir (Mömin) Surəsi, Ayə 41

۞ وَيَٰقَوْمِ مَا لِىٓ أَدْعُوكُمْ إِلَى ٱلنَّجَوٰةِ وَتَدْعُونَنِىٓ إِلَى ٱلنَّارِ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va ya qavmi ma li ad'ukum ilan nacati va tad'unani ilan Nar
Mişkini Tərcüməsi: «Ey mənim qövmüm! Mənə nə olub ki, mən sizi qurtuluşa dəvət edirəm, siz isə məni oda tərəf çağırırsınız?!»
42 Ğafir (Mömin) Surəsi, Ayə 42

تَدْعُونَنِى لِأَكْفُرَ بِٱللَّهِ وَأُشْرِكَ بِهِۦ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ وَأَنَا۠ أَدْعُوكُمْ إِلَى ٱلْعَزِيزِ ٱلْغَفَّٰرِ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Tad'unani li-akfura billahi va uşrika bihi ma laisa li bihi 'ilmunv va ana ad'ukum ilal'Azizil Ğaffar
Mişkini Tərcüməsi: «Siz məni Allaha kafir olmağa və barəsində heç nə bilmədiyim bir şeyi Ona şərik qoşmağa dəvət edirsiniz, mən isə sizi O yenilməz qüdrət sahibi və çox bağışlayan (Allah)a tərəf çağırıram».
43 Ğafir (Mömin) Surəsi, Ayə 43

لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِىٓ إِلَيْهِ لَيْسَ لَهُۥ دَعْوَةٌۭ فِى ٱلدُّنْيَا وَلَا فِى ٱلْءَاخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلْمُسْرِفِينَ هُمْ أَصْحَٰبُ ٱلنَّارِ ﴿43﴾

Oxunuşu (Transkripsiya): La carama annama tad'unani ilaihi laisa lahu da'vatun fid dunya va la fil Aaxirati va anna maraddana ilal lahi va annal musrifinahum Aşabun Nar
Mişkini Tərcüməsi: «Şübhəsiz, məni tərəfinə çağırdığınız şeyin dünya və axirətdə bir dəvəti yoxdur (o, nə çağırılmağa layiqdir və nə də bir kəsi öz kəlamı, yaxud peyğəmbər və kitab göndərməklə çağırıb). Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər.
44 Ğafir (Mömin) Surəsi, Ayə 44

فَسَتَذْكُرُونَ مَآ أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِىٓ إِلَى ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ بَصِيرٌۢ بِٱلْعِبَادِ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Fasatazkuruna ma aqulu lakum; va ufavvidu amri ilal lah; innallaha basirum bil'ibad
Mişkini Tərcüməsi: Buna görə də tezliklə (əzab nazil olanda və digər aləmdə) sizə dediklərimi xatırlayacaqsınız. Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir.
45 Ğafir (Mömin) Surəsi, Ayə 45

فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُوا۟ ۖ وَحَاقَ بِـَٔالِ فِرْعَوْنَ سُوٓءُ ٱلْعَذَابِ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Fa vaqahul lahu saiyiati ma makaru va haqa bi Aali-Fir'avna su'ul 'azab
Mişkini Tərcüməsi: Beləliklə, Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü.
46 Ğafir (Mömin) Surəsi, Ayə 46

ٱلنَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّۭا وَعَشِيًّۭا ۖ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ أَدْخِلُوٓا۟ ءَالَ فِرْعَوْنَ أَشَدَّ ٱلْعَذَابِ ﴿46﴾

Oxunuşu (Transkripsiya): An Naru yu'raduna 'alaiha ğuduvvanv va 'aşiyyanv va Yavma taqumus Sa'atu adxilu Aala Fir'avna aşaddal 'azab
Mişkini Tərcüməsi: Fironçuların (Bərzəx aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir).
47 Ğafir (Mömin) Surəsi, Ayə 47

وَإِذْ يَتَحَآجُّونَ فِى ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا نَصِيبًۭا مِّنَ ٱلنَّارِ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va iz yatahaccuna fin Nari fa-yaqulud du'afa'u lillazinas takbaru inna kunna lakum taba'an fahal antum muğnuna anna nasibam minan Nar
Mişkini Tərcüməsi: Və (yada sal) o zaman(ı) ki, onlar odun içində bir-birləri ilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Həqiqətən, biz sizin arxanızca gedirdik. Belə isə siz odun bir hissəsini bizdən dəf edə bilərsinizmi?
48 Ğafir (Mömin) Surəsi, Ayə 48

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُلٌّۭ فِيهَآ إِنَّ ٱللَّهَ قَدْ حَكَمَ بَيْنَ ٱلْعِبَادِ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Qalal lazinas takbaru inna kullun fiha innal laha qad hakama baynal'ibad
Mişkini Tərcüməsi: Təkəbbür göstərənlər deyərlər: «Biz hamılıqla buradayıq. Həqiqətən, Allah bəndələrinin arasında hökmünü vermişdir (və bir nicat yolu yoxdur)».
49 Ğafir (Mömin) Surəsi, Ayə 49

وَقَالَ ٱلَّذِينَ فِى ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدْعُوا۟ رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًۭا مِّنَ ٱلْعَذَابِ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazena fin Nari lixazanati Cahannamad-'u Rabbakum yuxaffif 'anna yavmam minal 'azab
Mişkini Tərcüməsi: Od içində olanlar Cəhənnəmin gözətçilərinə deyərlər: «Rəbbinizi çağırın bu əzabı bizdən (heç olmasa) bir gün yüngülləşdirsin».
50 Ğafir (Mömin) Surəsi, Ayə 50

قَالُوٓا۟ أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُم بِٱلْبَيِّنَٰتِ ۖ قَالُوا۟ بَلَىٰ ۚ قَالُوا۟ فَٱدْعُوا۟ ۗ وَمَا دُعَٰٓؤُا۟ ٱلْكَٰفِرِينَ إِلَّا فِى ضَلَٰلٍ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Qalu avalam taku tatikum Rusulukum bilbaiyinati qalu bala' qalu fad'u; va ma du'a'ul kafirina illa fi dalal
Mişkini Tərcüməsi: (Gözətçilər) deyərlər: «Məgər peyğəmbərləriniz (dünyada) sizə aydın dəlillər gətirmirdilər?» Onlar deyərlər: «Bəli!» (Gözətçilər) deyərlər: «Belə isə (Allahı özünüz) çağırın və (bilin ki,) kafirlərin çağırışları yalnız azğınlıqda olacaqdır».
51 Ğafir (Mömin) Surəsi, Ayə 51

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَيَوْمَ يَقُومُ ٱلْأَشْهَٰدُ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Inna lanansuru Rusulana vallazina amanu fil hayatid dunya va Yavma yaqumul aşhad
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik.
52 Ğafir (Mömin) Surəsi, Ayə 52

يَوْمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ ٱللَّعْنَةُ وَلَهُمْ سُوٓءُ ٱلدَّارِ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Yavma la yanfa'uz zalimina ma'ziratuhum va lahumul la'natu va lahum suud dar
Mişkini Tərcüməsi: (Həmin) o gün(də) ki, zalımlara üzrxahlıqları fayda verməyəcəkdir. Onlar üçündür (Allahın) lənət(i) və onlar üçündür xoşagəlməz ev!
53 Ğafir (Mömin) Surəsi, Ayə 53

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْهُدَىٰ وَأَوْرَثْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va laqad ataina Musal huda va avrasna Bani Isra 'ilal Kitab
Mişkini Tərcüməsi: Həqiqətən, Biz Musaya hidayət (vasitəsi olan Tövrat kitabı, səhifələr, din və möcüzələr) verdik və İsrail övladlarını həmin kitabın varisi etdik.
54 Ğafir (Mömin) Surəsi, Ayə 54

هُدًۭى وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Hudanv va zikra li ulil albab
Mişkini Tərcüməsi: Əsl ağıl sahibləri üçün (başdan-ayağa) hidayət və öyüd-nəsihət (amili) olan (bir kitab)!
55 Ğafir (Mömin) Surəsi, Ayə 55

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Fasbir inna va'dal lahi haqqunv vastağfir lizambika va sabbih bihamdi Rabbika bil'aşiyyi val ibkar
Mişkini Tərcüməsi: Buna görə də səbr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı barəsindəki) vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!
56 Ğafir (Mömin) Surəsi, Ayə 56

إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيْرِ سُلْطَٰنٍ أَتَىٰهُمْ ۙ إِن فِى صُدُورِهِمْ إِلَّا كِبْرٌۭ مَّا هُم بِبَٰلِغِيهِ ۚ فَٱسْتَعِذْ بِٱللَّهِ ۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Innal lazina yucadi luna fi Aayatil lahi biğairi sultanin atahum in fi sudurihim illa kibrum ma hum bibaliğih; fasta'iz billahi innahu Huvas Sami'ul Basir
Mişkini Tərcüməsi: Şübhəsiz, bir dəlil gəlmədən Allahın ayə və nişanələri barəsində mübahisə edən kəslərin sinələrində (vasitəsi ilə öz məqsədlərinə) çatmayacaqları (haqqı qəbul etmək müqabilində) təkəbbür (göstərmək)dən başqa bir şey yoxdur. Buna görə də Allaha pənah apar. Çünki Odur (hər şeyi) eşidən və bilən!
57 Ğafir (Mömin) Surəsi, Ayə 57

لَخَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Laxalqus samavati val ardi akbaru min xalqin nasi va lakinna aksaran nasi la ya'lamun
Mişkini Tərcüməsi: Göylərin və yerin yaradılışı şübhəsiz ki, insanların yaradılışından (onların ölümdən sonra dirildilmələrindən) daha böyük və mühümdür. (Buna görə də ona gücü çatanın buna da gücü çatar.) Lakin insanların çoxu bilmir.
58 Ğafir (Mömin) Surəsi, Ayə 58

وَمَا يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلْمُسِىٓءُ ۚ قَلِيلًۭا مَّا تَتَذَكَّرُونَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va ma yastavil a'ma valbasiru vallazina amanu va 'amilus salihati va lal musi'; qalilam ma tatazakkarun
Mişkini Tərcüməsi: Korla görən, həmçinin iman gətirərək yaxşı işlər görən kəslərlə günahkar (insan) əsla bir deyildir. (Lakin) çox az ibrət götürürsünüz.
59 Ğafir (Mömin) Surəsi, Ayə 59

إِنَّ ٱلسَّاعَةَ لَءَاتِيَةٌۭ لَّا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Innas Sa'ata la atiyatul la raiba fiha va lakinna aksaran nasi la yu'minun
Mişkini Tərcüməsi: Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər baxımından) onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir.
60 Ğafir (Mömin) Surəsi, Ayə 60

وَقَالَ رَبُّكُمُ ٱدْعُونِىٓ أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِى سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va qala Rabbukumud 'uni astacib lakum; innal lazina yastakbiruna an 'ibadati sa yadxuluna cahannama daxirin
Mişkini Tərcüməsi: Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə Cəhənnəmə daxil olacaqlar».
61 Ğafir (Mömin) Surəsi, Ayə 61

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Allahul lazi ca'ala lakumul laila litqaskunu fihi vannahara mubsira; innal laha lazu fadlin 'alan nasi va lakinna aksaran nasi la yaşkurun
Mişkini Tərcüməsi: Allah gecəni onda asayiş və rahatlıq tapmağınız üçün yaradan, gündüzü isə (işlə məşğul olmağınız üçün) işıqlı edəndir. Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir, lakin insanların çoxu şükr etmirlər.
62 Ğafir (Mömin) Surəsi, Ayə 62

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ خَٰلِقُ كُلِّ شَىْءٍۢ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Zalikumul lahu Rabbukum xaliqu kulli şai'; la ilaha illa Huva fa anna tu'fakun
Mişkini Tərcüməsi: Sizin Rəbbiniz hər şeyin yaradanı olan, Ondan başqa bir məbud olmayan bu Allahdır. Belə isə (Ondan) hara və necə döndərilirsiniz?!
63 Ğafir (Mömin) Surəsi, Ayə 63

كَذَٰلِكَ يُؤْفَكُ ٱلَّذِينَ كَانُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ يَجْحَدُونَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Kazalika yu'fakul loazina kanu bi Aayatil lahi yachadun
Mişkini Tərcüməsi: Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər.
64 Ğafir (Mömin) Surəsi, Ayə 64

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ قَرَارًۭا وَٱلسَّمَآءَ بِنَآءًۭ وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Allahul lazi ca'ala lakumul arda qararanv vassa ma'a bina'anv va savvarakum fa ahsana suvarakum va razaqakum minat taiyibat; zalikumul lahu Rabbukum fatabarakal lahu Rabbul 'alamin
Mişkini Tərcüməsi: Allah yeri sizin üçün yaşayış yeri və göyü (müxtəlif bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyirbərəkətlidir.
65 Ğafir (Mömin) Surəsi, Ayə 65

هُوَ ٱلْحَىُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۗ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Huval Hayyu la ilaha illa Huva fad'uhu mux lisina lahudin; alhamdu lillahi Rabbil 'alamin
Mişkini Tərcüməsi: (Zatən) diri (və əzəli və əbədi olan) Odur. Ondan başqa bir məbud yoxdur. Buna görə də etiqadı (şirkdən), itaəti (riyadan) və dini (bidətdən) saflaşdırıb Onu çağırın. Bütün həmd-sənalar(ın əsası və zatı) aləmlərin Rəbbinə məxsusdur.
66 Ğafir (Mömin) Surəsi, Ayə 66

۞ قُلْ إِنِّى نُهِيتُ أَنْ أَعْبُدَ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِىَ ٱلْبَيِّنَٰتُ مِن رَّبِّى وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ ٱلْعَٰلَمِينَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Qul inni nuhitu an a'budal lazina tad'una min dunil lahi lamma ca'a niyal biyinatu mir Rabbi va umirtu an uslima li Rabbil 'alamin
Mişkini Tərcüməsi: De: «Rəbbim tərəfindən mənə aydın dəlillər gələn vaxtdan sizin, Allahın yerinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan edilib və mənə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur».
67 Ğafir (Mömin) Surəsi, Ayə 67

هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن تُرَابٍۢ ثُمَّ مِن نُّطْفَةٍۢ ثُمَّ مِنْ عَلَقَةٍۢ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًۭا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا۟ شُيُوخًۭا ۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبْلُ ۖ وَلِتَبْلُغُوٓا۟ أَجَلًۭا مُّسَمًّۭى وَلَعَلَّكُمْ تَعْقِلُونَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Huval lazi xalaqakum min turabin summa min nutfatin summa min 'alaqatin summa yuxricukum tiflan summa litabluğu aşuddakum summa litakunu şuyuxa; va minkum mai yutavaffa min qablu va litabluğu acalam musam manv-va la'allakum ta'qilun
Mişkini Tərcüməsi: Sizi (baba və nənənizi ilk olaraq möcüzəvi şəkildə, onların nəsli olan sizləri isə ana bətninə daxil olmamışdan bir sıra mərhələləri keçərək) torpaqdan, sonra nütfədən, daha sonra laxtalanmış qan parçasından yaradan Odur. Sonra sizi (ana bətnindən) uşaq ikən çıxardır. Sonra öz (cismi və ruhi) kamal həddinizə çatasınız deyə (sizi diri saxlayır). Sonra qocalasınız deyə (sizi yaşadır). Sizdən bəzisi ondan (uşaqlıq, həddi-büluğ və qocalıq mərhələlərindən) qabaq vəfat edir. Və (bu möhlət) müəyyən müddətə (ilahi elmdən keçmiş və Lövhi-Məhfuzda qeyd edilmiş müddətə) çatmağınız üçündür və onun üçündür ki, (yaradılışın başlanğıcı və təkmül hərəkətinizin gedişi barəsində) düşünəsiniz.
68 Ğafir (Mömin) Surəsi, Ayə 68

هُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Huval lazi yuhyi va yumitu fa iza qada amran fa innama yaqulu lahu kun fa yakon
Mişkini Tərcüməsi: (Həyat sürmək qabiliyyəti olan hər şeyə) həyat verən və (vaxtında) öldürən Odur. Bir şeyi qəti şəkildə (yaratmaq) istəyəndə (həmin şey dərhal mövcud olur, sanki) ona yalnız «ol!» deyir, beləliklə o da olur.
69 Ğafir (Mömin) Surəsi, Ayə 69

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصْرَفُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Alam tara ilal lazina yucadiluna fi Aayatil lahi anna yusrafun
Mişkini Tərcüməsi: Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?
70 Ğafir (Mömin) Surəsi, Ayə 70

ٱلَّذِينَ كَذَّبُوا۟ بِٱلْكِتَٰبِ وَبِمَآ أَرْسَلْنَا بِهِۦ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Allazina kazzabu bil Kitabi va bima arsalna bihi Rusulana fasavfa ya'lamun
Mişkini Tərcüməsi: Bu kitabı və Bizim Öz peyğəmbərlərimizi ona görə (çatdırılmasına xatir) göndərdiyimiz şeyi (dini, hökmləri) təkzib və inkar edən həmin kəslər! Buna görə də tezliklə biləcəklər.
71 Ğafir (Mömin) Surəsi, Ayə 71

إِذِ ٱلْأَغْلَٰلُ فِىٓ أَعْنَٰقِهِمْ وَٱلسَّلَٰسِلُ يُسْحَبُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Izil ağlalu fi a'naqi-him vassalasilu yaşabun
Mişkini Tərcüməsi: Zəncirlər və halqalar boyunlarına bərk bağlanaraq yerdə (Cəhənnəmə) sürükləndikləri zaman!
72 Ğafir (Mömin) Surəsi, Ayə 72

فِى ٱلْحَمِيمِ ثُمَّ فِى ٱلنَّارِ يُسْجَرُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Fil hamimi summa fin Nari Yascarun
Mişkini Tərcüməsi: Vücudları qaynar suyun, sonra odun içində odla dolacaq.
73 Ğafir (Mömin) Surəsi, Ayə 73

ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تُشْرِكُونَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Summa qila lahum ayna ma kuntum tuşrikun
Mişkini Tərcüməsi: Sonra onlara deyiləcək: «Haradadır Allaha qoşduğunuz şəriklər
74 Ğafir (Mömin) Surəsi, Ayə 74

مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا بَل لَّمْ نَكُن نَّدْعُوا۟ مِن قَبْلُ شَيْـًۭٔا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلْكَٰفِرِينَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Min dunil lahi qalu dallu 'anna bal lam nakun nad'u min qablu şai'a; kazalika yudillul lahul kafirin
Mişkini Tərcüməsi: və Onun yerinə ibadət etdikləriniz?» Onlar deyəcəklər: «Onlar bizdən qeyb oldular. Ümumiyyətlə biz heç bundan əvvəl (də Allahdan başqa) əsla bir şeyi çağırmırdıq». Allah kafirləri bu cür öz azğınlıqlarında boşlayır (ki, onlar Qiyamətdə də yalandan əl çəkmirlər).
75 Ğafir (Mömin) Surəsi, Ayə 75

ذَٰلِكُم بِمَا كُنتُمْ تَفْرَحُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَمْرَحُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Zalikum bima kuntum tafrahuna fil ardi biğairil haqqi va bima kuntum tamrahun
Mişkini Tərcüməsi: Bu (əzab) yer üzündə nahaq yerə şənləndiyinizə görədir və həmçinin ona görədir ki, (günahla) lovğalanırdınız.
76 Ğafir (Mömin) Surəsi, Ayə 76

ٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Udxulu abvaba Cahannama xalidina fiha fabi'sa masval mutakabbirin
Mişkini Tərcüməsi: Cəhənnəmin (günahlarınıza əsasən təyin edilmiş) qapılarından daxil olun ki, orada əbədi qalacaqsınız. Təkəbbürlülərin yeri pis yerdir.
77 Ğafir (Mömin) Surəsi, Ayə 77

فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Fasbir inna va'dal lahi haqq; fa imma nuriyannak ba'dal lazi na'i duhum av natavaffayannaka fa ilaina yurca'un
Mişkini Tərcüməsi: Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).
78 Ğafir (Mömin) Surəsi, Ayə 78

وَلَقَدْ أَرْسَلْنَا رُسُلًۭا مِّن قَبْلِكَ مِنْهُم مَّن قَصَصْنَا عَلَيْكَ وَمِنْهُم مَّن لَّمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِىَ بِـَٔايَةٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ فَإِذَا جَآءَ أَمْرُ ٱللَّهِ قُضِىَ بِٱلْحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلْمُبْطِلُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna Rusulam min qablika minhum man qasasna 'alaika va minhum mal lam naqsus 'alaik; va ma kana li Rasulin any yatiya bi Aayatin illa bi iznil lah; fa iza ca'a amrul lahi qudiya bilhaqqi va xasira hunalikal mubtilun
Mişkini Tərcüməsi: Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli şəkildə) haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğrayarlar.
79 Ğafir (Mömin) Surəsi, Ayə 79

ٱللَّهُ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَنْعَٰمَ لِتَرْكَبُوا۟ مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Allahul lazi ca'ala lakumul an'ama litarkabu minha va minha takulun
Mişkini Tərcüməsi: Allah bəzisinə minəsiniz deyə heyvanları sizin üçün yaradandır (və onları sizə ram edəndir). Siz onlardan (onların ətindən) yeyirsiniz (də)!
80 Ğafir (Mömin) Surəsi, Ayə 80

وَلَكُمْ فِيهَا مَنَٰفِعُ وَلِتَبْلُغُوا۟ عَلَيْهَا حَاجَةًۭ فِى صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va lakum fiha manafi'u va litabluğu 'alaiha hacatan fi sudurikum va 'alaiha va 'alal fulki tuhmalun
Mişkini Tərcüməsi: Və onlarda sizin üçün (süd, yun, dəri, bala, peyin və onların alveri kimi) mənfəətlər vardır. (Həmçinin) onlarla (mallarınızı onların üzərinə yükləyib istədiyiniz yerə getməklə) ürəyinizdə olan ehtiyaclara çatmağınız üçün (yaratdı onları). Onların üstündə və gəmilərdə daşınırsınız.
81 Ğafir (Mömin) Surəsi, Ayə 81

وَيُرِيكُمْ ءَايَٰتِهِۦ فَأَىَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Va yurikum Aayatihi fa ayya Aayatil lahi tunkirun
Mişkini Tərcüməsi: (Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!
82 Ğafir (Mömin) Surəsi, Ayə 82

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةًۭ وَءَاثَارًۭا فِى ٱلْأَرْضِ فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Afalam yasiru fil ardi fa yanzuru kaifa kana 'aqibatul lazina min qablihim; kanu aksara minhum va aşadda quvvatanv va asaran fil ardi fama ağna 'anhum ma kanu yaksibun
Mişkini Tərcüməsi: Məgər onlar yer üzündə gəzmədilərmi, özlərindən qabaqkıların aqibətinin necə olmasını görsünlər? Onlar bunlardan daha çox, daha güclü və yer üzündə (saray, bina, çay, səd və bağlar kimi) daha çox mövcudluq nişanələrinə malik idilər. Lakin əldə etdikləri (Allahın əzabını) onlardan dəf etmədi.
83 Ğafir (Mömin) Surəsi, Ayə 83

فَلَمَّا جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرِحُوا۟ بِمَا عِندَهُم مِّنَ ٱلْعِلْمِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Falamma ca'at hum Rusuluhum bilbaiyinati farihu bima 'indahum minal 'ilmi va haqa bihim ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi: Beləliklə, peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə və dünya işləri barəsindəki) elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi və onları bürüdü.
84 Ğafir (Mömin) Surəsi, Ayə 84

فَلَمَّا رَأَوْا۟ بَأْسَنَا قَالُوٓا۟ ءَامَنَّا بِٱللَّهِ وَحْدَهُۥ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِۦ مُشْرِكِينَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Falamma ra av basana qalu amanna billahi vahdahu va kafarna bima kunna bihi muşrikin
Mişkini Tərcüməsi: Bizim əzabımızı görəndə dedilər: «Tək olan Allaha iman gətirdik və (Allaha) qoşduğumuz şəriklərə kafir olduq».
85 Ğafir (Mömin) Surəsi, Ayə 85

فَلَمْ يَكُ يَنفَعُهُمْ إِيمَٰنُهُمْ لَمَّا رَأَوْا۟ بَأْسَنَا ۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِى قَدْ خَلَتْ فِى عِبَادِهِۦ ۖ وَخَسِرَ هُنَالِكَ ٱلْكَٰفِرُونَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Falam yaku tanfa 'uhum imanuhum lamma ra-av basana sunnatal lahil lati qad xalat fi 'ibadihi va xasira hunalikal kafirun
Mişkini Tərcüməsi: Lakin əzabımızı gördükləri zaman imanlarının onlara xeyir verməsi mümkün deyildi. (Bu,) Allahın (qədim zamanlardan) bəndələri barəsində (həyata) keçmiş qanunudur. Kafirlər orada ziyana uğradılar.
Əvvəlki: 39. Əz-Zümər Bütün Surələr ↑ Növbəti: 41. Fussilət

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...